“Georgi lenti” qalmaqalı böyüdü .....                     Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... .....                     Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir .....                     Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb .....                     Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər .....                     İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? .....                     “Park müdiri” Karlen həbsdən çıxdı .....                     Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi .....                     Vətən müharibəsi qazisi müşavir təyin edildi .....                     "Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var .....                     Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... .....                     “Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər .....                     Avropa ilə Azərbaycan arasında buzlar əriyir? .....                     İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir .....                     Qatilin edamı: İlham Əliyev olmasaydı... .....                     VARFARİN QADAĞASI: Nazirlik deyir ki... .....                     Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... .....                     Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi .....                     İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU .....                     İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb .....                     “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb .....                     Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi .....                     Rəsul Quliyevə ağır itki üz verdi .....                     Bilgəh çimərliyini kimlər zəbt edib? .....                     Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı .....                     Xəstələrə yardım üçün bank kartlarına köçürülən pullar necə oğurlanır? .....                     Daha bir Qarabağ Qazisinin HAQQI TAPDANIR... .....                     Özbəkistan Azərbaycan vətəndaşlarını ölkəyə şəxsiyyət vəsiqəsi ilə buraxmaq istəyir .....                     Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub .....                     Tanınmış iş adamı dünyasını dəyişib .....                     İrəvanda Xocalı canisinə qarşı yeni ittiham irəli sürüldü... .....                     Səhiyyə Nazirliyi “Varfarin”nin idxalını niyə DAYANDIRIB? .....                     DSX-nin baş gizirini öldürən şəxslər kassasiya şikayəti verdi .....                     KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... .....                     Kremlin Cənubi Qafqaza tanklarla qayıtmaq planı tezləşə bilər .....                     Göygöldə qız üstündə qətl: gənc dostunun qisasını almaq istədi, öldürüldü .....                     "Mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil" .....                     Camaat Vasif Talıbovu deyir... .....                     Azərbaycan-Macarıstan tərəfdaşlığı inkişafdadır .....                     Azərbaycan və Macarıstan arasında əlaqələrin genişlənməsinə xidmət edən səfər .....                 

`Gold Baku Greative Group`a nədən yenidən ETİMAD GÖSTƏRİLİR Kİ? - Ortada QOSQOCA FAKT VAR, amma...
Tarix: 20-10-2023, 09:46 | Çap et
`Gold Baku Greative Group`a nədən yenidən ETİMAD GÖSTƏRİLİR Kİ?
Paytaxtın Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçəsinin kəsişməsində yerləşən В«Üç TacВ» (el arasında В«Tri koronaВ» kimi tanınır — red.) yaşayış kompleksi В«İlin dörd fəsliВ» şirkəti tərəfindən inşa edilib və Bakı şəhərində ilk yenitikili binalardan hesab olunur. Tikiliş tarixi 2000-ci illərin lap əvvəllərinə təsadüf etsə də, son dövrə qədər həmin yaşayış kompleksinə nə qaz verilib, nə də mülkiyyət haqqında çıxarış. Son vaxtlara qədər binalarda qaz və çıxarış olmadığı üçün, demək olar ki, heç kim evini sata bilmirdi. Aydın məsələdir ki, qazı və çıxarışı olmayan mənzilə alıcılar yaxın durmaq istəmirlər. В«Üç tacВ» yaşayış kompleksinin tikildiyi ərazi bir az narahatlıq yaradır. Kompleksin həyət tərəfinin qarşısı məşhur В«qanlı gölВ»dür. Və həyətdəki meydançadan 5 metr irəlidə uçurum var. İnsanlar təbii fəlakət zamanı bu binaların davam gətirib-gətirməyəcəyi barədə tərəddüd edirlər.

Amma sonda tədricən qaz və “kupça” məsələsinin düzəldiyi deyilir. Di gəlin görək, qaz niyə yox imiş. O binalardan ev almaq istəyənləri heç bu sual düşündürübmü? Bəlkə qazın verilməməsinin başqa, daha dərin problemlə əlaqədardır? O problemin özü həllini tapıbmı?

Məsələ burasındadır ki, son vaxtlara kimi binanın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən təhvil alınmadığı deyilirdi. Kompleksə qaz və mülkiyyət haqda çıxarış verilməməsi bu səbəblə əlaqələndirilirdi. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən KİV-ə verdiyi belə bir məlumat dərc olunmuşdu: “Həmin bina FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müayinəsindən keçib. Orada çatışmayan cəhətlər ekspertizaya verilib. Müvəqqəti qaz almaq üçün onlar arayışı götürə bilərlər. Qaldı ki, binanın təhvilinə, o bina təhvilə getməyib. Çünki müayinə vaxtı iradlar olub. Onlar aradan qalxmalıdır ki, kompleks təhvilə getsin”.

Təxmin etmək olar ki, sözügedən binalara qaz da müvəqqəti verilib. Nazirlik rəsmiləri В«Üç TacВ» kompleksinin tikintisində hansı iradların olduğu barədə isə açıqlama vermək istəməyiblər. Bu məqaləmizin qayəsini təşkil edən məsələ də budur ki, yaşayış kompleksində həll olunması heç cür mümkün olmayacaq problem var. Söhbət o problemdən gedir ki, FHN bəlkə də xəbərsizdir və Nazirliyin tikinti şirkətinə tutduğu iradlar sırasında yer almayıb.

Bu günlərdə “Dəryaz” qəzeti redaksiyasına adının çəkilməyini istəməyən keçmiş inşşatçı məlumat verib ki, “Üç tac” yaşayış kompleksinin tikintisində işləyib və şahidi olub ki, kompleksin birinci korpusunun birinci mərtəbəsində qeyri-yaşayış obyektinin geniş zalında layihə üzrə betondan inşa edilməli olan orta dirək qoymaq memarın yadından çıxıb. İş başa çatandan az sonra baxıblar ki, birinci mərtəbənin tavanı çökməyə başlayıb. Gecə ilə ustaları gətiriblər. Domkrat (qaldırıcı vasitə) köməyi ilə yenidən dəmir konstruksiyanın tətbiqi ilə süni dayaq düzəldiblər. Konstruksiyanın boşluqlarını doldurub üstünü də suvaqlayıblar. Bu isə o deməkdir ki, orta ballıq zəlzələ olsa, binanın çökməyəcəyinə zəmanət yoxdur. Çünki illər uzunu konstruksiyanın hazırlandığı dəmir çürüyüb. Üstəgəl, layihə üzrə hazırlanan beton dirəklər titrəyişlər zamanı özü “rəqs etməli” və seysmik dalğaların təsirini “söndürməliydi”. Süni dayaqda isə belə xüsusiyyət yoxdur.

Öyrəndik ki, sözügedən kompleksi inşa edən şirkət mənsublarından biri – Vilayət adlı şəxs hazırda paytaxtın Nərimanov rayonunda Gold Baku Greative Group şirkəti adı ilə hündürmərtəbəli bina inşa etməkdədir. Onunla zəngləşib məsələyə münasibətini öyrənməyə çalışdıq. Gözlədiyimiz kimi, təkzib etdi və bildirdi ki, binalar 20 ildir orda dayanıb. Həmçinin qeyd etdi ki, “siz jurnalistsiniz, mühəndis deyilsiniz”. Əlavə etdi ki, onunla Nərimanovdakı ofisində görüşüb fikir mübadiləsi apara bilərik, bütün suallarımıza cavab verməyə hazırdır. Ünvana çatdığımızda ilk əvvəl Vilayət bəyin yerində olmadığını eşitdik. Özünə zəng vurub gəldiyimizi dedikdə, göz həkiminin yanında olduğunu dedi və gözləməyimizi tapşırdı. Təxminən bir saata kimi gözləyəndən sonra növbəti zəngimizə cavab vermədi. Sonra ona məlum olmayan başqa nömrədən zəng etdik. Dəstəyi başqa adam götürdü. Nə istədiyimizi soruşdu. Vilayət bəy tərəfindən dəvət olunduğumuzu dedik. Bildirdi ki, guya Vilayət bəyin telefonu dünəndən ondadır. Biz həmin şəxsin açıq-aşkar yalan danışdığını bilsək də, geri durmadıq. Etiraf etməli oldu ki, hər ikisi – o da, Vilayət bəy də ofisdədirlər, yuxarı – ikinci mərtəbəyə qalxmağımızı tapşırdı. Həmin şəxs (bəlkə də Vilayət bəyin biznes şəriki) elə ilk görünüşündən lovğa, təkəbbürlü adam təsiri bağışladı. Bizi Vilayət müəllimin kabinetinə müşayiət elədi. Özümüzü təqdim elədik. Vilayət bəyin istəyi ilə jurnalist vəsiqəmizi masanın üstünə qoyduq ki, tanış olsunlar. İlk baxışda ehmal, səmimi adam təəssüratı bağışlayan Vilayət bəylə elə söhbətə yeni başlamışdıq ki, şəriki müdaxilə edib bildirdi ki, şirkət “Üç tac” yaşayış kompleksini deyil, onun həndəvərindəki binaları tikib, guya ünvanı səhv gəlmişik. Biz bir daha xatırlatdıq ki, Vilayət bəy haqqqında söz açdığımız binaları məhz işlədiyi şirkətin inşa etdiyini etiraf edib. Vilayət bəy də susmaqla razılığını bildirdi. Elə bu vaxt kabinetə pəzəvəng cüssəli, qarayanız bir kişi daxil oldu. Vilayət bəy onu şirkətin arxitektoru kimi təqdim etdi. Hərçənd, həmin adam özünü elə ilk andan bizim suallarımızı cavablandırmağa hazır olan arxitektor kimi deyil, sanki bir “reket” kimi aparmağa başladı: “Mən Mətbuat Şurasının üzvüyəm, sizi “qara siyahı”ya saldıracam…” Ona izah etməyə çalışdıq ki, sualımıza cavab axtarmağa gəlmişik, Mətbuat Şurasının bu məsələyə dəxli yoxdur. İkinci addımında həmin şəxs adının Hidayət Əsgərov olduğunu, özününsə “Adiloğlu” Nəşriyyatının direktoru olduğunu, həm də tikinti şirkətində arxitektor işlədiyini dedi. Biz haqqında eşitdiyimiz məşhur naşir Hidayət Əsgərovun belə “razborkalara” gedə bilməyəcəyi qənaətindəydik. Üçüncü adddımında isə “naşir-memar-reket” bütün hədləri aşaraq jurnalist vəsiqəmizi götürüb qonşu otağa qaçdı və sənədlərin şəklini telefonla çəkməyə çalışdı. Səs-küyə şirkətin daha bir neçə əməkdaşı tökülüşüb gəldilər. Bu arada katibə də özünü haraya yetirib son nöqtəni qoydu, O bildirdi ki, biz, o binanı 20 ildir təhvil vermişik.В» İki nəfər bizim on nəfərə qarşı durduğu həmin situasiyada onların hər cür mərdimazar ssenariyə hazır olduqlarını müşahidə edib polisin “102” qaynar xəttinə zəng vuracağımızı bildirdik. Yalnız bu xəbərdarlığımızdan sonra vəsiqəmizi özümüzə qaytardılar, həmçinin hədə-qorxu gəlməkdə davam etdilər.

Xatırlatmağa dəyər ki, “İlin Dörd Fəsli” tikinti şirkəti istehsal fəaliyyətinə 1998- cı ildə başlayıb. O, çoxmənzilli və fərdi yaşayış evlərinin, müxtəlif təyinatlı obyektlərin tikintisində, eləcə də obyektlərin təmiri, interyer dizaynı, landşaft layihələşdirilməsi xidmətləri sahəsində ixtisaslaşmışdır. “İlin Dörd FəsliВ» MMC-dən yuxarı instansiyalara indiyədək çoxsaylı şikayətlər ünvanlanıb. Həmin şikayətlərin də bir çoxu mətbuatda dərc olunub. Məsələn, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən В«Yeni BakıВ» Yaşayış Kompleksinin sakinləri bildirirlər ki, şirkət şəhərcikdə qanunsuz olaraq qurduğu komendant sistemi vasitəsi ilə hər ay sakinlərdən vəsait toplayır. İstədikləri məbləği ödəməkdən imtina edənlərin mənzilinə elektrik verilməsi tikinti şirkəti tərəfindən dayandırılır. Yığılan kommunal ödənişlər müqabilində qəbz adı altında VÖEN-siz kağız parçaları verilir. Yığdıqları pulları hara, necə xərclədikləri barədə hesabat vermirlər. Mənzil alarkən sakinlərdən qaz, işıq və su sayğacları üçün əlavə olaraq 700 manat vəsait tələb edilib.

Bütün bunlar azmış kimi bir müddət əvvəl söz yayıldı ki, “İlin Dörd Fəsli” Məhdud Məsuliyyətli Cəmiyyətnin (MMC) adı və təşkilati-hüquqi forması dəyişdirilib. Gah deyirlər “İDF-Mənzil Servis” Mənzil Tikinti Kooperativi olub, gah da deyirlər “Avropa-servis” MTK olub. Sakinlər bu dəyişiklikləri şirkətin vergidən yayınmaq üçün çıxardığı “ayının min oyunu” hesab edirlər. Çünki MMC kimi mənzil satışında dövlət büdcəsinə müəyyən məbləğdə vergi köçürülməlidir, ancaq MTK-da bu öhdəlik yoxdur. Həmçinin bildirilir ki, şirkət rəhbərliyi sakinlərə girov saxladığı eskiz lahiyə və protokoldan çıxarış vermək lazım gələndə onlardan qanunsuz ödənişlər tələb edir. Yaşayış massivlərində telefon, televiziya, internet kimi xidmətlər də şirkətin monopoliyasındadır. Digər provayderləri şəhərciyə yaxın buraxmırlar. Sakinlərə deyirlər ki, bizim burada qalıb sizə xidmət göstərməyimiz üçün müqaviləyə imza atmasanız, sənədlərinizi verməyəcəyik.

O da bildirilir ki, tikinti şirkəti narazılıq edən sakinlərin müdafiəsinə qalxan hüquqşünasları da öz tərəfinə çəkib işlədir.

Odur ki, “Dəryaz” qəzeti olaraq, üzümüzü aidiyyati qurumlara — hüquq-mühafizə və cinayət təqibi orqanlarına, Fövqəladə Hallar Nazirliyinə tutub xahiş edirik: Məqalədə ehtiva olunan məlumat üzrə xüsusi komissiya təşkil edib yoxlama aparılsın, “Üç tac” yaşayış kompleksinin inşaatında buraxılmış və sakinlərin həyatına təhlükə vəd edən səhvlər müəyyənləşdirilsin, onlara yol vermiş vəzifəli şəxslər məsuliyyətə cəlb olunsun, lazım gəldiyi təqdirdə sakinlərin təxliyyəsi təmin edilsin.

P.S. Qeyd edək ki, “İlin Dörd Fəsli” Məhdud Məsuliyyətli Cəmiyyətnin indiki sədri Elşən Musayevdir. Biz onunla əlaqə saxlamaq üçün instaqramda yerləşdirdiyi 050)-224-40-60 nömrəli mobil telefona zəng vurub qarşı tərəfin də mövqeyini öyrənmək istədik. Özünü şirkətin mühasibi Ağaşirin kimi təqdim edən şəxs bildirdi ki, В«bilirsiniz bina nə vaxt tikilib? Ondan sonra Bakıda zəlzələ də olub. İndiyə kimi bina dağılmayıbsa indi də, dağılmaz. Mən Vilayət adda adam tanımıram, boş- boş şeylərə görə də vaxtımı alırsınız.

Məqalədə adları keçən şəxslərin də, mövqüyini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik
Deryaz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Georgi lenti” qalmaqalı böyüdü - Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir
Bu gün, 11:56
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 11:52
Ermənistan Rusiya ilə bütün istiqamətlərdə əməkdaşlığı davam etdirmək niyyətindədir - Mirzoyan
Bu gün, 11:44
Rusiya tərəfindən Azərbaycanda manipulyasiya məqsədli materiallar yayımlayan Facebook səhifələri bağlanıb
Bu gün, 11:40
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər - BU NƏDİ BELƏ?..
Bu gün, 11:35
İran YASİNİN ardından agenturasının da FATİHƏSİNİ VERƏCƏKMİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:29
“Park müdiri” Karlen həbsdən çıxdı - Aldatdığı adamlara nazirlik adından zəng etdiribmiş...
Bu gün, 11:23
Budepeşt etirafı: Bakı əsl dost, etibarlı tərəfdaş kimi - İNCƏLƏMƏ
Bu gün, 11:17
Vətən müharibəsi qazisi müşavir təyin edildi - FOTO
Bu gün, 11:15
"Bayburt Grup"un Azərbaycan filialının 6 milyondan çox vergi borcu var - TƏFƏRRÜAT
Bu gün, 11:13
Özünü DAĞA-DAŞA salan... Səyyad ARAN... - SÖZARDI...
Bu gün, 11:01
“Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər - BAŞLARI QAÇIB...
Bu gün, 10:54
Avropa ilə Azərbaycan arasında buzlar əriyir? - Fransa anladı ki...
Bu gün, 10:49
İrəvan Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirir - Abramyan
Bu gün, 10:47
Qatilin edamı: İlham Əliyev olmasaydı... - Orxanın atası
Bu gün, 10:44
VARFARİN QADAĞASI: Nazirlik deyir ki... - SƏN DEMƏ...
Bu gün, 10:42
Burda rüşvət verməyən xəstələr Allahın ümidinə buraxılır... - NARAZILIQ VAR...
Bu gün, 10:37
Rafael Quliyev Kənd Təsərrüfatı naziri təyin edildi - ƏMR
Bu gün, 10:30
İşdən çıxarılan məktəb direktoru ÖZÜNÜ XƏSTƏLİYƏ VURDU - TƏFƏRRÜAT
Bu gün, 10:25
İrəvanda Ermənistan və Rusiya XİN başçılarının görüşü başlayıb - KİV
Bu gün, 10:18
“Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:16
Naxçıvanda yolların təmiri işləri bu şirkətə verildi - 1,3 milyonluq layihə
Bu gün, 10:13
Rəsul Quliyevə ağır itki üz verdi
Bu gün, 10:11
Bilgəh çimərliyini kimlər zəbt edib? - ÖZBAŞINALIQ!
Bu gün, 10:04
Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı - İLGİNC FAKTLAR...
Bu gün, 10:01
Xəstələrə yardım üçün bank kartlarına köçürülən pullar necə oğurlanır? - AKTUAL
Bu gün, 09:59
Daha bir Qarabağ Qazisinin HAQQI TAPDANIR... - AXI NİYƏ?..
Bu gün, 09:55
Özbəkistan Azərbaycan vətəndaşlarını ölkəyə şəxsiyyət vəsiqəsi ilə buraxmaq istəyir
Bu gün, 09:49
Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunub - İran mediası
Bu gün, 09:47
Tanınmış iş adamı dünyasını dəyişib
Bu gün, 09:45
İrəvanda Xocalı canisinə qarşı yeni ittiham irəli sürüldü... - Bu gün məhkəmə qarşısına çıxacaq...
Bu gün, 09:37
Səhiyyə Nazirliyi “Varfarin”nin idxalını niyə DAYANDIRIB? - Minlərlə ürək xəstəsi təhlükədə
Bu gün, 09:36
DSX-nin baş gizirini öldürən şəxslər kassasiya şikayəti verdi
Bu gün, 09:33
KTN sistemi İFLİC DURUMDADIR: Suçlu isə vəzifə başında... - İTTİHAM VAR...
Bu gün, 09:23
Kremlin Cənubi Qafqaza tanklarla qayıtmaq planı tezləşə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:11
Göygöldə qız üstündə qətl: gənc dostunun qisasını almaq istədi, öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 09:09
"Mənim kimi tamaşaçıların sayı Azərbaycanda 20-25 faizdən çox deyil" - ŞƏRH
Bu gün, 09:06
Camaat Vasif Talıbovu deyir... - Fuad Nəcəfli BUNA NAİL OLDU...
Bu gün, 09:04
Azərbaycan-Macarıstan tərəfdaşlığı inkişafdadır - MƏQALƏ
Bu gün, 08:50
Azərbaycan və Macarıstan arasında əlaqələrin genişlənməsinə xidmət edən səfər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:49
Agentlik əməkdaşlarının sığortası üçün 52 min pul xərcləyəcək - SİYAHI
Bu gün, 08:47
“Azərkabel” ASC - LƏĞV OLUNA BİLƏR
Bu gün, 08:44
Zakir Həsənovun Tel-Əviv səfərinin pərdəarxası - AKTUAL
Bu gün, 08:35
Nüfuzlu ticarət şəbəkəsində TƏHLÜKƏLİ DURUM - "Elə bil belə də lazımdır..."
Bu gün, 08:31
KONTAKT HOME yenə öz AMPLUASINDA - "...məhkəməyə qədər daşıyacağam"
Bu gün, 08:21
Əmək haqqı alanda işçi hüquqları... - Ekspert danışır...
Bu gün, 08:07
Əgər Rusiya onları geri qaytarmasa, sülh olmayacaq - Rəsmi Kiyev
Bu gün, 07:05
“Qardaşlar Mebel”in gəlirləri və mənfəəti azalıb - HESABAT
Bu gün, 07:02
Banka kredit borcu olanlar mütləq oxusun – Bunu etməyin, əks halda…
Bu gün, 06:57
Paşinyanı "korrupsiyanın Eynşteyni" adlandıran Koçaryan hakimiyyətə iddia etdi
Bu gün, 06:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru