ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                     "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? .....                     Azərbaycanda FETÖ izi .....                     Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir .....                     “Bank of Baku” qazinin borcunu atasından soruşur .....                     Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU .....                     Ukrayna ərazilər itirməyə davam edir .....                     Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                     Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... .....                     İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK .....                     "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... .....                     "Nə edim? Necə edim? Kimə deyim?" .....                     "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                 

“İqtidardan hansısa vəzifə, imtiyaz ummuram” - deputat
Tarix: 18-11-2019, 08:55 | Çap et
“İqtidardan hansısa vəzifə, imtiyaz ummuram”
Ötən həftə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun Milli Məclisdə müzakirə olundu və ilk oxunuş üçün sənəd qəbul edildi. Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa ilə digər aktual mövzuları da əhatə edən söhbətimizdə əvvəlcə büdcə müzakirələrindən bəhs etdik.

- Fazil bəy, yeni baş nazirin iştirakı ilə keçirilən ilk büdcə müzakirələri barədə qənaətiniz necədir? Bu müzakirlər əvvəlki illərdəkindən nə ilə fərqləndi?

- Müzakirələrin məhsuldar olduğunu düşünürəm. Həm komitələrdə, həm də plenar iclasda fikirlərimizi yetərincə çatdırmağa imkan verildi. Hökumət üzvləri də əvvəlki illərdən fərqli olaraq, qaldırılan məsələlərlə bağlı daha əhatəli cavablar verdilər. Burada maliyyə naziri Samir Şərifovun, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin qaldırılan məsələlər barədə peşəkar izahlarını qeyd etmək istərdim. Müzakirələrin çatışmayan cəhəti isə komitələrin birgə iclaslarında müvafiq QHT-lərin və medianın iştirakına məhdudiyyət qoyulması idi. Əslində buradakı müzakirələrin daha geniş şəkildə işıqlandırılması həm prezidentin islahatlarının mahiyyəti barədə vətəndaşların daha dolğun bilgi almasına, həm də Milli Məclisdə deputatların xalqın və dövlətin taleyi ilə bağlı məsələlərdə həssaslığını görməsinə şərait yaradardı. Çünki sonradan rəsmi televiziyada da deputatların çıxışlarından fraqmentlərə yer verilmədi və cəmiyyət faydalı müzakirələr aparıldığı barədə yetərli informasiya əldə edə bilmədi.

- Parlament müzakirələrində aktiv iştirak edən deputatlardan oldunuz və bir sıra sahələri əhatə edən çıxışlarınızı dinlədik, həmçinin hökumətə ünvanlı suallarınızı eşitdik. Həmin suallara verilən cavablar necə, sizi qane etdimi?

- İstər komitə iclasında, istər də plenar iclasda üst-üstə dörd çıxışım oldu. Hər birində də ölkəmiz və insanlarımız üçün aktual məsələləri gündəmə gətirməyə çalışdım. Çıxışlarımın əsas qayəsi səmimi şəkildə ölkə prezidentinin apardığı islahatların ayrı-ayrı istiqamətlərinə dəstək vermək və təkliflərimi çatdırmaq idi. Cavabların qane edəni də, razı qalmadıqlarım da oldu. Fikrimcə, ölkədə elan edilən islahatların əsas istiqaməti dövlətin yükünü azaldıb özəl sektora dövr etmək olmalıdır. İslahatların qarşısında əsas maneə inhisarçılığa vərdiş etmiş, rəqabətsiz iqtisadi komfort yaratmış qüvvələrin gizli mütəşəkkil davranışı ola bilər. Çünki prezidentin islahatla bağlı bütün addımlarını ölkənin taleyinə məsuliyyətlə yanaşan müxalifət qüvvələri də birmənalı dəstəkləyir, vətəndaş da bu islahatlardan öz durumunun yaxşılaşmasını gözləyir, islahatların lokomotivi isə heç şübhəsiz sahibkarlar olmalıdır. Onlar da bank kreditlərinin əlverişli faizlərlə verilməsini, korrupsiyadan uzaq məhkəmə sisteminin yaradılmasını gözləyirlər. Ona görə də bizi hökumət üzvlərinin Milli Məclisdə verdiyi cavablardan daha çox, real islahatçı addımlar düşündürür.

- Digər deputatlar da müzakirələr zamanı çoxsaylı təkliflər səsləndirdilər. Necə bilirsiniz, yeni komanda həmin təklifləri son layihədə nəzərə alacaqmı?

- Adətən büdcə müzakirələrində səslənən təkliflərin çox az qismi nəzərə alınır. Büdcə sənədlərində dəyişiklik etmək elə də asan məsələ deyil. Bunu müzakirələrin ilkin mərhələsində etmək daha real olardı. Ancaq ümid edirəm ki, bir sıra ağlabatan təkliflərə diqqətlə yanaşılacaq. Burada yeni komanda ifadəsi fikrimcə, dəqiqləşdirilməlidir. Hakimiyyət strukturlarında rotasiyanın olması və yaxud yeni kadrların təyin edilməsi yeni komanda barədə danışmaq üçün yetərli deyil. Yeni komanda o halda adlana bilərdi ki, Nazirlər Kabineti tam tərkibdə buraxılsın və tamamilə yeni kadrlardan ibarət tərkib formalaşısın. Hazırda yeni komandadan deyil, prezidentin komandasındakı yeni kadrlardan danışmaq daha dəqiq olardı.

- Sizin son illərdə ən çox səsləndirdiyiniz məsələlər sırasında uşaq pulunun bərpası da var idi. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu məsələyə geniş yer ayırdı və konkret rəqəmlər gətirməklə bərpanın faktiki olaraq mümkün olmadığını söylədi. Bəs sizinçün necə, məsələ bitdimi?

- Bir çoxlarına uşaqpulu məsələsi haradasa populist tələb kimi anlaşıla bilər. Hökumət də milyard manatı aşan vəsaitdən söhbət getdiyinin fərqində olduğuna görə problemə olduqca ehtiyatla yanaşır. Ünvanlı müavinət formasında həqiqətən də əhəmiyyətli sayda uşaqlara vəsait ödənməsi bir faktdır. Lakin ölkədə yetərli sayda uşaqlar var ki, onlar üçün bu müavinət əlçatan deyil. Aliment pulu ala bilməyən uşaqlardan tutmuş, boşanmalar və ya başqa səbəblərdən valideyn himayəsi olmayan uşaqlara qədər, xəstəliyə görə normal müalicə ala bilməyən uşaqların hamısını əhatə edəcək dəstək forması mütləq tapılmalıdır. Adını heç uşaqpulu da qoymasınlar. Adicə məktəbli uşaqların ictimai nəqliyyatdan pulsuz istifadə haqqının tanınması da bu cür yüngülləşdirici amillər sayıla bilər. Bu mövzuda Sahil Babayevin əsaslandırmasında müəyyən həqiqət payı olsa da, problem həll olunmamış qalırsa, o halda mövzuya nöqtə qoymaq doğru olmazdı. Biz müzakirələrdə həm də anaların sosial müdafiəsi probleminə diqqət yönəltdik. Beynəlxalq Əmək Təşkilatının 2018-ci ildə hazırladığı “Qlobal Sosial Müdafiə Hesabatı”nda göstərlir ki, Azərbaycanda əmək qabiliyyətli yaşda qadınların hər 7 nəfərindən biri və ya 14%-i analıq məzuniyyətilə bağlı sosial ödəniş ala bilir. Yerdə qalan 86% ya qeyri-formal məşğulluğa görə gizli işsiz olduğu üçün bu hüquqdan məhrumdur. Hesabata görə, bu göstərici MDB ölkələrindən Ukraynada 100%, Rusiyada 70%, Ermənistanda 61%, Qazaxıstanda 45%, Gürcüstan 24%-dir. İnkişaf etmiş ölkələr heç - onlarda istinasız olaraq 100%-dir. Hər halda, hökumət uşaq dünyaya gətirən anaların sosial mühafizəsi barədə çıxış yolu tapmalıdır. Bu, həm də onların kiçik övladlarının sağlam böyüməsi üçün vacibdir. Burda söhbət uşaq pulunun bərpasından getmir. Söhbət əmək qabiliyyətli yaşında işləməyən və işləmədiyi müddətdə ana olan qadınların sosial müdafiəsindən gedir.

- Elektrik enerjisinə tətbiq olunan limitin ləğvi məsələsinə bu dəfə nədənsə toxunmadınız. Deyəsən, bu mövzuda danışmaq artıq sizi yordu, yoxsa başqa səbəb var?

- Fikrimcə, qaza və elektrikə qoyulan limit məsələsinin son dövrlərdə bir qədər aktuallığı azaldı. Qazla bağlı müsbət addımlar atıldı, elektriklə bağlı isə cəmiyyətdə kəskin tələblər ardıcıl səsləndirilmir. Daha çox istehsalçılar tərəfindən elektrik enerjisinin gecə tarifinə keçirilməsi problemi qaldırılır. Nazirlər Kabinetinin 5 aprel 2001-ci il в„– 74 qərarına əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif -vəzifə - maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif - vəzifə - maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. Bu isə məhsulun maya dəyərinin bahalanmasına gətirir ki, bu da müəssisəyə böyük ziyanlar vurur. Elektrik enerjisinin gecə tarifinə keçirilməsi Türkiyədə sənaye müəssisəsinə tətbiq olunur. Türkiyədə gecələr elektrik enerjisinə 50% endirim tətbiq olunur. Toxuculuq müəssisələrinin rentabelli iş rejimi 24 saatdır. Yəni aktuallıq kəsb edən məsələlərə diqqət cəlb etməyi daha məqsədəuyğun sayırıq.

- Fazil bəy, deputat həmkarlarınızdan daha biri vəzifəyə təyinat aldı. Bu kimi sərəncamları necə dəyərləndirirsiniz? Parlamentdən vəzifə olimpinə yüksəlmək, sizcə, hansı perspektivlər açır?

- Son vaxtlar ölkə prezidenti tərəfindən yeni kadrlar bütün hakimiyyət qollarından seçilərək təyin olunur. Bunlar əsasən 35 yaşın üzərində olan kadrlardır. Əlbəttə, Milli Məclisdən də bir çox şəxslər vəzifəyə təyin olunublar, buna da normal yanaşmaq lazımdır. Çünki burada beynəlxalq platformada təcrübə qazanmış, konkret seçici kütləsi ilə ünsiyyət qurmağı bacaran, televiziyada müxtəlif məsələlərə dair diskussiyalara qatılan, parlamentdəki müzakirələrdə aktivlik göstərən kadrlardan söhbət gedir. Baxın, bir Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinə rəhbər təyin edilməsi ilə ölkədə ictimai rəyin öyrənilməsi, problemlərin dəqiq analizinin aparılması istiqamətində çox ciddi canlanma baş verdi. Vüsal Hüseynov, Rövşən Rzayev də qısa müddətdə öz sahələrinə hakim olduqlarını göstərə bildilər. Elşad Həsənov da savadlı və təvazökar insandır, vəzifəsinin öhdəsindən gələcək qabiliyyətə sahibdir. Ümumilikdə isə, mən vəzifəyə perspektivdən daha çox, məsuliyyət kimi baxıram. Yükün altına girmisənsə, oyalanmaq, baş girləmək olmaz, vicdanla çalışmalısan.

- Maraqlıdır, şəxsən siz günün birində icra başçısı, yaxud başqa bir posta təyinat ala bilərsinizmi? Yoxsa daha böyük iddialarınız var?

- Mən bir siyasi partiya rəhbəriyəm, indiki iqtidara müxalifətdəyəm. Ancaq dövlətimizin indiki durumunda spesifik müxalifətçilik funksiyasını da bir qədər arxa planda tutmağa çalışıram. Həmişə bir sual üzərində düşünürəm: necə edək ki, tarixin bu sərt döngəsində Azərbaycan üçün qalıcı, faydalı işlər görə bilək. Ona görə də hakimiyyətdən hansısa vəzifə, imtiyaz umacağım qətiyyən yoxdur. Ancaq parlament müstəvisində təcrübə və potensialımızın çox cüzi bir hissəsini təqdim edə bildiyimizə görə üzülürəm. Bizi ümumi qaydada eşidirlər, ancaq fərdi qaydada dinləyən yoxdur. Fikirlərimizlə, proqramlarımızla, təkliflərimizlə maraqlananlar olmadıqca, təsəlli üçün danışmaqdan başqa əlimizdən bir iş gəlmir. Yəqin ki, bizdə müxalifətçiliyə münasibət dəyişməyənə qədər bu proses eyni qaydada davam edəcək. Hakimiyyət parlamentdə ən minimum səviyyədə də olsa, partiya demokratiyasının inkişafına, müxalifətin institusional formata salınmasına imkan tanımalıdır. Müxalifət təmsilçilərinin icra strukturlarında yer almaması normaldır, çünki iqtidar öz siyasi kursunu öz inandığı komanda ilə, siyasi partiya ilə həyata keçirməlidir. Digər tərəfdən, bizdə prezidentli respublika olduğuna görə, koalision hökumət formalaşdırmaq perspektivi də yoxdur, ölkədə bir siyasi uzlaşma addımı olaraq müxalif mövqedə olan məsuliyyətli peşəkar kadrların da dövlət idarəetməsinə cəlb olunmasının sırf ali icra orqanının başçısının iradəsinə aid olan məsələdir. Lakin parlament rəhbərliyində, komitə rəhbərliyində müxalifət təmsilçisinin olmaması müasir dünyanın baxış bucağından anlaşılan bir durum deyil.

- Böyük Quruluş Partiyası Əli İnsanovla nə zamansa əməkdaşlıq edə bilərmi?

- Ümumiyyətlə, bir siyasi partiyanın özünü müxalifət hesab edən hansısa şəxslə bərabər subyektlər kimi bir masa arxasına oturması özlüyündə absurd və gülüncdür. Partiyanın kollektiv tərəfindən qəbul edilən proqramı olur, şəxsin isə subyektiv mülahizələri. Böyük Quruluş Partiyası kiçikliyindən və böyüklüyündən asılı olmayaraq, ancaq siyasi partiya ilə müzakirə apara bilər, yoxsa kimsə özünü hakimiyyətə müxalif elan edibsə, onunla müzakirə aparmağa başlasaq, o halda ciddiliyimizi tamamilə itirmiş olarıq. Bazarlarda, universitetlərdə, bulvarda Azərbaycan hakimiyyətinə müxalif olduğunu söyləyən və öz çevrəsində nüfuzu olan insanlar var, bundan sonra da ayda bir dəfə düşüb onlarla siyasi məsləhətləşmələr aparacaqlar? Böyük tarix yolu keçdiyi ilə öyünən partiyalar hələ hansısa siyasi təşkilat formatını müəyyənləşdirməmiş bu və ya başqa bir şəxslə bir masa arxasında oturub siyasi məsləhətləşmələr aparırsa, bunun adı siyasi tükənmişlikdir. Mən əminəm ki, AXCP də öz mənəvi lideri Tale Bağırzadəni - əgər azadlıqda olsaydı - təkidlə bu görüş formatına daxil edəcəkdi. Bu görüş formatı Müsavat Partiyasının tarixində, fikrimcə, ən yanlış addımlardan biri kimi xatırlanacaq.

- Söhbətimiz Milli Dirçəliş Gününə təsadüf edir. Təbii ki, 31 il öncənin bu, tarixi hadisəsi barədə nələri deyə bilərsiniz?

- Təbii ki, Milli Dirçəliş Günü millətimiz üçün önəmli bir tarixdir. Bu tarixi anların iştirakçısı olmaq bizim üçün də xatirə janrında xeyli maraqlı duyğuları yaradır. Bu cür metaforalarla ayrı-ayrı dövrlərdə millətin hərəkətlərini simvollaşdırmaq normal sayıla bilər. Lakin bir gerçəyi özümüz üçün unutmamalıyıq: Azərbaycan xalqının dirilişi də, oyanışı da, dirçəlişi də, yüksəlişi də 28 May tarixidir. Əslində bu kimi adlarla təqvimdə qırmızıladığımız bütün günləri tədricən 28 Mayın içərisinə yerləşdirməliyik.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru