Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                     Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... .....                     İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK .....                     "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... .....                     "Nə edim? Necə edim? Kimə deyim?" .....                     "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                 

"Bilinmir ki, Azərbaycandasan, yoxsa Avropada" - deputat
Tarix: 7-11-2018, 08:35 | Çap et
"Bilinmir ki, Azərbaycandasan, yoxsa Avropada"
Azərbaycan prezidenti İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı Azərbaycan dilinin saflığının qorunmasının vacibliyi məsələsinə də yer ayırıb. Prezident bildirib ki, muğam bizim milli sənətimizdir, milli sərvətimizdir: “Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Mən bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fərman imzalamışam. Buna ehtiyac var, mən bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır”.

Ölkə başçısının dövlət dilinin qorunması məsələsinə bir daha toxunması cəmiyyətdə və mediada müsbət qarşılanır və dəstəklənir.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması, dövlət dili səviyyəsində işlədilməsinə daim diqqət və qayğı göstərir, dəfələrlə bununla bağlı çox mühüm fərmanlar verib, dövlət proqramları, sərəncamlar imzalayıb: “Doğrudan da Azərbaycan müstəqillik dövrünə qədəm qoyduqdan sonra dünyaya açılıb. Əgər sovet dövründə biz yalnız Rusiya vasitəsilə dünya ilə əlaqə saxlayırdıqsa və dilimizə ən çox rus dilinin təsiri var idisə, dilimizdə ən çox işlənən terminlər Rusiyadan gəlmə terminlər idisə, bu gün Azərbaycan dünyaya açıqdır. Dünyanın yüzlərlə dövləti ilə ünsiyyət qurulub və hər birindən müxtəlif sözlər, terminlər eşidirik, işlədirik. Ona görə hər kəs ana dilinin qorunmasına çalışmalıdır. Əlbəttə, dil daim inkişaf etməlidir, müxtəlif terminlərlə zənginləşməlidir. Amma bu, ana dilinə əcnəbi sözlərin daxil olması hesabına olmamalıdır. Çox təəssüf ki, bu sahədə müəyyən problemlər görürük. Cənab prezident də məhz problemlərin aradan qaldırılması üçün bu məsələyə çıxışında xüsusi yer ayırıb. Əcnəbi dil bilmək yaxşıdır. Ancaq əcnəbi dildəki sözləri götürüb ana dilimizə qatmaq və dilimizi korlamaq olmaz. Bakının bir sıra küçələrindəki reklamlara baxanda bilmir ki, Azərbaycandasan, yoxsa Avropada. Baxmayaraq ki, reklamlarda Azərbaycan dilindən kənara çıxmaq qanunda qadağan olunub, amma yenə də əcnəbi sözlərdən ibarət reklamlar şəhəri bürüyüb. Bəzən kütləvi informasiya vasitələrində də ana dilimizə kənar sözlərin daxil edildiyi müşahidə olunur. O cümlədən telekanalarda bu məsələdə durum yaxşı deyil. Televiziyada danışılanlar, işlədilən sözlər bir çox insanlarda ana dilimizin məhz bu olduğu rəyini yaradır. Beləliklə, Azərbaycan dilinin çirklənməsi baş verir. Çayxana söhbətləri, bazar söhbətləri, səviyyəsiz adamların işlətdiyi ifadələr baş alıb gedir. Adam ekrana baxmaq, dinləmək istəmir. Cənab prezidentimizin ana dilimizlə bağlı söylədikləri qeyd etdiyim sahələrdə çalışanlar və həmin sahələrin rəhbərləri tərəfindən nəzərə alınmalıdır. Müşahidə olunan qüsurlar aradan qaldırılmalıdır”.

Baş redaktor qeyd etdi ki, prezidentin Azərbaycan dilinin saflığına, qorunmasına xüsusi diqqət ayırdığını hər birimiz öz işimizdə unutmamalıyıq: “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması məqsədilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması barədə prezident İlham Əliyevin fərman verməsi dövlət başçısının bu məsələyə nə dərəcədə mühüm əhəmiyyət verdiyini əyani göstərir. Monitorinq Mərkəzində təcrübəli mütəxəssislər çalışacaq və Azərbaycan dilinin qorunmasına dövlət nəzarəti ciddiləşəcək, monitorinqlər keçirəcəklər. Ana dilimizi hər birimiz qorumalıyıq. Dilə sevginin əlamətlərindən biri də onu yad və lazımsız ifadələrdən qorumaqdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru