Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” .....                     Bakıda alça və gilası .....                     Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı .....                     "Əgər sizin sisteminiz müştərini narahat edirsə..." .....                     Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq .....                     "Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." .....                     Tramp bunu etsə, fəlakətlə üzləşəcək .....                     İranla müharibə bitməyib və yeni hadisələr mümkündür .....                     İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var .....                     ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, .....                     Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... .....                     Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu .....                     Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... .....                     Bura pul qoyan da peşman olur... .....                     "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." .....                     "Azərbaycan mənim evimdir" .....                     "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" .....                     "Cəzasızlıq cinayətin inkişafına təkan verir" .....                     İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib .....                     Cəlilabadda şübhəli TENDER BAZARI .....                     AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ .....                     Ata tender keçirir, oğul qazanır .....                     Burda vaxtı keçmiş məhsul satırlar .....                     ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb .....                     İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb .....                     İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                 

"İndi toyuq-cücə saxlamaq da problemə dönüb..." - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 14-12-2023, 10:21 | Çap et
"İndi toyuq-cücə saxlamaq da problemə dönüb..."
Azərbaycanın cənub rayonlarında şəxsi təsərrüfatlarda istehsal edilən "kənd" yumurtasının bir ədədinin qiyməti 40 qəpiyə yüksəlib. Astara rayonunun mərkəzi bazarında rast gəldiyimiz bir alıcının sözlərinə görə, bir ay bundan əvvəl belə yumurtanın bir ədədi 25-30 qəpiyə olub: "Yerli yumurta, kənd yumurtası da, deyirlər, sürətlə bahalaşdı. Bazardan 10 ədəd yumurta almışam, 4 manat vermişəm. Əvvəllər yumurta kasıbın ərzağı idi, indi yox. Kasıb yumurtanı bu qiymətə necə alsın?".

Astara şəhər sakini Novruz Feyziyev də deyir ki, kənd yumurtasının bahalaşması ailə büdcəsinə mənfi təsir edir: "Pensiyaçıyam. Yumurtaya öyrəşmişəm, gündə bir ədəd yumurta yeyirəm. Ayda 10 manatdan çox pul götürür. Əvvəllər qiymət çox aşağı idi. Yerli toyuq da bahalaşıb".

"Əvvəllər toyuq-cücə saxlayanlar çox idi"
Bazarda yumurta, toyuq əti və digər məhsulların satışı ilə məşğul olan satıcı isə deyir ki, ilin bu vaxtında yumurtanın qiyməti adətən yüksəlir: "Quşçuluq fermalarında istehsal olunan bir ədəd yumurtanın qiyməti 17-20 qəpik, yerli yumurta isə 35-40 qəpikdir. Qapalı şəkildə saxlanan toyuqların yumurtaları 20 qəpiyədir. Əvvəllər fərdi təsərrüfatlarda toyuq-cücə saxlayanlar çox idi, indi onların sayı azalıb. Kəndlərdən gəlib marketdən yumurta alırlar. Yerli yumurtalar baha olduğu üçün də alıcısı azdır. Mənə kənd yumurtasının bir ədədini 30 qəpikdən verirlər, məcburam 40 qəpiyə satım".

Marketlərdə yumurta kifayət qədərdir. Başqa bir marketdə üç qiymətə yumurta gördük. Adının çəkilməsini istəməyən bu satıcı da deyir ki, marketə yerli toyuq əti də gətirilir: "Qablaşdırılmış yumurtaların bir ədədi 17 qəpikdir. Yerli yumurta ilə broyler yumurta arasında qiymət fərqi 20 qəpikdir. Broyler yumurtaları daha tez satılır, ucuzdur, ona görə. Yerli toyuq ətinə maraq böyükdür. Sifariş də verirlər. Çəkisi 800-900 qramdır. Digər toyuq ətlərindən bahadır".

"Cücə dəni çörəkdən bahadır"
Astara rayonunun Seləkəran kənd sakini, kənd təsərrüfatı məhsulların istehsalı ilə məşğul olan Mikayıl Əhmədov isə kənd yumurtasının bahalaşmasını belə izah edir: "Qiymət bahalaşırsa, deməli, bazara kifayət qədər məhsul çıxarılmır, azdır. İndi toyuq-cücə saxlamaq da problemə dönüb. Cücəni böyüdənə qədər dərman verilməli, iynə vurulmalıdır. Dərman, cücə dəni çörəkdən bahadır, kiloqramı 1 manat 50 qəpikdir. Gələn il necə olacaq, bilmək olmur? 50 cücə alırsan, üç-dörd aya yarısı da qalmır".

Onun deməsinə görə, üç aylıq cücə 5 manata başa gəlir: "Cücəni üç ay saxlayıb çəkisini 600 qrama çatdırırlar, sonra satırlar. Gözləmədən xəstəlik gəlir, hamısını məhv edir. Zəhmət hədərə gedir. Yumurtaya düşmüş toyuq xəstəliyə bir qədər dözümlüdür, amma orada da problem var. Səhər tez dururam, kəndə xoruzların səsini eşidirəm. Xoruz səsi gələn evlərin sayı azalıb".

Əhmədovun fikrincə, ölkədə gedən bahalaşmanın da buna təsiri var: "Fərdi təsərrüfatda saxlanılan toyuq broylerdə saxlanılan toyuqdan baha başa gəlir. Kəndli də fikirləşir ki, nə üçün evdə toyuq saxlayım, elə mağazadan alaram. Adamlar münasib qiymətə olan toyuq əti axtarırlar. Yayda yerli yumurta 20 qəpikdən aşağı düşmədi, halbuki 10-15 qəpik olardı. İndi yerli yumurtanın qiyməti artıb. Hələ artacaq, yerli toyuq yumurtalarını Bakıya daşıyırlar".

"Dən almağa hamının imkanı yoxdur"
Toyuq-cücə dəni satmaqla məşğul olan satıcının sözlərinə görə də, evdə saxlanan toyuq baha başa gəlir: "10-15 günlük cücənin dəni ayrıdır. Bir kiloqramı 1 manat 50 qəpikdir. Bu dəndən cücələrə iki ay verilməlidir ki, özünə gəlsin. Fərdi təsərrüfatlarda toyuq-cücəni həyətə buraxırlar, qapalı saxlamırlar, ona görə cücələri xəstəlik tez tapır. Özüm toyuq-cücə saxlayıram. Fevraldan bəslədiyim quşların hamısını sentyabrda satdım".

Onun deməsinə görə, sentyabrdan sonra ziyana düşmək ehtimalı böyükdür: "İndi əhalinin çoxu toyuğa arpa, buğda verir. Buğdanın bir kiloqramı 55, arpanın bir kiloqramı 60 qəpiyədir. Dən almağa hamının imkanı yoxdur. Qiymətlər, yəqin ki, qar yağandan sonra qalxacaq. Hər qiymət qalxanda fərdi təsərrüfatda toyuq saxlayanların sayı azalır".

Astara rayon Baytarlıq İdarəsindən bildirdilər ki, bu il quşçuluq təsərrüfatlarında kütləvi tələfat qeydə alınmayıb: "Fərdi təsərrüfatlarda saxlanan toyuq-cücələrdə keçici xəstəliklər ola bilər. Bu da yumurtanın azalmasına ciddi təsir etmir. Yerli yumurtanın ilin bu vaxtında azalması həmişə olur. Növbəti ayda yerli yumurta istehsalı artacaq. Onda qiymət aşağı düşəcək".


Mənbə: AzadlıqRadiosu В©
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arvadını məktəbin qarşısında döyən şəxs: “O, uşağımı qucaqlamağa qoymadı...” - TƏFƏRRÜAT
Bu gün, 08:10
Bakıda alça və gilası niyə fantastik qiymətə satırlar?
Bu gün, 08:08
Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı - ABŞ-ın “Qızıl mərmi”ləri sınağa çəkilir
Bu gün, 07:54
"Əgər sizin sisteminiz müştərini narahat edirsə..." - NARAZILIQ VAR...
Bu gün, 07:51
Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq - ABŞ
Bu gün, 07:27
"Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." - MALƏSƏF...
Bu gün, 07:10
Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01
İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00
İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58
ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28
Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08
Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04
Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57
"Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42
"Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38
"İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34
"Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04
Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34
İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru