İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

SABİNA FREYZERDƏN QANQARALDICI PROQNOZ
Tarix: 6-03-2012, 16:38 | Çap et
SABİNA FREYZERDƏN QANQARALDICI PROQNOZ

“YENİ MÜHARİBƏ UZUN VƏ DAĞIDICI OLACAQ”

Beynəlxalq Böhran Qrupunun Avpopa Proqramının direktorunun Turana eksklüziv müsahibəsini təqdim edirik...

Sual: Beynəlxalq Böhran Qrupu bu yaxınlarda Azərbaycanda məcburi köçkünlərin problemləri ilə bağlı geniş məruzə dərc edib. Sizcə, bu kateqoriya insanların ən ciddi problemləri nədir və təşkilatınızın Azərbaycan hökumətinə tövsiyələri nələrdir?

Cavab: Beynəlxalq Böhran Qrupu fevralın 27-də “Azərbaycanda məcburi köçkünlərin problemləri” adlı məruzə dərc edib. Məruzədə deyilir ki, son illər hökumət əhalinin bu qrupuna (təxminən 600 000 nəfər) qayğını xeyli artırıb. Baxmayaraq ki, çoxları hələ də qeyri-sabit yaşayış problemi ilə üz-üzədir, dövlət isə yeni mənzillərin tikilməsinə və maddi yardımın artırılmasına böyük vəsait ayırır. Çadır düşərgələrinin ləğvi dəyişikliklərin mühüm göstəricisi oldu.

Lakin hökumət 100 000-dən çox insan üçün yeni mənzillər tiksə də, bəziləri evlərin və infrastrukturun keyfiyyətinin aşağı olmasından, ictimaiyyətin planlaşdırmada iştirak etməməsindən, torpaq əldə etmək imkanlarının məhdudluğundan və yeni icmalarda iş yerlərinin çatışmazlığından şikayət edirlər.

Məcburi köçkünlər mənzil, xidmətlər məsələləri üzrə qərarların qəbulu, habelə etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin planlaşdırılması prosesinə daha səmərəli inteqrasiya etməlidir.

Məcburi köçkünlərin öz maraqlarını ifadə etmək imkanları məhduddur. Dağlıq Qarabağdan 40000 nəfər Dağlıq Qarabağın Azərbaycanlı İcması adlı ictimai təşkilata daxildir, lakin qurum rəhbərliyi əhali tərəfindən seçilməyib, Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonlardan olan 560 000 məcburi köçkün burada təmsil edilməyib.

Məcburi köçkünlərin siyasi səsi də zəif olaraq qalır. Təmas xətti boyunca bu kateqoriya şəxslərin və digər vətəndaşların müdafiəsi üçün Azərbaycan hakimiyyəti Ermənistan hökuməti və Dağlıq Qarabağın de-fakto hakimiyyəti ilə ATƏT monitorinqlərinin genişləndirilməsi üzrə razılıq əldə etməli, snayperlərin təmas xəttindən uzaqlaşdırılması haqqında təklifi qəbul etməli, hadisələrin araşdırılması mexanizmini müəyyən etməli, habelə cəbhə xətti yaxınlığında hərbi təlimlərə son qoymalıdır.

Sual: Bir neçə həftə əvvəl Fransa Senatı erməni soyqırımının inkarı haqqında qanun qəbul etdi. Bu qərar Azərbaycanda Fransanın ATƏT-in Minsk Qrupundan çıxarılmasını tələb edən etiraz dalğaları ilə eyni vaxta təsadüf etdi. Necə düşünürsünüz, bundan sonra Fransanın Parisin münaqişənin nizamlanmasında qərəzsiz vasitəçi olduğu haqqında iddiası nə dərəcədə inandırıcıdır?

Azərbaycanın Fransanı ATƏT-in Minsk Qrupundan istisna etmək üçün real addımlar ata biləcəyinə inanırsınız? Bu, Bakının maraqlarına cavab verər?

Cavab: Fransanın Konstitusiya Şurası erməni soyqırımının inkarına görə cəza nəzərdə tutan qanunu ləğv edib, mən isə inanıram ki, bu qanunun qəbulu daha çox Fransanın daxili siyasəti, habelə Fransada 500 000-ə yaxın etnik erməni olması ilə bağlıdır.

Minsk Qrupu artıq 20 ildir fəaliyyət göstərir və zənnimcə, bunun nizamlanma üzrə danışıqlar üçün ən yaxşı format olması məsələsi tamamilə ədalətli və adekvatdır.

Lakin düşünmürəm ki, soyqırımın inkarına görə cəza qanunu Fransanın erməniyönlü və ya Azərbaycanyönlü olması deməkdir. Fransada çox az insan Bakını 1915-ci ilin faciəvi hadisələri ilə əlaqələndirir. Orada hətta azərbaycanlıların türk etnosu ilə hər-hansı əlaqəsi olduğunu belə dərk etməyə bilərlər.

Lakin bu, Parisə Azərbaycanda problemləri həll edilməmiş 600 000 məcburi köçkün olduğunu xatırlatmaq üçün yaxşı fürsətdir.

Məncə ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırki formatını dəyişmək çox çətin olar. Bu dəyişikliyi kim edər? ATƏT-in hazırki sədri, Minsk qrupunu bütün üzvləri, yoxsa ATƏT-in bütün üzvləri?

İstənilən halda, konsensus əldə ediləcəyi ehtimalı kiçikdir, xüsusən, Bakı və Yerevanın dəstəkləməli olduğu Avropa İttifaqı üzvləri arasında.

Sual: Azərbaycanın və Ermənistanın döyüş hazırlığını necə qiymətləndirirsiniz? Azərbaycan müharibəyə başlasa qalib gələ bilər?

Cavab: Bir il əvvəl Beynəlxalq Böhran Qrupu “Ermənistan və Azərbaycan – müharibənin qarşısının alınması” adlı məruzə dərc edib. Burada biz təsadüfi gərginləşmə mümkünlüyü barədə xəbərdarlıq etmişdik, belə ki, hər iki ölkə qızğın şəkildə silahlanır, cəbhədə qarşıdurmaların gərginləşməsində iştirak edir, hərbi ritorikadan istifadə edir.

Azərbaycanda və Ermənistanda tezliklə qələbə əldə edə biləcəklərini düşünən qüvvələr var. Amma bizim məruzədə deyilir ki, istənilən müharibə uzun və ağır olacaq.

Azərbaycanın silahlı qüvvələri 95 000, Ermənistan və Dağlı Qarabağın isə 70 000 nəfərdən ibarətdir.

Tərəflərin arsenalları getdikcə daha öldürücü, uzunmüddətli müharibəyə tab gətirmək iqtidarında olur. Bu arsenallar iri yaşayış məntəqələrini, həyati əhəmiyyət kəsb edən infrastrukturu və kommunikasiyaları məhv etməyə imkan verir.

Azərbaycan üçün əsas problem erməni qoşunlarının taktiki üstünlüyə malik olmasıdır, belə ki, Dağlıq Qarabağ ətrafındakı yüksəkliklərin böyük hissəsinə nəzarət edir. Füzuli və Cəbrayıldan kənarda istənilən hücum mürəkkəb dağ relyefində ağır döyüş olacaq və Azərbaycan qüvvəsinə və silahlarına görə, ən az üç dəfə üstünlüyə malik olmalıdır.

Sual: Bu halda böyük dövlətlərin – Rusiya, ABŞ, Türkiyə və İranın hansı rolu ola bilər? Onlardan hansı və niyə bu və ya digər tərəfi dəstəkləyəcək (dəstəkləsə)?

Cavab: Regional dövlətlərin müharibəyə cəlb edilməsi tamamilə mümkündür, baxmayaraq ki, Rusiya və Türkiyə hazırda yaxın strateji müttəfiqlərdir.

Ermənistan, çox güman ki, Rusiyanın KTMT çərçivəsində öhdəliklərinə istinad edərək, onun hərbi müdaxiləsini təmin etməyə çalışacaq. Rusların birbaşa hərbi iştirakı haqqında danışmaq çətin olardı. Lakin Gümridə Rusiya hərbi bazası haqqında saziş 2010-cu ilin avqustunda dəyişdirilib. İmzalanmış sənədə Ermənistanın təhlükəsizliyinə ümumi hədələrə qarşı təhlükəsizlik zəmanəti daxildir və Qarabağ münaqişəsi bərpa edildiyi halda Moskvanın hərbi öhdəliklərini tam izah etmir.

16 avqust 2010-cu ildə Rusiya-Ermənistan hərbi sazişinin yenilənməsindən bir gün öncə Türkiyə və Azərbaycan strateji tərəfdaşlıq və ölkələrdən birinə hərbi hücum və ya “təcavüz” olduğu halda “bütün imkanlardan istifadə etməklə” bir-birinə dəstək göstərilməsini nəzərdə tutan qarşılıqlı yardım haqqında müqavilə imzalayıblar.

ABŞ və Aİ-nin bilavasitə cəlb ediləcəyinə inanmıram, amma hərbi əməliyyatların bərpası ABŞ və Aİ-nin energetika, enerji daşıyıcılarının Avropaya nəqli üçün alternativ mənbə və tranzit marşrutları qismində Cənubi Qafqazın inkişafı sahəsində maraqlarını ciddi şəkildə sarsıda bilər.

Tammiqyaslı müharibə Qafqaz dəhlizini təhlükə altına qoyacaq. NATO hərbi nəqliyyat aviasiyasının Mərkəzi Asiyadakı bazalara bütün uçuşlarının təxminən 70%-i bu dəhlizin hava məkanından keçir. Əfqanıstana alternativ quru yolu marşrutu da Azərbaycandan keçir.

Sual: Ermənilərin və Azərbaycanlıların münaqişəni sülh yolu ilə həll edə biləcəyinə inanırsınız? Əgər bu mümkündürsə, 20 ildir niyə alınmır?

Münaqişənin həlli üzrə təməl prinsiplərin qəbuluna mane olan əsas səbəb nədir? Bakının Qarabağda referenduma razılaşa biləcəyinə inanırsınız?

Cavab: Hesab edirəm ki, Ermənistan və Azərbaycan üçün təməl prinsiplər münaqişənin həllində irəliləyiş əldə etmək üçün əla plandır. Amma tərəflər arasında bütün səviyyələrdə - prezidentlərdən sadə insanlara qədər etimadsızlıq olduğu aydındır. Bu, təməl prinsiplər haqqında saziş əldə edilməsini daha da çətinləşdirir, belə ki, münaqişənin dərhal həllini deyil, uzunmüddətli qayıtma, bərpa və normallaşma prosesi nəzərdə tutur.

Tərəflər yavaş gedən proqresdən 10 il, 20 il sonra da olsa Dağlıq Qarabağın yekun statusu haqqında razılıq əldə edə biləcəklərinə inanmalıdırlar. Bu prosesə başlamaq üçün onların etimada ehtiyacı var. Beynəlxalq ictimaiyyət gəlib hansısa qərar təqdim edə bilməz.

Hazırda Ermənistan və Azərbaycan Dağlıq Qarabağın gələcək statusu haqqında razılıq əldə edə bilmir. Ermənilər, əlbəttə ki, müstəqil Dağlıq Qarabağ üçün aydın gələcək istəyir (ətrafında işğal edilmiş ərazilərinin bir hissəsinin əvəzində), Bakı isə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olaraq qalmalı olduğunu hesab edir.

Təməl prinsiplər statusla bağlı istənilən qərarı ləngitməyə çalışır, amma hər iki tərəf daim status haqqında nə isə daxil etməyə və öz mövqeyini təmin etməyə çalışır.

Azərbaycan Dağlıq Qarabağın statusu haqqında səsverməyə razılaşa biləcəyini güman edərək müxtəlif ifadələrdən istifadə edib. Problem referendum və ya səsvermə anlayışında deyil. Problem detallardadır: hansı sualın veriləcəyində, səsvermənin harada keçiriləcəyində, kimin səs verəcəyində, Dağlıq Qarabağdakı səsvermədən sonra Azərbaycanda onu təsdiq edəcək səsvermə keçirilib-keçirilməyəcəyindədir.

Sual: ATƏT-in Minsk Qrupunun yerinə beynəlxalq vasitəçilərin yeni formatının yaradılması haqqında təkliflərlə bağlı nə düşünürsünüz?

Cavab: Bir az əvvəl də dediyim kimi, Minsk Qrupunun yaradılmasından 20 il sonra onun səmərəli olub-olmadığını soruşmaq məntiqlidir.

Aydındır ki, o, daha şəffaf olmalı və tərəflər arasında etimadı artırmaq üçün daha çox şey etməlidir. Bu o deməkdir ki, bütün mexanizm dəyişdirilməlidir? Ola bilər.

Amma ən iri regional dövlətləri – Rusiya, ABŞ və Fransa vasitəsilə Aİ-ni kim əvəz edə bilər?

Bu sual Beynəlxalq Böhran Qrupunun gələcək məruzəsinin mövzusu olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru