İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

NEFT ÖLKƏSİNDƏ AĞ NEFT ÇATIŞMIR
Tarix: 26-03-2012, 14:49 | Çap et
NEFT ÖLKƏSİNDƏ AĞ NEFT ÇATIŞMIR

“BUNUN ADINA SADƏCƏ OLARAQ BİABIRÇILIQ DEYİLƏ BİLƏR”

İrandan ərzaq və kənd təsərrüfatı məhsullarının gətirilməsi Azərbaycanın cənub rayonlarında kütləvi işə çevrilib. Sərhədyanı ərazilərdə yaşayanlar çox vaxt bazarlığa İran Astarasına gedirlər. İran tərəfi vizanı birtərəfli qaydada ləğv edəndən sonra bu məqsədlə qonşu ölkəyə gedənlərin sayı artıb.

İqtisadçı Vidadi Mirzəyev deyir ki, əslində bu alış-veriş İrana su və hava kimi lazımdır. İranın bütün ərazilərindən Azərbaycana mal gətirirlər. Onun deməsinə görə, qiymətlər də İranın digər şəhərlərinə nisbətən İran Astarasında bahadır. İqtisadçı hesab edir ki, İran vətəndaşları bundan qazanırlar. Üstəlik İranda xaricə mal satan iş adamlarına güzəştlər də nəzərdə tutulur.

İrana gedən Azərbaycan vətəndaşları geri qayıdarkən ağ neft də gətirirlər. Halbuki, Azərbaycan xarici ölkələrə neft və qaz satır. İş adamı Faiq Cəfərov bunu В«biabırçılıqВ» hesab edir. Onun sözlərinə görə, təbii qaz Azərbaycan əyalətlərində rayon mərkəzlərinə və bir neçə kəndə verilir. Kəndlərin əksəriyyəti qazsızdır. Dağ ərazilərində yerləşən kəndlərdə işıq aylarla yanmır. Belə vəziyyətdə ağ neftə ehtiyac yaranır:

В«Müəyyən malların İrandan gətirilməsi təbiidir, gətirirlər gətirsinlər. Amma, ağ neft gətirmək məni çox təəccübləndirdi. Bir ölkədə ki, dənizdə və quruda neft çıxa, sonra da o ölkənin vətəndaşı oradan əzab-əziyyətlə ağ neft gətirə, İran da qoymur, məni çox təəccübləndirir. Maraqlanmışam, müəyyən sərhədyanı zonalarda, orda işıq çatışmazlığı olur, qaz yoxdur, В«solyarkaВ» sobası yandırmalıdır. В«SolyarkaВ» bir az bahadır. Ağ neft daha təmizdir, yaxşı yanır, o məcburdur ki, ordan gətirsinВ».

İş adamının sözlərinə görə, gün ərzində Azərbaycan tərəfə əl ilə 100-200 litr ağ neft çıxarılır. Bunda İranda ağ neftin ucuz olması da rol oynayır.

В«Orda ağ neftin bir litri, səhv etmirəmsə, bizim pulla 15-20 qəpikdir. Amma bizdə 1 manatadır, litri 1 manatdır. Burda qazanc məsələsi var, həm də özü istifadə edir, ondan. Lampanı yandırmaq üçün yaxşıdır, həm də istilik sistemi üçün yaxşıdır. Çox təəccüblüdür, çox təəssüf edirəm. Bu ölkə neft ölkəsi ola-ola nə üçün bu millət nefti ordan gətirməlidir? Mən istərdim ki, ölkədə belə şeylərin qarşısı alınsın, çünki bu biabırçılıqdırВ».

Astara keçid məntəqəsinin önündə olduq. Məlum oldu ki, bayram günləri olduğu üçün adamların İran tərəfinə buraxılmasında məhdudiyyətlər qoyulub. Həm də adamlar İrana üç gündən bir buraxılırlar. Digər tərəfdən neft В«qaçaqmalВ» hesab olunur. Adamlar ağ nefti qablarda, gizli şəkildə Azərbaycana keçirirlər. Adının çəkilməsini istəməyən bir yerli sakinin dediyinə görə, İrandan gətirilən ağ neft keçid qapısının önündə satılmır. Müəyyən yerlərə verilir və orada satılır. Belə bir yerdə olduq. Ağ neft satılan evin sahibinə jurnalist olduğumuzu, bu məsələni araşdırdığımızı bildirdik. O əvvəlcə belə bir işlə məşğul olmadığını söylədi. Sonra isə səsini lentə almamaq şərti ilə bəzi məsələlərə aydınlıq gətirdi. Onun dediyinə görə, İrandan gətirilən ağ neftin bir litrini 80 qəpikdən alır, 1 manatdan satır. Ağ neft alanların sayı elə də çox deyil. O deyir ki, ağ nefti əsasən dağ ərazilərdə məskunlaşanlar alırlar.

İrandan ağ nefti təkcə piyadalar gətirmir. Sərhəddə eşitdiklərimizə görə, İrandan gələn yük maşınları da ağ neft gətirməyə çalışır. İrana məxsus yük maşınlarının bundan böyük qazanc əldə etdikləri deyilir.

Lənkəran rayonun bir neçə yanacaq doldurma məntəqəsində olduq. Sahibkarlar deyirlər ki, Bakıda neft bazasından ağ neft almaq mümkün deyil. Heç bir səbəb göstərmədən ağ neftin verilməsindən imtina edirlər.

Astarada yanacaqdoldurma məntəqələrinin birinin sahibi bizə bildirdi ki, bir neçə il bundan əvvəl onlar ağ neft satışa çıxardırdılar. Ağ neft qışda daha çox satılırdı. Alıcılar da var idi. İndi ağ neft verilmir. Ağ nefti hara verirlər, ondan xəbərləri yoxdur.

İqtisadçı Vidadi Mirzəyev bölgələrdə ağ neftin olmamasını təbii sayır. Onun dediyinə görə, İrandan gətirilən malların hamısından Azərbaycanda var. Lakin bu mallar qiymətdə fərq etdiyi üçün İrandan gətirilir. Ağ neft isə rayonlarda ümumiyyətlə yoxdur. İqtisadçının sözlərinə görə, İran sərhədində qayda yaratmağın vaxtı çatıb. Nəzarətsizlik problem yarada bilər. Vidadi Mirzəyevin fikrincə, ya müştərək bazar, ya da insanların İrana getməsində vahid qayda yaradılmalıdır.

Neft Araşdırmalar mərkəzin rəhbəri İlham Şaban isə deyir ki, vaxtı ilə İran Azərbaycandan neft alırdı:

В«İran vaxtı ilə bizdən alırdı. İndi bizim adamlar gedib ordan alıb gətirir. Biabırçılıqdır. Bizim özümüzdə istehsal var. Bizim camaat gedib ordan gətirir, alver məqsədi ilə istifadə edirlər. Bizdə istehsal var. Bizdə istehsal varsa rayonlar və yaxud istehsalçılar nə üçün bu vəziyyətdədir? Azərbaycanda iki neftayırma zavodu olduğu halda regionlarda insanlar əziyyət çəkir. Dövlət başçısı hər yerdə elan edir ki, biz öz enerji təhlükəsizliyimizi vaxtından əvvəl yüksək səviyyədə həyata keçirmişik. Ancaq dağ rayonlarında insanlar enerji təminatından əziyyət çəkir, enerji olmadığı vaxtda ağ neftdən istifadə edirlərВ».

İlham Şabanın fikrincə, bu məmurların dövlət başçısını aldatmasının və hökumətin öz vəzifəsini yerinə yetirməməsinin sübutudur.

“Azadlıq” Radiosu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
18-04-2026, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
18-04-2026, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
18-04-2026, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
18-04-2026, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
18-04-2026, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
18-04-2026, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
18-04-2026, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru