İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

DEPUTATA ÜNVANLANAN ŞOK AÇIQ MƏKTUB
Tarix: 22-03-2012, 11:48 | Çap et
DEPUTATA ÜNVANLANAN ŞOK AÇIQ MƏKTUB

SEÇİCİSİ ÇİNGİZ QƏNİZADƏDƏN İMTİNA ETDİ

İmişli rayon Ağammədli kənd sakini, ali təhsilli, Ahıl Ziyalılar birliyinin üzvü Əsəd Xanlar oğlu Xəlilov Milli Məclisin üzvü Çingiz Qənizadəyə açıq məktub ünvanlayıb. DİA.AZ redaksiyasına daxil olan məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“Hörmətli Çingiz müəllim,
Sizin 19 mart 2012- ci ildə xalqımızın əziz və müqəddəs Novruz bayramı axşamı bir qrup İmişli rayon sakini, o cümlədən mənim haqqımda həqiqətdən uzaq, böhtan xarakterli, qeyri- etik ifadələrlə aşağılamanız məni çox təsirləndirdi. Bilirsiniz ki, siz məni, mən də sizi yaxşı- pis tanıyıram. 2010-cu il parlament seçkilərində mən 80 saylı DSK- nın 12 saylı MnSK- da katib olmuşam. Ziyalı jurnalist Davud Zülfüqarlının xahişi ilə ailəm və qohumlarımla birgə sizə səs vermişik. Daim sizin hörmətinizi saxlamış, indiyə qədər haqqınızda güldən ağır bir söz işlətməmiş, hətta öz haqlı tələblərimi edən zaman sizi narahat edib sizə müraciət etməmişəm.
Keçək sizin 19 mart tarixli “məşhur” açıqlamanıza...
1. Açıqlamanızın mənə aid olan hissəsində məni “haqsız şikayətçi” kimi qələmə verirsiniz. Mən sizə sual edirəm; mənim haqsız olduğumu nədən bilirsiniz və harda görmüsünüz? Hansı dəlil və arqumentlərlə bu qənaətə gəlmisiniz? Məlumat üçün bildirim ki, mənim evim 2010- ci ildə İmişlidə yağan güclü leysan yağışlarının və qrunt sularının təsirinə məruz qalıb. İmişli RİH mənə dəfələrlə məktub göndərərək evimin “normal” olduğunu yazıb. Mənim son şikayətim yalnız evimlə bağlı olub. “Kür” Vətəndaş Cəmiyyətinə etdiyim müraciətdən sonra 2011- ci ilin noyabr ayının 29- da Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri gəlib evimə baxış keçirdilər. Evimin durumu qeyri- normal qiymətləndirilərək evdə bərpa gücləndirilmə işlərinin aparılmasına dair rəy verildi. Dövlət komissiyasının verdiyi bu rəy həm də onu sübut etdi ki, İmişli RİH- nin indiyə qədər mənə verdiyi cavablar formal olmaqla yanaşı həqiqəti əks etdirməyib və həm də ailəmlə birgə qəzalıya yaxın bir vəziyyətdə olan evdə yaşamışıq ki, bu da bizim həyatımız üçün çox böyük təhlükə deməkdir. İndi siz deyin; haqsız mənəm, yoxsa İmişli RİH və İmişli RİH- i müdafiə edən siz?
2. Yazınızda mənim Ağammədli kənd icra nümayəndəsi ilə 14 mart 2010- ci il tarixdə olmuş məhkəmə prosesi ilə bağlı iddia edirsiniz ki, guya mən “ATƏT nümayəndəsinin də iştirak etdiyi məhkəmədə səhv hərəkət etdiyimi və uduzduğumu bilərək saziş imzalamağı təklif etmişəm”. Əvvalə biləsiniz ki, məhkəmə prosesi qapalı keçirilib və ATƏT nümayəndəsi, yerli sakinlər, jurnalistlər məhkəməyə buraxılmayıb. Mən sizə sual edirəm qapalı keçirilən, iştirak etmədiyiniz məhkəmə prosesi barədə siz məlumatı hardan almısınız? Digər tərəfdən doğrudanmı 2 nəfərin məhkəmə çəkişməsi sizin üçün o qədər önəmlidir ki, siz bütün işlərinizi bir kənara qoyub bizim məhkəməmizlə bağlı detallı araşdırma aparıb həqiqətə uyğun olmayan məlumatlar yayırsınız? Sizin başqa işiniz- gücünüz yoxdurmu? Amma məlumat üçün bildirim ki, məhkəmədə mənim və qarşı tərəfin “səhv hərəkət etməsi və uduzmağı” müzakirə predimeti olmayıb. Barışıq təklifini isə hörmətli hakim Süleyman Ağayev və “Kür” Cəmiyyətinin rəhbəri Oktay Gülalıyev irəli sürüb və biz də qəbul edib barışmışıq. Mətbuatda nə yazılmasına görə isə mən məsuliyyət daşımıram.
3. Yazınızda Kür Araz daşqınlarına və qrunt sularının təsirinə məruz qalan insanlarda narazılığı guya “Kür” Vətəndaş Cəmiyyətinin yaratdığını və bizim evlərin Nazirlər Kabinetinin 197s saylı sərəncamın təsirinə düşmədiyini iddia edirsiniz. Nəzərinizə çatdırım ki, mən və digər sakinlər aidiyyatı qurumlara 2010- cu ildə müraciət edəndə “Kür” Cəmiyyətini tanımırdıq. Onları sonradan tanımışıq və çox sevinirik ki, belə təşkilat var. Bu gün bizim səsəimizə səs verən yeganə təşkilat “Kür” təşkilatıdır. Halbu ki, biz sizə səs vermişdik ki, bizim hüquqlarımızı müdafiə edib səsimizə səs verəsiniz. Təəssüf ki, siz bu gün millət vəkili kimi millətin, biz seçicilərin deyil, İmişli RİH başçısı Əbülfəz Ağayevin vəkili, onun nümayəndəsi kimi çıxış edirsiniz. Roma Papasından artıq katolik kimi davranırsınız. Digər tərəfdən biləsiniz ki, Nazirlər Kabinetinin 197s saylı sərəncamından öncə prezidentin 19 may 2010- cu il tarixli sərəncamı imzalanıb. Həmin sərəncama əsasən Kür Araz daşqınları ilə bərabər 2010- cu ildə güclü leysan yağışlarının və qrunt sularının təsirinə məruz qalan insanlara da dövlət yardımı şamil olunur ki, məhz bu sərəncama uyğun olaraq İmişlidə indiyə qədər 700- dən çox ev tikilib. Elə bizim və qonşu kəndlərdə də xeyli ev tikilib. Siz İmişlidə Kür Araz daşqınları olmayıb deyə ictimai rəyi azdırmağa çalışmayın. İnsanları aldatmaq sizə yaraşsa da millət vəkili adına yaraşmır.

Çingiz müəllim,
Mənim 71 yaşım var. Dünyanın hər üzünü görmüşəm. İnsanların yaxşısını, pisini də... Üzdə olan insanların çoxunu tanıyıram. Onların keçdiyi yolu, əqidəsini, şəxsiyyətini, məramını özümə görə anlayıram. Sizin də AXC üzvlüyündən və Elçibəyin komandasından YAP- a xidmət və yarınmağa qədər keçdiyiniz həyat yolunuzu hamı görür və dərk edir... Mən sizdən fərqli olaraq əqidəmi dəyişməmişəm, ilk gündən indiyə qədər Heydər Əliyev ideyasına inanmışam və bu yolda olmuşam. Ölənə qədər də bu yolda olacam.
Bayram ərəfəsində sizin mənim və digər İmişli sakinləri haqqında işlətdiyiniz etikadan və həqiqətdən uzaq fikirlər bir ahıl ziyalı olaraq məni çox incitdi. Mən bu ifadələri sizə bağışlamıram. Siz mənim haqqımda yazırsınız ki, guya mən səhv etdiyimdən məhkəmədə barışıq təklif etmişəm. Həyatda səhvsiz insan yoxdur. Amma mənim səhvim məhkəmə ilə bağlı olmayıb. Həyatda etdiyim ən böyük səhvlərdən biri ailəm, qohumlarım, ərkim keçən insanları çağıraraq sizə səs verib sizi İmişliyə layiqli deputat bilməyimdə olub. Mən bu gün həmin insanlarla birgə sizə verdiyim səsdən imtina etdiyimi bildiriəm. Düzdür bu heç nəyi dəyişmir. Amma mən öz vicdanım qarşısında az da olsa təsəlli tapacam ki, ziyanlı yolun yarısından geri qayıtdım. Həqiqəti gördüm və dərk etdim. Qaraya ağ deməkdən vaz keçdim.
Yuxarıda qeyd etdiyim kimi mən 2010- cu ilin parlament seçkilərində 80 saylı DSK- nın 12 saylı MnSK- nın katibi olmuşam. Sizin necə deputat olmanızı mən çox gözəl bilirəm. Məni hər şeyi açıb danışmağa məcbur etməyin.
Sonda sizə bir ağsaqqal kimi kiçicik tövsiyyəm var; Adam su içdiyi qaba tüpürməz. Sizə deputat mandatını biz İmişlilərin adından veriblər. Məsləhətim odur ki, dərindən araşdırmadığınız, öyrənmədiyiniz, bilmədiyiniz bir məsələ, insanlar haqqında danışmağa və hökm verməyə tələsməyin. Və bir də çalışın öz sözünüzü deyin, başqalarının yox... Özgənin sözünü demək özgənin atına minmək kimi bir şeydir. Özgənin atını minən isə yarı yolda qalar... Yarı yolda qalmaq istəmirsinizsə öz sözünüz deyin, öz işinizlə məşğul olun və haqqa tapının!!!”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Bu gün, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Bu gün, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Bu gün, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Bu gün, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13
"Gül salonum var..."
Bu gün, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru