İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                     “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” .....                     Peşə Təhsili Agentliyində kadr xaosu .....                     Vüsal Nəsirli də belə narazılıq yaradır .....                 

MİSİR MƏRDANOVA QARŞI QİYAM TƏDARÜKÜ
Tarix: 2-03-2012, 11:27 | Çap et
MİSİR MƏRDANOVA QARŞI QİYAM TƏDARÜKÜ

MART AYINA GÖZLƏNİLƏN MÜƏLLIMLƏR İNQİLABI NAZİRİ BİTİRƏCƏK

DİA.AZ: - Bu ilin yanvar ayından etibarən Azərbaycanın təhsil sistemində müəllimlər arasında kütləvi narazalıq yaşanmağa başlayıb. Xüsusilə də kənd rayonlarında işləyən müəllimlərlə bağlı ciddi problemlər ortaya çıxmaqdadır. Bir qədər əvvəl mətbuatda verilən məlumatlardan da aydın olurdu ki, hökumət daxilində Nazirlər Kabinetinin bir qərarı ilə Maliyyə Nazirliyinin başlatdığı kampaniya artıq təhsil naziri Misir Mərdanovun ağır duruma düşməsi ilə nəticələnib. Maliyyə naziri Samir Şərifovla Misir Mərdanov arasında yaşanan narazılıq, rayonlarda Təhsil Şöbələri ilə Maliyyə İdarələri arasında da özünü biruzə verməyə başlayıb.

Qeyd edək ki, Maliyyə Nazirliyi yanvar ayından əvəzetmə qaydasında həftədə 24 saatdan artıq dərs keçmiş müəllimlərin məvacibini vermək imtina etdi. Bildirək ki, Nazirlər Kabinetinin 2010-cu il 10 noyabr tarixli sərəncamına əsasən, orta məktəblərdə müəllimlərin həftəlik dərs yükü 24 saat müəyyənləşdirilib. Misir Mərdanov da 2011-ci il fevralın 1-də bu sərəncamdan irəli gələn əmr imzalayıb. Yeni qayda isə həmişə olduğu kimi, yenə də müəllimlərin başında çatlayıb. Maliyyə Nazirliyi maaşların köçürülməsi zamanı Nazirlər Kabinetinin sərəncamını və Təhsil Nazirliyinin verdiyi əmri əsas götürür.

Maliyyə Nazirliyinin bu mövqeyinin qarşısına təhsil naziri Misir Mərdanov başqa bir sərəncamla çıxmışdı. Təhsil nazirliyi 24 saata qədər əsas dərs yükü olmaqla, daha 12 saatın əvəzetmə qaydası ilə ödənilməsinə razılıq verilmişdi.

Buna baxmayaraq problem həllini tapmadı. Aparılan araşdırmalar göstərdi ki, əslində mövcud olan bu problemi Sabirabad və Saatlı rayonlarında təhsil şöbələri yeni daxili qaydalara əsasən ödəyiblər. Belə ki, 24 saatdan artıq dərs tədris edən müəllimlərin əlavə əvəzləmə qaydasında aldıqları əmək haqları 10-20-30 manat formasında müəllimlərə ödənilib. Lakin rayonlarda bildiriblər ki, bu da müvəqqətidir və yalnız yanvar ayı üçün tətbiq olunur. Bundan sonra isə yalnız müəllimlərə 24 saatlın dərs yükünün pulu ödəniləcək.

Maraqlıdır ki, artıq rayonların hamısının Maliyyə İdarələrinə Maliyyə Nazirliyindən məktub ünvanlanıb ki, artıq konkret olaraq fevral ayının əmək haqlarını ödənilməsi zamanı yaplnız 24 saatlıq dərslərin tədrisinə görə pul ayrılacaq. Bu isə faktiki olaraq o deməkdir ki, mart ayında xüsusilə də Novruz bayramı ərəfəsində müəllimlərmn kütləvi şəkildə etirazları başlaya bilər.

Ekspertlərin fikirincə əslində belə bir islahatın həyata keçirilməsi yaxşı haldır.Bu ölkədə müəllimlərin sayının ixtisar edilməsi üçün əlverişlidir. Amma bu islahatlar o halda həyata keçirilməlidir ki, kəndlərdə müəllim kadrları ilə bağlı çatışmazlıqlar da ortadan qalxsın. Məsələ burasındadır ki, indiki 24 saatlıq limit saatı ilə müəllimlərin işləməsi üçün aylıq əmək haqqı 240 manata yaxın edir. Bu isə kifayət qədər az məbləğ deməkdir. Bundan başqa nəzərə almaq lazımdır ki, əmək haqlarının aşağı olması səbəbindən kəndlərdə müəllim kadrları çatışmazlığı yaranıb. Məsələn 2011-ci ilin sentyabr ayından etibarən Misir Mərdanovun əmri ilə müəllimlərin işə götürülməsi qaydalarına dəyişiklik edilib. İşə götürülmə qaydaları boş vakansiyalar üzrə Təhsil Nazirliyinin həyata keçirdiyi və В«Dövlət qulluqçularının işə qubulu haqqındaВ» qanuna uyğunlaşdırılıb. Məhz test imtahanları qaydasında müəllimlərin seçilməsi həyata keçirilməyə başlayandan sonra orta məktəblərdə müəllim çatışmazlıqları da meydana çıxıb. Məsələ burasındadır ki, bu problemin yaranmasında istənilən halda dövlətin həyata keçirilməli olan islahatlarıneın ləngiməsi xüsusi rol oynayır. Məsələn 2011-ci ili naprel ayında dövlət başçısının müvafiq sərəncamı ilə müəllimlərin dövlət qüllüqçülarının xüsusi statusuna aid edilməsi haqqında məqamlar var idi. Prezidentin imzaladığı bu sərəncama əsasən Nazirlər Kabineti 3 ay ərzində qaydaları təsdiqləməli, Milli Məclis isə müvafiq qanun qəbul etməliydi. Lakin bir ilə yaxın vaxt ötməsinə baxmayaraq hələ də müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi baş tutmayıb. Əgər bu islahatlar həyata keçirilsəydi, təbii ki, avtomatik olaraq müəllimlərin əmək haqları da artacaqdı. Bundan sonra isə yuxarıda qeyd edilən 24 saatlıq limitin tətbiq edilməsi mümkün olardı. Lakin əmək haqlarının artırılmadığı bir təqdirdə müəllimlərin əmək haqlarının azaldılması, ən azından kəndlərdə 100 minlərlə saat dərs yükünün keçilməmiş, tədris edilməmiş qalmasına gətirib çıxaracaq. Nəticə etibarilə də müəllimlərin əmək haqları azalacaq, kənd orta məktəblərində onsuz da aşağı olan tədrisdə ciddi problem yaranacaq.

DİA.AZ-a daxil olan məlumatlara əsasən gözlənilən kütləvi etirazların bir qədər intensivləşməsində Misir Mərdanov da katalizator rolunu oynayır. Belə ki, təhsil naziri bu yaxınlarda müəllimlərin diplomlarının yoxlanılması ilə bağlı böyük bir kampaniyanın başında dayanırdı. Maraqlıdır ki, məhz diplomların saxta olub-olmadığını yoxlamaq məqsədilə həyata keçirilən bu yoxlamalardan sonra da yüzlərlə kənd müəllimi işini itirməli oldu. Nəticə etibarilə də onsuz da az olan müəllimlərin sayı bir qədər də azaldı.

İndi isə hakimiyyət müəllimlərlə bağlı həyata keçirdiyi bu sərt islahatları ilə əslində Azərbaycanda hər kəsi kifayət qədər ağır duruma düşürüb. Gözlənilən odur ki, mart ayına qədər ölkədə baş verə biləcək istənilən narazılığa onsuz da çoxdan istefaya hazırlanan Misir Mərdanov qurban verilsin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Bu gün, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Bu gün, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Bu gün, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Bu gün, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Bu gün, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Bu gün, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Bu gün, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Bu gün, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Bu gün, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Bu gün, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Bu gün, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Bu gün, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Bu gün, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Bu gün, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Bu gün, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Bu gün, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Bu gün, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Bu gün, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Bu gün, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Bu gün, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Bu gün, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Bu gün, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Bu gün, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Bu gün, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Bu gün, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Bu gün, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Bu gün, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Bu gün, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Bu gün, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Bu gün, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Bu gün, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Bu gün, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Bu gün, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Bu gün, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Bu gün, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Bu gün, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Bu gün, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Bu gün, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Bu gün, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Bu gün, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Bu gün, 06:46
Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma - FOTO
Bu gün, 06:31
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru