AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                 

“Meqa-Siti Holding” şirkətində nə baş verir? - Nazirlik rəsmisinə İTTİHAM
Tarix: 27-02-2018, 11:04 | Çap et
“Meqa-Siti Holding” şirkətində nə baş verir?
Ötən saylarımızda da bildirdik ki, Bakı şəhəri Rəsulzadə qəsəbəsi, Bakı Fəhləsi küçəsi ev10-da yaşayan Sultan Novruzov “Meqa-Siti Holding” MMC şirkətilə 18 mart 2008-ci ildə 50,2 kvm. bir otaqlı mənzil almaq üçün müqavilə bağlayıb. Müqavilənin şərtinə görə S.Novruzov şirkətə 36 min ABŞ dolları məbləğində pul ödəməli, şirkət də 24 ay ərzində həmin mənzili tikib alıcıya təhvil verməlidir. S.Novruzov müqavilənin şərtinə uyğun olaraq 31 min ABŞ dolları pulu şirkətə ödəyir, lakin 24 ay və daha neçə il keçməsinə baxmayaraq ev hazır olmayıb deyə qalan pulu ödəmir. Belə olan sürətdə S.Novruzov adiyyətı üzrə Xəzər rayon Məhkəməsinə müraciət edir. Məhkəmənin 13 dekabr 2013-cü il tarixdə, hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçən iclasında şirkətin 31 min ABŞ dolları məbləğində pulu S.Novruzova ödənməsi üçün qərar çıxarılır. 2017-ci ilə qədər bu aliliyini rəhbər tutacaq qərar icra olunmadığına görə artıq Yasamal rayon Məhkəməsinin icraaçıları şirkəti yenidən məhkəməyə verirlər. Hazırda Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçirilən məhkəmə iclası yekunlaşmaq üzrədir.

Yazılarımızda o da qeyd olunmuşdu ki, Şirkətin formal, yəni heç bir səlahiyyəti, möhürü olmayan direktoru Elnur Məmmədov günahsız yerə həbs olunub. E.Məmmədovun atası, Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 35 mənzil 158 -də yaşayan YAP idarə heyətinin üzvü, Ağsaqqallar şurası Təftiş komisiyasıının sədri, 70 yaşlı təqaüdçü Adil Məmmədovun ötən sayımızda prezident cənab İlham Əliyevə və Ədliyyə naziri cənab Fikrət Məmmədova ünvanlı müraciətini də dərc etmişdik. A.Məmmədov müraciətində göstərir ki, oğlu Elnur Məmmədovun heç bir günahı yoxdur və bütün fırıldaqçılığa yol verən “Meqa-Siti Holding” MMC-nin təsisçiləri Aqil Qədirov, Fariz Nuriyev, Maksim Zeynalov, Mübariz İbrahimov və onların arxasında duran Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat idarəsinin rəis müavini Mehman Sultanov və müstəntiq Elman Yahyadır. Məhz M.Sultanovun sayəsində nazirliyin istintaq idarəsinin müstəntiqi Elman Yəhya istintaqı düzgün aparmamış və 18.05.2017-ci il tarixində tərtib etdiyi ittiham aktı düzgün hazılanmayıb və nəticədə günahsız insan Elnur Məmmədov 7 aya yaxındır ki, həbsdədir.
Bu sirkətdən şikayətlər bitib tükənmək bilmir. Onlardan daha birinin, Müşfiqabad qəsəbəsi bina 5 v, mənzil 15-də yaşayan Əlixanova Tərlan xanımın da bu şirkətin Yeni Yasamal Əsəd Əhmədov küçəsində, 77 saylı marşurut avtobusunun son dayanacağında tikdiyi binanın liftinin, su anbarının olmamasından, bunlar üçün Maksim Zeynalova 750 ABŞ dolları əlavə pul da verməsindən narazılığını ötən sayımızda diqqətə çatdırmışdıq.
İndi isə daha iki nəfərin, Bakı şəhəri Nərimanov rayonu A.Heydərov küçəsi ev 29, mənzil 2-də yaşayan Allahverdiyev Müslüm Ağası oğlu və Salayev İdris Balaxan oğlunun “Meqa-Siti Holdinq” MMC şirkəti barəda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya və digər dövlət qurumlarına, surəti isə qəzetimizə unvanlanmış müraciətlərinin birinci hissəsini olduğu kimi təqdim edirik. Elə bu müraciətdən də görünür ki, “Meqa-Siti Holdinq” MMC şirkətinin təsisçiləri Aqil Qədirov, Fariz Nuriyev, Maksim Zeynalov və Mübariz İbrahimovun vətəndaşları aldatmaları, bir mənzili bir neçə nəfərə satmaları, onları himayə edənin Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat İdarəsinin rəis müavini Mehman Soltanovun olması barədə yazdıqlarımızın hamısı düzdür. İndi isə həmi müraciəti diqqətə çatdırırıq.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə!
Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya!
Baş prokuror cənab Zakir Qaralova!
Surəti “Təzadlar” qəzeti redaksiyasına!
Bakı şəhəri Nərimanov rayonu A.Heydərov küçəsi ev 29, mənzil 2-də yaşayan
Allahverdiyev Müslüm Ağası oğlu və Salayev İdris Balaxan oğlu tərəfindən

Müraciət
Hörmətli cənab Prezident!
Biz kiçik sahibkarlıq fəaliyyət ilə məşğluq. Siz sahibkarlığın inkişafına həmişə dəstək vermisiniz. Biz də bundan ruhlanaraq Respublikada aparılan geniş tikinti-quruculuq işləri üçün xarici dövlətlərdə olan tikinti materiallarının alınıb, Azərbaycana gətirilməsinə, müəyən qədər kömək edirik. Azərbaycan Respublikasına xüsusi tərkibli armaturların gətirilməsi məqsədi ilə Allahverdiyev Müslüm Agası oğlu şəxsi mülkiyyətində olan ailəsinin yaşadığı mənzili girov qoyaraq, Bankdan kredit götürmüşük və bu pul vəsaiti hesabına 75 000 (yetmiş beş min) manat dəyərində “armaturlar” gətirmişdik. Biz həm də əlimizdə olan digər “armaturları” Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində “Meqa-Siti Holdinq” MMC -nin (VÖEN 1200298311) inşa etdiyi yaşayış binasına və bu şirkətin təsisşisi Qədirov Aqil Əhməd oğlunun vasitəsi və iştirakı ilə Aqil Qədirova məxsus “İDEAL-R “ MMC-nin Xırdalan şəhəri, Quba-Bakı maqistral yolunun qərbində inşa etdiyi, dörd girişli, altı mərtəbəli yaşayış binasının tikintisi üçün vemişik. Bütövlükdə isə bizdən ümumi dəyəri 250 000 (iki yüz əlli min ) manatlıq “armatur “ götürüb istifadə ediblər.
Sonradan “Meqa-Siti Holdinq” MMC və “İDEAL-R” MMC maliyyə çətinliyinə əsaslanaraq aldıqları malın dəyərində mənzillər təklif etmişlər və biz də buna razılıq vermişik. Hesab edirdik ki, binaların tikintisi başa çatdıqdan sonra mənzilləri sataraq kreditimizi bağlayarıq.
“Meqa-Siti Holdinq” MMC bizə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi çoxmərtəbəli binanın 18-ci mərtəbəsində ( binanın “sağ” tərəfində ) ümumi sahəsi 102,4 kv.metr, dəyəri 60 000 manat olan 3 otaqı mənzil verilmişdir .
14 yanvar 2015-ci il tarixində “ Meqa-Siti Holdinq” MMC ilə aramızda 005 saylı müqavilə imzalamışıq və 14 dekabr 2015-ci il tarixində isə mənzilin dəyərinin tam ödənilməsi barədə İ. Salayevə 16 saylı “maliyyə arayışı” verilmişdir. Mənzil yerində - naturada bizə təhvil verilmişdir.
Müqavilənin layihəsi bizə “ Meqa-Siti Holdinq” MMC tərəfindən təqdim edilmiş və təqdim edildiyi şəkildə də imzalanmışdır. Müqavilənin hər bir səhifəsi “alıcı” və “satıcı” tərəfindən imzalanmaqla MMC-nin dairəvi möhürü ilə imzalar təsdiqlənmişdir.
Hörmətli cənab Prezident!
Verdiyimiz malların dəyərləri satılan mənzilin dəyərindən çox olduğundan həmin müddətdə “Meqa-Siti Holdinq” MMC-nin təsisçisi ( MMC-nin Nizamnaməsinin 7.5-ci maddəsinə əsasən MMC-nin direktorunun 1 000 (bir min ) manatdan yuxarı müqavilə imzalamaq səlahiyyəti olmadığından) təsisçi Qədirov Aqil Əhməd oğlu ilə Allahverdiyev Müslüm Agası oğlu arasında 15 yanvar 2015-ci il tarixində Bakı şəhəri, 42 saylı notariat kontorunda “Borc müqaviləsi “ imzalanmış, təhvil verilmiş malların dəyərindən qalan 15 000 (on beş min ) AZN məbləğində borcun 4 ay 14 gün müddətinə qaytarılacağını təsisçi Qədirov Aqil Əhməd oğlu öz öhdəsinə götürmüşdür.
Borc vaxtında ödənilmədiyindən notarius tərəfindən icra qeydi aparılaraq Səbail İcra Şöbəsinə göndərilmişdir. Borclu Qədirov Aqil Əhməd oğlu borcun ödənilməsindən yayındığından Səbail İcra Şöbəsi 29.06.2017-ci il tarixində borclunun axtarışı barədə qərar qəbul edərək Nərimanov rayon Pİ-nə göndərilmişdir. Bu günə qədər borclunun axtarışı bir nəticə verməmişdir.
MMC-nin rəhbərliyi binada görülən işləri müəyyənləşdirdiyimiz vaxtda yerinə yetirmədiyindən, liftlər quraşdırılmadığından və liftlərə görə MMC tərindən alıcılardan əlavə pul tələb edildiyindən, binada mənzil alanların ümumi siyahısında göstərilən mənzil alıcıları bir araya yığışaraq, dəfələrlə Bakı şəhər və Yasamal rayon İcra Hakimiyyətlərində olmaqla şikayətlər etmişik. Lakin şikayətlərimiz baxılmamış qalmışdır.
Hörmətli cənab Prezident!
“Meqa-Siti Holdinq” MMC-nin təsis edilməsi barədə məlum olanlar bunlardır:
Fiziki şəxslər Qədirov Aqil Əhməd oğlu 20 (iyirmi ) manat payla, 20 (iyirmi ) paya, Nuriyev Fariz Əsgər oğlu 15 (on beş) manat payla, 15 (on beş) paya , Quliyev Ülvi Fəxrəddin oğlu 15 (on beş) manat payla 15 (on beş) paya və Zeynalov Maksim Ağaqulu oğlu 10 ( on ) manat, 10 (on) paya malik olmaqla cəmi 60 (altmış ) manat nizamnamə kapitalı ilə 06.04.2007 -ci il tarixində “Meqa-Siti Holdinq” MMC-ni təsis etmişlər.
06 oktyabr 2010-cu ildə təsiçi Quliyev Ülvi Fəxrəddin oğlu Nəsirzadə Fərhad Rauf oğlu ilə əvəz edilmişdir. Son illər isə bu təsisçi də Mübariz İbrahimovla əvəz edilmişdir.
“Meqa-Siti Holdinq” MMC-nin Nizamnaməsinin 7.5-ci bəndinə əsasən Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi qanuni təmsilcilik funksiyasına malik olan Direktor tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Direktor Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir və bu məqsədlə 1 000 (bir min ) manata qədər bağlanacaq əqdlərdə imza səlahiyyətinə malikdir. 1 000 (bir min ) manatdan yuxarı əqdlərdə təsisçilər tərəfindən rəsmi razılıq aldıqdan sonra imzalamaq səlahiyyəti verilmişdir.
MMC təsis olunandan 23.10.2007-ci il tarixinədək MMC-nin direktoru Nuriyev Fariz Əsgər oğlu olmuşdur.
23.10.2007-ci il tarixindən sonra isə MMC-nin direktoru Məmmədov Elnur Adil oğlu olmuşdur. MMC-nin Nizamnaməsinin 7.5-ci bəndinə əsasən onun 1 000 (bir min) manatdan yuxarı əqdlər imzalamaq səlahiyyəti olmamışdır. Bu səbəbdən müqavilələrdə direktor kimi Elnur Məmmədov göstərilsə də, faktiki olaraq müqavilələri təsisçilər imzalayaraq, satışa görə ödənilən pul vəsaitlərini də təsisçilər qəbul etmişlər. Bir cox hallarda təsiscilər müqaviləni imzalayan zaman öz adlarını və soy adlarını göstərmişlər.
Müqavilələr demək olar ki, təsiscilər Qədirov Aqil Əhməd oğlu və Nuriyev Fariz Əsgər oğlu tərəfindən imzalanmaqla mənzillərin satışına görə ödənilən pul vəsaitlərini də onlar qəbul etmişlər.
Təsisçi Nuriyev Fariz Əsgər oğlu tək, təsiscilər Qədirov Aqil Əhməd oğlu isə digət təsisçi Zeynalov Maksim Ağaqulu oğlu ilə birlikdə fəaliyyət göstərməklə aldıqları pulları da öz aralarında bölmüşlər. Müqavilələri Qədirov Aqil Əhməd oğlu imzalamış, Zeynalov Maksim Ağaqulu oğlu isə, onda olan MMC-nin dairəvi möhürü ilə müqavilələti təsdiq etmişlər.
Son zamanlar “Meqa-Siti Holdinq” MMC-nin və təsisciləri mənzil alanlara əsassız problemlər yaratması səbəbindən, satılmış mənzillərə 2-ci və bəzi hallarda 3-cü alıcıların araya çıxması səbəbindən narazılıqlar artmış və buna görə təsisci Qədirov Aqil Əhməd oğlu qaçaraq, mənzil alanlardan gizlənmişdir. Təsisci Nuriyev Fariz Əsgər oğlu MMC-nin inşa etdiyi 1 saylı binaya onun heç bir aidiyyətının olmadığını bildirmişdir. Diğər təsisçi Mübariz İbrahimov yeni gəlməsini bildirərək, baş verənlərdən məlumatının olmadığını söyləmişdir.
4-cü təsisçi Zeynalov Maksim Ağaqulu oğlu isə bildirir ki, “ Kimdən ev almısınız , kim Sizin müqavilələri imzalamışsa, gedin ondan evinizi tələb edin “
“Meqa-Siti Holdinq” MMC-nin direktoru Məmmədov Elnur Adil oğlu formal olaraq MMC-nin direktoru olmuşdur. Biz ümumiyyətlə onu tanımırıq. Biz müqavilə imzalayan zaman müqaviləni təsisçi Qədirov Aqil Əhməd oğlu imzalamış və dairəvi möhürü isə Zeynalov Maksim Ağaqulu oğlu vurmuşdur.
Hörmətli cənab Prezident!
Artıq iş o yerə çatıb ki, daha təsisçilər bir-birilərinə kələk gəlirlər. Belə ki, pul dövriyyəsinə nəzarəti əldən buraxmamaq məqsədi ilə dairəvi möhürü Zeynalov Maksim Ağaqulu oğlu heç kimə vermirdi. Hazırda da, bu dairəvi möhür Maksim Zeynalovdadır. Bundan və Qədirov Aqilin qaçıb gizlənməsindən istifadə edən Maksim bir çox şəxslərə, əsasən öz yaxın adamlarına geri tarixlərlə Qədirov Aqilin saxta imzası ilə müqavilələr imzalayaraq verir və onlara bildirir ki, tez gedin bizi verin məhkəməyə və mən Sizin qətnamələrinizdən şikayət verməyəcəyəm. Köhnə mənzil sahibləri hara istəyirlər şikayət etsinlər. Xeyri olmayacaq.
\\tezadlar.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru