YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                 

Qaziləri və şəhid ailələrini "Möcüzəli Naftalan"da kimlər alçaldır? - Nazirlikdən parlamentədək uzanan ŞƏBƏKƏ...
Tarix: 15-11-2021, 09:33 | Çap et
Qaziləri və şəhid ailələrini "Möcüzəli Naftalan"da kimlər alçaldır?
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, sağlamlıqlarını itirən qəhrəman vətən övladlarına göstərilən qayğı ölkə rəhbərliyinin daima nəzarətindədir. Uzun illərdir dövlət başçısının və Birinci vitse-prezidentin diqqətində olan şəhid ailələrinin və qazilərimizin sosial vəziyyətlərinin yaxşılaşması, sağlamlıqlarının bərpa olunması və reabilitasiyaları üçün göstərilən qayğı bu gün də davam etdirilməkdədir. Lakin təəssüflər olsun ki, İlham Əliyevin və Mehriban Əliyevanın bu kimi nəcib addımlarını görməzdən gələn, şəhid, qazi haqqına girərək ən idbar yollarla pul qazanan məmurlar hələ də var".

Bunu CivilAzerbaijan.com saytına bir qrup şəhid ailəsi və qazilər yazır. Şəhid ailələri və qazilər xeyli vaxtdır ki, Azərbvaycanı dünyada tanıdan, milli brendlərimizdən olan Naftalan sanatoriyasını şəxsi çirkin məqsədləri üçün alətə çevirən, heç bir standarta cavab verməyən "Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzinin bütünlüklə mənəvi aşınmaya uğramış rəhbərliyindən və onları dövlətin vəsaitləri hesabına bura göndərən səlahiyyətli şəxslərdən şikayətçidirlər.

Uzun zamandır "Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzindən edilən şikayətlər, bu məkanda göstərilən xidmətin, verilən qidaların nəinki qazilərimizin, şəhid ailələrinin sağlamlıqlarına müsbət təsir etdiyini, əksinə burada olduqları bir həftə, 10 gün ərzində səhhətlərinin daha da pisləşdiyini, xidməti və tibbi personalın göstərdiyi qeyri-insanı davranışların onlara düşmən gülləsindən də betər təsir etdiyini yazmağımıza rəğmən heç bir rəsmi strukturun, aidiyyatı orqanların hərəkətə keçməməsi, müvafiq tədbirlər görməməsi ortaya çox ciddi suallar çıxarır.

Əcaba, doğrudanmı, Azərbaycanın qəhrəman övladlarının qanı ilə rənglənmiş bayramızın altında əyləşən səlahiyyət sahibləri, məmurlar "Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzinin rəhbərliyi ilə dırnaqarası işbirliyinə gedərək, həm qanunu pozduqlarının, həm də ən böyük günaha batdıqlarının fərqində deyillərmi?! Ayaqları, əlləri, sinirləri yerində olmayan qazilərimizin, min bir əzab-əziyyətlə böyütdükləri övladlarını müqəddəs vətən uğrunda qurban verən şəhid analarının, atalarının, ailələrinin "Möcüzəli Naftalan" sanatoriyası adlı cəhənnəmdə alçaldılmasından, təhqir olunmasından pul qazanan məmurların doğrudanmı vicdanları sızıldamır?..

Əlbəttə, dövlətin qanunlarını heçə saymayan, hələ də mənəvi ölçülərini itirməyən, vəzifəsinin məsuliyyətini anlayan strukturlar, məmurlar ölkəmizdə yox deyil. Nümunə kimi ötən yazımızda şəhid və qazi ailələrinin "Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzindən bizə göndərdikləri şikayət əsasında hazırladığımız yazıdan sonra qeyd edilən Mərkəzdə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlama yaydı.

Dövlət Agnetliyinin açıqlamasını təqdim edirik:

""Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzi MMC-yə məxsus ictimai iaşə sahəsinə baxış keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, həmçinin sanitariya normalarının və qaydalarının kobud şəkildə pozulması faktı aşkar edilib. Belə ki, müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib. Eyni zamanda qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu prinsipinə əməl olunmadığı, baytarlıq-sanitariya ekspertizasından keçirilməyən ət və ət məhsulları, süd və süd məhsulları, istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir".

Siz indi təsəvvür edirsinizmi norma və qaydalara uyğun olmayan, dezinfeksiya, dezinseksiya, deratizasiya işləri vaxtlı-vaxtında aparılmayan, çalışan işçi heyətin tibbi müayinədən vaxtlı-vaxtında keçirilmədiyi Dövlət Agentliyi tərəfindən rəsmi olaraq deyilən bir məkana - "Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzinə şəhid ailələri, qazilər dövlətin digər qurumları tərəfindən göndərilir. Özü də bu pullar dövlətin büdcəsindən ödənilir. Bəs, bu məmurları bu çirkin, insanlığa sığmayan əmələ sövq edən nədir?

Əlbəttə ki, maxinasiya. Əlbəttə ki, pripiska. Mərkəzin rəhbərliyi tərəfindən geri verilən "otkad". Bəs, qanunu saya salmayan, mənəvi dəyərləri çoxdan unutmuş bu səlahiyyət sahibləri kimdir görəsən? Doğrudanmı, bu məmurlar mətbuatda gedən yazıları oxumur? Doğrudanmı onlar şəhid ailələrinin, qazilərin haqlı şikayətlərini eşitmirlər? Yaxşı deyək ki, bu cür məmurların ən müqəddəs amalı nəyin hesabına olursa olsun pul qazanmaqdır, bəs onlar ölkə rəhbərliyinin çıxışlarını da dinləmirlər?

Əlbəttə, bu cür sualların sayını çoxaltmaq olar. Vətənə məhəbbətdən, məmur məsuliyyətindən, dövlətə, xalqa sədaqətlə xidmətdən çoxlu nümunə gətirmək, xeyli yazmaq olar. Amma bu suallar əminik ki, qanunsuzluğa yol verən səlahiyyət sahiblərini heç düşündürməyəcək də. O zaman sual meydana çıxır: Kimdir şəhid ailələrini, qaziləri dövlətin büdcəsi hesabına heç bir standarta uyğun gəlməyən, sağlamlıq yox, xəstəlik mərkəzi olan "Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzinə göndərən səlahiyyətli şəxslər?

Sualı biz ünvanlasaq da, cavabı yenə də şəhid ailələri, qazilər verir:

"Bizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi putyovka əsasında göndərir. Göndərişin günündən asılı olaraq məbləğlər 700-1500 manat arasında dəyişir. Göndərişə etiraz edərək başqa sanatoriya istəsək də, Agentliyin işçiləri bunun mümkün olmadığını, rəhbərlik tərəfindən təsdiqləndiyini deyirlər. Biz başa düşə bilmirik, bizim razılığımız olmadan nazirliyin, agentliyin rəhbərliyi göndərişimizi necə təsdiqləyə bilər? Axı, biz onlara dəfələrlə "Möcüzəli Naftalan" sanatoriyasında qarşılaşdığımız iyrənc vəziyyətlə bağlı fotolar, videolar göndərmişik. Niyə bizim səsimizi eşitmirlər?".

Azərbaycan Respublikasının qanunlarına görə sosial xidmətə ehtiyacı olan şəxslərin reabilitasiyası, sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi məşğul olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) "Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik qanunda nəzərdə tutulmuş xidmətlərlə yanaşı, vətəndaşların sanatoriya-kurort putyovkaları ilə təmin edilməsini də təşkil edir.

Ötən yazımızda Sosial Xidmətlər Agentliyinin vəzifəli şəxslərinin "Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzinin rəhbərliyi ilə iş birliyinə gedərək putyovkalar hesabına ödənilən vəsaitlərin 40-50 faizinin geri alındığı barədə iddiaların olması haqda yazmışdıq. Sanatoriyada olan natəmizlik, standartlara uyğun olamayan vəziyyətlə bağlı yazılara Qida Təhlükəsizliyi Agentliyi dərhal reaksiya versə də, səslənən digər məqamlara nə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, nə də Sosial Xidmətlər Agentliyi hələ ki, heç bir münasibət bildirməyib.

Bəs, qanunun pozulduğu, dövlət, vətən üzərində böyük haqqı olan şəhid ailələrinin, qazilərin şikayətlərinin, tələblərinin heçə sayıldığı belə bir məqamda qanunların şah olduğunu vətəndaşa göstərən nəzarətedici orqan yoxdurmu? Xalqın səsi hesabına formalaşan, xalqın ödədiyi vergi hesabına maliyyələşən Milli Məclis hara baxır? Ölkədə sosial siyasəti müəyyənləşdirən, dövlətlə, qanunlarla xalqın arasında körpü olan millət vəkilləri, konkret olaraq Azərbaycan Respublikasının Milli Məclisinin Əmək və Sosial Siyasət Komitəsi niyə yerində deyil?

Bu Komitəninin sədri, üzvləri niyə şəhid ailələrinin, qazilərin xidməti və tibbi personalı vaxtında tibbi müayinədən keçməyən, heç bir standarta cavab verməyən, mənşəyi naməlum və vaxtı keçmiş qidalarlarla insanları zəhərləyən "Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzində alçalmasını, zəhərlənmə və bu zəhərlənmədən ölmə potensialını görməzdən gəlirlər? Yoxsa bu deputatlar da nazirliklərdə oturan bəzi məmurlar kimi nə mətbuatı izləyir, nə də ölkə rəhbərliyinin çıxışlarına qulaq asırlar?

Əlbəttə ki, Ziyad Səmədzadə, Rauf Əliyev, Vüqar Bayramov kimi təcrübəli, cəmiyyətdə baş verənləri diqqətlə izləyən deputatların da yer aldığı Əmək və Sosial Siyasət Komitəsində şəhid ailələrinin, qazilərin haqlı tələblərini, şikayətlərini oxuyan, vəziyyətdən xəbərdar olan deputatlar kifayət qədərdir. Bəs, o zaman "Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzinə olan bu "sevginin" arxasında nə dayanır, kimlər dayanır? Şəhid və qazi ailələrinə münasibətdə Sahil Babayevdən, Vüqar Behbudovdan heç də fərqlənməyən Komitə üzvü və eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevmi?..

2013-cü il hadisələri yəqin ki, çox adamın yadındadı. O vaxt Bibiheybətdəki mülkiyyəti Səttar Möhbalıyev tərəfindən əlindən alınmasına etiraz edən Qarabağ Müharibəsi qazisi Zaur Həsənov etiraz edərək Konfederasiyanın qarşsında özünü yandırdı. Hadisədən bir neçə gün sonra isə xəstəxanada vəfat etdi.

Qazi və şəhid ailələri yazır:

"Təssüflər olsun ki, 2013-cü ildən indiyədək Səttar Möhbalıyevin qazilərə münasibəti heç də dəyişməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə olduğu kimi, Həmkarlar İttifaqı Konfederasiyasının xətti ilə də sanatoriyalara göndərilirik. 2020-ci ildən əvvəl Konfederasiyanın xətti ilə Lənkrərana o zaman Milli Məclisin deputatı, Sosial Komitənin sədri olan Hadı Rəcəblinin obyektlərinə göndərilirdik. Bilirdik ki, bu, Səttar Möhbalıyevlə Hadı Rəcəblinin şəxsi mənafe və münasibətlərinə görədir. Düzdür, bizim qidalanmağımız Hadı Rəcəblinin obyektlərində yaxşı olmasa da, səliqəli, müasir idi. Amma indi başa düşə bilmirik Səttar Möhbalıyevi "Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzinə bağlayan nədir? Bildiyimiz qədərilə "Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzinin sahibi deputat deyil. Bəlkə bu sanatoriya elə Səttar Möhbalıyevin özünündür?".

Qeyd edək ki, şəhid ailələri və qazilərin şikayətləri barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Sosial Xidmətlər Agentliyi indiyədək heç bir açıqlama verməyib.

Məsələni diqqətdə saxlayacağıq.

Mənbə: civilazerbaijan.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru