Münasib Qurbanovun QEYRİ-MÜNASİB İŞLƏRİ... - İLGİNC İDDİALAR...
Tarix: 13-01-2023, 11:40 | Çap et
 Bildiyimiz kimi müstəqillik dövründə ən çox inkişaf edən sahələrdən biri də tikinti sahəsi oldu. İş o yerə gəlib çatdı ki, paytaxtda yiyəsiz itlərin gecələdiyi yerləri də satıb, yerində bina və ya iaşə obyektləri tikdilər. Sağ olsun heyvansevən insanları. Onların sayəsi nəticəsində paytaxtımızda sahibsiz itlər üçün sığınacaq yeri ayırdılar. Nəisə, sizləri yormadan keçirik əsas mətləbə. Yaxşı yadımdadır, paytaxtda və regionlarda tikintinin şıdırğı getdiyi vaxtlarda söz- söhbət gəzirdi ki, İnqilab 17- də mərhum akademik Aqil Əliyevin himayəsi altında şəhərcik salınacaq. Amma, bu heç də belə olmadı. Bilənlər bilir, bilməyənlərə də agah oldu ki, akademik Aqil Əliyev bütün ömrünü elmin inkişafına sərf etdi. (Tanrı rəhmət eləsin!) Sözügedən ünvanda əslən Tovuz rayonundan olan və tikinti maqnatı kimi tanınan Münasib Qurbanov, hal- hazırda sözügedən ərazidə bina tikintisinə başlayıb. Paytaxtda tikinti maqnatı kimi tanınan Münasib Qurbanov, digər maqnatlardan xüsusi “istedad”ı ilə seçilır. İndi onun necə xüsusi “istedad” sahibi olmasını sizlərə agah edəcəyəm... Münasib Qurbanov Rabitə Nazirliyində tikinti sektorunda çalışmış həmyerlisi Namazəlini qeyri- rəsmi şərik götürərək illərlə yığdığı çirkli pulları Yasamal rayonunda tikdiyi binalarda elə yudu ki, heç bəy hamamında bəyi elə yumazdılar. Münasib Qurbanov bu çirkli pulları yuyandan sonra, həmyerlisi Namazəlinin arxasına vedrə bağlayıb, “vağzalı” havası ilə onu yola salmağı bacardı. (İnsafən Namazəli bəy sözügedən havaya çox ustalıqla oynayırmış) Diqqət yetirmək lazımdır ki, Münasib Qurbanov bu sahədə “istedad”ı ilə bərabər, bəxti gətirənlərdən də biridir. Çirkli pulları yumaqda kifayət qədər təcrübəsi olan bu tikinti maqnatı, çox çəkmədi ki, Sumqayıt rabitə qovşağını yanı üstə qoyan Akif Əsgərovu qeyri- rəsmi özünə şərik edə bildi. Şübhəsiz ki, tikinti işləri başa çatdıqdan sonra, o, Akif Əsgərovun da arxasına qazan bağlayıb “dubeyti” havası ilə yola salacaq. Mövzuya ədalətli şəkildə yanaşsaq bəlli olar ki, bu xüsusi “istedad” sahibi, tikinti maqnatı bu günə qədər mülk sahibləri ilə heç bir münaqişə yaşamayıb. Yəni onun bu işi həmişə alqışlanıb və rəhbəri olduğu tikinti şirkətində çalışan fəhlələrin pullarını artıqlaması ilə ödəyib. (Şəhid ailələrinə, qazilərə maddi və mənəvi dəstəyini heç vaxt əsirgəməyib) Bütün bunlara baxmayaraq, rəhbəri olduğu şirkətdə kifayət qədər nöqsanlar da mövcuddur. Məsələn: tikintidə çalışan fəhlələrin böyük əksəriyyətinin əmək müqaviləsi yoxdur, tikinti zamanı fəhlələrin bir çoxu təhlükəsiz qaydalarına riayət etmirlər.Tikintidə istifadə olunan materialların böyük əksəriyyətini özünə yaxın sahibkarlardan alır və bütün bu hallar onun ustalıqla vergidən yayınmasına səbəb olur. Akif Əsgərov özü həmin tikinti şirkətinə çox nadir hallarda gəlir. Etibarlı mənbənin bildirdiyinə görə o, özünə yaxın hesab etdiyi şəxsi orada işə yerləşdirir . Həmin şəxs tikinti şirkətinin həyətinə girib- çıxan maşınların nömrəsini yazıb axşamlar Akif Əsgərova ötürür. P.S. Sözügedən yazıda tikinti şirkətinin rəsimləri ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Bütün bunlara baxmayaraq, qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Nüsrət Dağlaroğlu "Azərbaycan Cümhuriyyəti"


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05 |
|
|
|
| • Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48 |
|
|
|
| • TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45 |
|
|
|
| • Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41 |
|
|
|
| • “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35 |
|
|
|
| • Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31 |
|
|
|
| • "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14 |
|
|
|
| • Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11 |
|
|
|
| • "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00 |
|
|
|
| • “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58 |
|
|
|
| • İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55 |
|
|
|
| • Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53 |
|
|
|
| • İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49 |
|
|
|
| • ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48 |
|
|
|
| • Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46 |
|
|
|
| • Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
| • Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41 |
|
|
|
| • Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30 |
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07 |
|
|
|
|