İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                     Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb .....                     Bakının yaratdığı yeni reallıq .....                     Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” .....                     Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? .....                     "Gül salonum var..." .....                     "Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." .....                     Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? .....                     ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır .....                     Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... .....                     Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... .....                     "Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." .....                     TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? .....                     Əslində savaş bu iki dövlət arasında gedir... .....                     AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... .....                     "Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" .....                     "Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." .....                     Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                 

ETİBAR PİRVERDİYEVİ ÇÖKDÜRÜRLƏR
Tarix: 10-04-2012, 13:38 | Çap et
ETİBAR PİRVERDİYEVİ ÇÖKDÜRÜRLƏR

“AZƏRENERJİ”DƏKİ MAXİNASİYALAR TƏFTİŞ OLUNUR

“Azərenerji” prezidenti Etibar Pirverdiyevin maxinasiyalari nəhayət ki, rəsmi şəxslər tərəfindən də etiraf edildi. Uzun müddətdir ki, mediada, ictimai qurumlarda bu məsələ müzakirə obyektinə çevrilmişdi. Amma, “Azərenerji” rəhbəri bu özbaşınalıqları adi hal kimi qəbul edir, ittihamları cavabsız qoyurdu. Amma bir neçə gün öncə Milli Məclisdə bu məsələnin qabardılması artıq faktların konkret olduğunu təsdiqlədi. Millət vəkili, tanınmış hüquqşünas Çingiz Qənizadə qurum rəhbərini korrupsiyada və mənimsəmədə suçladı. Deputat Milli Məclisdə Etibar Pirverdiyevin qanunsuz hərəkətlərini konkret faktlar əsasında açıqladı. O bildirib ki, cənab Pirverdiyevin qanunsuzluqlarına son qoyulmalı, yol verdiyi korrupsiya faktları prokurorluq orqanları tərəfindən araşdırılmalıdır.

Çingiz Qənizadə iqtisadi rayonlarda su elektrik stansiyalarının tikintisində “Azərenerji” QSC-nin bir sıra qanun pozuntusuna yol verdiyini bildirib. Onun sözlərinə görə, “Azərenerji” həmin rayonlarda bu obyektlərin tikilməsilə bağlı “Azenko” ilə müqavilə bağlayib. 2011-ci il 30 dekabra qədər həmin obyektlərin açılışı nəzərdə tutulsa da, onların üçündə cəmi 11 faiz iş gedib, qalanlar barədə isə məlumat yoxdur: “Hesab edirəm ki, dövlətin və cənab prezidentin siyasətinin bir təzahürü olardı ki, bu məsələ həll olunsaydı. Buna görə kim məsuliyyət daşımalıdır? Təəssüf ki, bu qanunsuzliqlar barədə Hesablama Palatasının qərarı elə “Azərenerji”yə göndərilib. Lakin Hesablama Palatasının prokurorluqla müqaviləsi var və həmin qərar prokurorluğa göndərilə bilərdi. Çünki burada milyonlarla manat vəsaitdən söhbət gedir. Düşünürəm ki, belə qanun pozuntuları Etibar Pirverdiyevlə “Azenko” nun əməkdaşlığının nəticəsidir ki, milyonlarla manat dövlət vəsaiti mənimsənilir”. Millət vəkili bəyan edib ki, məsələ ilə bağlı Hesablama Palatası və Baş Prokurorluğa müraciət edəcək.

“Azenko” vasitəsilə mənimsənilən milyonlar

Məsələ tam aydındır. Artıq hamı bilir ki, “Azenko” Tikinti Şirkəti birbaşa Etibar Pirverdiyevə məxsusdur. Ona görə də, “Azərenerji”nin bütün tikinti işləri bu şirkət tərəfindən həyata keçirilir. Etibar Pirverdiyev ən iri layihələrin həyata keçirilməsində tender keçirməli olduğu halda, bu prosesi demək olar ki keçirmir. Rəsmiyyətdə əlbəttə ki, “Azərenerji”tenderləri keçirdiyini deyir. Amma, bu tenderdən “Azərenerji”dən başqa heç kimin xəbəri yoxdu. Bütün tenderlər, iri layihələr “Azenko” tərəfindən birbaşa həmin şirkətə verilir və milyonlarla vəsait şirkətin büdcəsinə köçürülür. Sonrası isə məlumdur. Həmin milyonlar adı müstəqil olan bu tikinti şirkətinin balansından silinərək mənimsənilir. Artıq bununla bağlı onlarla konkret fakt mətbuatda dərc edilib. Amma, hələ ki məsələ araşdırılmayıb və “Azərenerji” şefinin fəaliyyəti yoxlanılmayıb. Bundan istifadə edən Etibar Pirverdiyev də əməllərini davam etdirir. İş o yerə çatıb ki artıq məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb.
Pirvderdiyev Bayraq Meydanındakı mənimsəməni necə ört-basdır etdi

Məsələn, “Azenko” Tikinti Şirkəti Bakının Bayraq Meydanının inşasını həyata keçirdi. Bu prosesdə hansı biabırçılıqların baş verməsi də ictimaiyyətə məlum oldu. Milyonlarla manatın ayrıldığı Bayraq Meydanının inşasında baş verən maxinasiyalar çox keçmədi ki, özünü göstərdi. Bayraq Meydanı istifadəyə veriləndən bir ay sonra bayraq laxladı. Bu biabırçı fakt təkcə Azərbaycanda deyil, bütün dünyada məlum oldu. Çünki, Bayraq Meydanında dalğalanan Azərbaycan bayrağı dünyanın ən böyük bayrağı idi və bütün dünyanın diqqəti bu meydanda idi. Bir aydan sonra meydanın tikintisində baş verən nöqsanlar nəticəsində Azərbaycan bayrağının əyilməsi bütün dünyada yayıldı. Əslində bu adi proseslər kimi deyildi. Azərbaycan bayrağının əyilməsi Azərbaycanın beynəlxalq nüfuzuna da mənfi təsir etdi. Dünyanın ən böyük bayrağı olan Azərbaycan bayrağı təhlükə qarşısında qaldı. Bundan istifadə edən, Azərbaycana düşmən kəsilən dövlətlər Etibar Pirverdiyevin şirkətinin bu əməlini əllərində əməlli başlı “bayraq” etdi, Azərbaycana qarşı mənfi imic yaratmağa başladı. Məlum oldu ki, bu prosesdə də külli miqdarda yeyintiyə yol verilib və tikinti işləri olduqca keyfiyyətsiz aparılıb. Ayrılan vəsaitin təyinatı üzrə xərclənməməsi Azərbaycanın büdcəsinə də, nüfuzuna da zərbə vurdu.

“Azenko”nun biabırçı fəaliyyəti tək bununla bitmir. Ölkənin enerji sistemindəki iri layihələri bu şirkətin həyata keçirməsinin nəticəsidir ki, bu sustem artıq çökmək üzrədir. Hər il dövlət büdcəsindən hərbi sahədən sonra ən çox vəsaitin ayrıldığı bu sahə iflic vəziyyətə düşüb. “Azərenerji” ayrılan vəsait hesabına enerji sistemində problemlərin həll olunduğunu desə də, əslində bu sahədə problem həddindən çoxdur. Ayrılan vəsaitlərin məbləği durmadan artdıqca enerji sahəsindəki problemlər də artır. Çünki, ayrılan vəsaitin əksər hissəsi təyinatı üzrə xərclənmir və problemlərin aradan qaldırılması barədə xərclənmir.
Milyonların mənimsənilməsi Çingiz Qənizadəni ayağa qaldırdı

Elə millət vəkili Çingiz Qənizadəni də danışmağa vadar edən bu cür problemlərdir. O Azərbaycan üçün əhəmiyyətli olan iqtisadi rayonlarda su elektrik stansiyalarının inşasının həddindən artıq ləngiməsindən narahatdır və millət vəkili bunu dövlətin inkişafına təxribat kimi qiymətləndirib. Təsəvvür edin ki, “Azərenerji” həmin iqtisadi rayonlarda su elektrik stansiyalarını 2011-ci ilin sonuna kimi inşa edib təhvil verməli idi. Artıq 2012-ci ilin birinci rübü başa çatsa da, su elektrik stansiyalarından xəbər yoxdur. Çingiz Qənizadənin araşdırmaları zamanı məlum olub ki, “Azərenerji” prezidenti Etibar Pirverdiyev bu məsələdə həddindən artıq nöqsanlara, qanunsuzluğa yol verib. Müəyyən edilib ki, su elektrik stansiyalarınıln tikilib istifadəyə veriləcəyi vaxtdan 4-5 ay keçməsinə baxmayaraq, bu prosesdə cəmi 11 faiz iş görülüb. “Azərenerji” ASC bu işi görmək üçün yalançı tender keçirib və əlbəttə ki, tenderin qalibi “Azenko” şirkəti olub. Həmin şirkət isə işi görmür. İndi ortada nə ayrılan milyonlar var, nə də görülən iş. Milyonlar xərclənib, amma hələ işin 89 faizi görülməyib. Maraqlıdır, dövlət büdcəsindən ayrılan bu qədər vəsait birdən-birə necə yoxa çıxıb? Bu məsələ ilə heç bir aidiyyəti qurum maraqlanmayıb. Millət vəkili isə maraqlananda dəhşətə gəlib və məcburiyyət qarşısında fakt Milli Məclisə çıxarılıb. Çingiz Qənizadə dövlət büdcəsinin milyonlarla manatının birdən-birə mənimsənilməsinə göz yummağın cinayət olduğunu iddia edib və bununla bağlı prokurorluğa müraciət edəcəyini deyib.
Deputatın araşdırması Pirverdiyevi bitirəcək

Etibar Pirverdiyevin deyəsən sonu yaxınlaşır. Bu vaxta qədər ictimaiyyət arasında müzakirə edilən faktlara əhəmiyyət verməyib maxinasiyalarla məşğul olan cənab Pirverdiyev deyəsən bu dəfə pis ilişib. Artıq millət vəkilləri tərəfindən fəaliyyəti araşdırılan “Azərenerji”şefinin bununla da sonunun çatdığını demək olar. Çünki, bu məsələyə Milli Məclis səviyyəsində müdaxilə edilməsi, Etibar Pirverdiyevin qanunsuzluqlarının bu səviyyədə qabardılması adi müzakirə ola bilməz. Cənab Pirverdiyevin artıq narahat olmasına dəyər. Millət vəkilinin müraciətinin prokurorluq orqanları tərəfindən cavabsız qalması, hansısa bir hərəkətin törədilməməsi inandırıcı deyil. Ən azından bu müraciət “Azərenerji” şefinin fəaliyyətinin araşdırılması ilə nəticələnməli və hansısa bir tədbir görülməlidir. Araşdırmalar zamanı isə ortaya daha hansı faktların çıxacağını gələcək göstərəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
"Qəbulda olmuşam, zənglər etmişəm, lakin..." - Çernobıl əlili haqqını tələb edir...
Dünən, 07:05
TƏBİB-də niyə bu ölkənin qanunları İŞLƏMİR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:58
Əslində savaş bu iki dövlət arasında gedir... - İNCƏLƏMƏ
Dünən, 06:46
AzəriQaz oğurluq üçün ZƏMİN YARADIR... - NARAZILIQ VAR...
Dünən, 06:41
"Əgər heç bir işlə məşğul olmursa, Nazirlər Kabinetinin qalmasının mənası nədir?" - partiya sədri
Dünən, 06:35
"Ölkədə köklü islahatlar həyata keçirilməlidir..." - ÇAĞIRIŞ
Dünən, 06:31
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
18-04-2026, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
18-04-2026, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
18-04-2026, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
18-04-2026, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
18-04-2026, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
18-04-2026, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
18-04-2026, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
18-04-2026, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
18-04-2026, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
18-04-2026, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
18-04-2026, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
18-04-2026, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
18-04-2026, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
18-04-2026, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
18-04-2026, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru