ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                     "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? .....                     Azərbaycanda FETÖ izi .....                     Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir .....                     “Bank of Baku” qazinin borcunu atasından soruşur .....                     Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU .....                     Ukrayna ərazilər itirməyə davam edir .....                     Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                     Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... .....                     İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK .....                     "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... .....                     "Nə edim? Necə edim? Kimə deyim?" .....                     "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                 

"Belə anlaşılır ki, Əli İnsanovun pullarını sadəcə bir müddət xərcləyəcəklər, amma..."
Tarix: 13-11-2019, 08:39 | Çap et
"Belə anlaşılır ki, Əli İnsanovun pullarını sadəcə bir müddət xərcləyəcəklər, amma..."
Moderator.az saytının bugünkü qonağı İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrətdir.

- Azər müəllim, bilirsiniz ki, müxalifət bir neçə müddətdir aksiyalar keçirməyə cəhd edir. Sizcə, bunun əsl səbəbi nədir?

- Əslində, Azərbaycan cəmiyyətinə bu məsələni vaxtlı vaxtında və uyğun şəkildə izah etməyə çox böyük ehtiyac var. Çünki insanlarımız kimin kim olduğunu və nə işlə məşğul olduğunu bilmək haqqına sahibdir. Müxalifətdən danışırıqsa, təbii ki, burada söhbət bütün müxalifətdən deyil, onun radikal qanadından gedir. Bu radikal qanad da cəmiyyət içində o qədər zəifləyib ki, varlığını sübut etmək üçün öz təbiətinə uyğun – radikal hərəkətlərə əl atmağa məcbur olur. Ona görə də bu adamlar yeri gəldi gəlmədi, zərurət oldu olmadı mitinqlər, piketlər təşkil edirlər. Təbii ki, Bakı Şəhər İcra Hakimiyyəti də onlara bu aksiyalar üçün yer təklif edir. Amma təəssüflər olsun ki, onlar təklif olunan yerlərdə qanuni aksiya keçirməkdən imtina edib məhz qanunsuz aksiya keçirməyə üstünlük verirlər. Bu bir daha göstərir ki, onların məqsədi heç də siyasi iddialarını ortaya qoymaq deyil. Sadəcə gündəmdə qalmaq, öz varlıqlarını sübut etməkdir.

- Ölkədə gəncləşmə istiqamətində ciddi islahatlara start verildiyi bir vaxtda müxalifət “qocalarla” bir araya gəlir. Keçmiş məhbus Əli İnsanovu da yanlarına çəkiblər. Məqsədləri nədir?

- Bu yaxınlarda cənab Prezident İlham Əliyevin yaxşı bir sözü oldu, o dedi ki: “Biz, yaşlı insanların təcrübəsi ilə cavanların dinamizmini bir araya gətirərək ölkəni idarə etmək əzmindəyik”. Təbii ki, bu, çox müsbət haldır. Həqiqətən də, Azərbaycan hakimiyyəti, xüsusən də cənab Prezident yaşlı insanlara hər zaman sayğı ilə davranıb, onların təcrübəsinə müraciət edib. Bu dəfə də elədir. Sadəcə maraqlıdır ki, niyə radikallar özünü tükətmiş bir insanı sıralarına qoşurlar? Niyə tükənmiş siyasətçiləri bir araya gətirirlər? Niyə məhz Əli İnsanovla bir masa arxasında otururlar? Ona görə ki, o radikal qanada mənsub olan siyasətçilərin özləri tükəniblər. Yəni cəmiyyət içində ətraflarına adam toplaya bilmirlər. Potensialları yoxdur. Düşünürlər ki, hakimiyyətin keçmiş bir nümayəndəsini öz ətraflarına cəlb etməklə nəyəsə nail ola biləcəklər. Amma unudurlar ki, Azərbaycan xalqı həmin Əli İnsanov adlı o şəxsin korrupsiyaya necə bulaşdığını hələ də unutmayıb. Yəni həmin bu adam korrupsiyada ittiham olunaraq 14 il həbsdə yatıb. Üstəlik də, Prezident İlham Əliyevin lütfü sayəsində azadlığa buraxılıb. Belə anlaşılır ki, Əli İnsanovun pullarını sadəcə bir müddət xərcləyəcəklər, amma onun hesabına heç vaxt özlərinə potensial yiğa bilməyəcəklər.

- Azərbaycan türk dünyasının aparıcı və strateji ölkələrindən biridir. Fikrinizcə, ölkəmiz türk dünyasına nə kimi töhfələr verə bilər?

- Azərbaycan tarixin bütün mərhələlərində türk dünyasının ürəyi və fikir mərkəzi rolunu oynayıb. İstər yüz il bundan öncə, istərsə də yüz illər öncə. Türk dünyasının hər tərəfindən insanlar maariflənmək, ümumiyyətlə ideoloji məsələlər üçün məhz Azərbaycana müraciət ediblər. İndiki şəraitdə də, Azərbaycan o mövqeyi qoruyub saxlamaqdadır və əminəm ki, yüz illər boyunca da belə olacaq. Ümumiyyətlə, türk dünyasının ən böyük körpüsü Azərbaycandır. Bu, həm bir dövlət olaraq, həm də xalq olaraq bizim alnımıza yazılıb. Azərbaycan, özəlliklə Türküstan – Orta Asiya türkləri və Türkiyə türkləri arasında körpü rolunu oynayır.

- Bir neçə gündür ki, Primakov məsələsi ilə bağlı deputat Araz Əlizadənin fikirləri birmənalı qarşılanmır. Bu barədə sizin də fikirləriniz maraqlıdır.

- Əslində, Araz Əlizadə, obrazlı desək, hər zaman xaric oxuyub. Bu adam Azərbaycanda milli azadlıq hərəkatı başlayan gündən gündəmdədir. O, Azərbaycanın milli özünüdərk proseslərində həmişə dağıdıcılığa üstünlük verib. Yəni bu adam faktiki olaraq müstəqilliyə doğru yol almış Azərbaycanın ayağından çəkməklə məşğul olub. Bu gün müstəqilliyimizin artıq 28-ci ili tamam olan bir dövrdə adamın Primakova haqq qazandırmağı, onu mələk kimi təqdim etməsi onun xislətindən irəli gəlir. Bizə onun mövqeyi maraqlı deyil. Çünki Araz Əlizadə kimi insanlar, xoşbəxtlikdən Azərbaycanda çox az saydadır. Azərbaycanı müstəqillik yolundan heç kim döndərə bilməyəcək.

- Ümumiyyətlə, Araz Əlizadənin dəfələrlə bildirdiyi digər “biz türk deyilik, türklərlə heç bir əlaqəmiz yoxdur” ifadəsi nə dərəcədə düzgündür? Bu məsələdə fikirinizi bilmək maraqlı olardı.

- Bilirsiniz, o, ümumiləşdirməkdə səhv edir. Məsələ ondadır ki, onun milli kimliyini o özü bilir. Biz ona qarışmırıq. Bu adamın xalq adından danışması kökündən yanlışdır. Çünki Azərbaycan türk dövlətidir. Bizim türklüyümüzə Araz Əlizadə kimi türk olmayanlar qarışa bilməz. Öz adından nə danışırsa, danışsın, özü bilər. Türk kimliyimizi dananlar bilməlidilər ki, biz Azərbaycanlılar böyük hesabla türk millətiyik. Bu danılmazdır. Ulu öndər Heydər Əliyev də Türkiyəni nəzərdə tutaraq həmişə deyirdi: “Biz bir millət, iki dövlətik”. Ona görə də Araz Əlizadənin dediklərini o qədər də ciddiyə almırıq.

- Bəzi şəxslər barənizdə deyir ki, Azər Həsrət deputat olmaq istəyir. Bizə də maraqlıdır. Belə bir istəyiniz varmı?

- Bəli, istəyim var. Bu ki, sirr deyil. Mən dörd dəfə deputatlığa rəsmən namizəd olmuşam. Bu yöndə kifayət qədər təcrübəm var. Düşünürəm ki, parlamentdə olsam, çox fayda verə bilərəm Azərbaycana. Amma namizədliyimi verib verməməyim məsələsi barədə danışmaq hələ tezdir. İndidən çox şeyi demək mümkün deyil. Bu, sadəcə iddiadır. Vaxtı gələndə bu məsələ ilə bağlı qərarımı verəcəm.

- Neçənci ildə “Əməkdar jurnalist” adını aldınız?

- 2015-ci il 22 iyul ərəfəsində. Milli Mətbuat Günü ərəfəsində bir qrup jurnalist təltif edildi. O cümlədən də mən. Əflatun Amaşov, Vüqar Səfərli, Rauf Arifoğluyla birlikdə mənə də fəxri adı cənab Prezident İlham Əliyev şəxsən özü təqdim etmişdi. Bu, mənim üçün çox qürurverici bir haldır. Çünki cənab Prezidentin şəxsən bu lütfü göstərməsi bir vətəndaş olaraq məni çox sevindirdi. Digər təltif olunan jurnalist həmkarlarımıza da Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim etdi fəxri adları. Azərbaycan dövləti qarşısında xidmətlərimizin bu cür yüksək qiymətləndirilməsi çox qürurvericidir.

- Azər müəllim, bilənlər bilir, bilməyənlərə də lütfən izah edin: CASCFEN nədir, fəaliyyəti nədən ibarətdir?

- CASCFEN mənim qurduğum təşkilatdır. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsidir. Biz bu təşkilatı 2003-cü ildə mart ayının 20-sində qurduq. Bu tarixi də təsadüfən seçmədik. 20 mart türk dünyasının ən gözəl bayramlarından biri olan Novruz günü ərəfəsidir. İstədik ki, bu açılış tarixə məhz bu gün düşsün. 20 ölkədən gələn nümayəndə heyətləri ilə Bakıda konfrans keçirdik. Türk dövlətlərindən, o cümlədən Gürcüstandan iştirakçilar var idi. Eyni zamanda beynəlxalq təşkilatların nümayəndələri də müşahidəçi qismində o tədbirdə iştirak etdi. Mən 2018-ci ilin aprel ayına qədər o təşkilatın rəhbəri kimi fəaliyyət göstərdim. O dövrdə təşkilat bir sıra beynəlxalq uğurlara da imza atdı. 2018-ci ilin aprel ayından könüllü olaraq istefa verdim. İndi təşkilata dostum, həmkarım Nadir Azəri rəhbərlik edir. Dəstəyim lazım olanda o dəstəyi də əsirgəmirəm.

- Bəs CASCFEN-in gələcək fəaliyyətində nə kimi yeniliklər gözlənilir?

- Bu sualla Nadir Azəriyə müraciət etsəniz daha məqsədəuyğun olardı. Məsələn, Jurnalistlərin Həmkarlar İttifaqının da qurucusu mənəm. O təşkilatdan 2002-ci ilin dekabr ayında ayrıldım. Hal-hazırda ora jurnalist həmkarım Müşfiq Ələsgərli rəhbərlik edir. Mənim bir xasiyyətim var. Rəhbərliyindən getdiyim təşkilatların işinə qarışmıram. Yəni bu birmənalıdır. Kömək lazım olanda edirəm, dəstəyimi əsirgəmirəm. Amma həmin təşkilatlara geri qayıtmıram, işinə də təsir etmirəm.

- Deməli CASCFEN-ə indi Nadir Azəri rəhbərlik edir. Bəs siz nə ilə məşğulsunuz?

- Mən hazırda Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüyəm. Həmçinin xarici əlaqələr komissiyasının sədri kimi fəaliyyət göstərirəm. Eyni zamanda İctimai Televiziya və Radio Yayımları Şirkəti İctimai Yayım Şurasının üzvüyəm. Siyasi şərhçi kimi fəaliyyətdəyəm. Bildiyiniz kimi telekanallar tez-tez dəvət edir, siyasi şərhlərlə çıxış edirəm. Köşə yazıları da yazıram, qələmimi heç vaxt yerə qoymamışam. Beynəlxalq təşkilatlarla əməkdaşlıq edirəm. Yəni ölkənin ictimai-siyasi, xüsusən də media həyatında passiv deyiləm. Əksinə, ən aktiv adamlardan biriyəm.

- Azər müəllim, bildiyimiz kimi kitablarınız da var. Nədən bəhs edir yazdığınız kitablar? Gələcəkdə yeni kitablar yazmaq planınız varmı?

- Mən yazıçı deyiləm. Jurnalistəm. Amma bədii yaradıcılığa marağım həmişə olub. Çünki elə bir ailədə böyümüşəm ki, uşaqlıqdan biz kitabla iç-içə olmuşuq. Kitabsevər olmuşuq. Çoxlu sayda bədii ədəbiyyat oxumuşam. Mütləq mütaliə edirəm. Kitab oxumasam elə bilirəm boğuluram. Hazırda Mahir Qabiloğlunun “İtbaşı” romanının ikinci cildini oxuyuram. Oxuduğum kitablar haqqında mütləq bir yazı yazıram öz saytımda. Mənim azerhasret. com saytımda kitablar haqqında çoxsaylı yazılara rast gəlmək olar. Həyatımda baş verən, gələcəkdə insanlar üçün maraqlı ola biləcək, eyni zamanda şəxsən gördüyüm, müşahidə etdiyim hadisələri də qələmə alıb gələcək nəsillərə buraxmalıyam. İki romanım çap olunub. Bir neçə hekayəm var. Şeir yazmıram. Bir romanım əsgərlik illərimi, əsgərlik yaşantılarımı əhatə edir. Bu romanda Almaniyada əsgərlik çəkən zaman gördüyüm-yaşadığım hadisələri qələmə almışam. Ondan savayı 1990-cı ilin 20 yanvar hadisələri ilə bağlı olayları qələmə almışam. Bəlkə də çoxlarının bilmədiyi hadisələri qələmə almışam. Doğma Xaçmazda baş vermiş hadisələrdən yazmışam. Çox az adam bilir ki, 17 Yanvar günü, Qanlı yanvar faciəsindən 3 gün öncə, Xudat şəhərində dəmiryol vağzalında yerli camaat yığışıb Rusiyadan silah və əsgər gətirən qatarın yolunu kəsib onu geri qaytarmışdı. "Mən tanıqlıq edirəm" adlı romanımda bu hadisələri də qələmə almışam. Oxuyanlar deyir ki, bu, tarixi romandır. Yeni kitablarım da mütləq olacaq. Üzərində işlədiyim roman var. Həyatımla bağlı bir romandır. Öz başıma gələn hadisələrdir. Ümid edirik ki, işlərimiz çoxalmasa, ən azından 2020-ci ildə o romanı oxuculara təqdim edəcəm. Bununla paralel olaraq ikinci kitabım üzərində də işləyirəm. Onun adı “Əməkdar jurnalist”dir. İri həcmli əsərdir. O, jurnalistikaya təsadüfən gəlmiş, heç vaxt jurnalist olmaq arzusu ilə yaşamamış Azər Həsrətin gəlib əməkdar jurnalist zirvəsinə qədər yüksəlməsindən bəhs edir.

- Azər müəllim, Azərbaycan gəncini necə görmək istərdiniz?

- Ümumiyyətlə, gənclik çılğınlıq deməkdir. Biz də gənc olmuşuq. Bizim gəncliyimiz 1990-cı illərə təsadüf edib. Təlatümlü bir dövr idi. Biz heç nəyə baxmadan öz ideallarımızın arxasınca yorulmadan gedirdik. Arzu edirəm ki, indiki gənclər də öz ideallarının arxasınca getsinlər. Yəni məqsəd qoyub o məqsədə doğru getsinlər. Dayanmasınlar. Məqsəd olmadan insan rahat yaşaya bilməz. Yox, əgər gənclərimiz konkret məqsəd müəyyənləşdirə bilməyiblərsə, mütləq o məqsədin üzərində düşünsünlər: "Mən, hansı məqsəd üçün yaşayıram?". Bu sualı özlərinə versinlər.

- Tanınmış jurnalist, artıq sözünü deyən bir insansınız. Maraqlıdır, Azər Həsrət gənc həmkarlarına dəstək olur? Məsləhətlərlə, tövsiyələrlə.

- Gənclərlə işləməyi çox sevirəm. Yəni, yanıma gələn gənclər olur, tədbirlərdə yaxınlaşırlar, məsləhət alırlar. Mən heç kimi rədd etmirəm. Elə bir gənc olmayıb ki, ondan qaçım. Əlçatan adamam. Hər kəslə səmimi və açığam. Komplekslərim yoxdur. Mənimlə əlaqə qurmaq olduqca asandır. Bəzən kompleksli gənclərimizlə rastlaşıram. Onlara yardımçı oluram – çalışıram ünsiyyəti asanlaşdırım. Biz də gənc olmuşuq axı. Hər zaman çalışıram gənclərə əl uzadam. İstənilən sahədə. Bəzən elə bir hal olub ki, sosial media üzərindən intihar etmək istəyən adamları fikirlərindən daşındırmışam. Hər şeydən bezmiş, ruhdan düşmüş adamları düz yola qaytarmışam. Facebook-da hərdən elə adamlarla rastlaşıram ki, onların psixi problemləri, ailədaxili problemləri olur. Çalışıram ki, onları ruh halına qaytarım. Hətta ofisimizə də dəvət edirəm. Söhbət edirəm onlarla. Səhv edə biləcək gəncləri səhv yoldan qaytarmalıyıq, özlərini tapa bilməsi üçün əlimizdən gələni etməliyik. Gənclər səhv edə bilər, bəli. Onlar da insandır, təbii ki. Bu, təcrübəsizlikdən irəli gəlir. Təcrübəsi olmayan gənclərin səhvlərinin düzəldilməsində yardımçı olmalıyıq.

- Azər müəllim, tədbirlərdə tez-tez iştirak edirsiniz qonaq qismində. Hər tədbirə gedirsiniz, ya seçirsiniz?

- Xeyr, mənim elə bir şakərim yoxdur ki, bütün tədbirlərdə iştirak edim, ya da seçərək gedim. İmkan olduqca tədbirlərə qatılıram. Fərq qoymuram. Mövzuya baxıram və əgər mənim orda iştirakım vacibdirsə, gedirəm. Bəzən elə olur ki, bir gündə 5 tədbirə dəvət edirlər. Çatdırmaq mümkün deyil. Heç kimin inciməsini arzu etmirəm. Onu da deyim ki, hər hansı bir tədbirə gedəndə masanın ən aşağı tərəfində otururam. Düşünürəm ki, yuxarıda və aşağıda oturmağın o qədər də fərqi yoxdur. Əsas hörmətdir. Münasibətdir. Ümumiyyətlə, hörmətli insan harda oturursa elə o yer hörmətli olur. Amma elə adamlar var ki, cəmiyyət içində hörməti yoxdur, gələn kimi gedib yuxarı başda əyləşir. Onlara sadəcə gülürəm. Onların eqosu qüsurludur. Kompleksli adamlardır onlar.

- Gələcək fəaliyyətinizdə sizə uğurlar arzulayırıq və təşəkkür edirik ki, bizə vaxt ayırdınız.

- Mən təşəkkür edirəm ki, gəldiniz, məni danışdırdınız. Düşünürəm ki, bu müsahibədən sonra bir çox insanların mənim haqqımda bilmədiklərinə aydınlıq gələcək. Hələ “Əməkdar jurnalist” adlı kitabım yazılıb oxunandan sonra görünəcək ki, cəmiyyətə nə qədər demək istədiyim sözlərim varmış.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru