“Biz hökumətə işləmirik, millətə işləyirik” - Novella Cəfəroğlu
Tarix: 23-01-2019, 10:30 | Çap et
 Azərbaycana Avropadan, Qərbdən siyasi məhbus iddiası ilə təzyiqlər səngimir. Bu, illərdir ki, davam edir. Hansısa gizlinlər, siyasi mübhəmlərin ucbatından ölkənin siyasi dustaq məsələsi birdəfəlik həllini tapmır.
Halbuki hüquq müdafiəçiləri bu məsələni birdəfəlik qapatmağın mümkün olduğunu bildirirlər.
Bununla beynəlxalq tənqidlər azalmış olar, iqtidara ittihamlar səslənməz, Qərb təşkilatları qətnamələr qəbul eləməz, ən həssas məsələ - onlarla ailənin üzü gülər, övladları sevinər.
Bu mövzuda söhbətləşdiyimiz Beynəlxalq İnsan Haqları üzrə birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu sözlərinə bloger Mehman Hüseynovdan başladı:
- Mən prezidentin bu qərarını alqışlayıram. Tezliklə Mehmanı və digər siyasi məhbusları azadlıqda görmək istəyirəm. Onların hamısı azad edilməlidir. Siyasi məhbus problemi Azərbaycana, müasir dövlətə başucalığı gətirmir. Mehmanla bağlı atılan addım çox yaxşı oldu.
Əgər o insanlar həbsxanalardan azad olunsalar, əmin olun ki, Azərbaycana söz gəlməyəcək. Bizi nə Avropa İttifaqı, nə Avropa Şurası qınaya biləcək. Birdəfəlik bu məsələdən canımız qurtaracaq.
- Novella xanım, bəs bu problemin köklü həllinə nə mane olur?
- Mən bunu bilmirəm. Görünür ki, kimlərsə belə olmasını istəyir. O uşaqlar azadlığa çıxsalar, qurban kəsəcəyik. İstər Səid Dadaşbəylinin dəstəsi olsun, lap Nardaran hadisələrinə görə tutulan islamçı qrup olsun, hər birinin azad olunmasını istəyirəm.
Səidin dəstəsi 15 ildir həbsdədir. Onlar ailələrinin üzünə həsrət qalıblar. Bu müddətdə islah da olublar, onlardan nə zərər gələcək? Eləcə də Əli İnsanov, Gözəl Bayramlı, jurnalistlər azadlığa buraxılsınlar. Onda Avropadan Azərbaycana alqış olacaq.
- Ola bilərmi hansısa ruspərəst qanad Qərbi hökumətin üstünə qaldırmaq üçün siyasi məhbus problemini davamlı olaraq saxlayır?
- İstisna eləmirəm. Ancaq biz bu problemi birdəfəlik həll eləsək, Qarabağ məsələsini rahatlıqla müzakirə edə bilərik. İstər bizim siyahıda, istərsə başqa hüquq müdafiəçilərinin siyahısında olanların hamısının azadlığa buraxılmasını arzulayıram.
Ona görə də martda əfv fərmanı ilə azadlığa buraxılsalar Azərbaycanda əmin-amanlıq olar, Qarabağ məsələsində də mövqeyimiz güclənər.
- Martda əfv gözlənilirmi və hazırda Əfv Komissiyası ilə işləyirsizmi?
- Belə gözləntilərimiz var. Həm Əfv Komissiyası, həm də hökumətlə işləyirik. Biz hökumətə işləmirik, millətə işləyirik, buna görə umacağımız da yoxdur. Biz istəyirik ki, bütün siyasilər azadlığa çıxsın. Ona görə Qarabağ məsələsi və siyasi məhbus problemi ilə bağlı həmişə hökumətlə işləyəcəyik. Əgər siyasi dustaqların azadlığa çıxması reallaşsa, Avropanın cavabını özüm verəcəyəm.
- Bəs onda niyə buraxmırlar, nə üçün bu məsələ birdəfəlik həll olunmur?
- Bizə də qaranlıqdır. Görünür, kimlərsə Azərbaycanda sabitliyin olmasını istəmirlər. Kimlərinsə həmin adamlar xoşuna gəlmir. Məsələn, Gözəl Bayramlı həbsdə olan yeganə siyasi dustaq qadındır.
Leyla Yunusu çıxarmaq üçün ABŞ, Avropa nələr eləmədi, amma bu qadının adını dilə gətirmirlər. Gözəl Bayramlı dövlətini sevən, vətənini sevən, özü də Ermənistandan qaçqın olan insandır.
Onu niyə buraxmasınlar? Nə qədər siyasi məhbus problemi tez həll olunsa, o qədər Azərbaycana alqış gələcək.
- Hüquq müdafiəçilərinin, təşkilatların toplanıb birgə dövlət rəhbərliyinə siyasi məhbus probleminin kökündən həlli üçün müraciət etməsi nəzərdə tutulubmu?
- İnşallah, fevralın 2-də yığışırıq. Bütün hüquq müdafiəçiləri, partiyalar toplaşacaqlar. Prezidentə müraciət ünvanlayacağıq ki, hamısını azad eləsinlər.
Artıq bu problemin tamamilə yox edilməsinin vaxtıdır. Gözləyək, görək necə olacaq. Mən çox ümidliyəm və inanıram ki, Mehman Hüseynov kimi digər siyasilərin işinə də baxılacaq. “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00 |
|
|
|
| • Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59 |
|
|
|
| • Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57 |
|
|
|
| • 300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54 |
|
|
|
| • Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50 |
|
|
|
| • Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48 |
|
|
|
| • Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44 |
|
|
|
| • “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42 |
|
|
|
| • Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22 |
|
|
|
| • Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20 |
|
|
|
| • Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18 |
|
|
|
| • Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16 |
|
|
|
| • Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13 |
|
|
|
| • Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02 |
|
|
|
| • Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00 |
|
|
|
| • “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40 |
|
|
|
| • WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37 |
|
|
|
| • Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30 |
|
|
|
| • “Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24 |
|
|
|
| • Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19 |
|
|
|
| • İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16 |
|
|
|
| • Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04 |
|
|
|
| • Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
| • İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56 |
|
|
|
| • Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50 |
|
|
|
| • “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38 |
|
|
|
| • Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34 |
|
|
|
| • Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
| • Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24 |
|
|
|
| • Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20 |
|
|
|
| • Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17 |
|
|
|
| • Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10 |
|
|
|
| • Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07 |
|
|
|
| • “Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02 |
|
|
|
| • Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01 |
|
|
|
| • "Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59 |
|
|
|
| • İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44 |
|
|
|
| • Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43 |
|
|
|
| • Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39 |
|
|
|
| • Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35 |
|
|
|
| • Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31 |
|
|
|
| • "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25 |
|
|
|
| • Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18 |
|
|
|
| • 400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17 |
|
|
|
| • Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13 |
|
|
|
| • Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11 |
|
|
|
| • Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04 |
|
|
|
| • Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03 |
|
|
|
| • Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01 |
|
|
|
| • ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49 |
|
|
|
|