Avropa ölkələri ABŞ Prezidenti Donald Tramp administrasiyasının təzyiqlərinə birlikdə cavab verməlidirlər.
Axar.az xəbər verir ki, bunu Britaniyanın Baş naziri Keyr Starmer İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitində deyib.
"Etibar etdiyimiz bir sıra ittifaqların istədiyimiz səviyyədə olmadığını inkar edə bilmərik. Bu ittifaqlarda daha çox gərginlik var.
Bir qrup ölkə olaraq buna birlikdə reaksiya göstərməyimiz çox vacibdir. Son həftələrdə Tramp ABŞ-ın NATO-ya üzvlüyünə şübhə ilə yanaşıb. O, ittifaqın üzv dövlətlərini, xüsusən də Britaniyanı tənqid edib”, - deyə Starmer bildirib.










