Rusiya-Ermənistan münasibətləri tarixdə heç vaxt olmadığı qədər korlanıb - deputat
Tarix: 24-11-2018, 10:47 | Çap et
 Siyasi proseslər elə istiqamətdə inkişaf edir ki, Rusiya-Ermənistan münasibətləri tarixdə heç vaxt olmadığı qədər korlanıb. Bunu Trend-ə millət vəkili Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, dünənə qədər Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə hədələyən Ermənistanda bu gün həmin təşkilata üzvlükdən imtina etmək barədə fikirlər səsləndirilir:
"Bəs, görəsən, birdən-birə nə baş verdi ki, Ermənistanın mövqeyində belə radikal dəyişiklik meydana çıxdı. Əvvəla qeyd etmək lazımdır ki, idmanda olduğu kimi, diplomatiyada da rəqibin gücündən özünə qarşı istifadəetmə metodları var. Azərbaycan uzun illərdir həyata keçirdiyi prinsipial və ardıcıl xarici siyasəti sayəsində işğalçı Ermənistana arxa olan, yaxud onu bu və ya digər səviyyədə dəstəkləyən ölkələrlə münasibətləri elə səviyyəyə qaldırdı ki, Ermənistanın özünə arxa hesab etdiyi ayrı-ayrı ölkələr və regional təşkilatlar artıq bu gün onu dəstəkləmirlər. Doğrudur, Cənubi Qafqazda son iki əsrdə formalaşan olduqca həssas geosiyasi tarazlığı dəyişmək çox çətin olsa da, nəhayət, son bir neçə ildə Azərbaycan buna xeyli dərəcədə müvəffəq oldu".
Millət vəkili vurğulayıb ki, 2016-cı il Aprel döyüşləri əslində Cənubi Qafqazda baş verə biləcək yeni geosiyasi reallığın başlanğıcı idi: "Artıq bu dəfə son iki yüz ildə ilk belə hal idi ki, Azərbaycan hərbi-siyasi reallığı dəyişdirmək üçün diktə edən tərəfə çevrilirdi. Elə bundan sonra da Ermənistanda eyforiya dövrü başa çatdı və yeni siyasi reallıqlar yaranmağa başladı. Hazırda reallıq ondan ibarətdir ki, işğalçı ölkə siyasi müvazinətini itirib və söykənmək üçün sabit dayaq nöqtəsi tapa bilmir. Ona görə də tez-tez səhvlərə yol verir. Dolayısilə Azəbaycan tərəfindən hər gün bir az daha çox küncə sıxışdırılır".
O qeyd edib ki, bir müddət öncəyə qədər sadəcə Azərbaycan tərəfindən küçə siyasətçisi kimi qiymətləndirilən Paşinyan və onun küçə demokratiyası artıq Ermənistanın KTMT-də müttəfiq olduğu ölkələr tərəfindən də belə qiymətləndirilir:
"Əlbəttə, bu regional təşkilatın adı və nüfuzu ilk növbədə Rusiya Federasiyası ilə bağlıdır və elə Ermənistanın bir dövlət kimi meydana gəlməsi də bu ölkənin tarixin müxtəlif dövrlərində qəbul etdiyi siyasi qərarlar nəticəsində meydana çıxan reallıqdır. Ancaq hazırda siyasi proseslər elə istiqamətdə inkişaf edir ki, iki ölkə arasında münasibətlər tarixdə heç vaxt olmadığı qədər korlanıb. Bu, olduqca əhəmiyyətli məsələdir. Ona görə ki, regionumuzda siyasi gerçəklikləri dizayn edən güc mərkəzlərinin tarixi şəraiti və Azərbaycanın yerini və rolunu soyuqqanlı, qeyri-emosional və obyektiv qiymətləndirmələri üçün şərait yaranıb".
Deputat əlavə edib ki, bu tarixi fürsət həm də Rusiya-Azərbaycan münasibətlərində tamamilə yeni bir səhifə açmaq imkanları yaradıb: "Onsuz da Rusiya ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsində qiymətləndirilir, amma hər iki ölkənin təhlükəsizliyinin təmin olunması baxımından hələ də realizə olunmamış olduqca böyük potensiala malik geosiyasi resurslar var. Bunun baş tutması üçün isə ilk növbədə regionda işğal faktına son qoyulmalıdır. Bu, bütün region dövlətlərinin siyasi və iqtisadi təhlükəsizliyi baxımından vacibdir. Hazırda Azərbaycanın həyata keçirdiyi xarici siyasət də buna xidmət edir. Ermənistan isə hər gün daha çox dalana sıxışdırılmaqla geosiyasi proseslərin əhəmiyyətsiz aktoruna çevrilir və heç kəs tərəfindən dəstəklənmir".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49 |
|
|
|
| • AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40 |
|
|
|
| • Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21 |
|
|
|
| • "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17 |
|
|
|
| • Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14 |
|
|
|
| • 6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11 |
|
|
|
| • "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09 |
|
|
|
| • Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04 |
|
|
|
| • Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01 |
|
|
|
| • “Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58 |
|
|
|
| • Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47 |
|
|
|
| • Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38 |
|
|
|
| • Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36 |
|
|
|
| • Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24 |
|
|
|
| • İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03 |
|
|
|
| • Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59 |
|
|
|
| • Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54 |
|
|
|
| • Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46 |
|
|
|
| • “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33 |
|
|
|
| • Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15 |
|
|
|
| • İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06 |
|
|
|
| • "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01 |
|
|
|
| • "Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56 |
|
|
|
| • "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48 |
|
|
|
| • “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42 |
|
|
|
| • Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35 |
|
|
|
| • Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30 |
|
|
|
| • “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00 |
|
|
|
| • Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58 |
|
|
|
| • 95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56 |
|
|
|
| • Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45 |
|
|
|
| • "Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43 |
|
|
|
| • Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41 |
|
|
|
| • Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38 |
|
|
|
| • Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32 |
|
|
|
| • Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26 |
|
|
|
| • Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20 |
|
|
|
| • Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08 |
|
|
|
| • Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06 |
|
|
|
| • Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00 |
|
|
|
| • Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58 |
|
|
|
| • Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56 |
|
|
|
| • “Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54 |
|
|
|
| • Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52 |
|
|
|
| • Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28 |
|
|
|
| • Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21 |
|
|
|
| • Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11 |
|
|
|
| • Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08 |
|
|
|
| • Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06 |
|
|
|
| • “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03 |
|
|
|
|