Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                 

Madər Musayev qoçuları ilə bərabər Qarabağ əlilini döyəndə... - ŞİKAYƏT VAR
Tarix: 23-12-2016, 09:00 | Çap et
Madər Musayev qoçuları ilə bərabər Qarabağ əlilini döyəndə...
Bakının Binəqədi rayonundan millət vəkili seçimi zamanı "uğur" daim alnına yazılmış Madər Musayevin, -ətrafındakı qoluzorlularla bərabər, - bir müddət öncə 1-ci qrup Qarabağ əlilini döyməsi faktı xeyli vaxt mətbuat səhifələrindən düşmədi. araz.az saytı olaraq, biz də, hiddət doğuran bu hadisəni tam təfərrüatı ilə bir-neçə dəfə işıqlandırdıq.



Lakin... ...Deputat yumruğunun ağrısından hələ də özünə gəlməyən əlil Faiq Firdovsi oğlu Quliyev redaksiyamıza yenidən şikayət məktubu ünvanlayıb. Məktub müəllifi dönə-dönə xahiş edir ki, onu mühafizəçiləri ilə bərabər vəhşıcəsinə döyən deputatın bu cinayətkar əməlini yenidən bir daha işıqlandıraq: "Var olsun, ölkə mətbuatı! Mənim vicdansızcasına döyülməyimə biganə qalmadı. Deputat KİV-lərin bu barədə xeyli yazı verəcəyini gözləmirdi. Bu, Madər Musayevi çox narahat etdiyindən, araya adamlar salaraq, üzr istədiyini mənə çatdırdı və yuxarı instansiyalara ünvanladığım şikayət ərizələrimi geri götürməyimi məndən xahiş etdi. Üstəlik, şirnikləndirici bəzi "yağlı" vədləriylə məni susdura bildi; Guya, Madər Musayev qeydiyyatda olduğum Bakı şəhər Nəsimi rayonunun deputatları Ziya Səmədzadə və Məlahət İbrahimqızı ilə danışdığını, onların vasitəçiliyi ilə, yaxın vaxtlarda mənə - haqqım olduğu üçün - əmək və Əəhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ev verdirəcəyini bildirdi və məni buna inandırdı.. ". Onsuz da, ailəsi ilə bərabər olduqca acınacaqlı və dözülməz şəraitdə yaşayan Qarabağ əlili deputatın bu şirin yalanlarına inanmalı idi. Elə, bu səbəbdən də, mətbuata və hüquq-mühafizə orqanlarına etdiyi şikayətlərini geri götürdü. Lakin... Sən demə, çox məmurda daim olan yalan vəd mərəzi Madər Musayevdən də yan keçməyibmiş. Döyüldükdən sonra hələ də qanı qurumamış və yaraları sağalmamiş Qarabağ əlilini beləcə aldatmaq mümkün olub və bu istiqamətdə əməli bir addım atmaq deputatın ağlına belə gəlməyib.
Faiq Quliyev aldadıldığını gec də olsa başa düşüb və araz.az saytından bu narahatlığını dərc etməyi xahiş edib - heç olmasa təsəlli üçün!
Bu yerdə, Qarabağ əlilinin başına gətirilənlər barədə olan Əəvvəlki yazılarımızın qısa xülasəsini bir daha hörmətli oxucularımızın diqqətinə çatdırmağı lazım bildik. Çünki aldığı təqaüdlə dolana və normal yaşaya bilməyən bir Qarabağ əlilinin acınacaqlı durumu hamını narahat etməlidir - daha çox səlahiyyət sahiblərini. O, belə çox səlahiyyətlilərin qəbulunda olub. Milli Məclisin deputatı Hadı Rəcəblinin qəbulundakı kimi... Hadı Rəcəbli əlil vətəndaşı dinləyib, ona diqqətlə qulaq asıb, ərazi aidiyyatı üzrə Binəqədi rayonundan bir neçə dəfə deputat seçilmiş Madər Musayevə müraciət etməyi məsləhət görüb. Lakin başı daim "Favorit" Marketlər Şəbəkəsinin və bu kimi böyük gəlir gətirən bir neçə obyektin işinə qarışan xalqın elçisi ilə görüşmək ona nəsib olmayıb. Madər Musayevi aylarla obyektlərində tapa bilmədyini görən Qarabağ əlili, nəhayət, 05.10.2016-cı il tarixində Hacı Madərin villasına üz tutub. Ona, həm də deyiblərmiş ki, burda iş də tapa bilər. O, daha çox, bu ümidlə də ora yollanıb. Elə, birinci qrup Qarabağ əlilinin xoşagəlməz, dəhşətli, təhqiramiz... döyülmə olayı da burda baş verib.
Belə ki, qoluzorlu cangüdənləri ilə villasına gələn Madər Musayev, qapısında gördüyü yad adamın kim olduğunu soruşub. Qarabağ Əəlili dərdini söyləyib, xahiş edib ki, problemlərinin həllində ona yardımçı olsun və bacara biləcəyi bir iş versin. Bundan, nədənsə, olduqca çox qəzəblənən Madər Musayev cangüdənlərinə əlili villasının həyətinə salmağa göstəriş verib. Adi bir səbəb belə olmasa da, onu villanın həyətində deputatın özü və qoçuları o ki var döyüblər. Zərbələrdən huşunu itirməkdə olan əlil, birtəhər, güc-bəla həyat yoldaşına zəng vura bilib və deyib ki, az sonra onu öldürməyi planlaşdırırlar. Bu xəbərdarlıqla o, yaxınlarından birtəhər kömək istəyə bilib.. Hacı Madər isə bundan daha da qəzəblənib: "Get, kimə nə istəyirsən de, mən 26 ildir deputatam, heç kim mənə heç nə edə bilməz, məni yuxarı dairələrdə də yaxşı tanıyırlar," - deyib, onu bir daha yumruq, təpik və söyüş atəşinə tutub.
Düşünürük ki, bir deputata yaraşmayan, ona xas olmayan pis hərəkət insana qəm, ağır həyat bağışlayır. Möhtərəm Prezident İlham Əliyev cənabları da dəfələrlə cıxışlarında məmurlara səmimi, sadə, insanpərvər olmağı tövsiyyə edib. Görünür, 26 illik deputatlıq səlahiyyətləri Hacı Madər Musayevin gözünü tutmuş, onu "yenilməz" etmişdir. Qəddarlıq heç vaxt yaddan çıxmır.
Məsələni araşdırmaq üçün, bir daha Madər Musayevə zəng çaldıq. Həmişəki kimi, ona zəng çatmadı. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu da zənglərimizi cavabsız qoydu. Bu səbəbdən, məsələni gündəmdə saxlamağı vacib bildik.
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru