Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Dərman bazarında acınacaqlı durum hökm sürür - Qazanan oliqarxlardır
Tarix: 19-09-2016, 08:52 | Çap et
Dərman bazarında acınacaqlı durum hökm sürür
Azərbaycanda dərman bazarında qiymətlərin tənzimlənməsi üçün hökumət vahid tarif sistemi tətbiq edir. Əczaçılar hökumətin bu cür nəzarət mexanizmini süni müdaxilə olaraq dəyərləndirir. Çünki sərbəst bazara tətbiq edilən vahid qiymətlər əks effekt verir. Azərbaycanda dərman istehsalı yox dərəcəsindədir deyə xaricdən dərman idxalına maraqlı olan kiçik sahibkarlar, əczaçılar indiyədək ucuz alıb, baha satmaqla qazanc əldə edirdilərsə, indi ucuz alıb, ucuz satmaqla “aldım qoz, satdım qoz, bunun mənə nə faydası” deyib bizneslərini demək olar ki, qapadıblar. Odur ki, dərman bazarında qıtlıq yaranıb. Defitsit mallar isə bütün hallarda qiymətlərin artımına gətirib çıxarır.

Qazanan oliqarxlardır

Kütləvi dərman idxalına himayəçilik edən məmur oliqarxlar isə bu qıtlıqdan yararlanıb, daha çox qazanc götürürlər, onlara dərmanların keyfiyyəti, qiyməti və əhalinin sağlamlığı maraqlı deyil. Odur ki, səhiyyə yetkililərinin efirlərdən, mətbuatdan tez-tez “qiymətə də, kəmiyyətə də, keyfiyyətə də yetərincə nəzarət var” deyiminə əhalinin artıq heç bir inamı qalmayıb.

Narkomaniya əleyhinə absurd mübarizə: psxotrop tərklibli dərmana qadağa qoyulub

Sinir uclarının zədələnməsi xəstəliyindən əziyyət çəkən bir şəxs bu günlərdə redaksiyamıza müraciət edib. Yazır ki, onun ağır diaqnozlu allergik xəstəliyinə həkimlərin təyin etdiyi əlacı tapa bilmir. Çünki Belçika və Türkiyə istehsalı olan “Lirika” və “Atarax” adlı dərmanlar Azərbaycanda yoxdur. Resept əlində gəzmədiyi aptek qalmayıb. Səbəbilə maraqlandıqda ona bildirilib ki, bu dərmanlar psixotrop xarakterlidir, bunlardan narkotik alüdəçiləri geniş istifadə etdikləri üçün dərmanın satışı qadağan olunub.

Azərbaycanın hüquq və səhiyyə orqanları bu qədərmi acizdir?

Dərdinin dərmanı üçün xəstə məcbur olub Türkiyənin Ərzurum şəhərinə gedib, həkim müayinəsindən keçib və həkim reseptlə bu dərmanları ona təyin edib. Yalnız bu halda o, məhdud sayda, içərisində 25 ədəd olmaqla cəmi 4 qutu dərmanın gömrükdən keçirilməsinə izn alıb. Bir qutusu 100 manata başa gələn bu dərmanlarsa onun ehtiyacını 3 aya ödəyir. 3 ay sonra xəstə yenə də məcburdur ki, xərc-xərac edib, əlacının dalınca diyar-diyar gəzsin: “4 saylı poliklinikada qeydiyyatdayam, orada yaşlı və təcrübəli bir həkimin müayinəsindən keçirəm, özəl klinikalardan birində xaricdə təhsil almış gənc həkimdən də müalicə alıram. Müalicələrinə inandığım, səhhətimin sağlığını etibar etdiyim hər iki həkim mənim üçün yalnız bu dərmanları tövsiyə edir. On minlərlə nevroloji xəstə var ki, “Lirika” onlar üçün yeganə dərmandır. Bu preparat isə Azərbaycana gətirilmir. Məgər bizim səhiyyə və hüquq orqanları bu qədər acizdir ki, narkomaniya əleyhinə belə primitiv mübarizə aparır? Ölkədə narkomaniya tüğyan edir. Dərman satışına qadağa qoymaqla, narkomaniyanı aradan qaldırmaq olar?”.

Səhiyyə Nazirliyinin bu dərmandan xəbəri yoxdur

Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən Səfayə Əhmədova bizə bildirdi ki, əgər xəstə dövlət səhiyyə müəssisəsində stasionar qeydiyyata alınıbsa, həkimin təyin etdiyi dərman aptekdə ona verilməlidir: “O dərmanların bütün apteklərdə olmaması mümkün deyil. 153 qaynar xətti ilə əlaqə saxlayın”.
Şikayətçinin qeyd etdiyi məqamları səhiyyə rəsmisinin diqqətinə çatdırdıq, bu dərmanların nə səbəbə qıt olması ilə maraqlandıq. S.Əhmədova bizə bir mobil nömrəsi verib, dedi ki, səbəbi Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənovdan öyrənək. Həmin nömrəyə isə zəng çatmadı. Təkrar Səhiyyə Nazirliyi ilə əlaqə saxladıqda S.Əhmədova dedi: “Telman müəllimim telefonu nədənsə cavab vermir, növbəti gün arayın”.

Narkoloji Mərkəzin qadağası

Bir neçə gün davamsız aramamıza isə bu günədək cavab ala bilmədik.
Telman Məmmədhəsənovun 2013-cü ildə APA-ya verdiyi bu açıqlamadan - http://m.apa.az/az/xeber-az/sosial_xeberler/bezi-dermanlarin-azerbaycana-idxalinin-ve-satisinin-dayandirilmasinin-sebebi-aciqlanib isə belə görünür ki, mərkəz əməkdaşları araşdırma aparıb və bəzi dərman vasitələri, o cümlədən “Lirika”dan təyinatına uyğun olmayan sui-istifadəyə yol verildiyinə görə idxalı və satışı qadağan olunub.

Rabitə Nazirliyinin səhiyyə xidməti: “Lirika” Azərbaycanda yoxdur”

153 qaynar xəttinə zəng etdik. Cavab bu oldu: “Lirika Azərbaycana gətirilmir”. “Atarax” üçünsə reseptlə müvafiq apteklərə yaxınlaşmamız tövsiyə olundu. Mətbuatdan olduğumuzu, səbəblərlə təfsilatlı maraqlanmağımızı bilincə telefonda bizə cavab verən xanım dedi ki, 153 Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin nəzdində apteklərlə əlaqə qurub mərkəzləşmiş qaydada fəaliyyət göstərir, belə suallara cavab verməkdə sorunlu deyillər: “Səbəbi biz də bilmirik. Səhiyyə Nazirliyindən soruşun. “Lirika” adlı dərman üçün ötən ilə qədər çox xəstələr zəng edib maraqlanırdı. 2013-cü ildən bu dərman Azərbaycanda yoxdur. Ola bilsin poliklinikalara, xəstəxanalara, klinikalara məhdud şəkildə verilir. Amma bizdə məlumat budur ki, apteklərdə yoxdur”.

“Lirika”nın bir həbi 5 manat, yaxud tutulsan 100 min manat...

Apteklərə yaxınlaşdıq. Apteklərdən birindən bizə belə cavab verildi ki, “Lirika”nın bir həbini 5 manatdan tapmaq mümkündür. Bu dərman “Həzi Aslanov” metrosu yaxınlığnda, bir də “Azadlıq” prospektində yerləşən digər bir apteklərdə vaxtilə satılıb. Həmin apteklərdən birinin rəhbəri gizli satışa görə 100 min manat cərimə olunub.
Bu ilin yanvarında isə deputat Ülvi Quliyevə məxsus olduğu bildirilən “Murad-Aptek” dövlət qeydiyyatına alınmamış 46 adda dərman, o cümlədən “Lirika”nı satışa çıxardığı üçün bağlandı.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzilə əlaqə saxladıq. Mərkəzdən də bizə tövsiyə olundu ki, 153-lə əlaqə yaradaq. 153-dən aldığımız cavabları diqqətə çatdırdıq. Az sonra bizə zəng gəldi, “Atarax” əldə etmək üçün əlaqə nömrələri verildi və bildirldi ki, reseptlə yaxınlaşaq: “Amma “Lirika” yoxdur”.

Nazirlər Kabinetinin əndrabadi qərarı

“Niyə” sualımıza cavab bu oldu ki, əslində “Lirika” bu dərmanın satış adıdır. 21 dekabr 2015-ci ildən Nazirlər Kabinetinin qərarı var ki, dərmanların satış adı yazılmasın, ancaq tərkibi göstərilsin (?!-red.): “Bu dərman da psixotrop dərman preparatıdır. “Lirika” onun ticarət adıdır. Tərkibi preqabalindir. Həkimlər bu dərmanın satış adını yazmalı deyil. Preqabalin adı ilə istəsəniz apteklərin nömrəsini sizə verərəm, əlaqə saxlayıb, reseptlə yaxınlaşıb alarsız”.

Təklif: Bu dərmanlar üçün xüsusi apteklər açılsın

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, dərmanların satışında süni maneələrlə defitst yaradılırsa, o dərmanların saxta, keyfiyyətsiz tərkibli variantları hazırlanır. Bu cür anormal qərarlardan isə əziyyət çəkən yenə də istehlakçılar olur: “Dövlət reseptlərlə satılan dərmanların buraxılışına nəzarət etməlidir. Belə dərman və dərman vasitələri tibb elmində özünü doğruldubsa, niyə qadağan olunsun? Əgər bu cür dərmanların başqa şəxslərin əlinə keçməsini istəmirlərsə, o zaman, bu dərmanlar üçün xüsusi apteklər fəaliyyət göstərsin. Narkomaniyaya qarşı belə primitiv mübarizə yolverilməzdir, hətta biabırçılıqdır”.

Xəstəni iztirablı ağrıdan xilas edən – “Lirika”

Professor Adil Qeybullanın sözlərinə görə, “Lirika” (preqabalin) qıcolma əleyhinə təsir göstərən, neyropatik ağrıkəsici xüsusiyyətinə malik olan dərman preparatıdır. Onun fikrincə, Azərbaycanda istifadəsi və satışı qadağan edilən dərmanların siyahısında bu dərman olsa belə, həkim resepti əsasında buraxılmalıdır: “Bu dərmanlar antiepilektikdir, sinir ucluqlarında impulslar zəiflədikcə relaktasiya yaradır və xəstəni iztirablı ağrılardan xilas edir. Ağrıları götürən, kəskin yuxu gətirən psixotrop dərmanlardır. Belə dərmanlar güclü təsirə malik olduğu və güclü yan təsiri olduğuna görə və təsadüfi ələ keçməməsi üçün, yaş məhdudiyyətilə qəbuluna görə həkim repsepti əsasında verilməlidir. Dünyanın hər yerində bu belədir. Bizdə isə apteklərdə adi “Dimedrol”u belə əczaçılar satmağa qorxurlar. Çünki polis gəlib cəzalandıra, rüşvət ala bilər. Polisin nə işi var, apteklərdə? Həkim resepti varsa, əczaçı dərmanı satmalıdır. Narkotik anergetiklərdən başqa bütün dərmanlar dərman şəbəkəsində olmalıdır”.

“Ölkəmizdə dövlət farmokopeyası yoxdur”

Həkim hesab edir ki, bütün bunlara səbəb ölkədə baş verən idotizmdir: “Dərman firmaları bir-iki adamın əlindədir. Ölkəyə daxil olan dərmanların keyfiyyət parametrləri çox aşağıdır. Digər tərəfdən, dövlət farmokopeyası yoxdur. Vətəndaş bilmir hansı dərmanın qəbuluna icazə var, hansına yox, hansından istifadə mümkündür, hansından deyil?”

“Dərmanların keyfiyyətinə nəzarət formaldır”

Həkim onu da qeyd etdi ki, dərmanların keyfiyyətinə nəzarət formal xarakter daşıyır və dərman preparatlarının idxalına korperativ maraqlar var: “Dərman fimaları istədikləri dərmanları gətirirlər. Əslində isə dövlət formokopeyası olmalıdır. Azərbaycanda istifadəsinə icazə verilən dərmanlar və bu dərmanlar haqqında məlumatlar orada yerləşdirilməlidir, dərmanların istehsal yeri haqda məlumatlar verilməlidir. Biz bir dərmanın izinə düşdük. Guya bu dərman Yunanıstanda hazırlanır. Yunanıstanda araşdırma aparıldı, məlum oldu ki, bu ölkənin belə dərmanın istehsalından xəbəri yoxdur”.

Saxta dərmanları mafioz qruplar hazırlayır

A.Qeybulla onu da dedi ki, hazırda dərman istehsalında inkişaf edən ölkələrdə də saxta dərmanlar hazırlanır: “Türkiyədə dərmanların keyfiyyət parametrləri deməzdim, Almaniya, Amerika səviyyəsindədir, amma hər halda yüksək səviyyədədir. Sadəcə, Türkiyədən bura o dərmanlar gətirilirsə, onlar ara sexlərdə, Türkiyə adı ilə hazırlana bilir. Hazırda istənilən dərmanın saxtası istehsal olunur. Bu cür dərmanların hazırlanması üçün texnalogiyalar da əldə edilir. Rusiyanın özündə xeyli xarici dərmanların saxta variantları hazırlanır. Özü də gecə saatlarında. Bununla da həmişə arxası gücə söykənən mafioz qruplar məşğul olurlar”.

“Dərman təhlükəsizliyi genefondumuzun təhlükəsizliyidir”

Professor sonda dedi ki, dərman təhlükəsizliyi genefondumuzun təhlükəsizliyi məsələsidir: “Dərmanlara görə məsuliyyət daşıyan şəxslərun bu problemləri həll etməsi onların vicdan borcudur. Hətta onkoloji dərmanlar arasında da tərkibi keyfiyyətsiz olan dərmanlar var. Dərman bazarında çox biyabırçı, acınacaqlı durum hökm sürür”.
Vicdanını itirənlər var-dövlət qazanırlar, əhali isə sağlamlığını itirib, kütləvi xəstəlik və dərd-bəla tapırsa, bunca özbaşınalığın məsuliyyəti, cinayətlərin cəzası kimin ayağına yazılmalıdır? Axı bu ölkədə edilən haqsızlıqların divanı yoxdur...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru