Burada dünyaya uşaq gətirmək riskli hesab olunur... - NARAZILIQ VAR...
Tarix: 20-02-2016, 10:51 | Çap et
 Şamaxı rayonunda səhiyyə sisteminin acınacaqlı durumda olması, bu sahəyə rəhbərlik edən Elxan Məmmədovun öz işində yol verdiyi çeşidli qanun pozuntuları ilə mövcud vəziyyəti getdikcə daha da ağırlaşdırması barədə məlumatlar artıq uzun müddətdir ki, redaksiyamıza daxil olmaqdadır. Qəzetimizin ötən saylarında biz Şamaxı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Elxan Məmmədovun özbaşınalıqlarından bəhs edən bir neçə tənqidi material dərc etmişik. Redaksiyamıza daxil olan məlumatlarda yerli sakinlərin xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlərin olduğu göstərilir. Bu xüsusda mənbələr bildirirlər ki, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Bəzi hallarda isə bu maxinasiyalar üçün kənd xəstəxanaları daha əlverişli olur. Buna görə də bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılarsa, bəzi kənd xəstəxana və tibb məntəqələrində dərmanlardan əldə olunan qazancın mərkəzi xəstəxanadan daha çoxd olduğu məlum olar. Halbuki, onların demək olar heç birində xəstələr yatmır. Digər tərəfdən isə, məlumatlarda RMX-nın doğum şöbəsinin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Şikayətçilər bildirirlər ki, şöbənin müdiri Nəzakət Abdulrəzəqova doğuş üçün konkret qiymətlər müəyyənləşdirib. Belə ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər. Təbii doğuş isə 400-500 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır. Şöbə müdiri isə deyir ki, yığdığı pulların bir hissəsini RMX-nın baş həkimi E.Məmmədova çatır.
Təbii ki, bütün bu özbaşınalıqlar Şamaxı RMX-nın fəaliyyətində daha ciddi fəsadlara da yol açmaya bilməz. Elə bir neçə ay bundan öncə xəstəxananın doğum şöbəsində baş vermiş uşaq ölümü hadisəsi də buna əyani sübutdur. Həmin vaxt Şamaxı Rayon Mərkəzi Xəstəxanasında uşaq dünyaya gətirən Ziyafət Həsənovanın bacısı oğlu bu xüsusda açıqlama verərək bildirmişdi ki, xalası 2015-ci il iyunun 8-də Şamaxı RMX-nın doğum şöbəsində qeysəriyyə üsulu ilə oğlan usağı dünyaya gətirib: “Uşağa beyində birinci dərəcəli qansızma diaqnozu qoyulmuşdu. Bundan sonra xəstəxananın şöbə müdiri Nəzakət Abdulrazaqovanın göndərişiylə uşaq Bakıya, Elmi Tədqiqat Pediatriya İnstitutuna göndərildi. Uşağı atası Afiyəddin Həsənova verdilər ki, aparın Bakıya. Ana isə, vəziyyəti ağır olduğundan Şamaxıda qalmalı oldu. Bakıda isə, Şamaxı həkimlərinin qoyduğu diaqnoza düzəliş etdirlər. Dedilər ki, uşaqda üçüncü dərəcəli qansızmadır. Uşağın çəkisini də Şamaxıda səhv çəkiblər. Bakıda deyirlər ki, uşağın çəkisi 2 kiloqram 700 qramdır. Şamaxıda isə demişdilər ki, uşaq 2 kiloqram doğulub. Təəssüflər olsun ki, körpənin həyatını Bakıda da xilas etmək mümkün olmadı. Elmi Tədqiqat Pediatriya İnstitutunda bildirdilər ki, uşağın ölmə səbəbi vaxtından əvvəl doğuşdur. Bu isə ona görə baş verib ki, Şamaxı RMX-nın doğum şöbəsində əməliyyatı tez keçirib, pasiyentdən 500 manat pulu almağa çox tələsiblər. Uşaq öləndən sonra pulumuzu geri qaytardılar ki, səsinizi çıxarmayın. Bütün bunların başında isə Tamara Qədirova və Nəzakət Abdulrazaqova dururlar”. Maraqlıdır ki, həkim Tamara Qədirova da o zaman mətbuata verdiyi açıqlamalarında uşağın ölümünə məhz vaxtından əvvəl aparılmış qeysəriyyə əməliyyatının səbəb olduğunu təsdiq etmişdi. Öz açıqlamasında T.Qədirova bildirmişdi ki, uşaq doğularkən heç bir reaksiyası olmayıb və yalnız oksigen aparatına qoşulduqdan sonra vəziyyəti nisbətən normallaşıb: “Uşaq doğuldu, ağlamadı. Oksigen verdik bir az rəngi dəyişdi. Nə lazımdırsa elədik. Əməliyyat edən həkim Nəzakət Abdulrazaqovanı çağırdım ki, doktor, uşağın vəziyyəti yaxşı deyil, sonra məni təqsirkar görəcəklər ki, nə əcəb Bakıya göndərməmisiniz. Burda aparat yoxdur ki, uşağın orqanlarını yoxlayaq. Uşağın qeysəriyyə ilə doğulması məsləhətini Nəzakət xanım vermişdi. Bəli, uşaq yarımçıq doğulmuşdu. Hardasa bir ay tez əməliyyat edilmişdi...” Lakin bütün bunlara baxmayaraq, Nəzakət Abdulrazaqova bir ailənin faciəsinə səbəb olmuş əməlinə görə hələ də cəzalandırılmayıb. Bu isə, indinin özündə də doğum üçün Şamaxı RMX-ya müraciət edən pasiyentlərin həm özlərinin, həm də övladlarının həyatlarının böyük risk altında olduğu anlamına gəlir.
Qarşı tərəfi də dinləməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15 |
|
|
|
| • Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06 |
|
|
|
| • ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03 |
|
|
|
| • Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44 |
|
|
|
| • Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42 |
|
|
|
| • Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40 |
|
|
|
| • İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26 |
|
|
|
| • Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25 |
|
|
|
| • “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20 |
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33 |
|
|
|
| • TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28 |
|
|
|
| • Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16 |
|
|
|
| • Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10 |
|
|
|
| • Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51 |
|
|
|
| • Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38 |
|
|
|
| • Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
| • Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25 |
|
|
|
| • TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16 |
|
|
|
| • Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01 |
|
|
|
| • Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59 |
|
|
|
| • Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58 |
|
|
|
| • İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
| • “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54 |
|
|
|
| • "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51 |
|
|
|
| • İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48 |
|
|
|
| • Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46 |
|
|
|
| • Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26 |
|
|
|
| • ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22 |
|
|
|
| • Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18 |
|
|
|
| • Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46 |
|
|
|
|