Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş .....                     "Buna ciddi ehtiyac var" .....                     Porno saytın təsisçisi həbs olundu .....                     Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU .....                     Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” .....                     İmişlidə başçının adamı İTTİHAM OLUNUR .....                     Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu .....                     Şəmkirdə bir ayın əsgəri həyatını itirdi .....                     Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? .....                     “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” .....                     Agentlik peyin almaq üçün tender keçirib .....                     İcazəsiz klinikaların SONU: .....                     Hər iki ölkədə sülhə qarşı çıxanlar var .....                     Zəngəzur dəhlizi açılır: .....                     Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb .....                     Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır .....                     Sənət adamları bu klublara azarkeşlik edirlər .....                     Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib .....                     Dron hücumu ilə NATO-ya mesaj: .....                     Rus politoloq sarsaqladı .....                     Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır .....                     Rusiyada benzin sürətlə bahalaşır .....                     Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür .....                     Deputat özünə yeni sayt yaratdı .....                     Suriyada Hizbullah üzvləri həbs olunub .....                     ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? .....                     "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" .....                     Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan .....                     "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" .....                     Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ .....                     Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: .....                     Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... .....                     Paşinyanın adamı Azərbaycana gəldi .....                     Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq .....                     Dövlətin strateji obyekti Azercell-ə verilir .....                     907-ci düzəliş birdəfəlik ləğv edilməlidir .....                     Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi .....                     Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür .....                     Sülh müqaviləsinə sayılı günlər qaldı .....                     Xaçmaz xəstəxanasında FACİƏ .....                 

“İnsanlarımızın ömrünü kəsən, dəhşətli xəstəliklər yaradan bu ərzaq mafiyasına qarşı...” - deputat
Tarix: 26-11-2018, 10:10 | Çap et
“İnsanlarımızın ömrünü kəsən, dəhşətli xəstəliklər yaradan bu ərzaq mafiyasına qarşı...”
Milli Məclis Nazirlər Kabinetinə büdcə zərfi ilə bağlı bir həftə vaxt versə də, sonradan bu müddət artırıldı. Beləliklə, 2019-cu ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi noyabrın 27-nə təyin olunub. Plenar iclaslarda aktiv iştirak edən və hökumət qarşısında bir sıra vacib məsələlərlə bağlı təşəbbüslər qaldıran AVP sədri, deputat Fəzail Ağamalı ilə söhbətimizdə büdcə müzakirələrindən danışdıq.

- Fəzail bəy, büdcə müzakirələrinin vaxtının dəyişdirilməsi bunu deməyə əsas verirmi ki, hökumət deputatların təkliflərinə daha ciddi yanaşıb və yeni tərkibli Nazirlər Kabineti fərqli layihə ilə parlamentə qayıdacaq?

- Mənə elə gəlir ki, sizin qənaətiniz düzgündür. Mən də elə fikirləşirəm. Biz bir neçə gün bundan öncə komitələr səviyyəsində bir daha müzakirələr apardıq və orda yenə də əlavə təkliflər səsləndi. Maliyyə Nazirliyinin rəsmisi məlumat verdi və belə bir fikir söylədi ki, millət vəkilləri 230-dan çox təkliflər irəli sürüblər. Bu təkliflər kifayət qədər ciddi, əhəmiyyət kəsb edən təkliflərdir. Ona görə də ekspertiza səviyyəsində, mütəxəssislər səviyyəsində, təbii ki, büdcəni hazırlayan peşəkarlar səviyyəsində həmin təkliflərin analizi gedir. Onların hansının daha aktual, daha ciddi əhəmiyyət kəsb etdiyi və büdcənin vermiş olduğu imkanlar daxilində həmin təkliflərin nəzərə alınacağı gözlənilir. Bu haqda isə parlamentin 27 noyabrda keçiriləcək plenar iclasında, ikinci oxunuşda maliyyə naziri cənab Samir Şərifov ətraflı məlumat verəcək.

- Siz büdcə müzakirələrində demoqrafik problemə diqqət çəkdiniz və doğum statistikasının ilbəil aşağı düşdüyünü deyib təcili tədbirlər görməyə çağırış etdiniz. Sosialyönümlü büdcədə bu problemlə bağlı təkliflərin nəzərə alınacağını güman edirsinizmi?

- Mən düşünürəm ki, bu, doğrudan da, peşəkarlıqla hazırlanmış, əslində islahatların dərinləşməsinə xidmət edən büdcədir. Mənə belə gəlir ki, 2019-cu ildə biz bunun konkret nəticələrini görəcəyik və növbəti illər üçün daha geniş meydan açılacaq və ciddi plasdarm kimi özünü təsdiq edəcək, mənim şübhəm yoxdur. Bununla bərabər təbii ki, orada hörmətli həmkarlarımın, eyni zamanda mənim də söyləmiş olduğum fikirlər var. İndi düşünürəm ki, təkliflərin içərisində əhali artımının azalması ilə bağlı əlimizdəki faktlar kifayət qədər ciddi faktlardır. Biz əhali azalmasının qarşısını hansı yollarlasa almalıyıq. Bunun qarşısını almaq üçün təbii ki, indiyə qədər fəaliyyətini kifayət qədər yaxşı quran Ailə, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi bundan sonra da işini daha geniş şəkildə qurmalı, bu məsələyə daha ciddi diqqət verməlidir ki, artımın azalmasının qarşısı alınsın. Siz əgər statistikaya fikir verdinizsə, 2011-ci ildən sonra böyük sürətlə azalma başlayıb. Yəni ildən-ilə azalma artıb. Bəzən deyirlər ki, bizdə ölümlə artım arasında o qədər böyük fərq yoxdur. Bu, çox yaxşıdır ki, ölüm həddi bizdə müəyyən dərəcədə yuxarıdadır. Lakin bu da son hədd deyil. Yeri gəlmişkən, ölkə prezidentinin çox önəmli addımlarından biri də Qida Təhlükəsizliyi Agentliyinin yaradılması oldu. Çünki Azərbaycana mənşəyi bilinməyən, kifayət qədər ciddi xəstəliklər yaradan qida məhsulları gəlir. Bunun qarşısını almaq üçün məncə, Qida Təhlükəsizliyi Agentliyi çox ciddi işlərə başlayıb, əhəmiyyətli addımlar atır. Mən onların prinsipial mövqeyini müdafiə edirəm, dəstəkləyirəm və ümidvaram ki, onlar daha ciddi şəkildə insanlarımızın ömrünü kəsən, dəhşətli xəstəliklər yaradan bu ərzaq mafiyasına qarşı mübarizəni davam etdirəcəklər. Bu məsələdə biz onlarla bərabərik, bu - birmənalıdır!

- Dediyiniz ərzaq mafiyası faktiki olaraq, insanların, sağlamlığına zərbə vuran fəaliyyətlə məşğuldursa, onlara qarşı cəzaların sərtləşdirilməsi məsələsi parlamentin gündəliyinə gələ bilərmi?

- Mənə belə gəlir ki, ölkə prezidenti bunun fərqindədir. Ona görə də Qida Təhlükəsizliyi Agentliyini yaratdı. Bu qurumun rəhbəri də çox prinsipial mövqe nümayiş etdirir. Məncə, ətrafına da sağlam insanları yığmalıdır. O adamlar ki, rüşvətə, korrupsiyaya öyrəniblər, onları heç nədən çəkinmədən uzaqlaşdırmalıdır və xalqın qayğısına qalan, saf düşüncəli, dövlətinə, ölkə prezidentinin xəttinə sədaqətli olan adamlardan komanda yaratmalıdır. O komandanın vasitəsilə həmin ərzaq mafiyasına qarşı təpki göstərə bilər. Əlbəttə ki, bununla bağlı məhz Qida Təhlükəsizliyi Agentliyi də konkret təkliflərlə çıxış etməlidir. Onların ünvanları dəqiqləşdirilib açıqlanmalıdır, şifrə ictimailəşdirilməlidir. Belə olan halda təbii ki, biz də Agentliklə bərabərik.

Mənə elə gəlir ki, buna ölkənin hüquq-mühafizə orqanları da biganə qalmayacaq və biz onlara qarşı sözün həqiqi mənasında müharibə elan etməliyik. Bu müharibədə Azərbaycan xalqının sağlamlığı əsas götürülərək onların fəaliyyətinə tamamilə son qoymalıyıq. Ehtiyac olarsa, təbii ki, onların haqqında cinayət işi də açmaq olar. Çünki əgər onların gətirdiyi qida məhsulları insanlarda onkoloji, ürək xəstəlikləri yaradırsa, bunun cəzası ağır olmalıdır. Hətta bətndə olan uşaqlar belə, xəstə doğulursa, mənə elə gəlir ki, bu, qidalanma və ekologiya ilə bağlıdır. Orada irsi amil də var. Amma məncə, bu halların böyük əksəriyyəti qidalanma ilə bağlıdır.

Yeri gəlmişkən, bunu da deyim: son dövrlər ekologiya nazirinin, bizim hörmətli həmkarımız Muxtar Babayevin sərt mövqeyi nəticəsində bu gün Bakını zəhərli tüstüyə bürüyən şadlıq evlərinin fəaliyyəti dayandırılır və onlara deyilir ki, buyurun, lazımi texnologiyanı gətirin, ekoloji fəlakət yaratmayın. Bu baxımdan çox önəmli addımlar atılır ki, alqışa layiqdir. Ancaq əgər o ərzaq mafiyası ki, xalqın faciəsi, xəstəliyi üzərində varidat qazanırsa, birinci, Allah onları bağışlamayacaq, bu - birmənalıdır. Özləri də olmasa, övladları çox ağır və acınacaqlı vəziyyətə düşəcək onların əməllərinə görə. İkinci də onlar üzə çıxarılmalı, belələrinə qarşı qəti mövqe ortalığa qoyulmalıdır. Hüquq-mühafizə orqanları da onlara qarşı ciddi addımlar atıb, cinayət işi açmalıdır ki, beləliklə, ölkəmizə idxal olunan zəhərli və insan səhhətinə ağır fəsadlar törədən həmin ərzaqların qarşısı alınsın.

- Fəzail bəy, siz və bir sıra həmkarlarınız uşaqlara müavinətlərin verilməsi təşəbbüsü ilə çıxış etdiniz. Necə bilirsiniz, hökumət bu təşəbbüslərə müsbət yanaşacaqmı?

- Nəzərə alsaq ki, bizdə ailə institutu xeyli zədələnib, aşılanmağa doğru gedir. Bəzən nikahdan kənar uşaqlar doğulur, ata deyilən şəxs qadını və uşağı tək qoyur, onları çox çətin duruma salır. Həmin qadınların da çoxunun savadı, peşəsi yoxdur, iş tapa bilmir. Belə vəziyyətdə Azərbaycan vətəndaşı olduqları üçün onların da himayəyə ehtiyacı var, ehtiyaclarının ödənilməsi zərurəti var. Odur ki, məncə, büdcə zərfini hazırlayan işçi qrupu bu məsələyə diqqət yönəldəcək və imkan daxilində uşaqlara maddi yardımın artırılması və eyni zamanda uzunmüddətli müavinətlərin verilməsi ilə bağlı ilk addımlar atılacaq. Mən buna ümidliyəm.

- Parlamentdə xalqın və dövlətin pullarını talayanların mülkləri hesabına şəhid ailələrinə çatacaq vəsaitlərin ödənilməsini təklif etmişdiniz. Bu, nə dərəcədə realdır? Ümumiyyətlə, söhbət adlarını çəkdiyiniz bir neçə şəxsdən gedir, yoxsa siyahı daha genişdir?

- Ümumiyyətlə, KİV-də, eyni zamanda, sizin qəzetin də səhifələrində vaxtilə ayrı-ayrı yüksək vəzifə tutanların təəssüf ki, işlədiyi dövrdə yox, sonradan varidatı üzə çıxır, ictimailəşdirir və qarşı tərəf bunu təkzib etmir. Eyni zamanda, bu məlumatı ötürəni məhkəməyə vermir. Deməli, çıxarılan nəticə bundan ibarətdir ki, KİV-dəki məlumatlar doğrudur. Əgər belədirsə, onda mən çox arzu edərdim, həm də xahiş edərdim ki, hüquq-mühafizə orqanları hərəkətə keçsin, adlarını çəkdiyim və çəkmədiyim adamların sadəcə, təsnifatı aparılsın. Onların varidatı haqqında bir araşdırma aparılsın. Əgər onlar həqiqətən zəhmətlə, əziyyətlə o pulları qazanıb bu varidata sahib olublarsa, halal xoşları olsun. Yox, əgər dövlətin, xalqın, bax, həmin uşaqların, əlillərin pulunu, bütün məmurların və vətəndaşlarımızın əmək haqqını oğurlayaraq o varidata sahib olublarsa, onlar, bəli, araşdırılıb üzə çıxarılmalı və müvafiq tədbirlər görülməlidir. Bu baxımdan təbii ki, mən Milli Məclisdə üzümü tutdum hüquq-mühafizə orqanlarına və eyni zamanda xahiş etdim ki, onlar bu məsələni araşdırsın və nəhayət, bu tendensiyaya son qoyulsun! Bundan sonra yəqin ki, mən Hesablama Palatasının hesabatında da məsələ qaldıracağam. Hesablama Palatası daha ciddi işləməlidir, faktları daha ciddi şəkildə üzə çıxarmalıdır və həmin faktlar birbaşa hüquq-mühafizə orqanlarına ünvanlanmalıdır. Etiraf etmək lazımdır ki, Hesablama Palatası son illər Hesablama Palatası və onun rəhbəri Vüqar müəllimin mövqeyini, təmizliyini qiymətləndiririk. Bilirəm ki, o, imkanları daxilində öz vəzifəsini uğurla yerinə yetirməkdədir.

Lakin bu, kifayət deyil. O, daha sərt mövqe nümayiş etdirməlidir. Çünki başqa forma yoxdur. Həmçinin o faktlar hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır ki, xalqın, dövlətin varidatını oğurlayan insanlar onu xalqa qaytarsın.

Baxın, ölkə prezidentinin, onun xalqa bağlı, təmiz imici olan, sədaqətlə dövlətinə və xalqına xidmət edən kadrlarının çətin əməyi nəticəsində ölkə inkişaf edir, varlanır. Onun içərisindən çıxan bir sıra məmurlar həm də onların əməyini mənimsəyərək xalqın varidatını oğurlayırlar. Bu, həm də ölkə prezidentinə, Azərbaycan xalqına və dövlətinə xəyanətin bir formasıdır, ayrı adı yoxdur. Buna görə ümidvaram ki, hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı hərəkətə keçib özünün sərt mövqeyini ortalığa qoyacaq. Xalq da heç şübhəsiz ki, hüquq-mühafizə orqanlarının bu addımlarını ancaq və ancaq alqışlayacaq, xalq və dövlət qarşısında onların nüfuzu artacaq.(Yeni Müsavat)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 17:41
"Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Bu gün, 17:37
Porno saytın təsisçisi həbs olundu
Bu gün, 17:19
Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 17:13
Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Bu gün, 17:02
İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Bu gün, 16:58
Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 16:49
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Bu gün, 16:34
Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Bu gün, 16:18
“Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Bu gün, 16:16
Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Bu gün, 16:09
İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Bu gün, 16:07
Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Bu gün, 16:04
Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Bu gün, 15:57
Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Bu gün, 15:49
Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 15:45
Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Bu gün, 15:42
Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Bu gün, 15:40
Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Bu gün, 15:38
Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Bu gün, 15:33
Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Bu gün, 15:13
Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Bu gün, 15:07
Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Bu gün, 15:00
Deputat özünə yeni sayt yaratdı - FOTO
Bu gün, 14:58
Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Bu gün, 14:55
ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Bu gün, 13:36
"Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Bu gün, 13:19
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Bu gün, 13:16
"Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Bu gün, 13:08
Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Bu gün, 13:01
Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Bu gün, 12:58
Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45
Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29
“Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26
Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05
İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02
Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru