İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

DEVRİLƏN İCRA BAŞÇISI HAQDA ŞOK FAKTLAR
Tarix: 3-03-2012, 14:14 | Çap et
DEVRİLƏN İCRA BAŞÇISI HAQDA ŞOK FAKTLAR

QUBADA KÜTLƏVİ HƏBSLƏR BAŞLADI

Qubalılar keçmiş icra başçısı Rauf Həbibovun Qələduzdakı villasının hasarı sökmək üçün daxili qoşunlara saat 11-ə qədər vaxt vermişdilər. Hasar sökülməsə, villanı yandıracaqları ilə hədələmişdilər.

2 mart günü saat 10:30-da həmin yerə gəldik. Ərazidə polis maşını dayanıb və gələn hər maşını saxlayır. Bizi gətirən taksi sürücüsü xəbər verir ki, gecə saatlarında da polislər iş başında olublar. O, evinə getmək üçün sənədlərini göstərməli olub. Polis biz gəldiyimiz maşını da saxladıb, hara getdiyimizi soruşur. Sürücü yaxınlıqdakı kəndlərdən birinin adını çəkir, polis icazə verir. Keçmiş icra başçısı Rauf Həbibovun dünənə qədər yaşadığı villaya yaxınlaşırıq. Villanın şüşələri sındırılıb, hasarları isə yavaş-yavaş sökülür. Villanı çəkdiyimizi görən polis bizə yaxınlaşaraq çəkilişə icazə verilmədiyini deyir. Onun dediyinə görə bu ərazidə çəkiliş aparmamağı millət vəkili Vahid Əhmədov tapşırıb.

İcra başçısısın villasını tikən usta nələr dedi?

Qələduz kəndinin sakinləri ilə söhbətləşirik. Keçmiş İcra başçısı əhalinin mal-qarasını suvarmaq üçün apardığı yeganə yolu bağlayıb. “Örüş sahəsinin yolunu kəsib. Suyu da onun kimi... İki-üç kilometrlik yola su gedib çıxmır. Bircə işıqdan problemimiz yoxdur. İcra başçısı Qudyalçayın içində ayaqyolu tikib. Hansı otağına girisən hamamı, tualeti var. O niyə çayın üstündə tualet düzəldir? Onun evində mən işləmişəm, bilirəm”.

İcra başçısının villasında fəhlə işləyən sakin deyir ki, Rauf Həbibov onların məvaciblərin 3 aydan bir verib. “Özü də üç aydan sonra bir ayın pulun verirdi. Qalan ayların pulun yenə də saxlayırdı. Harada pullu işlər var idi, talışlara ötürürdü”.

Sakin dağın ətəyində gedən tikinti işlərini göstərib, Qubaya su xətti çəkdiklərini çatdırır. Bu iş də türklərə tapşırılıb.

Polis icra başçısının villasını yandıranı axtarır

Qubanın mərkəzində həbslərin başlanıldığı xəbərini alırıq. Polis idarəsinin qarşısına gələndə burada şikayətçi ilə polisin mübahisəsinə şahidlik edirik. Vətəndaş oğlunun polis idarəsində olduğunu, polis isə onlara səhv məlumat verildiyini təkid edir. Valideyn şikayətini bizə danışır. “Zahidov İntiqam əmim nəvəsidir. Dünən tutmuşdular, hələ də azad etməyiblər. (qardaşı söhbətə qoşulur) Dünən günorta ikidə qardaşımı gördüm, ondan sonra ona zəng çatmadı. Dünən uşaq bura gətirilib, ondan sonra məlumat yoxdur. Dünən axşamdan buradayıq, bizə bir kəlmə demirlər. Deputat Vahid Əhmədov deyir, uşaq buradadır, polislər deyir, yoxdur. İndi bizim deputatımız yalan deyir? Ziya müəllimlə (Nəqliyyat naziri Ziya Məmmədov) görüşmüşük. Deyib, “polisə gedin, ərizə yazın. Oğlan Quba rayonunun daxili işlər şöbəsindədir. Müəyyən işlər araşdırılıb, buraxılacaq”. Biz də uşağın itməsi haqqında ərizə gətirmişik. Polislər deyir, burada yoxdur, qəbul eləmirlər”. Bir müddət sonra polislər qəbul edirlər ki, İntiqam Zahidov idarədədir, amma tezliklə buraxılacaq.

Polis idarəsindən Azər adlı şəxs çıxır. O da mitinqdə iştirakına görə saxlanılıb. Bizə yaxınlaşaraq məlumat verir ki, səhər 10-dan idarəyə çağırılıb. Üç saat sorğu-sual edilib. İçəridə ondan keçmiş icra başçısının evini yandırıb, yandırmadığı və mitinqin təşkilatçıları haqqında nə bildiyi soruşulub. “Sual verdilər ki, evi sən yandırmısan? Dedim, yox. Təşkilatçıların kim olduğunu bilirsən? Dedim, yox. Üç saat bu sualları təkrar-təkrar verdilər”. O, polis idarəsində başqa mitinqçilərə rast gəlmədiyini deyir.

Mitinqə gəlməyə yol pulu tapa bilməyənlər…

Polis idarəsinin ətrafında işdən çıxarılan xadimə də dayanmışdı. Sima Cəfərova bu idarədə 10 il işləyib. Əsassız yerə işdən çıxarıldığını və onu polis idarəsində heç kimin qəbul etmədiyini deyir. “Otaqda zibil qalıb, qapı bağlı olub deyə aça bilməmişəm. Ona görə işdən çıxarıblar. Prezident Aparatına şikayət etmişəm. Bu idarədə də məni eşidən yoxdur. Neçə saatdır bura gözləyirəm, heç kim qəbul eləmir. 120 manat maaş alırdım, indi dolana bilmirəm”.

Çay evində və küçədə sakinlər arasında hər kəs tutulanların sayın fərqli rəqəmlərlə deyir. Bu məlumatların doğru və ya yanlış olduğu haqda heç bir rəsmi qurum açıqlama vermir. Qubanın Mədəniyyət Evinin qarşısında gödəkcələrində Baş Şəhər Baş Prokurorluğu yazılmış işçilərə yaxınlaşırıq. Onlar ərazini kameralarla çəkirlər. Maşınların dövlət nömrə nişanlarını və əhalini kameralara qeyd edirlər. Onlara yaxınlaşıb, gəliş səbəblərini soruşuruq. Qubaya mitinq məsələsinə görə gəlmədiklərini iddia edirlər. “Başqa işə görə buradayıq. Xahiş edirik mane olmayın”.

Qubanın mərkəzində və kəndlərində olarkən əhalinin çox kasıb yaşadığının şahidi oluruq. 1 mart mitinqində iştirak etməyə yol pulu tapmayanlar, elə mitinqdə iştirakına görə küçədə gecələyən gənclər də olub. Amma 2 mart günü rayonun küçələrində gəncləri görmədik. Onlar evlərinə çəkilib, hər an polis məntəqəsinə çağırılacaqlarını gözləyirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru