Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

SUMQAYIT “JEK”İNDƏ “MTN-Çİ” OVU
Tarix: 23-04-2012, 10:15 | Çap et
SUMQAYIT “JEK”İNDƏ “MTN-Çİ” OVU

“VƏZIROVUN YAXIN ADAMI” KİMİ ŞƏHİD AİLƏSİNİ TƏQİB EDİRLƏR

DİA.AZ: - Sumqayıt şəhəri, 1-ci Mikrorayon, ev 1B/6, Mənzil 57 ünvanında yaşayan şəhid ailəsi Əhmədova Qələmnaz Əlibala qızı tərəfindən redaksiyamıza şikayət məktubu ünvanlanıb. Bildirək ki, şikayət məktubu eyni zamanda dövlət rəhbərliyinə də göndərilib. DİA.AZ-a daxil olan məktubda deyilir:

“Həyat yoldaşım Milli Ordunun zabiti kimi 1995-ci ildə Tər-Tər-Ağdərə istiqamətində torpaqlarımızın müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında şəhid olmuşdur. Şəhid ailələrinə işlədiyi idarələrdə müəyyən güzəştlər olunduğu halda, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Sumqayıt şəhərindəki Z.Tağıyev rayon Mənzil İstismar Hissəsinin rəisi polkovnik-leytenant Fuad Novruzov tərəfindən başıma gətirilən qeyri-insani rəftarlarla dolu hərəkətləri nəticəsində intihara əl atmağa məcbur olmuşam.

Həmin qeyri-insani rəftarlarla dolu mənəvi işgəncələr indi də daha kəskin davam etdiyi üçün bu formada Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Cənablarına və Müdafiə Naziri cənab S.Əbiyevə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışam. Çünki, məmur özbaşınalıqları nəticəsində 30 ilə yaxın əmək fəaliyyətimin son 1 ilinin mənəvi işgəncələrinə daha dözə bilmirəm.

Belə ki, hələ SSRİ vaxtından, yəni 1983-cü ildən işlədiyim Mənzil İstismar Hissəsində əvvəlcə texnik, 1985-1993-cü illərdə rayon mühəndisi, 1993-cü ildən bu günə qədər tikinti mühəndisi vəzifəsində işləyirəm. 2000-ci ilə qədər əmək fəaliyyətimlə əlaqədar heç bir problemim olmamışdır. Həmin vaxta qədər həmişə nümunəvi işimlə fərqlənərək mükafatlandırlmışam. Bütün bunlara baxmayaraq 2000-ci ildə Mehaman Hacalıyev yenidən MN-nin Mənzil İstismar İdarəsinin rəis təyin olunduqdan sonra, ondan qabaq işləmiş Vəzirov soyadlı bir rəisdən intiqam alması ilə əlaqədar aparılan çirkin oyunların qurbanına cevrilmişəm. Mehman Hacalıyev məni də “Vəzirovun yaxın adamı” hesab edərək işlədiyim Mənzil İstismar Hissəsinin həmin vaxtı rəisi olan Əsgər Məmmədovun vasitəsi ilə təqib olunaraq işdən çıxarılmağıma nail olmaq istəyirdi. Lakin həmin vaxtı rəisimiz olan Əsgər Məmmədov nümunəvi xidmətimi, sənətimə bağlılığımı və peşəkarlıq səviyyəmin yüksək olduğunu nəzərə alaraq Mənzil İstismar İdarəsinin rəisi Mehman Hacalıyevin mənimlə bağlı sifarişini yerunə yetirmədi. Ədalət naminə demək lazımdır ki, indiki rəisimiz Fuad Novruzovdan fərqli olaraq Əsgər Məmmədov işçinin peşəkarlıq səviyyəsini qiymətləndirirdi.

2010-cu ilin əvvəllərində gözlənilmədən MN-nin Mənzil İstismar İdarəsinin rəisi Mehman Hacalıyev və onun müavini Fuad Novruzov vəzifəsindən azad olundular. Həmin vaxtı belə bir məlumatlar yayıldı ki, Mənzil İstismar İdarəsinin rəisi Mehman Hacalıyevin hökumətimizin əleyhinə fəaliyyət göstərməsi barəsində Milli Təhlükəsizlik Naziri tərəfindən məhkəmə qərarının olması aşkar olunmuşdur. Məhz həmin məhkəmə qərarına əsasən Mehman Hacalıyev ilə birlikdə, müavini Fuad Novruzov da işdən azad olunmuşdur.

Lakin aradan 4-5 ay keçdikdən sonra Fuad Novruzovu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Sumqayıt şəhərindəki Z.Tağıyev rayon Mənzil İstismar Hissəsinin rəisi vəzifəsinə təyin etdilər. 2010-cu ilin may ayında rəis təyin olunan Fuad Novruzov məni 2-3 Mehman Hacalıyevin işdən çıxarılması barəsində sorğu suala çəkdi. Mən bunlara əvvəl əhəmiyyət verməsəm də, sonradan məlum oldu ki, Fuad Novruzov Mehman Hacalıyevin və özünün yüksək vəzifədən azad olunmasında məni də təqsirkar bilir.

Belə ki, guya mənim Milli Təhlükəsizlik Nazirliyinin agenti kimi verdiyim məlumatlar nəticəsində 2010-cu ilin əvəllərində həm özü, həm də Mehman Hacalıyevin işdən olunmuşdur. Fuad Novruzov həm də 2011-ci ilin əvvəllərnə qədər bütün işçiləri qəbuluna çağıraraq şərtlərini onlara izah etməyə başladı. Şərtlərinə əməl etməyən işçiləri işdən qovmağa başladı. Mən də təbii ki, onun özəl şərtləri ilə razı olmadım.

Məhz bundan sonra məni kollektivdə hörmətdən salmaq məqsədilə məni açıq-aşkar Milli Təhlükəsizlik Nazirinin agenti adlanadırmağa başladı. Guya agent kimi onun sirrlərini yayacağam deyə işdən azad olunmağım barəsində ərizə almaq məqsədilə məni də olmazın təzyiqlərə və mənəvi işkəncələrə məruz qoydu. Lakin bütün bunlara baxmayaraq 2011-ci ilin ortalarına qədər vəzifə borcumun yerinə yetirilməsi ilə əlaqədar olan sənədləri məndən almağa cürət etməyərək məni vəzifə funksiyalrımın icra olunmasından tam təcrid etməmişdir. Həmin ərəfədə onunla “N” saylı hərbi hissəsin ərazisində olan torpaq sahəsi ilə əlaqədar mübahisədən sonra məni vəzifə funksiyalarımdan tam təcrid etmişdir.

Belə ki, rəis Fuad Novruzov ərazimizdə 28 hektar torpaq sahəsi olan “N” saylı hərbi hissənin torpaq sahəsindən 5 hektarını ayırmaq məqsədilə, həmin hərbi hissəsin ərazisini sənəddə 23 hektar göstərilməsi barəsində mənə tapşırıq verdi. Mən həmin qanunsuz tapşırığı yerinə yetirməkdən qəti surətdə imtina etdim. Məhz onadan sonra rəis Fuad Novruzov vəzifə səlahiyyətimlə əlaqədar olan bütün sənədləri məndən alaraq daha çox etibar etdiyi adamlara verdi. İndi həmin torpaq sahəsinin aqibəti məlum deyildir. Arada gəzən söz-söhbətlərə görə, həmin torpaq sahəsini satqısı ilə əlaqqədar 250.000 manatlıq korrupsiya əməliyyatı olmuşdur. Mən bu barədə mətbuat vasitəsi aidiyyətli orqanlara müraciət etdikdən sonra Müdafiə Nazirliyindən bizə komissiya gəlsə də məndən heç nə soruşmadılar.

Mən dəfələrlə bu barədə Müdafiə Nazirliyinin rəhbərliyinə ərizə ilə müraciət etmişəm, Hüquq İdarəsinin rəisinin qəbulunda olmuşam. Axırıncı dəfə Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi R.Kişiyevin qəbulunda olanda o, bu iş barəsində araşdırmanın aparılmasını Emin adlı bir polkovnik-leytenanta tapşırdı. Həmin araşdırmalar barəsində mənə heç bir məlumat verilmədi. 2 dəfə telefonuma cavab verən həmin polkovnil-leytenant sonradan heç telefonuma da cavab vermədi. Məhz Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən haqqlı tələblərimə göstərilən laqeyedlik Fuad Novruzovun daha da azğınlaşmasına gətirib çıxartmışdır. Mənə aşıq-aşkar bildirdi ki, hara yazsanız da ərizəniz mənim üstümə göndəriləcəkdir, sizin öz ərizələriniz əsasında sizi məhv edəcəyəm. Mən heç Milli Təhlükəsizlik Nazirliyini də saya almıram. Get onlara yaz, mən heç kəsdən qoxmuram.

Həqiqətən haqlı şikayətlərimdən sonra Fuad Novruzov mənə qarşı daha aqressiv hücumlara keçdi. Məni çirkin yollarla şantaj eləməyə başladı. Beləki, 17 oktyabr 2011-ci il tarixində Mənzil İstismar Hissəsində həmkarların iclası adı ilə bir tədbir keçirdərək, mənim həmin iclasda təhqir olunmağımı təşkil etdi. Rəis Fuad Novruzovun sifarişi ilə mən heç bir əsas olmadan satqınlıqda, agentlikdə və əxlaqsızlıqda ittiham olumağa başlandım. Ən dəhşətlisi də o idi ki, rəis Fuad Novruzovun sifarişi ilə 20-25 il bir yerdə işlədiyim və həmişə yaxşı münasibətdə olduğum iş yoldaşlarım məni təhqir etmək üçün növbəyə durmuşdular.

Özümə və şəhid həyat yoldaşımın ruhuna qarşı həmin iclasda səslənən təhqir və böhtanlardan şoka düşərək həmin günün geçəsi özümdən asılı olmayaraq intihara əl atdım. Təcili Yardım Maşını ilə xəstəxanaya aparılaraq 4 gün orada qaldıqdan sonra ayılmışam.

Bütün bu təhqirlərə dözməyərək mənə qarşı yol verilən bu özbaşınalıqlarla əlaqədar Z.Tağıyev rayon Mənzil İstismar Hissəsinin rəisi Fuad Novruzov barəsində Sumqayıt şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Dəhşətlisi odur ki, şəhid ailəsi kimi Müdafiə Nazirliyinə 1 ildən çox etdiyim şikayətlərə cavab verən tapılmadığı halda, Fuad Novruzovun qanunsuz əməllərini müdafiə etmək üçün Müdafiə Nazirinin müavini general-leytenant Çingiz Məmmədovun adından Müdafiə Nazirliyinin Xanın hüquqşünası Cəmilə Mirzəyevaya etbarnamə verilmişdir. Halbuki qanunla Müdafiə Nazirliyində nazir S.Əbiyevdən başqa heç kəsin etibarnamə verməyə hüququ yoxdur. Müdafiə Nazirliyi hüquqi şəxs kimi məhkəmələrdə ancaq Əsasnamədə göstərilən vəzifəli şəxslər təmsil edə bilər. Əsasnamədə belə bir norma yoxdursa, məhkəmədə təmsil olunması üçün etibarnaməni ancaq Müdafiə naziri S.Əbiyev verməlidir. Müdafiə Nazirliyində işləyən hər bir vəzifəli şəxsin istədiyi vaxtlarda. istədiyi şəxslərin müdafiə etməsi üçün etibarnamənin verilməsi məhz bu kimi özbaşınalıqlara gətirib çıxardır.

Məlumat üçün onu da bildirirəm ki, Müdafiə Nazirliyinin Xanım hüquqşünası olan Cəmilə Mirzəyeva uzun müddət Fuad Novruzovla Mənzil İstismar İdarəsində bir yerdə işləyiblər. O vaxtadan aralarında yaranan yaxın münasibətlər indi də davam edir. Məhz həmin münasibətlərin nəticəsidir ki, iki dəfə keçirilən məhkəmə iclasında iştitak etmək üçün Fuad Novruzov onun dalınca Bakıya xüsusi avtomobil göndərir və məhkəmədən sonra da xüsusi avtomobillə yola salır. Bütün bunlardan Müdafiə Naziri Səfər Əbiyev xəbərsiz olsa da, müavini general-leytenant Çingiz Məmmədov xəbərsiz deyildir. Çinqiz Məmmədovla, Fuad Novruzovu həm də 5 illik yaxın vəzifə münasibətləri birləşdirmişdir. Beləki Fuad Novruzovun 2000-2005-ci illərdə Mənzil İstismar İdarəsi rəisinin müavini olduğu vaxtlarda, Çingiz Məmmədov da Bakı Qarnizonunun rəisi kimi Bakı şəhərində hərbi qulluqçulara mənzillərin verilməsi komissiayasının sədri olmuşdur. Deməli mənzili ayıran Fuad Novruzov, verilməsini təsdiq edən isə Çingiz Məmmədov olmuşdur. Görünür məhz həmin münasibətlərin ağrısını şəhid ailəsi kimi mən çəkirəm.

Bütün bunları nəzərə alaraq xahiş edirəm ki, şəhid ailəsi kimi mənə sahib durasınız. Fuad Novruzov kimi azğınlaşmış məmurlardan məni qorumaqla normal əmək fəaliyyətim üçün şəraitin yaradılmasını təmin edəsiniz”.

Qarşı tərəfi də dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru