Telekanallarda referendum təşviqatı ilə bağlı fantastik efir qiymətləri... - İTV-də təşviqatın 1 saatı 180 min manata...
Tarix: 31-08-2016, 09:01 | Çap et
 Azərbaycanda sentyabrın 26-da baş tutacaq referendumla bağlı təşviqat kampaniyasına bu həftənin şənbə günü, yəni sentyabrın 3-də start veriləcək. Təşviqatı referendum üzrə qeydə alınmış təşviqat qrupları apara bilər.
Televiziyalar da referendum təşviqatı ilə bağlı ödənişli efir vaxtlarının qiymətlərini müəyyən ediblər. Bu gün həmin rəqəmlər ictimaiyyətə açıqlanıb.
Lakin təşviqatın bir saniyəsinin qiyməti o qədər baha olub ki, sosial şəbəkələrdə tənqid və gülüş hədəfinə çevrilib. Belə ki, dövlət büdcəsindən maliyyələşən İctimai Televiziyada təşviqat kampaniyası aparmaq üçün praym-taymda efir vaxtının hər saniyəsinə görə qiymət 50 manat müəyyən edilib. Bu isə 10 dəqiqəlik efir vaxtı üçün 60 min manat ödəmək anlamına gəlir.
Bu rəqəmlər ictimaiyyət nümayəndələri tərəfindən narazılıqla qarşılanıb.
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli musavat.com-a açıqlamasında bildirib ki, qeyd olunan rəqəmlər heç bir məntiqə sığmır və televiziyaların təşviqat prosesində iştirak etmək istəməməsi anlamına gəlir: “Təəssüf ki, qanunvericilikdə televiziya efirində siyasi təşviqatın qiyməti ilə bağlı konkret limit tətbiq edilməyib. Biz vaxtilə bununla bağlı dəfələrlə müraciət etdik. Milli Məclis səviyyəsində təkliflər də verdik ki, bu məbləğin konkret limiti olmalıdır. Siyasi təşviqat, kommersiya reklamı və ya əmtəə materialı satmaq deyil. Bu, həm də demokratiya, plüralizm üçün vacib bir məqamdır ki, insanların referendumda müzakirəyə çıxarılan məsələlərlə bağlı daha geniş məlumat almaları təmin olunsun. İndiki halda təşviqatla bağlı qanunvericilikdə konkret limit yoxdur. Televiziyalar siyasi plüralizmi təmin etməkdən daha çox, alternativ fikirləri göstərməmək məqsədilə çox yüksək qiymətlər müəyyən edirlər. Mən belə başa düşdüm ki, televiziyalar bu təşviqat prosesindən gələn gəlirdə maraqlı deyillər. Çünki siyasi baxımdan azad deyillər. Amma buna baxmayaraq, qiymətlər çox astronomikdir”.
Siyasi təşviqat üçün ödənişli efir vaxtının bir saatını hesablayan ekspert rəqəmlərin həddindən artıq yüksək olduğunu vurğulayıb: “İctimai Televiziyada təşviqatın 1 saniyəsi praym-taymda 50 manat müəyyən olunub. Bu, çox böyük bir məbləğ deməkdir. Təxmini hesablasaq, bir saatda 3600 saniyə var və biz 3600-ü 50 manata vursaq, bu, bir saat üçün 180 min manat pul deməkdir. ATV-də də təxminən praym-taymda təşviqatın 1 saatı 90-95 min manata başa gəlir. Yalınız Lider TV bununla bağlı ucuz qiymət müəyyən edib. Onun 1 saat üçün qiyməti təxminən 4800 manat, bazar günüdürsə, təxminən 6000 manat müəyyən olunub. Azərbaycan reallığında minimum əmək haqqını, bu televiziyaların vergi ödəmələri nəticəsində formalaşan büdcədən aldıqları dotasiyaları düşündükdə həddindən artıq astronomik rəqəmlərdir. Mütləq bununla bağlı tənzimləmə aparılmalıdır. Seçki Məcəlləsində, digər qanunlarda bununla bağlı dəyişiklik edilməlidir. ABŞ seçkilərində belə bir şərt var ki, seçkilərdə ən yuxarı hədd ən aşağı kommersiya reklamının dəyərindən yüksək ola bilməz. Əgər ən ucuz reklamın bir dəqiqəsi 300 dollardırsa, o zaman siyasi reklamın praym-taymdakı ən yüksək həddi 300 dollar ola bilər. Bu cür limit qoyulub. Bu limit siyasi reklam üçün kommersiya reklamının ən aşağı qiymətinin altında müəyyən olunub. Bizim kommersiya reklamları o qədər də baha olmasa da, siyasi reklamlar dəfələrlə bundan yüksəkdir”.
Ödənişsiz efir vaxtının verilməsinə gəlincə, Ə.Məmmədli bildirdi ki, qanuna görə, İctimai Televiziya istər seçkilərdə, istərsə də referendumda ödənişsiz efir vaxtı vermək məcburiyyətindədir: “Televiziya və radioda ümumi olaraq həftə ərazində 6 saata qədər vaxt ayrılmalıdır. Onlar bununla bağlı vaxtı müəyyən edib, MSK-ya göndəriblər. Televiziyada yəqin ki, həftəlik ən azı 3 saat ödənişsiz vaxt verilmiş olacaq”.
Məsələ ilə bağlı İTV rəhbərliyinin mövqeyini öyrənməyə çalışsaq da, mətbuat xidməti zənglərimizə cavab vermədi. İTV-də baş tutan seçki debatlarının moderatoru olan Anar Yusifoğlu isə bu haqda açıqlama vermək səlahiyyətinin olmadığını bildirdi.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35 |
|
|
|
| • Vaqif Axundova ağır itki
Bu gün, 08:33 |
|
|
|
| • Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29 |
|
|
|
| • Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28 |
|
|
|
| • Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
| • Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06 |
|
|
|
| • Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03 |
|
|
|
| • Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02 |
|
|
|
| • Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37 |
|
|
|
| • Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34 |
|
|
|
| • Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23 |
|
|
|
| • İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21 |
|
|
|
| • "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10 |
|
|
|
| • "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03 |
|
|
|
| • Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58 |
|
|
|
| • İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51 |
|
|
|
| • Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35 |
|
|
|
| • Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20 |
|
|
|
| • İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03 |
|
|
|
| • Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00 |
|
|
|
| • Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45 |
|
|
|
| • Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40 |
|
|
|
| • Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38 |
|
|
|
| • “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35 |
|
|
|
| • Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32 |
|
|
|
| • Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27 |
|
|
|
| • Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19 |
|
|
|
| • "Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17 |
|
|
|
| • "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10 |
|
|
|
| • Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07 |
|
|
|
| • Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05 |
|
|
|
| • Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03 |
|
|
|
| • “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57 |
|
|
|
| • AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54 |
|
|
|
| • ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47 |
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03 |
|
|
|
|