"İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                     AAYDA-da MAAŞ PROBLEMİ... .....                     İran raketləri belə istehsal edir və qoruyur .....                     Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim .....                     Yaponiya hərbi gücünü ARTIRIR... .....                     AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi .....                     Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı .....                     “Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA .....                     Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar .....                     İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib .....                     “Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü .....                     “VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? .....                     Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər .....                     İranın məhkəmə sisteminin rəisi əmr verdi: .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı .....                     Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir .....                     Dünyanın ən hündür 20 binası açıqlandı .....                     İranın “sülh təklifi”, Tramp söylədiyi risklər .....                     Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq .....                     Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir .....                     Rusiyada Ermənistanın mineral suyu qadağan olundu .....                     Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                 

"Sancaqdır, muncuqdur, meydandır, ”vsetka"dır nədir, bilmirəm, orada insanlar təhqir olunacaqlar, biz də susacağıq?" - deputat
Tarix: 8-10-2016, 07:56 | Çap et
"Sancaqdır, muncuqdur, meydandır, ”vsetka"dır nədir, bilmirəm, orada insanlar təhqir olunacaqlar, biz də susacağıq?"
Milli Məclisin deputatı, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı parlamentin son iclasındakı çıxışına görə sərt tənqidlərə məruz qalır. Xanım deputatın internet televiziyaları barədəki sözləri sosial şəbəkələrin və mətbuatın müzakirə mövzularından birinə çevrilib.

M.İbrahimqızı təklif edib ki, internet televiziyalarının fəaliyyəti barədə qanun qəbul olunmalı və onların fəaliyyəti bu qanunla tənzimlənməlidir.

Oktyabrın 6-da internet media ilə bağlı keçirilən dəyirmi masada çıxış edən M.İbrahimqızı yenə də bu mövzuda sərt danışıb. Deputat sosial şəbəkələrdə və bütünlükdə internetdə nəşrlərə nəzarət tətbiq etməyə çağırıb: “İnsanlar mətbuatda sərhədi aşan, əxlaqımıza uyğun olmayan fikirlərdən beziblər. Təhqiramiz sözləri görəndə dəhşətə gəldim, görəsən biz beləyikmi? Dövlət atributlarımız haqda ağıllarına gələni yazırlar. İnsan hüquqlarının nə olduğunu bilməyən insanlar təhqiramiz fikirlərlə ziyalılarımızı cəmiyyətdə gözdən salmağa çalışırlar. Bunun qarşısı alınmasa, proses sürətlənə bilər”.

M.İbrahimqızı internetdə nəşrlərə nəzarət üçün xüsusi monitorinq qrupunun yaradılmasını da təklif edib. Bu fikirlərindən sonra o, yenə də tənqid obyektinə çevrilib. Xüsusilə, facebookda xanım deputat daha çox tənqid olunur.

Barəsində sərt tənqidlərlə bağlı M.İbrahimqızının mövqeyini aldıq. YAP-çı deputat nəzarət deyəndə senzuranı nəzərdə tutmadığını söylədi: “Küçə sözlərindən istifadə olunanda, mənəviyyatımıza zidd şəkillər qoyulanda buna etirazımı bildirirəm. Düşünürəm ki, kimsə əxlaqsız fikirlər səsləndirirsə, onun mənəviyyatı odur. İnsan insanla niyə təhqirlə danışmalıdır? Bu fikirlərim təkcə jurnalistlərə deyil, istənilən şəxsə aiddir. Bütün cəmiyyətlərdə əxlaqında belə problemi olan şəxslər var. Onları tərbiyələndirmək fikrimiz yoxdur. Belə insanlar tarix boyu olub, indi də var, bundan sonra da olacaq. Burada söhbət ziyalıdan, jurnalistdən, cəmiyyətdə tanınan şəxsdən gedir”.

Xanım deputat onu təhqir edənlərə sərt cavab verdi: “Tənqid nə qədər istəyirlər etsinlər. Bacarıqsız, qabiliyyətsiz yazsınlar, buna heç zaman etiraz etmərəm. Bəlkə məni o cür tanıyırlar. Ola bilər ki, özümü düzgün tanıda bilməmişəm. Amma parlamentdəki çıxışımdan sonra paylaşılan şəkilləri görəndə dəhşətə gəldim. Onlar evdə ailələri ilə də o tərzdə davranırlar? Mənim 30-40 yaşım olsaydı, bəlkə də bu məsələlərdə bu qədər danışmazdım. Onların mənəviyyatsız hərəkətlərinə münasibət bildirməzdim. Mənim 58 yaşım var, nənəyəm. Öz övladlarım yaşında olan şəxslərə qarşı fikir bildirməyə haqqım çatır. Bizim minlərlə insanlarımız sosial şəbəkələri, həmin saytları izləyirlər. Elə şəkillər görmələri onların mənəviyyatına təsir edə bilər. Bu baxımdan normaların olmasını vacib saydım. Biz harada yaşayırıq ki, belə hallarla üzləşirik. Əlinə qələm alan şəxs ziyalı, məmur sayılırsa, belə şəxslər hərəkətlərinə diqqət etməlidirlər. İndiyə qədər mətbuatla heç bir problemim olmayıb. Niyə də olmalıdır? Bizim fəaliyyətimizi sizlər qiymətləndirir, cəmiyyətə çatdırırsız. Sizlər olmasaydı, bizləri heç kim tanımazdı. Məni kimlər tanıyırsa, mətbuatın vasitəsilə tanıyırlar. Amma ogünkü çıxışımdan sonra bəzi mətbuat orqanları barəmdə olmazın sözlərini yazdılar, sosial şəbəkələrdə təhqir olundum.

Bunları sübut etmək üçün əlimdə screenlər var. Onları məhkəməyə də verə bilərəm, şərəf və ləyaqətimin pozulması ilə bağlı. Amma yenə də bunu vicdanıma buraxıram. İşlətdikləri ifadələr bizlərə yapışmır, ən yumşaq halda bu fikirləri işlədən şəxslər qınaq obyekti olurlar. Kim deyir ki, tənqid etməyin? Edin, amma normaları keçməyin. Mətbuat cəmiyyətin işığıdır, hamımızın buna ehtiyacımız var. Məlumatları mediadan alırıq, qısa zamanda dünyada və ölkədə gedən proseslərdən bunun vasitəsilə məlumat tuturuq. Sosial şəbəkələr, internet əsrində yaşayırıq. Təsəvvür edin ki, həmin şəxslərin instagram səhifələri bundan da dəhşətlidir. Mən Azərbaycan qadınıyam, bu ölkənin ziyalısıyam. Belə hallara göz yummamalıyıq? Bu əsla olmaz. Bir mətbuatdan xahiş edəcəm ki, onların paylaşdıqları fotoları, yazdıqları statusları dərc etsinlər. O zaman hər kəs görəcək ki, heç bir əxlaqlı insan belə şeylərdən istifadə etməz. İnsanların şəxsi həyatının toxunulmazlığı var. Elə şəxslər üçün mənəviyyat, dəyərlər yoxdur. Onların təhqirlərindən sonra yüzlərlə insanlar zəng edib, dəstək olduqlarını bildirdilər. Artıq onlar sərhədi keçiblər. İş o yerə çatıb ki, küçə söyüşlərini bu şəxslər adi sözlər kimi qarşılayırlar”.

YAP funksioneri internet televiziyalarının fəaliyyətləri ilə bağlı təkliflərinin təhqirlərə məruz qalmasından sonra qaynaqlanmadığını da qeyd etdi: “Bu qətiyyən elə deyil. Əgər belə olsaydı, heç danışmazdım. Deyərdim ki, məni təhqir etmirlər, mənəviyyatıma toxunmurlar. Buna görə də nəyimə gərəkdir. Sancaqdır, muncuqdur, meydandır, ”vsetka"dır nədir, bilmirəm, orada insanlar təhqir olunacaqlar, biz də susacağıq? On minlərlə izləyiciləri var, utanmırlar. Bunlara ana-bacılarımız baxırlar. Öz ailələrində həmin fotolardan, sözlər istifadə edirlər? İmzalarına hörmət etdiyimiz çoxsaylı jurnalistlər var. İndi bunları həmin jurnalistlərlə eyniləşdirək? İşlərim kifayət qədər çoxdur. Amma belə hallara göz yuma bilmərəm. Nizami Gəncəvi, Səməd Vurğun, Üzeyir Hacıbəyov və digər bu kimi tarixi şəxsiyyətlərimizdən yazırlar. Demək bunların məqsədi Azərbaycanın dəyərlərini məhv etməkdir. Bunlar milli mənəvi dəyərlərimizə terrordur".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
“VATA” MMC 5 gündə necə 6 tenderin qalibi olub? - ARAŞDIRMA
Bu gün, 11:09
Azərbaycanla Ermənistan arasında yeni gərginlik yaratmaq istəyirlər - deputat
Bu gün, 11:05
İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər
Bu gün, 10:59
Azərbaycan şirkəti nizamnamə kapitalını 21.1 milyon manat azaltdı
Bu gün, 10:47
Uzaqdakı sülh, kövrək atəşkəs və: tərəflər güzəştə getmək istəmir - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
Dünyanın ən hündür 20 binası açıqlandı - SİYAHI
Bu gün, 10:41
İranın “sülh təklifi”, Tramp söylədiyi risklər – "Müharibə bitmir, VAXT QAZANILIR"
Bu gün, 10:35
Naxçıvanda linqvistik tərəqqi: Axır ki, Ali Məslisin sədrini anlayan biri olacaq - REPLİKA
Bu gün, 10:25
Rusiyalı oliqarx erməniləri türklərə qarşı nifrətə təşviq edir - Hayk Koncoryan
Bu gün, 10:22
Rusiyada Ermənistanın mineral suyu qadağan olundu
Bu gün, 10:20
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru