“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                 

Adil Vəliyev özünə yığışmır ki, yığışmır... - NARAZILIQ!
Tarix: 16-11-2021, 10:33 | Çap et
Adil Vəliyev özünə yığışmır ki, yığışmır...
Tarixən “Vətən müqəddəsdir, vətən əzizdir” deyib onun hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan, bu yolda canından keçməyə hazır olan və əvəzsiz qəhrəmanlıqlar göstərən, bir sözlə bənzəri olmayan xariqələr yaradan vətən övladlarının adları heç zaman unudulmayıb, heç zaman da yaddaşlardan çıxmayıb. Taleyinə çoxları kimi Vətəni sevmək, onun hər qarış torpağına bağlı olmaq istəyi yazılmış Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, şəhid Elman Ağamirzə oğlu Babaxanovun ömür yolları haqda söhbət düşərkən bəlli olur ki, adı çəkilən bu Qəhrəmanımız da canını, qanını torpaqlarımızın bütövlüyü uğrunda qurban verən Vətən oğullarından biri olur. Bəli, zaman keçəcək, illər bir-birini əvəzləyəcək, o halda adı hər kəs tərəfindən iftixar hissi ilə çəkilən Elman Babaxanovun atdığı addımlara bu gün olduğu kimi, sabah da tarixin özü lazım olduğu qiymətini verəcək.





Faktdır ki, bu gün də canını, qanını Vətən torpaqlarımızın bütövlüyünün təmin olunması yolunda qurban verən neçə-neçə oğul və qızlarımız var ki, onların adları xalqımızın tarixi yaşadıqca yaşayacaq. Bəli, yaxın tariximiz bir çox həqiqətləri aşkara çıxartdı, dünya çox hadisələrin “canlı şahid”i oldu. Yəni, bəlli olan o oldu ki, Azərbaycan xalqı, onun yenilməz övladları qürurlu iradələri ilə öyünən, vətən, xalq sevgisinin sönməz eşqi ilə yaşayan, yeri gəldikdə canlarını bu yolda “fəda etməyə” hazır olan bir xalqdır. Düzdür, Vətən müharibəsindən əvvəl kimlərsə bizi iradəsiz, zəif xalq deyə qəbul edirdilər, son hadisələr isə, məhz onların yanıldıqlarını sübuta yetirdi. Bir daha hər kəsə bəlli oldu ki, bu məmləkətdə doğulub boya-başa çatan, vətənini sevən, xalqına bağlı olan qəhrəman övladların sayəsində, biz heç zaman “məğlub xalq” adını özümüzə rəva görə bilmərik. Bəli, istər I Qarabağ müharibəsində, 2016-ci il aprel döyüşlərində, 2020-ci ilin iyul hadisələrində, istərsə də II Qarabağ müharibəsində neçə-neçə vətən oğullarının bənzəri olmayan qəhrəmanlıqları üzə çıxdı, məhz bir daha xalqımız qürurlu iradəsini ortaya qoymağı bacardı. Bu sırada çoxsaylı qəhrəmanlarımızın, o cümlədən şəhid Elman Babaxanovun da xüsusi rolu olur ki, o da, canını, qanını torpaqlarımızın bütövlüyünün təmin olunması yolunda qurban verir.

Adil Vəliyev özünə yığışmır ki, yığışmır...

Qeyd edək ki, Elman Babaxanov 17 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olur və o, 2009-2012-ci illər ərzində Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alır. 2012- 2016-cı illərdə isə o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb leytenant rütbəsinə sahib olur və 2016-cı ildən hərbi xidmətə başlayır. Elman Babaxanov hərbi təhsilini başa vurduqdan sonra, cəbhənin ön xətlərində Xüsusi Təyinatlı Qüvvələrin zabitlərindən biri olaraq hərbi xidmətini davam etdirir. Şəhid Elman Babaxanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi məqsədilə başlayan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd uğrunda gedən döyüşlərdə yaxından iştirak edir və hər döyüş əməliyyatlarında bənzəri olmayan qəhrəmanlıqlar göstərir. Əldə etdiyimiz məlumatlara görə o, qeyd olunan ərazilərə ilk daxil olan döyüçülərdən olur. Keçirilən döyüş əməliyyatlarında düşmənin bir neçə canlı qüvvəsini məhv etdiyinə, bir sözlə göstərdiyi şücaət və igidliyə görə, ona 4 noyabrda komandanlıq tərəfindən vaxtından əvvəl kapitan hərbi rütbəsi verilir. Elman Babaxanov 9 noyabrda Xocavənd rayonunun adsız yüksəkliklərdən birinin azad olunması uğrunda həyata keçirilən hərbi əməliyyatlar zamanı xüsusi hünər və rəşadət nümayiş göstərir. Buna baxmayaraq o, həmin gün naxələf düşmənin snayper gülləsinə tuş gəlir və başından aldığı güllə yarası səbəbindən dünyasını dəyişir. Qeyd edək ki, Elman Babaxanov öz komandirinin qucağında gözlərini yumur və əbədiyyətə qovuşur. Şəhid kapitan II Fəxri Xiyabanda dəfn olunub və onun Asena adlı bir qız övladı yadigar qalıb. Əgər o, yaşasayıdı bu ilin 17 dekabrında 28 yaşını qeyd edəcəkdi. Şəhidimizin anası Validə Babaxanova bizimlə söhbətində bildirdi ki, “Elman döyüşlərdə iştirak etdiyini hər an məndən gizlətməyə çalışırdı. Onun əsas bir arzusu var idi, o da işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etmək idi. O, belə bir arzu ilə yaşadı və sonda da məqsədinə çatdı. Elman digər vətənpərvər Vətən oğulları kimi hələ azyaşlı vaxtlarından erməni işğalını heç cür həzm edə bilmirdi və müharibənin ilk günlərindən düşmən ölkənin işğalçılıq planlarının qarşısını almağa çalışırdı. Çünki o, bir Azərbaycan gənci olaraq dərk edirdi ki, 20-ci əsrin 90-cı illərinin əvvəllərində erməni işğalı baş vermiş və bunun nəticəsində yerli sakinlər dədə-baba torpaqlarımızdan qovulurlar, minbir məşəqqətlərlə üz-üzə qalırlar. Belə bir işğal yaxın tariximizdə yaşandığından, o, baş verənlər haqda lazımi qədər məlumatlı idi. Ona görə də Elman ermənilərə qarşı nifrətini heç cür gizlədə bilmir və müharibənin ilk günlərdən düşmən qüvvələrinə sarsıdıcı zərbələrini endirməyə çalışır. Oğlum döyüş nöqtələrində misilsiz qəhrəmanlıqlar göstərir, hansısa təhlükədən çəkinmir və ölümün gözünə dik baxır. Buna baxmayaraq, o, 9 noyabrda naxələf düşmənin xəyanətinə tuş gəlir və Vətənimizin ərazi bütövlüyünün təmin olunması uğurunda şəhid olur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda həyata keçirilən döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Elman Babaxanov, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunur. Bundan əlavə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması zamanı həyata keçirilən döyüş əməliyyatlarının rəhbəri olaraq, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində göstərdiyi rəşadətə, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə o, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə, həmçinin Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda həyata keçirilən döyüş əməliyyatlarına qatılaraq, şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə də təltif olunur. Faktdır ki, Elman Babaxanov canını, qanını torpaqlarımızın bütövlüyü uğrunda qurban verən Vətən oğullarından biri oldu. Bəli, zaman keçəcək, dövr yeniləşəcək, illər bir-birini əvəzləyəcək, o halda adı hər kəs tərəfindən iftixar hissi ilə çəkiləcək bu şəxsin atdığı addımlara, göstərdiyi qəhrəmanlıqlara, məhz tarixin özü lazım olduğu qiymətini verəcək. Çünki, o, ölümü ilə əlçatmaz uca bir zirvəyə, Şəhidlik zirvəsinə ucalan Vətən oğullarındandır.

Artıq Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, şəhid Elman Babaxanovun haqq dünyasına qovuşduğu gündən bir il ötdü və 9 noyabr 2021-ci il tarixdə mərhumun Bakı şəhəri, Nəsimi rayonu ərazisindəki Göy Məsciddə il mərasimi keçirildi. Qeyd edək ki, şəhidin il mərasimində onun valideyinləri, əzizləri, qohum-əqrəbası, yaxınları, döyüş yoldaşları, hətta Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Əsgərov və adı çəkilən bu qurumun digər vəzifə sahibləri də iştirak etdilər. Mərasimdə dualar oxundu, onun unudulmaz xatirəsi bir daha yada salındı. Əldə etdiyimiz məlumatlara görə şəhid Elman Babaxanovun il mərasimi, Nəsimi RİH başçısının verdiyi tapşırıqlar əsasında təşkil olunmuş və bütün xərclər bu qurum tərəfindən tam şəkildə ödənilmişdir. Hətta, bu azmış kimi RİH-nin başçısı Asif Əsgərovun mərasimdə iştirak edən şəxslərin gözləri qarşısında şəhidin anası Validə Babaxanovanın əyilib əlindən öpməsi, bir daha onu sübut etdi ki, bu rayonun rəhbəri şəhid adını uca tutur, şəhid ruhuna daim hörmət və etiramını bildirir. Çünki, Asif Əsgərovun atdığı belə bir addımlar, məhz onu digər icra başçılarından fərqləndirməyə imkan verir. Bir anlığa onu da yada salaq ki, Bakı şəhəri, Sabunçu RİH-nin başçısı Adil Vəliyev, bəzi şəhər və rayonların icra başçıları şəhidlərin yas mərasimlərində iştirak etməyi özlərinə rəva görmürlər, hətta şəhidlərin yaxınlarının şəxsi vəsaitləri hesabına ərsəyə gətirdikləri bulaq komplekslərinə köməklik göstərmək əvəzinə, onları dağıdıb viran etməklə məşğul olurlar. Bu da onu sübut edir ki, belə vəzifə sahiblərinin atdıqları addımlar tarixin qara ləkəsinə çeviriləcək və onlar daim lənətlənəcəklər.

Adil Vəliyev özünə yığışmır ki, yığışmır...

BURADA İSƏ ADİL VƏLİYEVİN ŞƏHİD AİLƏSİNƏ MÜNASİBƏTİNDƏN BƏHS EDİLİR: http://deryaz.az/?p=8516

Son olaraq onu qeyd etmək istərdik ki, bu gün hər bir şəhidin adı, o cümlədən Elman Babaxanovun da adı qəlbimizdədir. İnanırıq ki, əsrlər keçsə də torpaqlarımızın bütövlüyü uğurunda canından, qanından keçən, ömür yollarında silinməz izlər buraxan hər bir şəhidimizin adı, o cümlədən Elman Babaxanovun da daim qəlblərdə yaşayacaq, heç zaman unudulmayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı bəxş etsin!

QARABAĞ Azərbaycandır!

Kamal MİRZƏ

Deryaz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru