Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                     Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb .....                     300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu .....                     Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır .....                     Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycanlı politoloqlar İrəvana getdi .....                     “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib .....                     Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                     “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                     WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur .....                     Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva .....                     “Dedi ana, mənə halallıq ver…” .....                     Simonyan Belarusa “əyalət” dedi .....                     İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır .....                     Xəstəxanalarda niyə uzun növbələr yaranır? .....                     Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI .....                     İctimai nəqliyyatda ödəniş problemi .....                     Moskvada mobil internet söndürülüb .....                     “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır .....                     Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                     Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu .....                     “Pulsuz” tibbi sığortanın pullu oyunu .....                     Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı .....                     "Nə istəyirsiz bu millətdən?" .....                     İranın cənubunda bir neçə gəmi yanıb .....                     Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? .....                     Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar .....                     Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi .....                 

Kim bələdiyyə seçkilərində iştirak edəcək?
Tarix: 2-10-2019, 08:50 | Çap et
Kim bələdiyyə seçkilərində iştirak edəcək?
Yeni Azərbaycan Partiyası 2019-cu ilin 27 dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərini sürətləndirib. Partiyanın bu seçkilərə hazırlığı məsələləri təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir.

Müxalifət partiyalarında bələdiyyə seçkilərində iştirak edib-etməmək barədə qərarlar verilibmi? Bələdiyyə seçkilərinin yerlərdə əhali ilə sıx təmas qurmaq baxımından vacib seçki olduğunu siyasi partiyalar nəzərə alırlarmı?

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev “Yeni Müsavat”a bildirib ki, ötən həftə Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, dekabrda keçiriləcək bələdiyyə seçkiləri müzakirə olunub. Fuad Əliyev bildirib ki, Azərbaycanda bələdiyyələrin yaranmasından 20 il keçir. 1999-ci ildə keçirilən birinci seçkilərdə ALDP-nin 600 üzvü seçilmişdi.

İkinci bələdiyyə seçkilərində 130 üzvü seçilib, 2009-cu ildə keçirilən üçüncü seçkilərdə isə ümumiyyətlə, bir nəfər belə seçilməyib: “Bunun bir səbəbi olub - partiya mənsubiyyətinin göstərilməsi. Hesab edirəm ki, seçki islahatları keçirilməyənə qədər seçkilərdə iştirak etmək mənasızdır. Odur ki, Sədr Aparatının üzvləri müzakirələrdən sonra ALDP-nin bələdiyyə seçkilərində iştirakının məqsədəuyğun olmadığı qənaətinə gəldilər. Ancaq partiyanın üzvlərinə bələdiyyə seçkilərində fərdi qaydada iştiraka məhdudiyyət qoyulmayıb”.

AMİP katibi Əli Orucov isə bildirdi ki, bələdiyyə seçkilərinə az vaxt qalmasına baxmayaraq bu istiqamətdə fəaliyyətini quranlar və düşünənlər azdır. Hiss olunmur ki, bir neçə aydan sonra ölkədə vacib seçkili institutlardan biri olan bələdiyyələrə seçkilər keçiriləcək. Partiyaların özləri də qarşıdan gələn seçkilərə həvəslə yanaşmırlar: “Bunun da səbəblərini dəfələrlə demişik, çıxış yolları barədə təkliflərimizi vermişik. Bütün bu passiv mühitə baxmayaraq hesab edirəm ki, seçkilərdə iştirak vacibdir və başlıca vəzifələrimizdən ən ümdəsi cəmiyyəti də bu ruhda kökləməkdir. Məlumdur ki, Azərbaycanda həm bələdiyyələrə, həm də seçkilərə inam demək olar ki, qalmayıb. Lakin biz oturub iqtidarı gözləməli deyilik ki, insafa gəlib az-çox demokratik seçki mühiti yaradacaq. Bu mühitin yaradılmasına biz daha çox maraqlıyıqsa çox da səy göstərməli və çalışmalıyıq. Mövcud ortam iqtidara sərf edir, müxalifətə yox. Ona görə də ortamı müsbətə doğru biz dəyişməliyik. AMİP bələdiyyə seçkilərinə qeyri-rəsmi çoxdan start verib. Bölgə təşkilatlarımızla görüşlərimiz olur. Şəxsən mən Göyçay, Ucar, Gəncə, Ağstafa, Samux, AMİ-çiləri ilə görüşüb bələdiyyə seçkilərini müzakirə etmişik. Doğrusu, nikbinlik üçün xeyli iş görmək lazımdır. İnsanları inandırmaq, seçkiyə həvəsləndirmək asan olmayacaq, ancaq bələdiyyə üzvü iddiasını ortaya qoyacaq üzvlərimiz də var. Bələdiyyə seçkilərinə demokratik cəmiyyətlərdə daha çox önəm verilir. Çünki bu seçkilər həm yerli özünü idarə orqanı kimi əhali ilə sıx təmaslar qurmaq, yerli hökumət funksiyasını yerinə yetirmək baxımından, həm də parlament və prezident seçkilərinə tramplin və sınaq baxımdan vacib sayılır”.

Ə.Orucov qeyd etdi ki, oktyabrın 6-na partiyanın Mərkəzi Şurasının iclası çağırılıb. Həmin iclasın gündəliyində müzakirəyə çıxarılacaq məsələlərdən biri də bələdiyyə seçkiləri ilə bağlıdır: “Mənə elə gəlir ki, bu hərtərəfli müzakirələrdən sonra Mərkəzi Şura bələdiyyə seçkiləri barədə olumlu qərar verəcək".

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə bildirdi ki, bələdiyyə orqanları sırf yerlərdə əhali ilə sıx təmasda olmaq kimi imkanlar açır. Lakin bu imkanları həqiqi, xalq tərəfindən seçilmiş bələdiyyələr yaradır: “Bizdə bələdiyyələr rayon İcra hakimiyyətlərinin bir şöbəsinə çevrildiyindən fəaliyyətsiz təsisat qismindədir. Ustəgəl, dairə, məntəqə seçki komissiyaları YAP üzvlərindən, hakimiyyətin nümayəndələrindən ibarətdir. Xalqın səsini qazanan namizədlərin qələbəsini tanımırlar. Mən özüm üç dəfə Nərimanov rayonundan bələdiyyəyə namizəd kimi bu halları yaşamışam. Təcrübədən bilirəm ki, seçki komissiyalarında dəyişiklik olmasa icra hakimiyyətlərinin diktəsi ilə keçiriləcək seçkilərdə formalaşan bələdiyyələrin heç bir mənası olmayacaq. Ona görə də siyasi partiya üzvləri artıq belə vəziyyətdə seçkidə iştirak etmək istəmirlər. Bələdiyyə seçkilərində iştirak mənasız yerə vəsaitlərin və vaxtın xərclənməsindən başqa bir şey deyil. KXCP-də bu seçkilərdə iştirak edib-etməmək məsələsi hələ rəsmi müzakirə olunmayıb”.

AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli isə bildirdi ki, bələdiyyə seçkilərində AĞ Partiya olaraq iştirak etməyəcəklər: “Amma paytaxt və rayonlarda partiyanın bəzi üzvləri fərdi qaydada iştirak edəcəklər. Bildiyiniz kimi bələdiyyə seçkiləri Azərbaycanda formal hal alıb, ona görə siyasi qüvvələr bu seçkilərə ciddi yanaşmırlar. Üstəlik, bələdiyyə seçkilərinə hazırlıq prosesi prezident və parlament seçkilərindən daha da çətinləşdirilib. Yəni əziyyətə dəyməz. Əhali ilə sıx təmasa gəldikdə isə seçki kampaniyası o qədər qısaldılıb ki, əhali ilə sıx təmas maksimum məhdudlaşdırılıb və səlahiyyəti olmayan orqana əhalinin marağı qalmayıb”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru