Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                 

“Səfirlərdən əmr gözləyirlər”
Tarix: 8-09-2016, 09:19 | Çap et
“Səfirlərdən əmr gözləyirlər”
Azərbaycanda sivil siyasi mübarizə aparmaq gücündə olmayan, xalqın etibarını itirdiyinə görə bütün seçkilərdə biabırçı şəkildə məğlub olan radikal müxalifət yenidən "ənənəvi” taktikaya üstünlük verib. Belə ki, ictimai rəyə təsir etmək gücündə olmayan, sosial bazası dağılmış partiyalar və onların "liderləri” referendum öncəsi yenidən ölkədaxili vəziyyəti gərginləşdirməyə, daxili sabitliyi pozmağa cəhd edirlər. Mediada yayılan məlumatlardan belə məlum olur ki, bu işdə onlara xarici ölkələrin Azərbaycandakı səfirliklərindən bir neçəsi də yardım göstərməkdədir. Xüsusən də ABŞ, Böyük Britaniya və Fransanın ölkəmizdəki səfirləri, eləcə də Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, Milli Şura sədri Cəmil Həsənli, jurnalist Xədicə İsmayıl, "Ümid” partiyasının funksionerləri Ənvər Ağazadə və Elmar Abbaszadə, REAL təşkilatının fəalları Rəsul Cəfərov, Azər Qasımlı və Erkin Qədirli, NİDA fəalı Turqut Qəmbər və başqaları ilə müxtəlif vaxtlarda görüşlər keçiriblər. Məhz bu qapalı görüşlərdən, məsləhət-məşvərətlərdən sonra əvvəlcə AXCP və Milli Şura, ardınca isə Müsavat Partiyası mitinq təyin edib, əhalini siyasi hakimiyyətə qarşı çıxmağa, etiraz etməyə səsləyib.

Budəfəki mitinqlərin də digərləri kimi əhəmiyyətsiz olacağı, vətəndaş cəmiyyəti, ölkə əhalisi tərəfindən dəstəklənməyəcəyi gün kimi aydındır. Lakin burada diqqət çəkən başqa bir məqam var. Görəsən niyə bizim müxalifət partiyaları hər hansı bir aksiya təyin edərkən həmişə xarici ölkə səfirləri ilə görüşürlər. Mövzu ilə əlaqədar fikirlərini "Kaspi”yə bölüşən Demokratik Maarifçilik Partiyasının (DMP) sədri, millət vəkili Elşən Musayev Azərbaycanın radikal müxalifətinin bu gün də hər zamankı ampluasında olduğunu təəssüflə qeyd edib. Bildirib ki, onlar yenə hansısa səfirlikdə quyruq bulayıb, çətir tutub, yedək funksiyasını icra edirlər: "Ayıbdır, gerçəkdən! Ayıbdır ki, xalqla son 10 il ərzində 10 dəqiqəlik təmas qurmayasan, amma səsin həftə səkkiz-mən doqquz Amerika, Fransa, Böyük Britaniya səfirliklərindən gəlsin. Ayıbdır ki, bu millətin sözü, fikri, qayğısı sənin üçün heç ola, amma oturub hansısa missionerdən mitinq təlimatı gözləyəsən”.

Deputat deyib ki, ölkənin yaxın dönəm üçün ən böyük siyasi hadisəsi - 26 sentyabrda keçiriləcək Referendum olsa da, özünü ana müxalifət adlandıran kəsim heç təşviqat qrupu belə yaratmağa cəhd göstərməyib, MSK-dan Müsavat Partiyası kimi yalandan da olsa sənədlər belə götürməyib: "Çünki, bu radikallar öz kəramətlərinə bələd idilər, bilirdilər ki 40 min deyil, heç 400 seçici səsi də yığa bilməzlər. Yaxşı bəs indi nə oldu? Mitinq qərarı haradan çıxdı? Həm də belə qəfil və səfirliklərdəki, Avropa İttifaqının Bakı ofisindəki gəzintilərdən dərhal sonra... Demək ki, təlimat, maliyyə dəstəyi alıblar. Hər halda Əli Kərimli kimi anti-milli ünsür, siyasət buqələmunu mitinq qərarı veribsə, bu qərar "ağaları belə istəyib” anlamına gəlməlidir. Ya da olsun Cəmil Həsənli və Arif Hacılı kimi yedəklər. Hamısı eyni astarın tərs üzüdür. Hamısı milli maraqları satmaq, iğtişaş yaratmaq üçün əmr növbəsi gözləyirlər”.

Millət vəkili Sahib Alıyev də mövzuya münasibət açıqlayarkən bildirib ki, 5-ci kolon təmsilçilərinin avqustun ikinci yarısında Amerika, Böyük Britaniya və Fransa səfirliklərinə çağırılmalarının, onlarla görüşə üstünlük verilməsinin səbəbi hər kəsə gün kimi aydındır. Onun sözlərinə görə, bu şəxslər Azərbaycandakı "hizmətçilər”, yəni xidmətçilərdir və hər bir əmri yerinə yetirməyə hazırdırlar: "Həmin ölkələrdəki bəlli çevrələrin bizdən nə istədikləri sirr deyil. Ölkəmizin ən yaxşı halda Ukraynaya çevrilməsini arzulayırlar. İstəkləri budur ki, təkcə açıq və gizli dəstək verdikləri Ermənistanla deyil, bütün qonşularla, özəlliklə də Rusiya ilə düşmən olaq, regionda hamı bir-birinə dəysin. Həmçinin, Yaxın Şərqdəki xaos bura da sıçrasın, necə ki, Türkiyəyə sıçradırlar. Guya müttəfiqlik etdikləri Türkiyəyə qarşı hansı addımlar atdıqlarını, nələrə getdiklərini görmürükmü? Türk xalqı sinəsini sipər edib ayağa qalxmasa idi, bu ölkənin başına nələr gətirməyəcəkdi həmin "müttəfiq” olanlar? İndi də bizdəki xidmətçilərini səfirliklərə dəvət edib təlimatlandırır, burada da qarışıqlıq yaratmağa çalışırlar. Ancaq alınmayacaq və alınmayacağını özləri də yaxşı bilirlər. Bilirsiniz nədən? Xidmətçilərlə görüşün necə keçirildiyinə diqqət yetirsəniz bəlli olacaq. Demək, Böyük Britaniya səfiri avqustun 25-də parçalanmış Müsavat Partiyasının başqanı Arif Hacılıyla görüşür. O, səfirliyi tərk etdikdən sonra isə İsa Qəmbərin oğulu Turqut Qəmbər ora dəvət edilir. Avqustun 23-də Əli Kərimli və Cəmil Həsənli Amerika səfirliyinə birgə gedirlər. Sabahı günü isə Cəmil Həsənli ora tək çağırılır. Fikir verin, guya bir yerdə olduqları zənn edilənlərlə belə, həm də ayrı-ayrılıqda görüşürlər. Sual olunur niyə? Ona görə ki, xidmətçilərinin başıpozuqluğunu, bir-birilərinə maliyyə fırıldağı gəldiklərini, aralarında "hoca əfəndi”nin olmadığını yaxşı bilirlər. Beləliklə də, "hoca əfəndiliyi” öz üzərlərinə götürərək, xidmətçiləri hərəkətə gətirməyin indi də bu yolunu sınaqdan keçirirlər. Bunların əməkdaşlıq modeli belədir: Pozuculuq fəaliyyətinin effektliliyini artırmaq üçün indi bir neçə səfirlik birləşib "hoca əfəndi” rolunda çıxış edir, səfirlər də "imam” funksiyasını yerinə yetirirlər. Xidmətçilər də ki, hər kəsə bəllidir. Bir daha adlarını deməyə ehtiyac varmı?”.

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə hesab edir ki, xarici ölkə səfirlərinin Azərbaycanın daxili işlərinə müdaxilə etməsi, həmçinin müxalifətin radikal qanadı ilə gizli görüşlər keçirməsi, onları təlimatlandırması yolverilməzdir, beynəlxalq konvensiyalara ziddir: "Bu, ciddi qanun pozuntusudur. Xarici ölkə diplomatlarının missiyası mövcud olduqları ölkələrdə müxalifətlə əlaqə yaradıb onlara təşkilati, ideoloji və maddi baxımdan köməklik göstərmək deyil. Xarici diplomatların fəaliyyət göstərdikləri ölkələrdə müxalifətin arxasında dayanması, onların himayədarına çevrilməsi diplomatik qaydalara, beynəlxalq konvensiyalara ziddir. Hətta ölkə vətəndaşları da xarici dövlətlərin səfirliklərinə müraciət edir, onların himayəsi altına fəaliyyət göstərirlərsə, həmin şəxslər də Azərbaycan qanunlarını kobud şəkildə pozurlar. Əslində bu, Azərbaycanın dövlət maraqlarının xarici səfirliklərə satılması deməkdir. Çünki, hər bir dövlətin özünün maraqları var. Ayrı-ayrı ölkələrdə bu maraqlar ciddi xarakter daşıya bilir. Nəzərə almaq gərəkdir ki, bu gün Azərbaycan beynəlxalq güclərin maraqlarının və mənafelərinin toqquşduğu ən ciddi ölkələrdən biridir. Radikal müxalifət təmsilçilərinin həmin gücləri təmsil edən ölkələrin səfirləri ilə görüşməsi mahiyyət etibarilə bu dövlətlərin strateji maraqlarına xidmət edir. Bu da birmənalı şəkildə Azərbaycanın milli maraqlarına ziddir. Ona görə də radikal müxalifət liderlərinin xarici ölkə səfirləri ilə əməkdaşlıq etməsi Azərbaycanda ciddi qanun pozuntusu kimi qeydə alınmalıdır. Buna son qoymaq üçün ciddi addımlar atılmalıdır”.

Millət vəkili deyib ki, radikal müxalifəti canlandıran, yaşadan, qidalandıran bir sıra dövlətlərin xüsusi-xidmət orqanlarıdır. Deputatın sözlərinə görə, həmin xüsusi-xidmət orqanları mənsub olduqları ölkələrin maraqlarını yerinə yetirmək üçün Azərbaycanda zəif hakimiyyətin olmasında maraqlıdırlar: "Lakin onların bu planı baş tutmayacaq. Çünki, Azərbaycanda bunun üçün zəmin, şərait yoxdur. Əvvəla ona görə ki, radikal müxalifətin Azərbaycan cəmiyyətində nüfuzu, ictimai rəyə təsir imkanı yoxdur. Əksinə olaraq, iqtidarla xalq arasında möhkəm bağlılıq var, Azərbaycan prezidenti, onun həyata keçirdiyi daxili və xarici siyasət ölkə əhalisinin mütləq əksəriyyəti tərəfindən dəstəklənir. Ona görə də həm xaricdəki, həm də daxildəki anti-Azərbaycan, antimilli qüvvələrin nəyəsə nail olması qeyri-mümkündür. Azərbaycan demokratik bir ölkədir. Azərbaycan Konstitusiyasına görə, ölkənin hər bir vətəndaşı, eləcə də hər bir siyasi partiya bu və ya digər məsələyə öz münasibətini açıqlamaq, etirazını çatdırmaq hüququna malikdir. Bu baxımdan, əgər radikal müxalifət hər hansı hadisəyə, məsələyə azad şəkildə müxalif münasibət bildirmək, mitinq keçirmək istəyirsə, bu, onların hüququdur. Amma onlar bu hüquqdan məhz xarici ölkələrin Azərbaycandakı səfirlərinin təlimatı, məsləhəti, himayəsi və hərtərəfli yardımı ilə yararlanmaq istəyirlərsə, artıq bunun bir adı var: satqınçılıq və milli xəyanət!”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru