MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                     Keçmiş məmura yüksək vəzifə verildi .....                     Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... .....                     Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb .....                     Su basan evlərin sakinlərini nə gözləyir? .....                     TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? .....                     Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                 

FAKT ORTADADIR: Amma Vüsal Kərimli də azadlıqdadır... - Hüquq-mühafizə orqanları NƏYİ GÖZLƏYİR?
Tarix: 29-09-2022, 09:40 | Çap et
FAKT ORTADADIR: Amma Vüsal Kərimli də azadlıqdadır...
Dövlətin pandemiya ilə əlaqədar sənişindaşımaya dəstək məqsədilə ayırdığı 7, 5 milyon manatın hamısının Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən "Bakubus" MMC-yə verilməsi digər daşıyılar arasında haqlı narazılığa səbəb olub. Daşıyıcılar Azərbaycan prezidentinə məktubla müraciət edərək pandemiya ilə əlaqədar 2020-ci ildə dövlətin sərnişindaşıma şirkətlərinə yardım məqsədilə ayırdığı vəsaitin onlara verilmədiyindən şikayətləniblər.
Qeyd ediblər ki, Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli, 135S saylı qərarı ilə "həyati vacib sərnişindaşıma sahəsinə" maliyyə dəstəyinin verilməsi üçün 280 milyon manat (tədbirlər planın 10-cu bəndi) vəsait ayrılıb. Lakin tədbirlər planının 10-cu bəndində nəzərdə tutulmuş "həyati vacib sərnişindaşıma sahəsi" üçün ayrılmış vəsaitin bir hissəsi Bakı şəhərində fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin maliyyə dayanıqlılığının təmin edilməsi üçün nəzərdə tutulsa da, bu vəsait onlara ödənilməyib. Pandemiya dövründə bu vəsaitin ayrılması dövlətin sərnişindaşıma sahəsinə diqqətini əks etdirir. Halbuki vəsaitin ödənilməsi ağır vəziyyətdə olan şirkətlərin fəaliyyətinə kifayət qədər müsbət təsir göstərərdi.

"Bizə bir manat da vermədilər"

DİA.AZ-ın məlumatına görə, "Azland Plaza" MMC-nin rəhbəri Azadxan Xanməmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şirkət BNA-nın dövlətin ayırdığı vəsaiti ancaq "Bakubus" MMC-yə verməsindən narazıdır. Həmsöhbətimiz deyir ki, pandemiya dövründə bütün daşıyıcı şirkətlər əziyyət çəkib, ziyanla işləyib. Bəs hansı əsasla BNA dövlətin ayırdığı vəsaitin hamısını yalnız bir daşıyıcıya ayırıb?
A. Xanməmmədovun sözlərinə görə, pandemiya dövründə onlar da digər daşıyıcılar kimi sərnişin çatışmazlığı ilə üzləşib: "Pandemiyada elə vaxt olub ki, yanacaq pulunu cibimizdən ödəmişik. Yəni xəttə çıxan avtobuslar heç yanacaq xərcini çıxartmayıblar. Pandemiyadan sonra digər daşıyıcı şirkətlər kimi bizim də vəziyyətimiz pisləşdi. Avtobusların xarab olan ehtiyyat hissələrini almağa maliyyə vəsaitimiz çatmadı. Məcbur olub qarajda olan avtobuslarımızı satışa çıxartmışıq ki, kredit borclarımızı verək. Axı biz müasir avtobusları xaricdən kreditlə almışıq. Bu gün də onların kreditini ödəyə bilmirik. Belə çətin anımızda dövlətin ayırdığı maliyyə vəsaiti bizim "əlimizdən tutardı". Amma bizə bir manat da vermədilər. İndi müflifləşmək ərəfəsindəyik. Çarəsiz qalıb avtobuslarımızı satışa çıxartmışıq ki, vəziyyətdən çıxaq".

BNA ayrıseçkilik edib

"General Avto Company" firmasının direktor müavini Asif Rüstəmov da vəziyyətlərinin pis olduğunu söylədi. A. Rüstəmov Sputnik Azərbaycan-a bildirib ki, pandemiya dövründə sərnişin olmasa da avtobuslar işləyib: "Həmin vaxt yanacaq çənlərni öz cibimizin vəsaiti hesabına doldurmuşuq. Bizə Dövlət Vergi Xidmətindən başqa heç bir dövlət qurumu bir manat da köməklik etmədi. Dövlət Vergi Xidməti sağ olsun ki, sürücülərin əmək haqqının 50 faizini ödədi. Həmçinin bizim kreditimizin faiz borclarının 10 faizini banka qaytarıb. Bu bizim üçün böyük köməklikdir. Amma pandemiyaya görə ayrılan vəsaitdən bizə heç nə verilmədi. Halbuki, bizim vəziyyətimiz, "Bakubus" MMC-dən də ağırdır. Pandemiyadan əvvəl stehsalat bazamızı yenilədik. Kreditlə müasir və bahalı avtobuslar aldıq. Bundan sonra pandemiya başladı. Sərnişin çatışmazlığı yarandı. Biz indiyə qədər də borc içindəyik. Müasir tipli avtobusların ehtiyat hissələri xaricdən gətirilir. Qiymətləri kəskin bahalaşıb. 100 manata aldığımız təkər 380 manat olub. Elə ehtiyat hissələri var ki qiyməti 4 min manatdır. Bu amillər onsuz da pis olan maddi vəziyyətimizi daha da ağırlaşdırır. Belə bir vaxtda BNA-nın daşıyıcılar arasında ayrıseçkilik etməsi doğru deyil. Biz də "Bakubus" MMC kimi sərnişindaşıma xidməti göstəririk".
BNA-nın dövlətin ayırdığı küllü məbləğdə vəsaiti heç bir əsas olmadan ancaq "Bakubus" MMC-yə ayırması, sosial platformada da geniş müzakirələrə səbəb olub. BNA dövlət qurumu kimi səlahiyyətindən sui istifadə etməkdə, özbaşına qərar verməkdə günahlandırılır.

Niyə məhz "Bakubus"?

DİA.AZ-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, BNA-nın bu qərarı özbaşınalıqdır. Ekspert bildirir ki, sərnişindaşıma ilə məşğul olan daşıyıcılara ayrıseçkiliyin qoyulması doğru deyil: "Bu məsələ prokurorluq tərəfindən də ciddi araşdırılmalıdır. BNA-nın bu qərarı verməkdə məqsədi üzə çıxardılmalıdır. Aydınlaşdırılaraq bu vəsait geri-qaytarılmalı, bütün daşıyıcı şirkətlər arasında göstərdikləri xidmətə müvafiq olaraq bölünməlidir. Çünki, nə cənab prezidentin imzaladığı sərəncamda, nədəki baş nazirin qərarında bu vəsaitin ancaq "Bakubus" MMC-yə ayrılması barədə bənd yoxdur. BNA-isə bu qərarını heç nə ilə əsaslandırmır. Belə çıxır ki, burada BNA-nın marağı var. Detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır".
E. Muradlı deyir ki, əgər bu vəsait vaxtında daşıyıcılar arasında bərabər paylanılsaydı, indi şirkətlər müflis vəziyyətə düşüb avtobuslarını satışa çıxartmaz, gediş haqqının artırılması tələbini irəli sürməzdilər.
Həmsöhbətimiz deyir ki, bu vəsait daşıyıcıların vaxtında avtobuslara texniki qulluq etməsinə, onların ehtiyat hissəsi almasına, sərnişindaşıma xidmətinin keyfiyyətinə də təsir edərdi.

7,5 milyon ayrılsa da, "Bakubus" MMC-nin avtobusları qarajda, sərnişinlər dayanacaqlarda qalıb

E. Muradlının sözlərinə görə, dövlətin ayırdığı vəsaitin qəpiyinədək "Bakubus" MMC-ə ödənilsə də, bu şirkətin sərnişindaşıma xidmətinin yüksəlməsinə bir təsir göstərməyib. Əksinə "Bakubus" MMC-nin xəttə çıxardığı avtobusların sayı azalıb. Nəticədə sərnişinlər saatlarla dayanacaqda avtobus gözləmək məcburiyyətində qalıblar. "Bakubus"a məxsus olan "Koroğlu"da, Zığda və Buzovnada yerləşən qarajlarda 500-ə yaxın avtobus saxlanılır. Gündüz saatlarında Zığdakı qarajda 300 ədəddən artıq avtobusun saxlanılmasını vizual olaraq müşahidə etmək mümkündür. Bəs bu zaman sual olunur ki, 7, 5 milyon manat vəsaiti "Bakubus" MMC hara xərcləyib?
BNA işinin öhdəsindən gələ bilmir. Çünki, qurum üzərinə götürdüyü vəzifələrin yerinə yetirə bilmir. Nə ictimai nəqliyyatı inkişaf etdirə bilir, nədəki taksi fəaliyyətini tənzimləyir. Tənzimləyici qurum olsa da, daşıyıcıların heç bir probleminə kömək göstərmir. Əgər daşıyıcılar problemlərinin həllini prezidentə müraciət etməkdə görürlərsə BNA nəyə lazımdır? BNA-nın fəaliyyətinə heç bir ehtiyac qalmır.

BNA 7, 5 milyon manatı niyə "Bakubus" MMC-ə ayırdı?

Bakı Nəqliyyat Agentliyinin məbuat katibi Mais Ağayev dövlətin sənişindaşımaya dəstək məqsədilə ayırdığı 7, 5 milyon manatın hamısının "Bakubus" MMC-yə verilməsinin əsasının olduğunu, bunun səbəbinin tezliklə ictimaiyyətə açıqlanacağını söylədi.
Məlumat üçün bildirək ki, Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədrinin müşaviri Faiq Abbasov "İctimai" televiziyada çıxışında dövlətin daşıyıcı şirkətlər üçün ayırdığı 7,5 milyon manatın "Bakubus" MMC-yə verildiyini təsdiqləyib. Amma vəsaitin hansı səbəbdən digər daşıyıcılara ödənilməsiməsi ilə bağlı fikir bildirməyib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru