AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                     Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ .....                     Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı .....                     Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi .....                     Lənkəran səhiyyəsində şübhəli tender .....                     Müctəba Xamenei atasından da radikaldır .....                     Türkiyə ilə sərhədlərin açılmasına hazırıq .....                     Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” .....                     Rədd edilən SÜLH .....                     Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi .....                     “Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı .....                     Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub .....                     İrəvandan Ankaraya "top səndədir" mesajı .....                     Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU .....                     Camalovun xaraba günə qoyduğu Zərdab... .....                     “AtaSığorta” ləğv edilir .....                     İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq .....                     Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" .....                     Rusiya Kiyevi də, Odessanı da tuta bilər .....                     Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı .....                 

ZİYA MƏMMƏDOV PULLARI HARA XƏRCLƏYİB?
Tarix: 15-04-2012, 12:47 | Çap et
ZİYA MƏMMƏDOV PULLARI HARA XƏRCLƏYİB?

NEFT PULLARI BAKI TIXACLARINDA HAVAYA SOVRULUR

Bildiyimə görə, bir çox xarici ölkələrdə, o cümlədən keçmiş sovet respublikalarında marşrutlarda bir qayda-qanun var idi. Söhbət heç də nəqliyyatın gecikməsindən, sürücünün kobud rəftarından, mobil telefonla qışqıra-qışqıra danışmasından və s. getmir. Məsələ ondadır ki, bir çox ölkələrdə bir ünvandan başqa ünvana illərlə işləyən marşurutun nömrəsi dəyişmirdi və ya gedəcəyin yerə bir marşurutdan istifadə etməklə çatmaq olurdu. Düzdür, uzaq yerlər olur ki, "perassadka", yəni marşurutu dəyişməklə gedirlər. Ancaq mərkəzi şəhərlərdə, o cümlədən paytaxtlarda marşurutların nömrəsi, birinci və sonuncu ünvanı dəyişmir. çünki illərlə əhali bu marşurutlara öyrəşib və dəqiq bilirlər ki, hansı yerə hansı avtobusla getmək olar.

Bakının dərdi var...

Bizdə isə əksinədir. ötən ilin axırlarında illərlə gözümüz öyrəşdiyi marşurut avtobuslarının rəqəmlərini birdən-birə dəyişdilər. Hələ də bu rəqəm dəyişmə əməliyyatının mahiyyəti aydın deyil. Zərbə isə uzun müddət şəhərə gəlməyən, lakin gedəcəyi ünvana hansı nömrəli avtobusdan istifadə edəcəyini əzbər bilən insanlara dəyir. Məsələn, əvvəllər Bakıxanov qəsəbəsindən Bayıl qəsəbəsinə 131 saylı marşurut işləyirdi. Lakin indi Bakıxanovdan Bayıl qəsəbəsinə gəlmək istəyən sərnişin "Sahil" bağında düşməli, oradan isə başqa avtobusla Bayıla getməlidir.

Deməli, bir ünvandan başqa ünvana getmək üçün sərnişin əlavə olaraq 20 qəpik də ödəməlidir. Bu isə çox mətləblərdən xəbər verir. Nəqliyyat Nazirliyi nəzdində olan Nəqliyyat Departamentinin bu oyunda məqsədi yalnız sərnişinlərin hesabına varlanmaqdan başqa bir şey deyil. Şəhərin əksər yerlərində çox nadir hallarda eyni marşurutla lazımı ünvana getmək olar.

Bu günlərdə 1 saylı Kliniki Tibbi Mərkəzdə (keçmiş "Semaşko" adına xəstəxana) müalicə olunan yaxınımıza bir neçə gün ardıcıl olaraq baş çəkməli olduq. İş elə gətirirdi ki, xəstəxanaya şəhərin ayrı-ayrı ünvanlarından getmək lazım gəlirdi.

Bir gün Bayıl qəsəbəsindən həmin istiqamətə getmək üçün marşurut tapa bilmədim. Əvvəllər 271 saylı marşurut məhz həmin istiqamətə işləyirdi. Görünür, bu marşurut da Nəqliyyat Departamentinin yersiz yerdəyişməsinə qurban gedib, əvəzinə isə həmin istiqamətə heç bir marşurutu buraxmayıblar. Belə olan surətdə avtobusla "Sahil" metrosu tərəfə getdim ki, oradan hər halda "Semaşko" istiqamətinə bir marşurut tapılar. çox təəsüf ki, yanılmışdım. Xeyli gözlədim, lakin sonradan avtobusları tənzimləyən bir dispetçerdən öyrəndim ki, həmin istiqamətə "Sahil" metrosundan gedən heç bir avtobus yoxdur.

Dərd bir deyil...

Fikirləşdim ki, "Nizami" metrosu istiqamətindən əvvəllər "Semaşko"ya 145 saylı marşurut gedirdi. İndi yəqin onu əvəzləyən bir avtobus olar. Odur ki, yol aldım "Nizami" metrosuna. Burada da xeyli gözləyəndən sonra yanıldığımı anladım. Məlum oldu ki, onlarla marşurutun keçdiyi "Nizami" metrosu istiqamətindən bircə dənə də olsun avtobus yoxdur. Təkcə 52 saylı avtobus həmin istiqamə gedir ki, o da xəstəxanadan xeyli aralı keçir. Onda məcbur qalıb bir marşurutla "Oboy evi"nin yanına, oradan isə 128 saylı avtobusla xəstəxanaya getməli oldum.

Növbəti günü fikirləşdim ki, Səməd Vurğun adına bağın yanından "Semaşko" istiqamətinə mütləq marşurut olmalıdır. öyrəndim ki, bu istiqamətdən yalnız 2 saylı avtobus xəstəxananın yanına gedir, əgər onu gözləməyə səbrin çatsa... Məlum oldu ki, 2 saylı avtobus da çox gec-gec işləyir. Doğurdan da 20 dəqiqədən çox gözləsəm də 2 saylı avtobus gəlib çıxmadı. Məcbur olub yenə "peressadka" ilə, yəni başqa avtobusla milli bankın yanına gələrək, oradan 63 saylı avtobusla "Semaşko" istiqamətinə getdim.

Maraqlıdır ki, bu biabırçılıq Nəqliyyat Nazirliyinin baş bilənlərini qətiyyən narahat etmir. Yəni doğrudanmı şəhərin müxtəlif istiqamətlərindən "Semaşko" xəstəxanası tərəfə marşurut açmaq elə bir problemdir? Bəs onlar avtobus marşrutlarını necə müəyyənləşdirib xəritə tuturlar?

özü də nəzərə almaq lazımdır ki, həmin ərazidə həm Səhiyyə Nazirliyi, həm də Tibb Universiteti kimi nəhəng müəssisələr fəaliyyət göstərir, onda mənzərə və problem aydın olar.

Nəqliyyat Nazirliyi rəhbərliyinin diqqətinə onu da çatdırmağı özümüzə borc bilirik ki, hamının şəxsi maşını yoxdur. Mənim kimi şəhər əhalisinin 70-80 faizi şəhər nəqliyyatından istifadə edir. Nəhayət, şəhər nəqliyyatında hökm sürən bu hərc-mərcliyi aradan qaldırmağın vaxtı çatmayıbmı? Axı nəyə görə sadə insanlar mənzil başına çatmaq üçün 2-3, bəzən 3-4 avtobus dəyişib əlavə pul xərcləməlidir?

Televiziyada, mətbuatda tez-tez Nəqliyyat Nazirliyi mətbuat Xidmətinin rəhbəri Namiq Həsənovun müxtəlif hadisələrə, o cümlədən nəqliyyat müfəttişlərinin sürücülərin başına açdığı oyunlara özünəməxsus, bəraətverici şərhlərini dinləməli oluruq. Bircə dəfə eşitmədim hörmətli həmkarım desin ki, Nəqliyyat Departamentinin hansısa müfəttişi elədiyi qanunsuzuluğa görə cəzalandırılıb. Halbuki departament müfəttişlərinin qanunsuz əməlləri barədə bəzən ortada video çarxlar da olur. Lakin N.Həsənov həmişə, özü də çox ürəklə deyir ki, məsələ araşdırılacaq, əgər müfəttişlərin günahı sübut olunarsa, lazımı cəzalarını alacaqlar.

Namiq Həsənovun diqqətinə

İndi isə hörmətli N.Həsənova bildiririk ki, yuxarıda göstərdiklərimiz faktdır və heç bir araşdırmaya da ehtiyac yoxdur. Əgər Nəqliyyat Departamenti, o cümlədən Nəqliyyat Nazirliyi Mətbuat Xidmətinin rəhbəri N.Həsənov doğrudan da sərnişinlərin, o sərnişinlər ki, onların 20 qəpiklərinin hesabına babat pul qazanırlar, qayğılarına qalmaq istəyirlərsə, şəhərdə bir reyd keçirsinlər. O zaman məlum olacaq ki, pul qazandıqları boşqaba qarşı doğurdan da hörmətsizlik edirlər. Vallah bu sərnişinlər yazıqdırlar, heç olmasa elə edin ki, insanlar mənzil başına çatmaq üçün avtobus dəyişmək məcburiyyətində qalmasınlar. Bunu etmək isə elə də böyük bir problem deyil, sadəcə içinizdəki vicdanın səsinə qulaq asmaq yetər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Ukrayna ordusu Rusiyanın 150 milyon dollarlıq iki desant gəmisini vurub
Bu gün, 10:47
İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır
Bu gün, 10:37
Manaf Babayev "Azərpoçt"un rəhbərliyinə TƏYİN OLUNDU - BUNDAN SONRA...
Bu gün, 10:33
Camalovun xaraba günə qoyduğu Zərdab... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:29
“AtaSığorta” ləğv edilir - DETALLAR
Bu gün, 10:25
İcra Hakimiyyəti 4 800 kiloqram qurban əti paylayacaq – Kilosuna 20 manat ödəyəcək
Bu gün, 10:21
Bir əldə 7 qarpız tutmağı bacaran "deputat" - Dünyanın ən istedadlı adamı...
Bu gün, 10:09
Rusiya Kiyevi də, Odessanı da tuta bilər - Amerikalı polkovnik
Bu gün, 10:03
Məhkəmə vətəndaşlara qarşı dələduzluq edən “maşın alverçi”si ilə bağlı qərar çıxardı
Bu gün, 10:01
"Azərpoçt"un rəhbəri işdən çıxıb - BUNDAN SONRA...
Bu gün, 09:56
Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?
Bu gün, 09:55
Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib? - TƏFƏRRÜAT
Bu gün, 09:54
Kədərli mahnıları da gülməli olan müğənnimiz - Orxan Saffari yazır...
Bu gün, 09:53
ABŞ-dakı erməni mafiyası Qarabağı geri istəyir? – “Netfliks”də sensasion Azərbaycan səhnəsi
Bu gün, 09:47
İranda "Mossad" ilə əməkdaşlıqda ittiham olunan iki nəfər edam edilib - "Reuters"
Bu gün, 09:44
Başçıya müraciət etsə də... - "Vətən mənim əlacsız halımı..."
Bu gün, 09:42
MSK üzvlərinin səlahiyyət müddəti bitir - Aprelin sonunadək...
Bu gün, 09:35
Dünyanın ən müftəxor deputatları - Hər əl qaldırmağa ən azı 25-30 min manat
Bu gün, 09:32
Tehran Vaşinqtondan sanksiyaların ləğvini tələb edir - CNN
Bu gün, 09:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru