İKİ BANKIN PENSİYA MAXİNASİYALARI
Tarix: 28-04-2012, 13:38 | Çap et
MADDİ MARAQLAR 1.3 MİLYONLUQ TƏQAÜDÇÜ ORDUSUNU ZƏLİL EDİB
DİA.AZ: - Son günlər Beynəlxalq Bankın bir neçə rayon filialı qarşısında etirazlarla müşayiət olunan uzun növbələr yarandığı haqda məlumatlar gəlir. Buna səbəb pensiyaçıların hesablarında pul olmasına baxmayaraq, plastik kartlarının vaxtının ötməsidir. Bununla bağlı təxminən 90 min təqaüdçüyə xəbərdarlıq edilməli olduğu halda, bu addım atılmayıb.
Narazılıq doğruran daha bir problem kartaların Beynəlxalq Bankın yalnız Yasamal filialında dəyişdirilməsidir. Təqaüdçülər kartların bank tərəfindən verilməsini doğru saymır. Hesab edirlər ki, çəkdikləri əziyyət hədərdir, kartların əvvəlki qaydada sosial müdafiə mərkəzlərində dəyişsələr, belə problemlə üzləşməzdilər.
DİA.AZ bildirir ki, bankın nümayəndələri isə problemin pensiyaçılar tərəfindən yaradıldığını iddia edirlər. Çünki təqaüdçülər basırıq yaradırlar. Əslində isə kartların dəyişdirilməsini müvəkkil banklar probelmsiz həll etməlidir. Vətəndaş müraciət etmədən həmin plastik kartlar hazırlanmalıdır. Onun vaxtı keçəndə sözügedən kommersiya qurumları 10-15 dəqiqə ərzində yenisini təqdim etməlidir. Çünki vətəndaş kartının bitmə müddətini unuda bilər, lakin xidmət göstərən təşkilat elektron sistemlə işləyir. Elektron sistem elə quraşdırılır ki, kartın müddəti bitəndə yenisinin hazırlanması sifarişini avtomatik verir.
Bu gün pensiya və əməkhaqlarının kartla verilməsi iki banka etibar edilib- В«KapitalBankВ»a və Beynəlxalq Banka. Müvəkkil kommersiya qurumlarının maddi-texniki imkanları isə 1,3 milyon nəfər təqaüdçüyə və 700 mindən çox büdcə təşkilatlarında çalışanlara xidmət göstərməyə yetmir. Ekspertlərin fikrincə, problemin həlli üçün daha bir neçə kommersiya bankı da prosesə qoşulmalıdır. Lakin çoxsaylı təkliflərə baxmayaraq, hökumət bunlara diqqət yetirmir, yalnız iki bankla əməkdaşlıq edilir. Rəsmi açıqlamaya görə 69 lotdan 47-si üzrə tenderin qalibləri Azərbaycan Beynəlxalq Bankı və В«Kapital BankВ» olublar. Halbuki bu lotlardan ikisi üzrə ən aşağı qiymət В«TexnikabankВ» tərəfindən irəli sürülüb, lakin Azərbaycan Mərkəzi Bankı onun indiki vəziyyətini nəzərə alaraq, pensiyaların verilməsində risk etməyi məqsədəuyğun hesab etməyib. Buna görə də bu bankın prosesdə iştirakından imtina edilib.
Artıq tender komissiyası pensiyaçılara xidmət göstərilməsini ikinci yeri tutan В«Kapital BankВ»ın şöbələrinə verməyi qərara alıb. Lakin bank Sumqayıtda pensiyaçılara xidmət göstərməkdən imtina edib. Belə ki, bu şəhərdə В«Kapital BankВ»ın bankomat sistemi lazımi səviyyədə deyil və vəziyyətin yaxşılaşdırılmasına böyük həcmdə vəsait tələb olunur. Bununla əlaqədar olaraq, bu lotun qalibi də Beynəlxalq Bank elan edilib.
Hazırda Beynəlxalq Bank lotların 57 faizinə, 43 faizinə isə В«Kapital BankВ» iddia edir. Qalan 22 lot üzrə yalnız iki bank iştirak edib. Halbuki tenderin şərtlərinə əsasən, ən azı üç namizəd olmalıdır. Tenderin şərtlərinə əsasən, yeni qaydalar mayın 1-dən qüvvəyə minir. Onu da bildirək ki, mart-aprel aylarında təkcə Sumqayıt, Abşeron rayonu və Bakının 11 rayonunda 90. 120 pensiya kartının müddəti başa çatıb. Hazırda banklarda bu kartların dəyişdirilməsi prosesi gedir.
Heç cür aydın deyil ki, hökumət nə üçün pensiyaların verilməsində yalnız iki bankın-В»Kapital BankВ»ın və Beynəlxalq Bankın üzərində qurur. Özləri də gözəl bilir ki, hər ay bankomatların qarşısında növbələrin yaranmasının, pensiyların gecikməsinin kökündə məhz bu durur. Burada monopoliya açıq şəkildədir. Müqaviləyə əsasən, göstərdikləri xidmətə görə həmin iki bank dövlət strukturlarından faiz alacaq. Əlbəttə, burada da az vəsaitidən söhbət getmir. Nəzərə alsaq ki, ölkədə 1,3 milyon pensiyaçı var, onların hamısı kartdan istifadə edir, bank hər bir şəxs üçün faiz tutur. O zaman burada milyonlarla manatlıq qazanc üzərində mübarizədən söhbət gedir. Əlbəttə, hər bir monopolist belə bir gəlirə nəzarət etmək istəyər. Görünür, В«Kapital BankВ» və Beynəlxalq Bankı nəzarət edən oliqarxlar bu sektorda daha çox güc nümayiş etdirə biliblər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16 |
|
|
|
| • Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13 |
|
|
|
| • Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10 |
|
|
|
| • İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33 |
|
|
|
| • "Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22 |
|
|
|
| • Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21 |
|
|
|
| • Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19 |
|
|
|
| • Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16 |
|
|
|
| • Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15 |
|
|
|
| • ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35 |
|
|
|
| • "Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31 |
|
|
|
| • Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18 |
|
|
|
| • “Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14 |
|
|
|
| • Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57 |
|
|
|
| • Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52 |
|
|
|
| • Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35 |
|
|
|
| • Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31 |
|
|
|
| • Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27 |
|
|
|
| • Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26 |
|
|
|
| • General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19 |
|
|
|
| • İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17 |
|
|
|
| • Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02 |
|
|
|
| • “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49 |
|
|
|
| • Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40 |
|
|
|
| • “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38 |
|
|
|
| • Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37 |
|
|
|
| • Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32 |
|
|
|
| • Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26 |
|
|
|
| • “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19 |
|
|
|
| • 14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16 |
|
|
|
| • Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59 |
|
|
|
| • Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58 |
|
|
|
| • Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37 |
|
|
|
| • Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31 |
|
|
|
| • İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26 |
|
|
|
| • Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22 |
|
|
|
| • Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
| • Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14 |
|
|
|
| • Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06 |
|
|
|
| • Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03 |
|
|
|
| • “Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56 |
|
|
|
| • Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53 |
|
|
|
| • Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49 |
|
|
|
| • Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44 |
|
|
|
| • Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02 |
|
|
|
| • "Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00 |
|
|
|
| • “Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55 |
|
|
|
| • Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53 |
|
|
|
| • Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50 |
|
|
|
| • Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46 |
|
|
|
|