Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

ŞƏMSƏDDİN HACIYEVƏ ŞOK İTTİHAMLAR
Tarix: 24-04-2012, 11:37 | Çap et
ŞƏMSƏDDİN HACIYEVƏ ŞOK İTTİHAMLAR

İQTİSAD UNİVERSİTETİNİN REKTORU İLƏ BAĞLI QALMAQAL ŞİDDƏTLƏNİR

Professor Bədirxan Musayev: «…Ş.Hacıyev 2002-ci ildə mərhum Heydər Əliyevin tarixi çıxışını təhrif etməklə, həm keçmiş, həm indiki əməllərini, həm də rüşvətxor sistemini diqqətdən yayındırmaq istəyir. Bunlar o qədər harınlayıblar ki, artıq mərhum Heydər Əliyevin adından da böhtan danışırlar…»

DİA.AZ: - Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Zəfər Bayramovun bu günlərdə “Gündəm XəbərВ» qəzetinə verdiyi müsahibədə yer alan fikirlər Azərbaycanda yeni iqtisadi kibernetikanın yaradıcısı, 6 ay əvvələ qədər bu universitetdə rektorun müşaviri və kafedra müdiri vəzifələrində işləmiş, Dövlət Mükafatı Laureatı, iqtisad elmləri doktoru, professor Bədirxan Musayev tərəfindən kəskin narazılıqla qarşılanıb. DİA.AZ-a müsahibəsində professor Bədirxan Musayev Zəfər Bayramovun bu açıqlamalarını, əslində, rektorun fikri kimi qəbul etdiyini deyərək, qarşı tərəfə də suallar yağdırıb:

- Zəfər Bayramov mənim səviyyəmdə deyil. Kimdir ki, onun elmi işi və ya köməkçi təyin olunması mənim üçün əhəmiyyət kəsb eləsin? O, dəvəquşu kimi boynunu quma soxub, açıqlamaları ilə özünü eybəcər formaya salıb.

- Amma Zəfər Bayramov Sizə çox ağır ittihamlar səsləndirib. Deyir ki, Siz rəhbərlik etdiyiniz kafedrada qeyri-sağlam mühit yaratmısınız. Həmişə kimlərinsə şantaj etmək məqsədiylə kompromat toplamısınız və sair.

- O adamın səviyyəsinə enmək istəmirəm. Amma madam sual verirsiniz, deyim ki, bu, tamamilə yalandır, böhtandır və birbaşa Şəmsəddin Hacıyevin В«məhsuluВ»dur. Əgər belə olsaydı, nədən 25 oktyabr 2011-ci ildə kafedraya seçki zamanı 12 üzvdən 8-i mənə səs verib? Məqalənizin sonunda 1-2 kəlmə əleyhimə danışan Yalçın Hasızalovun elmi rəhbəri olmuşam, onu mən işə götürmüşəm və sair. Kafedra seçkisini təsdiqləyən 25 oktyabr tarixli protokolunu buyurun, oxuyun. Görün, bu və digərləri məni necə tərifləyir, necə yüksəklərə qaldırıblar! Sonradan onlara nə oldu? Ş.Hacıyev hansı tapşırığı verdi ki, min sifətə düşdünüz? Uzun illər bir yerdə işlədiyim adamların cəmi 6 gün sonra mövqeyini kəskin şəkildə dəyişmələrini görmək, acıvericidir. Bu, əsl repressiyadır. Görün, rektor müəllimləri nə günə salıb. Tanrı böyükdür, ges-tez özü də belə halla üzləşəcək.

Ömrümün 60 ilini bu universitetdə keçirmişəm. Rektordan başqa bütün vəzifələrdə işləmişəm. 10-15 rektor gəlib-gedib. Aralarında rəhmətə gedənlər də, sağ qalanlar da, vəzifədə olanlar da var. Jurnalistsiniz, gedin dəqiqləşdirin, görək, mən onlardan hansına böhtan atmışam? Kimdən dosye yığmışam? Kimi şantaj etmişəm? Tam əksinə, hamısı ilə aramızda qarşılıqlı hörmət olub.
Digər tərəfdən, əgər həqiqətən də mən kafedrada qeyri-sağlam mühit yaratmışamsa, Şəmsəddin Hacıyev hələ kafedra müdiri olan zaman nədən iki qohumunu rəhbərlik etdiyim kafedraya işə götürmək üçün xahiş edirdi? Və yaxud 7 ildə niyə tədbir görməyib? Ayıbdır, toyuq toyuqluğu ilə su içəndə başını qaldırıb Allaha baxır. Bunların toyuq qədər də hünərləri yoxdur.

- Rektorun köməkçisi Sizi 1988-ci ildə universiteti bağlatdırmaqda, Moskvaya 40 anonim məktub yazmaqda da ittiham edib…

- Deyirəm də, bu məxluq boyundan çox yuxarı tullanır. Tutuquşuluq edincə, gedib rektora and verib soruşsun ki, həqiqət necə olub. Düzü, mən bilmirəm həmin vaxt bu Zəfər milisdə işləyirdi, yoxsa institutda. Ancaq həmin vaxtı Ş.Hacıyev İnstitutun Həmkarlar Komitəsinin sədri idi. Əvvəla anonim deyil, açıq mübarizə ilə Moskvaya 18 açıq məktub yazmışam.

- Bədirxan müəllim, ümumiyyətlə, institutun bağlandığı illərdə nə baş vermişdi? Niyə bu məsələdə adınız çəkilir?

- Təxmini indiki kimi ölümlə təqib olunurdum. İnstitutun partiya katibi, eyni zamanda, qəbul komissiyasının rəhbəri tərəfindən açıq təqib olunurdum. Məni tanıyanlar bilir, mən mübariz adamam. İndi utanmadan mənim guya o zaman mərhum Heydər Əliyevə qarşı olduğumu deyirlər. Elə olsa idi, bunu açıq demək cəsarətim də, qabiliyyətim də var. Ancaq bu, tam yalandı, faktı kobud təhrif edirlər. Həmin vaxtı bilirsiniz ki, Azərbaycana Ulu Öndər Heydər Əliyev deyil, başqası rəhbərlik edirdi. Respublika rəhbərliyinə və digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə müraciət edib, təqiblərin durdurulmasını, qanunsuzluqların aradan qaldırılmasını xahiş etsəm də, məhəl qoyulmadı. Məcbur qalıb Moskvaya müraciət etdim. Məhz Moskvanın müdaxiləsi ilə institutda yoxlama aparıldı, təqsirkarlar layiq olduqları cəzaları aldılar. Eyni zamanda, yoxlama zamanı elə bir biabırçı faktlar ortaya çıxdı ki, SSRİ Nazirlər Kabinetinin, Siyasi Bronun qərarı ilə institut Leninqradın filialına çevrildi. Həmin vaxt institut rəhbərliyi və müraciət etdiyim orqanlar vaxtında tədbir görsəydilər, belə olmazdı. Bu, Moskvanın qərarı idi. Mən kiməm ki, Moskvanın qərarına təsir edim? Necə indi prezident İlham Əliyevə müraciət edib, İqtisad Universitetində təqib edilməyimdən, haqsız işdən çıxarılmağımdan, məhkəmələrə təzyiq etdirib, saxta qərarlar çıxarmalarından şikayət edirəmsə, o zaman da sırf ölümlə təhdid edilməyimlə bağlı SSRİ Mərkəzi Komitəsinə müraciət edib, tədbir görülməsini xahiş edirdim. İndi mən böhtan atanlar bir dönüb, keçmişə ləyaqətlə baxsınlar. Məni təqib edənlərin gözünü indikilər kimi pul elə tutmuşdur ki, onları nə tələbələrin bilik səviyyəsi, nə də institutun taleyi, nə də bir professorun təqib olunması maraqlandırırdı. Açıq şəkildə Azərbaycan iqtisadiyyatının kadrlarını kütləşdirirdilər. Şəmsəddin Hacıyevdən soruşuram, əgər həqiqət sən dediyin kimi idisə, ən azı rektor olduğun 7 ildə tabeliyində olmuşam, niyə bu müddətdə susdun?

- Bəs, Heydər Əliyevin universitetin yubileyində barənizdə çıxışına nə deyə bilərsiniz?

- Deyirlər yalançının, böhtançının dini-imanı olmaz. Deyilənlərin əksinə olaraq, hələ 1992-ci ildə indi hakimiyyətdə təmsil olunmuş bir neçə nüfuzlu ziyalı ilə Naxçıvanda Ulu Öndərin qəbulunda olarkən, o, cəsarətli mübarizə apardığım və ədaləti bərpa etdiyimə görə В«molodesВ» sözünü də deyib. O, məni lap çoxdan tanıyıb. Hələ Milli Təhlükəsizlik Komitəsinin rəhbəri olan zaman məni düz üç dəfə ard-arda, özü də kapitalist ölkələrinə səfər edən qrupun rəhbəri təyin etmişdi. O vaxt belə imkan bir adama yalnız üç ildən bir yaradılırdı. Heydər Əliyev səmimiliyimi ikinci dəfə hakimiyyətə gəldikdən sonra da qiymətləndirdi. Universitetdə prorektor vəzifəsi təsis etdirib, məni o vəzifəyə qoydurdu. 7 il prorektor işlədikdən sonra, universitetdə rəhbər dəyişikliyi baş verdi. Məhz mərhum prezidentimizin tapşırığı ilə müşavir postu yaradılıb, ora təyin olundum. Bütün bunlar mərhum Əliyevin mənə verdiyi dəyərli qiymət idi. Əgər başqa cür olsaydı, Sizcə Heydər Əliyev bunları mənə edərdimi? İndi Ş.Hacıyev 2002-ci ildə mərhum Heydər Əliyevin tarixi çıxışını təhrif etməklə, həm keçmiş, həm indiki əməllərini, həm də rüşvətxor sistemini diqqətdən yayındırmaq istəyir. Bunlar o qədər harınlayıblar ki, artıq mərhum Heydər Əliyevin adından da böhtan danışırlar.

- Deyəsən, Heydər Əliyev orada ermənipərəst qüvvələrdən də söz açıb. Bu sözlərdə kimi nəzərdə tutub…

- Ulu Öndər mənimlə bağlı çıxışında «…yazılanlarda həqiqət vardı. Bu məsələ burada təlimatçı səviyyəsində həll oluna bilərdiВ», - deyərək, şikayətlərimdə həqiqət olduğunu, məsələnin Respublikada həll oluna biləcəyini, amma mafiozların buna imkan vermədiyindən söz açdı. Deyirlər, dil çaşar, düzünü deyər. Zəfər qəzetinizdə deyir ki, Ulu Öndər barmağını silkələdi ki, həmin bəzi akademiklər, professorlar burada oturublar. Mən akademik deyiləm, Heydər Əliyevin cəm şəkilində işlətdiyi professorlar sözü də mənə aid ola bilməz. Çünki mən indiki kimi, mafiozlarla tək mübarizə aparmışam. Bəli, orada Ulu Öndərin barmaq silkələyib, ermənipərəst qüvvələr dedikdə, erməni Aqanbekyanın respublikamızda 50 illik yubileyini təmtəraqlı keçirənləri, kisələrlə anonim məktublar göndərənlər deyəndə, yenə də onları, professorlar deyəndə mərhum Qadir Zamanovun rəhbərliyi ilə Moskvaya gedib özlərini Andoropovun maşının önünə atanları, mafioz dedikdə, o zaman institutun В«HəmkarlarıВ»nın sədri Şəmsəddin Hacıyev başda olmaqla, institutun və respublikanın keçmiş rəhbərliyini və başqalarını nəzərdə tutduğu hamıya gün kimi aydın idi. İndi mən Şəmsəddin Hacıyevdən tələb edirəm, cəsarətin varsa, sən Ulu Öndərin akademik deyəndə kimi nəzərdə tutduğunu, ümumiyyətlə, kimləri nəzərdə tutduğuna aydınlıq gətir!

- Kimdir ki, o akademik?

- Zəfərdən, rektordan soruşun, cəsarətləri varsa, ad çəkərlər. Amma inanmıram…

- Köməkçi deyir ki, rektor sizdən kafedra müdirliyini buraxıb, müşavir vəzifəsində qalmağınızı təklif edib. Amma razılaşmamısınız….

- Yalandır. Zəfər qəzetinizə deyir ki, rektor Nazirlər Kabinetinin yaş senzini əsas gətirib guya bunu mənə deyib. Əvvəla mən kafedra müdiri olmaq istəməmişəm. 9 kafedra müdiri ilə bərabər, mən də rektora rəsmi müraciət etdim ki (həmin müraciətin surətini göstərir), kafedra müdiri olmaq istəmirəm. Çünki yeni qaydalara görə, o zaman maaşım azalırdı. İkincisi, Nazirlər Kabinetinin dondurulmuş bu qərarı dövlət mükafatları və elmi dərəcələri nəzərə alınaraq mənim statusumda olan alimlərə şamil olunmur. Bu, qanunda açıq yazılıb. Boş-boş böhtan atmaqdansa, heç olmasa qanunu oxusunlar, Məni 2011-ci ilin noyabrının 4-də müşavirlikdən, 11-də isə kafedra müdirliyindən çıxardı. Bilirsiz niyə? Mən В«ReytinqВ» qəzetində cənab prezident İlham Əliyevə açıq müraciət edərək, rektor və ətrafının bütün rüşvət və siyasi təxribatlarını çılpaqlığı ilə açmağa başladım. Bundan sonra mənə təqiblər gücləndi. Rektor Qurban bayramı olmasına baxmayaraq, saxta tarixə əmri imzalamaqla, məni işdən azad etdi. Onun əmri imzaladığı gündən üç-dörd gün sonra da işdə, xidməti otağımda oturmuşam. Bir sözlə, Zəfərin bu dediyi də ağ yalandır.

- Deyəsən, işə bərpa ilə bağlı məhkəməyə də müraciət etmisiz...

- Bəli, amma Səbail məhkəməsinin hakimi Fuad Hüseynov Şəmsəddin Hacıyevin mandatının və pulunun qarşısında aciz qaldı. Zəfər qəzetinizdə açıqlamasında özü də bilmədən işdən azad olunmağımın, əslində, əmrdə yazıldığı kimi olmadığını, kökündə təxribatın durduğuna işarə vurub. Rektor isə əmrində yazıb ki, mən əmək funksiyamı yerinə yetirə bilməmişəm və s. Onun bu saxtakarlığını Avropa Məhkəməsinə qədər çıxaracam. Ümid edirəm ki, ölkə rəhbərliyi məsələyə müdaxilə edib, məni bu addımı atmaq məcburiyyətində qoymayacaqlar.

- Siz rektorun rüşvətxorluğundan, universitetdəki korrupsiyadan danışırsınız. Amma Zəfər Bayramov deyir ki, 4 yerdə evi var, bunu haradan əldə edib?

- (Gülür). Əvvəla o universitetdə yeganə professor idim ki, ən yüksək maaş alırdım -1200 manat. İkincisi tək mənim oğlumun aldığı bir aylıq əmək haqqı rektor başda olmaqla, yaxın ətrafının bir illik maaşı həcmindədir. В«OVİRВ»in yanındakı ev qızımındır. Bayıldakı ev kök saldığımız mənzildir. Universitet əməkdaşları üçün tikilən binadan övladlarının himayəsində yaşayan və ayda 1200 manat əmək haqqı alan bir professorla bərabər, 200-250 manat əmək haqqı alan Zəfər də mənzil alıb. Ondan soruşun, bu günə qədər boş saxladığın həmin evi və xarici maşını hansı pulla alıb? Mən hamıya hesabat verməyə hazıram. Qoy başda Ş.Hacıyev olmaqla, onlar da sərvəti haqda konkret danışsınlar. Yenə də deyirəm, rektor siz jurnalistlərin iştirakı ilə debata gəlsin. O zaman kimin kim olduğunu görəcəksiniz.

- Bədirxan müəllim, Zəfər Bayramov onun elmi işi ilə bağlı dosye…

- (Sualı bitirməyə imkan vermir) Zəfər kimdir ki, onun işi və ya şəxsiyyəti mənim üçün maraqlı olsun? Dünənə qədər mənimlə görüşməyi özünə şərəf bilirdi. Gec-tez o biriləri kimi, o da yanıma minnətə gəlib, tövbə edəcək.Yaxşı olardı ki, o, əvvəllər bizdə prorektor işləyən, hazırda Gəncə Dövlət Universitetinin rektoru olan hörmətli Mirdamət Bağırovla keçmiş prorektor Şaiq Əsgərovu necə Şəmsədin Hacıyevlə üz-üzə gətirdiyindən danışaydı. Kimlər bunu gündəmə gətiribsə, rektor da bunu əla bilir. Sadəcə, onların adını da çəkməyə cəsarət etmirlər…

İndi rektorun В«ŞöhrətВ» ordeni almasından danışırlar. Əli İnsanovun həmyerlisi olan Zəfər, yəqin indi də xiffətini çəkdiyi sabiq nazirin harda olduğunu açıq xatırlamaqdan çəkinir. Unutmayın, kiməsə orden verilməsi, vəzifəyə qoyulması hələ o demək deyil k, onun bütün qanunsuzluqlarına göz yumulur. Belə В«ağırВ» söhbətlərdənsə, Zəfər vaxtilə işdən qovulandan sonra Şəmsəddin Hacıyevə necə və kimin vasitəsiylə В«xodВ» tapıb, yenidən mövqe sahibi olduğuna aydınlıq gətirsə, pis olmaz…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru