Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... .....                     Makron gələn ay Ermənistana səfər edəcək .....                     Paşinyandan erməni kilsəsinə növbəti tələb: .....                     Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: .....                     Ərəb ölkələri İranın bu addımından qorxur .....                     Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı .....                     İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... .....                     Vens İranla danışıqlar üçün İslamabada gedəcək .....                     DTX-də KADR DƏYİŞİKLİYİ .....                     Separatçılardan yeni Xankəndi HƏMLƏSİ .....                     İrandan Pakistana nümayəndə heyəti getməyib .....                     Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı .....                     Faytonçu Nazim niyə efirlərə çıxmır? .....                     Azərbaycanda mənzillər .....                     Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... .....                     "Aygünün qızı böyüyüb, vay ölənin halına" .....                     Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? .....                     Azərbaycan Ermənistandan nələri tələb edir? .....                     Rəsul Quliyev Azərbaycana qayıdır? .....                     Regionda sülh mühiti artıq formalaşır .....                     İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib .....                     “Bizə atəşkəs yox, sülh lazımdır” .....                     İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur .....                     Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi .....                     FHN 7 ədəd avtomobil alır .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar .....                     Venesiyada küçənin adı görün NƏDİR .....                     İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib .....                     33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU .....                     17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı .....                     “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                 

“İNSANLAR YAP-A SIĞORTA AGENTLİYİ KİMİ BAXIRLAR”
Tarix: 28-04-2012, 13:24 | Çap et
“İNSANLAR YAP-A SIĞORTA AGENTLİYİ KİMİ BAXIRLAR”

“İCTİMAİ PALATA YAXINLARDA DAĞILA BİLƏR”

Bütöv Azərbaycan Gənclər Təşkilatının rəhbəri Ruslan İzzətli Teleqraf.az-a müsahibə verib. Redaksiyamızın qonağı olan R.İzzətli Bütöv Azərbaycan məsləsi, Vətəndaş Koalisiyasının yaranma məqsədi, ölkədəki problemlər, müxalifətin vəziyyəti və bir sıra digər məsələlərdən danışıb.

- Əvvəlcə BAGT-nin fəaliyyəti ilə bağlı məlumatını maraqlı olaradı. Hazırda hansı istiqamətlər üzrə iş aparırsınız?

Məqsədimiz təşkilatın adından da göründüyü kimi Azərbaycanın ərazi bütövlüyünün, demokratiyanın bərpa olunmasıdır. 3 il öncə təşkilatımız elə də güclü deyildi. Bu gün isə 11 rayon şöbəmiz və bir çox universitetlərdə özəklərimiz var. Fəaliyyətimiz dövründə istər Quzey, istər Güney Azərbaycanda insan haqları və demokratiya problemi, həmçinin Güney Azərbaycanda davam edən fars mollar rejiminin basqısına qarşı Fransada, Türkiyədə, Gürcüstanda və bir çox ölkələrdə görüşlər, tədbirlər keçirmişik.
3 il öncə Güney Azərbaycan problemi ilə məşğul olmaq daha çətin idi. Çünki Elçibəy dünyasını dəyişdikdən sonra gənclərdə ruh düşkünlüyü yaranmışdı. Bu gün isə bir çox universitetlərdə və regionlarda bütöv Azərbaycan məsələsi ilə məşğul olan nəinki gənclər, hətta ziyalılar da var. Azərbaycanın quzeyində antidemokratik rejimin olması insan haqlarının pozulması, ifadə azadlığının olmaması bizim işimizə bir çox problemlər yaradır. Amma buna baxmayaraq sıralarımız genişlənir. Bu gün təşkilatın daxilində Qadın haqları mərkəzi, demokratiya mərkəzi və Qarabağ departmenti fəaliyyət göstərir. Bunlarla yanaşı, artıq bir ildir Türkiyə modelinə əsasən siyasi liderlik akademiyası yaratmışıq ki, burada da CV-lərlə seçilmiş gənclərə liderlik dərsləri keçirilir. Dərslər iqtisadiyyat, sosial problemlər, debat bacarıqları, lider necə olmalıdır və s. mövzuları əhatə edir. Bu model bəlkə də azərbaycanda bir ilkdir. Məqsədimiz tərəfdaşlarımızın daha savadlı, daha güclü olmasına çalışmaqdır.

- Digər gənclər təşkilatları ilə əməkdaşlıq edirsinizmi?

- Ümumiyyətlə, bütün tədbirlədrə qabartmışam ki, ölkədə siyasi və ideoloji mövqeyindən asılı olmayaraq Azərbaycan gəncliyi bir araya gəlməlidir. Çünki hazırda gəncliyin ümumi bir problemi var – İlham Əliyev hakimiyyəti. Bu hakimiyyətə qarşı solçu da, liberal da, milliyətçi də bir yerdə olmalıdır. Amma təəssüflər olsun ki, gənclərimiz arasında ideoloji dava gedir. Bu doğru yol deyil. Hakimiyyət daxilində müəyyən qüvvələr var ki, biz gənclər arasında problem yaratmağa çalışırlar. Bizim yaratdığımız Vətəndaş Koalisiyasının əsas məasədlərindən biri gəncləri bir araya gətirməkdir. Məsələn bizim Koalisiyamızdakı digər tərəf liberal gənclərdir, biz isə milli demokratlarıq. Bizim aramızda ideoloji faktor yoxdur. Onlar da vətənini sevir, Azərbaycanın bütövlüyünü, demokratiyanı istəyir, biz də bu yöndə fəaliyyət göstəririk. . Nə qədər ki, hazırkı rejim var, nə qədər ki, anti-demokratiya, insan haqları yoxdur, mediaya basqılar var, heç bir ideologiyadan söhbət gedə bilməz. Ona görə də biz çalışırıq hər bir təşkilat, partiya ilə sıx əməkdaşlıq edək. Əlaqələrimiz də alınır. Onu da deyim ki, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının bir çoxu müstəqil deyil. Bir təşkilat var, üzdə müstəqildir,amma adi bir tədbirə dəvət etdikdə, deyirlər məsləhətləşək sonra gələk. Təşkilatın sədri kiminlə məsləhətləşməlidir? Təbii ki, asılı olduğu partiyadan. Məncə gənclər sektoru özü bir güc olmalıdır. Hətta elə bir güc olmalıdır ki, partiya rəhbərləri gənclərlə razılaşmalıdır, nəinki gənclər partiya rəhbərləriylə. Baxın mitinqlərə. Ən çox çıxış edən, ən çox etiraz edən də gənclərdir. Sosial şəbəklərdə aktivlik göstərən gənclərdir, vicdan məhbuslarının əksəriyyəti gəncdir.Yəni bütün proseslərdə gənclər irəlidə, üzdədir.

- Müxalifət Partiyaarındakı vəziyyəti, ümumən bu düşərgədəki durumu müşahidə etməmiş deyilsiniz. Bu xüsusda fikirləriniz da maraqlı olardı…

- Müxalifətin durumunu 8 aprel mitinqi göstərdi. Biz müxalifəti tənqid edəndə onların “Fan klubu” adamı satqın çıxarır. Qələbə meydanında, Azadlıq, Fəvvarələr meydanında mitinq etmiş bir müxalifətin bu gün 20-ci sahəyə getməsi onların nə qədər zəiflədiyinin göstəricisidir. Sual verirəm onlara: Bəs niyə ötən il 20-ci sahəyə getmədiniz? Əgər 20-ci sahə daha yaxşıdırsa niyə 16 nəfər dostumuzun həbsinə şərait yaratdınız? Necə dostumuz universitetdən qovuldu, Cavid Mehrəliyev Avropaya sığındı. Ailələrinə basqı oldu. Hakimiyyətin əxlaqsız siyasətini bilə-bilə niyə bu yola getdiniz? İndi isə “Eurovision” yarışması ərəfəsində 20-ci sahədə mitinq keçirməklə hakimiyyətə demokratik imic yaradırsınız. İlham Əliyevin intellektual institutları çox ciddi işləyir. Mitinqi 20-ci sahəyə salmaqla hakimiyyətin əlinə tutalqa verdilər ki, o da qərbə və Avropa dövlətlərinə göstərsin ki, baxın, bizim ölkədə demokratiya var.

Uğursuzluq sindiromuna məruz qalan partiyalar hər zaman problemi özlərində yox, başqalarında görürlər. Nə qədər gec deyil partiyalarda gəncləşmə getməlidir. Yaşı ötmüş insanlar partiyalaradan uzaqlaşmalıdır. İqtidarda da eyni səhnədir. Nə fərq oldu?



- Adını çəkdiyiniz partiyalar İctimai Palatada təmsil olunur. Belə çıxır ki, sizin ümumən palataya da inamınız yoxdur…

- İctimai Palata yarananda prinsiplər qəneedici idi, insanlar həvəslə bu quruma qoşulurdu. Böyük ümidlər var idi. İndi isə İctimai Palata demək olar ki, AXCP və Musavatın birliyinə çevrilib. Baxın, 8 aprel mitinqinə bir tərəf Əli Kərimlini qabardırdı, digər tərəf də İsa Qəmbəri. Axı İctimai Palata İsa Qəmbərlə Əli Kərimlinin deyil. Bu gedişlə İctimai Palata yaxınlarda dağıla bilər. Təbii ki, orada mübarizə aparan dəyərli dostlarımız var. Amma seçdikləri strategiya ümidləri doğrultmadı. Bilirsiniz, bu ölkədə güclü müxalifət yox, güclü iqtidar olmaq lazımdır. Bizim partiyalar ana müxalifət davası edir. Düşünürəm ki, güclü olmaq üçün müxalif partiyalarının hamısı birləşməlidir.

- Bayaq bir fikir işlətdiniz ki, partiyalarda təcili gəncləşmə prosesi getməlidir. Sizcə bu gün partiyalarda rəhbərliyi öz çiyinlərinə götürə biləcək potensiala malik gənclər varmı?

- Bir zamanlar Mirmahmud bəy də, İsa bəy də, Əli bəy də bizim yaşlarda olublar. Sadəcə onları proseslərə çəkənlər olub. Deyirlər lider gənc yoxdur, tanınmış gənc yoxdur. Bu gün hansı qəzet, televiziya və ya sayt gəncləri çağırıb görüşürlər, debatlar keçirir? Sağolun ki, yenə siz gənclərin fikirlərinə yer ayırırsınız. Qəzetlərə baxırıq, ancaq şablon şəxslər, eyni şəkillər, eyni fikirlər. Azad media, televiziya olmayan ölkədə liderlikdən danışmaq mənasızdır. Sayt, qəzetlər, hətta partiya rəhbərləri gəncləri dəvət edib onlarla debat keçirməlidirlər. Ondan sonra bilmək olar ki, güclü gənclər var və ya yoxdur.



- Sizin mövcud hakimiyyətə münasibətiniz, yeridilən siyatlə bağlı fikirləriniz bəllldir. Yani doğrudanmı bu ölkədə hər şey qara rəngdədir?



- Ağ rəngdə nə ola bilər ki? Götürək Bakını. Hər gün söküntü, hər gün tikinti. Konkret bir arxitektura xətti yoxdur. Hacıbala əlinə alıb ağardıcını, rəngləyə-rəngləyə gedir.

Bir nəfərdə çıxıb demir ki, Bakı rütubətli şəhərdir, sən nə qədər də ağartsan 1 həftə sonra yenidən qaralacaq. Bu qədər pul yeyintisi var. Sosial problemlər baş alıb gedir. Şəhid ailələrinin, Qarabağ qazilərinin ciddi problemləri var. Qarabağ qazisi 140 manat pensiya ilə dolanır. Təhsil sahəsi bərbad gündədir. Azərbaycan universitetləri dünyanın reytinq siyahılarında utancverici yerlərdə qərarlaşıblar. Azərbaycan büdcəsinin 93 faizi neft gəlirlərilə formalaşır. Qeyri-neft sektoru inkişaf etmir. Son 3 ayda 12 əsgərimiz dünyasını dəyişib. Azad media, televiziya yoxdur. Hakimiyyətlə xalq arasında uçurumlar var. Maraqlıdır ki, yarım milyon üzvünün olduğunu, müxalifətin gözdən düşdüyünü iddia edən YAP, müxalifətdən yenə də qorxur? Özlərinə güvənirlərsə niyə müxalifətin qarşısını alırlar? Çünki özləri də bilirlər ki, əhalinin 90 faizi bu hakimiyyəti bəyənmir.

İnsanlar YAP-asığorta agentliyi kimi baxırlar. YAP-a üzv olmaq iş yerlərində və ya digər yerlərdə sığortalanmaq kimi bir şeydir. Xalq bir qığılcım gözləyir. Fürsət düşən kimi hakimiyyətdaxili qüvvələr də onlara qarşı çıxacaq.

- Doğrudanmı elə hesab edirsiniz ki, möbcud hakimiyətinin fəaliyyətində bir mücbət nümunə belə yoxdur?

- Qəbələ ilə Oğuz arasında yeni yolun çəkilməsi yaxşı hal ola bilər. Lakin bu ölkənin çox ciddi priblemləri var. Bir ölkəni gücləndirən onun iqtisadiyyatı, təhsili və ordusudur. Bunlar yoxdursa nə qədər yol çəksək də, nə qədər bahalı avadanlıqlar alsaq da ölkə üçün heç bir xeyri olmayacaq. Bu ölkənin 20 ildir Qarabağ problemi var, təhsil, iqtisadiyyat problemi var. Ordu bərbad gündədir. Müdafiə naziri İran səfərində rus dilində danışır , xarici ölkələrdə bayrağımız tərsinə asılır və sairə. 1-2 faiz müsbət nəsə ola bilər, amma ümumilikdə götürsək, vəziyyət çox ağırdır. Bu rejimin Azərbaycan gəncliyinə qarşı qısqanclığı var. Gənclərin problemləri bunları qətiyyən maraqlandırmır.

- Bu gün partiyaların Bütöv Azərbaycan mövzusuna münasibəti və diqqəti sizi qane edirmi?

- Adnan Menderesin bir sözü var. Deyirdi ki, Türkiyədə bəziləri demokrat olur ki, qərbin xoşuna gəlsin. Bizim bəzi partiyalar da qərbin və beynəlxalq təşkilatların xoşuna gəlmək üçün müəyyən şeylərdən keçirlər. Elçibəy qədər milliyyətçi, Bütöv Azərbaycançı olmayıb. Bu gün KXCP Əbülfəz Elçibəy yoluna ən sadiq partiyadır. Güney Azərbaycan məsələsinə də Mirrmahmud bəyin hər zaman xüsusi diqqəti olub. Bir tək KXCP bu mövzunu müəyyən qədər gündəmdə saxlayır. Amma ümumi götürsək, Bütov Azərbaycan məsələsinə ciddi diqqət ayrılmır.

- Bütöv Azərbaycanla bağlı gözləntiləriniz nədir? Sizcə bu arzunun gerçəkləşməsi üçün nə baş verməlidir?

- Əvvəlcə onu qeyd edim ki, hər bir təşkilatın, ideologiyanın çox güclü və xarizmatik liderə ehtiyacı var. Bu gün İrana qarşı ciddi basqılar var. ABŞ prezident seçkisindən sonra İranla bağlı məsələnin həllini əsas hədəf kimi müəyyənləşdirəcək. Biz elə bir gücdə olmalıyıq ki, İrana basqı olan zaman ən azı mədəni muxtariyyat ala bilək. Əgər biz bunu etməsək Güney Azərbaycan məsələsi ən az əlli il qalacaq. Ona görə də Quzey Azərbaycandakı partiyalar, daha çox hakimiyyət ciddi lobiçiliklə məşğul olmalıdır. Güneydə bu məsələlərlə bağlı çox ciddi işlər gedir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Vətəndaşı həbsdən buraxdıracağı adı ilə aldatdı - 223 minlik dələduzluq işi
Bu gün, 13:00
İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib
Bu gün, 12:56
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46
Tovuzun icra başçısı RAYONDA HƏR KƏSİN QAZANCINA ŞƏRİKDİR... - FAKT BUDUR...
Bu gün, 12:45
Vens İranla danışıqlar üçün İslamabada gedəcək - "Al-Jazeera"
Bu gün, 12:35
DTX-də KADR DƏYİŞİKLİYİ - BUNDAN SONRA...
Bu gün, 12:29
Separatçılardan yeni Xankəndi HƏMLƏSİ – Bakıya qarşı ÇİRKİN kampaniya
Bu gün, 12:26
İrandan Pakistana nümayəndə heyəti getməyib - "Tasnim"
Bu gün, 12:21
Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı - ADLAR
Bu gün, 12:16
Faytonçu Nazim niyə efirlərə çıxmır? – SƏBƏBİNİ AÇIQLADI
Bu gün, 12:14
Azərbaycanda mənzillər 8% BAHALAŞIB
Bu gün, 12:11
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR... - Yasamalda qanunsuzluq kimin himayəsindədir?
Bu gün, 12:08
"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı
Bu gün, 11:54
Saxta yağ qalmaqalı: Nəzarət niyə yetərli deyil? - AKTUAL
Bu gün, 11:52
Azərbaycan Ermənistandan nələri tələb edir?
Bu gün, 11:51
Rəsul Quliyev Azərbaycana qayıdır? - AÇIQLAMA
Bu gün, 11:49
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
Bu gün, 11:46
İsrailin müdafiə naziri Hizbullah liderinin etdiklərinin bədəlini başı ilə ödəyəcəyini deyib
Bu gün, 11:37
“Bizə atəşkəs yox, sülh lazımdır” - Rusiya Ukraynaya qarşı tələblərini sərtləşdirib
Bu gün, 11:36
İranla müharibə Rusiyanı gücləndirir, ABŞ-ı yorur - Zelenski
Bu gün, 11:32
Paşinyan Qarabağla bağlı xəbərdarlıq etdi - KİV
Bu gün, 11:31
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 11:30
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:28
Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
Bu gün, 11:27
Venesiyada küçənin adı görün NƏDİR - Azərbaycanla bağlı tarixi iz
Bu gün, 11:26
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
Bu gün, 11:21
33 il gizlənən azərbaycanlı biznesmen TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 11:07
17 gün əvvəl müşavir təyin olunmuşdu: İşdən çıxarıldı - EYNİ ZAMANDA...
Bu gün, 11:00
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru