Həmkarlar İttifaqları Azərbaycanda 30 ildir ki, bir ailənin və bir neçə dolandırıcının monopoliyası altındadır - Prezidentə müraciət olundu
Tarix: 3-08-2024, 11:44 | Çap et
 Bütün dünyada işçi sinfinin hüquqlarını qorumaq, mənafelərini müdafiə etmək üçün fəaliyyət göstərən Həmkarlar İttifaqları Azərbaycanda 30 ildir ki, bir ailənin və bir neçə dolandırlcının monopoliyası altındadır. 30 ildir ki, Azərbaycan əməkçilərinin maaşından tutulan faizlər bu şəxslərin nəhəng biznes imperiyasının formalaşmasına, ölkənin ən varlı oliqarxlarından birinə çevrilməsinə səbəb olub. Bizim zəhmətkeşlərin alın təri Səttar Mehbalıyevlərin, Qalib Qəribovların, nazir oğluna güvənən Hümbət Nağıyevlərin həyat baxçasında açılan milyonları suvarır. Onların sədarəti dövründə ölkədə 4 dəfə hakimiyyət dəyişikliyi, 2 Vətən müharibəsi, qlobal böhranlar, pandemiya olmasına baxmayaraq hələ də Mehbalıyevin 30 illik xanədanına kimsə son vermək niyyətində deyil. Düz 5 dəfə “demokratik seçki” yoluyla sədr seçilən baş həmkar həm də 20 illik deputatlıq karyerasına malikdir. Bax beləcə 30 ildir ki, Azərbaycanın əməkçi sinfi özünə Mehbalıyevdən qeyri bir sədr yetişdirə, seçə bilmir! Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası haqqında korrupsiya, rüşvət ittihamları səsləndirilən qurumların başında gəlir. Sadəcə medya üzərindən qısaca bir araşdırma aparmaq kifayətdir ki, qurumda baş verən dəhşətli əməllərdən hali olasan. İndiyə qədər bir həmkarlar ittifaqı üzvünün sınıq barmağına su damızdırmayan S.Mehbalıyevin nəhəng biznes imperiyasının sərhədləri ölkə hüdudlarından da kənara çıxır. “Əsl həmkarlıq ailədən başlayır” prinsipi ilə işləyən Mehbalıyev AHİK-i həm də ailə podratı əsasında idarə edir. Ailə üzvləri, qohum-qəbiləsi, dost tanışı qurumda ən üst səviyyədə təmsil olunurlar. Biz də alnımızın təriylə qazandığımız qəpik-quruşdan hər ay azı 2 faizini bu ailənin tərəqqisi naminə fəda edirik. Hər il toplanan faizlər hesabına büdcəsinə milyonlarla manat qədərində vəsait daxil olan AHİK-də bu vəsaitin hara, necə sərf olunmasını Səttar müəllimdən başqa kimsə bilməz. Necə olsa da kişinin 30 illik təcrübəsi var, bu sirri hər yetənə açmaz. Baş həmkarımızın adı illərdir ki, “putyovka biznesi”ndə də hallandırılır. Çünki istirahətə getməmişdən əvvəl AHİK-də adamı əməlli-başlı “dincəldirlər” , sonra kurorta göndərirlər. Özü də Mehbalıyevə və dostlarına məxsus kurortlara. Son zamanlar AHİK-də korrupsiyanın daha vətənpərvər metodundan istifadə olunur. Belə ki, qazilərə, şəhid ailələrinə AHİK adından müxtəlif hədiyyələr, yardımlar edilir. Amma, bütün bunların neçəyə başa gəldiyi araşdırılarsa yəqin ki, dəhşətli korrupsiya əməlləri üzə çıxar. Qazilərə verilən 5 manatlıq hədiyyə AHİK-in büdcəsindən 25 manatın yoxa çıxmasına gətirib çıxarır. Verilən məlumatlara görə Mehbalıyevin xüsusi əməliyyatlarına Hümbət Naqıyev və Qalib Qəribov rəhbərlik edir. Bu sahədə “təcrübəli mütəxxəsis” olan Hümbət Naqıyev mükəmməl bir mexanizm formalaşdırıb. Sənədlərə qol çəkən Mehbalıyev isə bu mexanizmin son nöqtəsini qoyur. Ramiz Mehdiyevin sevimli kadrı, Əli Həsənovun istəkli qudası olan Səttar Mehbalıyev məhz onlarla həmkarlıq konfederasiyası yaradıb. Elə bu gün də qudası ilə həmkarlığını davam etdirir. Amma nədənsə indiyədək bütün bunlar heç kimin diqqətini cəlb etmirdi. AHİK-də baş verən korrupsiya əməllərinə kimsə gözünü də götürüb baxmır. Halal pulları yeyilən yüz minlərlə əməkçinin pozulan hüquqları kimsəni narahat etmir. Bəlkə biz bilmirik, AHİK dövlət içində dövlətdir ?Xüsusilə təhsil işçilərinin vəziyyəti olduqca acınacaqlıdır. İstirahət məkanlarına və yaxud müalicə müəssələrinə müəllimlər üçün ayrılmış göndərişlər baha qiymətə tamamilə başqa aidiyyatı olmayan şəxslərə satılır. Bu barədə də əlimizdə kifayyət qədər faktlar var. Hesab edirik ki, yetər... Növbəti AHİK sədr seçkilərinə saylı günlər qalıb. Ədalətli seçki keçərsə adları yuxarda çəkilən şəxslər etdiyi əməllər üçün Baş Purokrorluğ , hüquq mühavizə orqanları qarşısında cavab verməlidirlər.
Nicat Mahmudov - Rubrika.Az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Bu gün, 16:21 |
|
|
|
| • İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Bu gün, 16:19 |
|
|
|
| • Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Bu gün, 16:05 |
|
|
|
| • ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Bu gün, 16:02 |
|
|
|
| • “Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Bu gün, 15:59 |
|
|
|
| • "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Bu gün, 15:57 |
|
|
|
| • “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Bu gün, 15:49 |
|
|
|
| • Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Bu gün, 15:45 |
|
|
|
| • Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Bu gün, 10:47 |
|
|
|
| • Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Bu gün, 10:43 |
|
|
|
| • İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Bu gün, 10:01 |
|
|
|
| • Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Bu gün, 09:59 |
|
|
|
| • Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Bu gün, 09:28 |
|
|
|
| • Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Bu gün, 09:25 |
|
|
|
| • Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Bu gün, 08:38 |
|
|
|
| • Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Bu gün, 08:35 |
|
|
|
| • Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Bu gün, 08:20 |
|
|
|
| • Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Bu gün, 08:16 |
|
|
|
| • Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Bu gün, 08:13 |
|
|
|
| • "Gül salonum var..."
Bu gün, 08:09 |
|
|
|
| • "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Bu gün, 08:05 |
|
|
|
| • Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Bu gün, 07:57 |
|
|
|
| • ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Bu gün, 07:39 |
|
|
|
| • Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Bu gün, 07:30 |
|
|
|
| • Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Bu gün, 07:21 |
|
|
|
| • "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Bu gün, 07:05 |
|
|
|
| • TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:58 |
|
|
|
| • Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Bu gün, 06:46 |
|
|
|
| • AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Bu gün, 06:41 |
|
|
|
| • "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Bu gün, 06:35 |
|
|
|
| • "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Bu gün, 06:31 |
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52 |
|
|
|
| • Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35 |
|
|
|
| • Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31 |
|
|
|
| • Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27 |
|
|
|
| • Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26 |
|
|
|
|