Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq .....                     "Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." .....                     Tramp bunu etsə, fəlakətlə üzləşəcək .....                     İranla müharibə bitməyib və yeni hadisələr mümkündür .....                     İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var .....                     ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, .....                     Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... .....                     Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu .....                     Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... .....                     Bura pul qoyan da peşman olur... .....                     "Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." .....                     "Azərbaycan mənim evimdir" .....                     "İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" .....                     "Cəzasızlıq cinayətin inkişafına təkan verir" .....                     İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib .....                     Cəlilabadda şübhəli TENDER BAZARI .....                     AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ .....                     Ata tender keçirir, oğul qazanır .....                     Burda vaxtı keçmiş məhsul satırlar .....                     ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb .....                     İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb .....                     İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib .....                     Vens Pakistana gedəcək? .....                     İran nümayəndə heyəti İslamabada gedir .....                     İran razılaşmasa, məhv edəcəyəm .....                     "Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi" .....                     İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı .....                     Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı .....                     ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq .....                     “Başçının razılığı olmadan sənəd verilmir” .....                     "Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" .....                     “Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” .....                     Belarus Ukraynaya hücuma hazırlaşır .....                     Putin İrəvanda son kartını oynayır .....                     Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir .....                     İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib .....                     Daha bir müştərisi ABB-dən imtina etdi .....                     Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil .....                     Erməni saxtakarlığı .....                     Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər .....                 

ŞUŞA BOYDA GÜNAHIN ALTINDAKI KEÇMİŞ NAZİR
Tarix: 7-05-2012, 11:37 | Çap et
ŞUŞA BOYDA GÜNAHIN ALTINDAKI KEÇMİŞ NAZİR

В«ŞUŞA İŞĞAL OLUNARSA, BAŞIMA GÜLLƏ ÇAXACAMВ»...

DİA.AZ: - Əslində, hər zaman hansısa itkimizlə bağlı müzakirələr aparılarkən öz içimizdən baiskarın tapılıb, hədəflənməsinə qarşı olmuşam. Amma bəzən elə hallar olur ki, bəzən elə faciələrdən danışılır ki, artıq içimizdəki baltaların adını çəkməyə bilmirsən. Elə qarşıdan işğalının, ermənilərə peşkəş edilməsinin ildönümü gələn Şuşa ilə bağlı danışdıqda da milli xainlərimizi xatırlamamaq olmur.

Kimdir onlar? Təbii ki, bu məsələnin üzərinə gələcəyik. Əsas olanı isə nəyi itirmişik - sualının cavablanmasıdır. Bəli, Şuşa bir şəhər olaraq özünün hər türlü dəyəri ilə Azərbaycan üçün mühüm bir əlahiddəliyə malik idi. Hərbi nöqteyi-nəzərdən də bu şəhər Qarabağın ürəyi idi və digər dəyərlər baxımında da. Biz isə bir millət olaraq ürəyimizi düşmən tapdağı altına çox asanlıqla, hətta düşünə bilinəcəkdən də asan bir şəraitdə təslim etdik. Və bu gün hər birimizi ağrıdanı da budur.

Təbii ki, burada Şuşa uğrunda döyüşlərdə canını və sağlamlığını itirmiş, fəda etmiş oğul və qıxlarımızın haqqını unutmuruq və onların hər birinin qarşısında baş əyirik. Onlar əllərindən gələni etdilər və bu barədə kiminsə əyər-əskiyinə danışmağa haqqı yoxdur. Söhbət bizim bir millət olaraq Şuşaya sahiblənə bilməməyimizdən gedir. Fərdlərin yox, bizlərin sahiblənə bilməməsindən…

Bu gün hər kəs - bu işlərə aidiyyatı olan hər kəs Şuşanın işğalının hansı şəraitdə baş verməsi dartışılarkən gen-bol danışır. Olsun, iş görə bilmədiyimizdən danışmağımız təbii görünür. Amma bu danışanlar içində birisi hər zaman mənim xüsusi olaraq diqqətimi cəlb edib. Söhbət Azərbaycanın müdafiə naziri olmuş Rəhim Qazıyevdən gedir. Şuşanın işğalı, Şuşanın düşmənə təslimi məhz onun aktivinə yazılıb. Məhz Rəhim Qazıyevin boynunun borcu hesab olunub. Çünki həmin ərəfədə hələ də sovet dövrünün aşıladığı köləlik psixologiyasından çıxa bilməyən əksəriyyətimiz Rəhim Qazıyevi bu mərtəbəyə gətirmişdi. Onun Milli Azadlıq Hərəkatındakı pafosları onu Azərbaycanın Müdafiə Naziri postuna daşımışdı. Ya zəlzələdən, ya da vəlvələdən… Rəhim Qazıyev adlı riyaziyyat müəllimi - 40 rubla tələbələrə qiymət yazan bir adi ali məktəb müəllimi Azərbaycanın Müdafiə Naziri postunu tuturdu və özü də Azərbaycanın taleyi qumar masasına qoyulan bir zamanda.

Rəhim Qazıyev bu gün inkar edir ki, o, heç bir zaman В«Şuşa işğal olunarsa, başıma güllə çaxacamВ» ifadəsini işlətməyib. Etsin, etməlidir də. Daha nəyi gözləyirdiniz ki? Deməli idi ki, yox, canım, mən bunu demişəm. Deyə bilməzdi, etiraf edə bilməzdi axı… O zaman gərək ki kişi olan kəs dediyinə də əməl edib, başına bir güllə ÇAXMALIYDI.

Rəhim Qazıyev isə yaşamaq istəyir. Yaşasın, hər kəsin haqqı var yaşamağa. Amma bizim bir millət olaraq günahımız nə idi ki, bizlər Şuşa-Qarabağ itkisini yaşamalı olduq. Nə etmişdik ki, müharibəyə dama-damalı riyaziyyat dəftərindəki В«voynuşkaВ» oyunu kimi baxan birisi minlərlə qeyrətli Azərbaycan oğlunun və Azərbaycan torpaqlarının taleyini həll edirdi? Günahımız nə idi Allah qarşısında? Hansı günaha batmışdıq ki, Tanrı bizə Rəhim Qazıyevi bir cəza olaraq yollamışdı?

O, bu gün danışır. Hətta özünü vətənpərvər də adlandırır. Hətta AXC iqtidarının o zamankı məmurlarını belə suçlayır. Mərhum Əbülfəz Elçibəyə ağzına gələni də deyir. Çox asan bir yolu seçib. Olsun, o da yaşamalıdır. AXC iqtidarını söyməzsə, yaxşı bilir ki, onu yaşatmazlar. Çünki onun kimilərinin əsl ünvanı ya torpağın altıdır, ya da torpağın hüdudları. Əslində, Rəhim Qazıyev də Əlikram Hümbətov kimi Azərbaycanı tərk etməli idi. Başqa bir yolu yox idi. Amma o, axırıncı bir yolu seçdi. Ayağında Şuşa-Qarabağ boyda bir günahı - AĞIRLIĞI ilə Azərbaycanda yaşamağa üstünlük verdi. Hətta bir ara mətbuata çıxıb, hansısa fermer haqqlarının tapdanmasından da danışırdı.

İnanın ki, onun bu cür danışıqlarını eşidəndə özüm intihara əl atmaq istəyirdim. Özüm hər dəfə ölüb-dirilirdim bu adamın yerinə. Bunun dərdinə baxın, ay Allah… Deyir ki, niyə YAP iqtidarı ona məsələn, traktor almağa imkan vermir və yaxud da ona Neftçalada ferma açmasına şarait yaratmır…

Nə isə. Rəhim Qazıyev bu tövrü ilə Azərbaycanda yaşamağı ilə yanaşı, danışır da. Bir də görürsən, mətbuatın ən sonuncu ucqarında qərarlaşmış bir qəzeti taparaq sinəsini açıb-tökür. Əslində içindəki xıltı ortaya qoyur. AXC iqtidarını Qarabağın işğalında ittiham edir. Yaxşı ki, Şuşa işğal olunanda mərhum Əbülfəz bəy prezident deyilmiş. Yaxşı ki, Şuşa ilə bağlı mərhum Əbülfəz bəy deməmişdi ki, В«Şuşa işğal olunarsa, başıma güllə çaxacam»… nə yaxşı… Yoxsa indi Rəhim Qazıyevi susdura bilərdikmi?

Adam o qədər ucadan bağırır ki, doğru yerindəcə keçinir. Az qala AXC iqtidarı zamanı avtobus sürücüsü olmuş şəxsləri də Qarabağın işğalına görə ittiham edir. Sanki hərbə, müharibəyə o yox, başqaları məsul imiş. Sanki AXC iqtidarı dövründə yağ-pendir zavodunun müdiri olanlar onun əl-qolunu bağlayıbmışlar. Və o da Qarabağı qoruya bilməyib.

Amma adam nə onu müdafiə nairi təyin edən Ayaz Mütəllibovun, nə də onu müdafiə naziri postundan türməyə yollayan Heydər Əliyevin iqtidarlarını tənqid edə bilmir. Halbuki Azərbaycan ordusu yaxşıdan-pisdən elə Əbülfəz Elçibəyin dövründə bir sıra hərbi uğurlara imza atmışdı. Və torpaq itkiləri AXC iqtidarından əvvəlki və sonrakı iqtidarların aktivinə daha çox aid olub.

Amma Rəhim Qazıyev buna rəğmən danışır. O gün də danışıb. Hətta ənənəvi olaraq DÜŞMƏN elan etdiyi AXC iqtidarının prezidenti Əbülfəz Elçibəyin də qarasınca deyinib, o zamankı daxili işlər naziri İsgəndər Həmidovun da. Nə deyirik. Danışsın. Çünki bilirik ki, ona bu cür danışıqlarına görə, pul verirlər, onu bu cür danışıqlarına görə yaşadırlar. Amma bir damcı insafı olan kəs bilməlidir ki, yaşam naminə danışanda belə kişiliyi unutmaq olmaz və əgər danışdıqların kimlərəsə böhtandırsa, belə yaşam şərtinə tüpürmək ən doğrusudur…

Seçim sizindir, Rəhim bəy!..

Elcan – DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya nefti ilə bağlı qərar müvəqqəti xarakter daşıyacaq - ABŞ
Bu gün, 07:27
"Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..." - MALƏSƏF...
Bu gün, 07:10
Tramp bunu etsə, fəlakətlə üzləşəcək - Ritter
Bu gün, 07:01
İranla müharibə bitməyib və yeni hadisələr mümkündür - Netanyahu
Bu gün, 07:00
İranda Hörmüz boğazı ilə bağlı fikir ayrılığı var - “The Wall Street Journal”
Bu gün, 06:58
ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Bu gün, 06:56
Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR... - FAKT BUDUR!
Bu gün, 06:28
Rus əhalisi kimi rus dili də Azərbaycanda qocalıb ölməyə məhkum idi ki, elə də oldu - Overçuka cavab
Bu gün, 06:08
Güney Qafqazda gözlənilən sülhün möhürü bu şəhərdə vurula bilər... - AKTUAL
Bu gün, 06:04
Bura pul qoyan da peşman olur... - GİLEY
Bu gün, 05:57
"Reklamla idarə olunan cəmiyyətdə yaşamaq çox sıxıcıdır..." - Nura Suridən ETİRAZ
Bu gün, 05:42
"Azərbaycan mənim evimdir" - Müzəffərəddin şah Qacar
Bu gün, 05:38
"İran sahilindən “sapandla” belə gəmiləri vurmağın texniki mümkünlüyü İranın üstünlüyünə çevrildi" - partiya sədri
Bu gün, 05:34
"Cəzasızlıq cinayətin inkişafına təkan verir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 05:26
İsrail ordusu Livanda İsa Məsihin heykəlinin dağıdılması faktını təsdiqləyib - KİV
Bu gün, 05:21
Cəlilabadda şübhəli TENDER BAZARI - bunu bir araşdıran olsa...
Bu gün, 05:09
AzTV-də 60 min manatlıq MƏNİMSƏMƏ İDDİASI
Bu gün, 05:04
Ata tender keçirir, oğul qazanır - "AzerGold" Sədrinin "Qızıl" oğlunun mediadakı arxivi...
Bu gün, 04:58
Burda vaxtı keçmiş məhsul satırlar - DİQQƏT, təhlükə var..!
Bu gün, 04:42
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Bu gün, 04:34
İran ordusu cavab olaraq ABŞ hərbi gəmilərinə hücum etdiyini açıqlayıb - “Tasnim”
Bu gün, 04:28
İki ayda Azərbaycana 4 ölkədən 545 ton donuz əti gətirilib
Dünən, 19:05
Vens Pakistana gedəcək? - Ziddiyyətli açıqlamalar
Dünən, 19:02
İran nümayəndə heyəti İslamabada gedir - CNN
Dünən, 18:57
İran razılaşmasa, məhv edəcəyəm – Tramp yenə təhdid etdi
Dünən, 16:58
"Bir vaxtlar böyüyün sözü daş kimi ağır idi"
Dünən, 16:21
İran iki tankerin Hörmüz boğazından keçməsinin qarşısını aldı - KİV
Dünən, 16:19
Batumidə 2 Azərbaycan vətəndaşı saxlanıldı
Dünən, 16:05
ABŞ və İsrailə məğlubiyyət yaşatmağa hazırıq - Xamenei
Dünən, 16:02
“Başçının razılığı olmadan sənəd verilmir” – Tovuzda qanun kimə işləyir?
Dünən, 15:59
"Rejim dəyişikliyi alternativ vasitələrlə də həyata keçirilə bilər" - Məhəmməd Rəhmanifər
Dünən, 15:57
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”
Dünən, 15:49
Belarus Ukraynaya hücuma hazırlaşır - Kuleba
Dünən, 15:45
Putin İrəvanda son kartını oynayır - İNCƏLƏMƏ
Dünən, 10:47
Belarusa hücum olarsa, bu, Rusiya ilə toqquşma deməkdir - Lukaşenko
Dünən, 10:43
İran parlamentinin rəhbəri Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənliyin qaldığını deyib
Dünən, 10:01
Daha bir müştərisi ABB-dən imtina etdi - ETİRAZ
Dünən, 09:59
Madyar Ukraynanın maliyyələşdirilməsini dəstəkləmək niyyətində deyil - “L'Antidiplomatico” portalı
Dünən, 09:28
Erməni saxtakarlığı – xəritə yalanı və onun ifşası
Dünən, 09:25
Bu, AB-ni Rusiyaya olan bağlılıqdan azad edə bilər - Fitso
Dünən, 08:38
Türkiyədə təhdid dolu paylaşımlar edən şagirdin evindən Azərbaycan bayrağı və hərbi ləvazimatlar çıxıb - VİDEO
Dünən, 08:35
Bakının yaratdığı yeni reallıq - GƏLİŞMƏ
Dünən, 08:20
Azərbaycan-Rusiya münasibətləri: Güllələnmiş “dostluq” - AKTUAL
Dünən, 08:16
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib? - ARAŞDIRMA
Dünən, 08:13
"Gül salonum var..."
Dünən, 08:09
"Son 25 ildə təhsilə dair açıq və nəticəli müzakirələr görmədik..." - MALƏSƏF...
Dünən, 08:05
Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib? - Nurgün Group dövlətə külli miqdarda borclandı
Dünən, 07:57
ABŞ-İran danışıqları irəliləsə də, Hörmüz boğazı ətrafında gərginlik qalmaqdadır - "Reuters"
Dünən, 07:39
Əli Əsədovun Mədəniyyət sarayını zəbt etməkliyi... - SƏN DEMƏ...
Dünən, 07:30
Fuad Nəcəfli HƏBS OLUNA BİLƏR... - İLGİNC
Dünən, 07:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru