Bakının bitməyən tıxac dərdi: .....                     Paşinyan ETİRAF ETDİ: .....                     Azərbaycanlı gənci güllələyib öldürən yol polisi .....                     İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir .....                     "Bakı və Ankara ilə işləməyin vaxtıdır" .....                     Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb .....                     Rüfət İsmayılovun qol saatları da müsadirə edildi .....                     Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib .....                     Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? .....                     ABB öz səhmdarlarına 200 milyon manat .....                     "Ege Hospital"da yeni doğulan körpə öldü .....                     Rusiya silahını Avropaya tuşlayır .....                     “Elə bilirlər ki, Baş nazir olmaq asandır” .....                     Paytaxtda növbəti daxili iməclik keçirilib .....                     Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq .....                     Bakının bu ərazilərində torpağın sotu 2 milyondur .....                     Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər .....                     Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı .....                     Gəncə səhiyyəsində dəyişiklik .....                     General Müşfiq Məmmədov vəzifəsindən azad edildi .....                     İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb .....                     Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi .....                     “Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” .....                     Lənkəranda torpaq sürüşməsi olub .....                     “Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ .....                     Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Xalq artistinə qarşı qorxunc rüşvət iddiası .....                     Kürdəxanı sakinləri boğaza yığılıblar .....                     “Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” .....                     14 milyonluq SİRR AÇILIR .....                     Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı .....                     Nazim Bəydəmirli karsdan çıxarılıb .....                     Şirvan "103"də nələr baş verir? .....                     Banklardan SOYĞUNÇULUQ .....                     İran Hörmüz boğazını açmasaydı... .....                     Sərhəd Akademiyasında intihar .....                     Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! .....                     Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR .....                     Əmrullayev gələndən maaşlar artmayıb... .....                     Nəcibə Nəsibova erası bitdi? .....                 

SABİRABADDA GƏRGİNLİK VAR
Tarix: 5-05-2012, 13:38 | Çap et
SABİRABADDA GƏRGİNLİK VAR

MALİYYƏ İDARƏSİNİN MÜDİRİ RESTORAN BİZNESİNDƏ REKORDÇUDUR...

DİA.AZ: - Sabirabadda insan hüquqlarının pozulması adi hal almışdır. Vətəndaşlar dərdini deməyə yer tapmır. Yeganə ümüd yeri bildikləri Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovdur, o isə nəinki insanların şikayətini dinləmək istəmir, əslində bu şikayətlər onun üçün maraqlı da deyil. çünki redaksiyaya şikayət etmiş Qalaqayın kəndində olarkən sakinlərin özləri ilə görüşəndə onların söylədikləri təəssüf hissi doğururdu: "...Nazim İsmayılovu şəxsi biznesi maraqlandırır. Onun Sabirabad rayonunun Qalaqayın kəndində quraşdırdığı Asfalt zavod müasir texniki tələblərə cavab vermədiyi üçün rayon mərkəzinə və ətraf kəndlərə hər gün tonlarla tüstü qurumu tökülür... Dəfələrlə desək də tədbir görən yoxdur...".

Başçının asfalt zavodu problemə çevrilib

Zavoda bitişik yaşayış binalarının sakinləri bizə acı göz yaşları ilə bildirdilər ki, "Nazim İsmayılovun Asfalt zavodu burada inşa edildikdən sonra azyaşlı uşaqlarımızda və yaşlı insanlarımızda astma xəstəliyi yaranmışdır. Bu haqda dərdimizi deməyə yer tapmırıq. Tapa bilsək belə onsuz da əlac edən yoxdur. Nazim İsmayılov Sabirabad rayonunun İcra başçısı təyin edildikdən sonra bəzi idarə müdirləri də onun iş adamı olmasından istifadə edərək, öhdələrinə düşən dövlət işləri ilə məşğul olmaqdansa, rayonun bir çox mənzərəli yerlərində restoranlar açmaqla məşğuldurlar. Baxmayaraq ki, bu məmurlar sənədləşmədə həmin torpaqları və üzərində apardıqları tikinti işlərini ya övladlarının, ya da yaxın qohumlarının adına sənədləşdiriblər".

Sabirabadın maliyyə idarəsinin müdiri restoran biznesində rekordçudur...

DİA.AZ-ın əməkdaşı bildirir ki, Sabirabadda olarkən şikayətçilər- Elçin Azadov və Adil Quliyev isə daha bir maraqlı məsələyə toxundular və dedilər ki, bu məsələni maliyyə naziri Samir Şərifovun diqqətinə çatdıraq: "Qəzetinizin obyektivliyi naminə sizə üz tutduq, rayona dəvət etdik. Maliyyə naziri Samir Şərifovun yəqinki xəbəri yoxdur ki, Rayon Maliyyə İdarəsinin müdiri Hüseynağa Gülüşov bölgədə büdcə vəsaitlərinin xərclənməsinə ciddi nəzarət etmək əvəzinə, Sabirabadda restoran tikintisi yarışında birinci yerdə gedir. Rayonun girəcəyində hektarlarla yararlı torpaq sahəsini zəbt edərək orada otel tipli restoranlar inşa etdirən Hüseynağa Gülüşovun bu qədər maliyyə vəsaitini haradan alması istər-istəməz müəmmalı sual doğurur. Rayon mərkəzində də Hüseynağa Gülüşova məxsus bir neçə topdansatış ticarət mərkəzləri var. Hüseynağa Gülüşova məxsus "Yaşıl bağ" restoranlar şəbəkəsində nahar edin, görün sizə kassa çeki təqdim edəcəklərmi? Qətiyyən! çünki maliyyə idarəsinin müdiri ilə Ərazi Vergilər İdarəsinin əməkdaşları da əlbirdirlər, bir-birini həmkar bilərək bu məsələyə baş qoşmurlar. Nəğd hesablaşma aparılan belə bir iaşə obyektində bu nə özbaşınalıqdır?"

Təbii ki, vaxt azlığı səbəbindən məsələyə aydınlıq gətirmək imkanımız olmadı, amma inanırıq ki, 5 saylı Ərazi Vergilər İdarəsi adı çəkilən restoranlar şəbəkəsində kassa aparatından niyə istifadə edilməməsi səbəbinə aydınlıq gətirəcək.

Sabirabad şəhər İcra nümayəndəsi ilə şəhər Bələdiyyəsinin sədri min hoqqadan çıxır...

Digər şikayət və giley-güzarın bir ünvanı da RİH başçısının himayəsindən gen-bol istifadə edən Sabirabad şəhər Ərazi İcra nümayəndəsi Əhədağa Əliyevlə şəhər bələdiyyəsinin sədri Şamil Qasımov barədə idi. Sabirabad şəhər sakini, Qarabağ müharibəsi iştirakçısı A.Rəhimov bizimlə söhbətində bildirdi ki, onlar əlbir olub rayon mərkəzində torpaq satmaqla işlərini bitmiş hesab edirlər: "...Əhədağa Əliyevin və Şamil Qasımovun sayəsində rayon mərkəzində "göbələk" obyektlərin sayı o qədər artmışdır ki, hətta küçələrin bir tərəfindən digər tərəfinə keçməyə belə yer qalmamışdır. Əslində bu tikililərin qanunu sənədləri belə yoxdur. Yalnız Əhədağa Əliyevin "Bura sənindir" deməsi vətəndaşların küçələrdə qanunsuz tikinti aparmasına bəs edir. Sözsüz ki, bütün bu torpaq satma əməliyyatı İcra başçısı Nazim İsmayılovun xeyir- duası ilə edilir. Amma mənim kimi torpaq uğrunda vurruşmuş birisi getsin, gör nə məzənnə deyəcək, şərt qoyacaqlar...".

Təmir pərdəsi altında görülən işlər

Bakıdakı təmir-bərpa işlərinin təsiri Sabirabada da gedib çıxıb. Amma fərqli formada. Məsələn, rayonda olarkən bizə maraqlı bir məsələdən danışdılar. Şəhərin mərkəzi küçələrində yaşayan sakinlərin verdiyi məlumatdan aydın olurdu ki, Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait, əslində, başqa təyinatların xərcinə çevrilir. Təmiri isə ayrı-ayrı iş adamları və idarə müdirlərinin şəxsi hesabına ödətdirilir.

Şəhərin mərkəzində gördüklərimiz də fakt idi. Belə ki, dövlət tərəfindən ayrılan vəsait hesabına çoxmərtəbəli binaların təmir-bərpa işləri, əslində, gözdən pərdə asmaq kimi bir şeydir. çünki bu təmir işləri məşhur "çölü bəzək içi təzək" atalar sözünü xatırladır. Adı çəkilən binaların həyətləri, zirzəmiləri, giriş hissələri isə bərbad gündə idi. Bunu sakinlər özləri bizə göstərib gülürdülər. Zirzəmilərdə yığılan çirkab suları təmizlənmədiyindən birinci mərtəbələrdə yaşayan insanların hansı xəstəliklərə məruz qalmasını şərh etməyə ehtiyac qalmır.

Yeri gəlmişkən, rayon mərkəzində ayrı-ayrı küçələrdə yığılıb qalan zibil qalıqları ətrafa üfünət iyi saçır. Sözsüz ki, bu da vətəndaşların haqlı narazılıqlarına səbəb olur. Rayondaxili yollar isə elə bərbad vəziyyətdədir ki, heç bəyənmədiyimiz sovetlər dönəmində də belə vəziyyət mövcud deyildi. Bəs Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hara qeyb olur?

Əksinə, müstəqilliyimizin ilk illərində Sabirabad rayonunun həm mərkəzi yolları, həm də kənd yolları çox yaxşı vəziyyətdə idi. İndi isə bu yaxşılıqdan əsər-əlamət yoxdur. Dövlətin bu sahəyə ayırdığı pullar isə yetişmiş sulu armud kimi "Xeyirxah iş adamları" tərəfindən rahatca udulur.

Sabirabad rayonunun Mexaniki Suvarma İdarəsi, bir də təbiətin sınağı...

Yaz fəslinin ortaları olmasına baxmayaraq hələki təbiət Muğan bölgəsinə öz yağışını əsirgəməkdə davam edir. Bunun nəticəsidir ki, vətəndaşlar əkdiyi məhsulları süni suvarma yolu ilə həyata keçirməyə məcburdurlar. Sabirabad rayonunun Mexaniki Suvarma İdarəsi bu baxımdan aqrar sahənin işçilərinin arzularını ürəylərində qoymuşdur. İdarənin yarıtmaz fəaliyyəti nəticəsində rayonun bir çox kəndlərinin əkin sahələrinə və həyət bağlarına su verilmir. Əvəzində isə bu idarənin su nasosları ayrı-ayrı qanunsuz balıqçılıq təsərrüfatlarının su hovuzlarına su doldurmaqla məşğuldur. Sözsüz ki, qanunsuz balıqçılıq təsərrüfatlarına verilən su təmənnasız deyil. Nəticədə şəxsi xeyir görən mexaniki suvarma idarəsidir, zərər çəkən isə kənd təsərrüfatı işçiləri, ümumilikdə isə ölkə iqtisadiyyatı. Dəhşətli haldır ki, rayonun Qaragüney -Sabirabad maqistral yolunun mühafizə zolağında külli miqdarda süni balıqçılıq gölləri vardır. Həmin göllərdən suyun sızması nəticəsində adı çəkilən yol çökərək yararsız vəziyyətə düşmüşdür. Rayonda isə nədənsə hamı bütün bunlara göz yumur. Bunun da səbəbi var. Səbəbi odur ki, belə xoşa gəlməz səbəbdən dağılmış yolların əsaslı təmiri və yenidən bərpası üçün dövlət büdcəsindən pul qoparmaq asandır.

Rayonda olarkən bizə məlumat verildi ki, Sabirabad rayon 35 saylı Yol İstismar İdarəsinin rəhbərliyi rayon ərazisindən keçən respublika əhəmiyyətli yolların mühafizə zolağında salınmış balıq göllərinin sahiblərindən aylıq haqq alır. Bu yerdə böyük şairimiz M.Ə.Sabirin "Millət necə tarac olur-olsun nə işim var" məşhur kəlamı yada düşür...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının bitməyən tıxac dərdi: - “Ali məktəblərin bölgələrə köçürülməsi...”
Dünən, 18:16
Paşinyan ETİRAF ETDİ: - "O adamların siyahısı məndədir, lazım olanda... "
Dünən, 18:13
Azərbaycanlı gənci güllələyib öldürən yol polisi HƏBS OLUNDU
Dünən, 18:10
İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir - Paşinyan
Dünən, 13:33
"Bakı və Ankara ilə işləməyin vaxtıdır" – Ermənistan Baş nazirindən tarixi dönüş
Dünən, 13:22
Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb
Dünən, 13:21
Rüfət İsmayılovun qol saatları da müsadirə edildi
Dünən, 13:19
Ermənistan və Rusiya bəzi müqavilələrin icrası barədə razılığa gəlib
Dünən, 13:16
Azərbaycan Mədəniyyət Nazirliyi xalq artistindən kimin nə nəyin qisasını alır? - AXI NİYƏ?
Dünən, 13:15
ABB öz səhmdarlarına 200 milyon manat - DİVİDEND ÖDƏYƏCƏK
Dünən, 12:35
"Ege Hospital"da yeni doğulan körpə öldü
Dünən, 12:31
Rusiya silahını Avropaya tuşlayır - GƏLİŞMƏ
Dünən, 12:18
“Elə bilirlər ki, Baş nazir olmaq asandır” - Artur Rasizadə
Dünən, 12:14
Paytaxtda növbəti daxili iməclik keçirilib - FOTO
Dünən, 11:57
Yadplanetlilərlə bağlı məlumatlar dərc olunacaq - Tramp anons verdi
Dünən, 11:52
Bakının bu ərazilərində torpağın sotu 2 milyondur - AÇIQLAMA
Dünən, 11:35
Azərbaycan-Ermənistan modeli Ukrayna üçün nümunə ola bilər - ŞƏRH
Dünən, 11:31
Türkiyədə son hadisələrə görə, 7,5 milyonluq “YouTube” kanalı bağlandı - KİV
Dünən, 11:27
Gəncə səhiyyəsində dəyişiklik - ƏMR
Dünən, 11:26
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
Dünən, 11:19
İran hava məkanını beynəlxalq uçuşlar üçün qismən açıb
Dünən, 11:17
Azərbaycana 94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 11:02
“Fikirləşmirlər ki, bu adamlar yazıqdır, əziyyət çəkirlər” - NARAZILIQ VAR...
Dünən, 10:49
Lənkəranda torpaq sürüşməsi olub
Dünən, 10:40
“Bank Avrasiya” bağlanma təhlükəsi ilə ÜZ-ÜZƏ - Azalan kreditlər, zəifləyən kapital...
Dünən, 10:38
Qarabağ Qazisi NARAZILIQ EDİR... - Qarabağ əlili kimi yox, mülki əlil kimi qeyd ediblər...
Dünən, 10:37
Xalq artistinə qarşı qorxunc rüşvət iddiası - VİDEO
Dünən, 10:32
Kürdəxanı sakinləri boğaza yığılıblar - "Üfunətdən keçmək olmur"
Dünən, 10:26
“Azərbaycan və Türkiyə dövlətləri hər vasitə ilə Güneydəki soydaşlarımıza dəstək olmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 10:19
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
Dünən, 10:16
Samvel Karapetyanın ev dustaqlığı daha 3 ay uzadıldı - KİV
Dünən, 09:59
Nazim Bəydəmirli karsdan çıxarılıb
Dünən, 09:58
Şirvan "103"də nələr baş verir? – Rəhbər özbaşınalığı və təhlükədə qalan həyatlar!
Dünən, 09:37
Banklardan SOYĞUNÇULUQ - Faizlər görün neçə dəfə ARTIB
Dünən, 09:31
İran Hörmüz boğazını açmasaydı... - AKTUAL
Dünən, 09:26
Sərhəd Akademiyasında intihar - NƏ BAŞ VERİR?
Dünən, 09:22
Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Təqaüd yaşına çatmayan vətəndaşın HAQQI YEYİLİR - BU FAKTDIR!
Dünən, 08:14
Əmrullayev gələndən maaşlar artmayıb... - düz 6 ildir ki...
Dünən, 08:06
Nəcibə Nəsibova erası bitdi? - Üç prezident, 14 nazir dəyişən müşavir geri çağrılır
Dünən, 08:03
“Rus dilinin qadağan olunmasının əleyhinəyəm” - partiya sədri
Dünən, 07:56
Peşə Təhsili Agentliyində kadr xaosu – Boş ştatlar, bölüşdürülən maaşlar …
Dünən, 07:53
Vüsal Nəsirli də belə narazılıq yaradır - GİLEY
Dünən, 07:49
Tramp İranla danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb
Dünən, 07:44
Azərbaycanda yağ və ət problemi yaşanır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:02
"Rusiyada artıq başa düşürlər ki, Azərbaycan heç bir ölkəyə bənzəmir" - deputat
Dünən, 07:00
“Tramp marşrutu”na qarşı “qara piar” - İNCƏLƏMƏ
Dünən, 06:55
Medvedevin təhdidi: siyasi ritorika, yoxsa real hücum siqnalı? - AKTUAL
Dünən, 06:53
Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası - EAPCA-nın Pərdəarxası
Dünən, 06:50
Ekranlardakı "parlaq" cinayət və uydurma eşqlər: Bizə nə izlətdirirlər? - ARAŞDIRMA
Dünən, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru