“Azərbaycan tərkibində DQMV saxlana da bilərdi, əgər...” - Partiya sədri
Tarix: 9-01-2021, 09:43 | Çap et
 Dağlıq Qarabağ erməniləri indi iki əlilə başlarına möhkəm qapaz vurub peşmanlıq keçirməmiş deyillər. Onlar 200 il qabaq köçürüldükləri Cənubi Qafqazda özlərinə hamıdan yaxşı muxtariyyət qazanmışdılar. Ancaq ataların məsəli var - çox istəyən azdan da olar. Qarabağ separatçılarının indiki ağlamalı durumunu bu, çox yaxşı xarakterizə edir.
Əgər Dağlıq Qarabağ erməniləri 1988-ci ildə çörəyini yeyib suyunu içdikləri Azərbaycana xilaf çıxmasaydılar, bizə arxadan zərbə vurmasaydılar, özlərini adam kimi aparsaydılar, fərqli mənzərə olardı. Kim bilir, bəlkə hələ də Azərbaycanın tərkibində “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı muxtar qurum mövcud idi. Necə ki Naxçıvan Muxtar Respublikası var, eləcə də ermənilər şad-xürrəm DQMV statusundan yararlanacaqdılar.
Amma onlar nə etdilər, 1992-1993-cü ildə işğalı üstün tutdular; o dövrdə rusun silahı və dəstəyinə arxayınlaşıb torpaqlarımızı zəbt elədilər, qoca, körpə, cavan bilmədilər, əliyalın insanları qırdılar, etnik təmizləmə apardılar. Bu ağıldan kəm separatçılar elə bildilər ki, Qarabağda “artsax” dövləti qura biləcəklər. Heyhat. Nə “qdr” adlı qondarma respublikanın müstəqilliyini Ermənistan özü tanıdı, nə dünyanın özünə, beynəlxalq hüquqa hörmət qoyan ölkələri...
Əksinə, BMT-nin 4 qətnaməsi illərlə bizim ən güclü silahımız oldu, erməni lobbisi hər nə qədər təbliğat aparsa, milyonlar xərcləsə də, dünyanın bu mövqeyini dəyişə bilmədi.
ABŞ-ın Miçiqan Universitetinin erməni professoru Jirayr Lipartanyan da bu yaxınlarda verdiyi müsahibəsində təsdiqləyirdi ki, onlar 7 rayonu işğal ediblər və guya bu əraziləri tutmaqda məqsəd özünümüdafiə olub. Halbuki, bunu etməsəydilər, ermənilər Azərbaycanın tərkibində olmaq şərtilə DQMV saxlana bilərdi.
İndi İsə torpaqlarımız işğaldan azad edilib, ermənilərə nə status, nə muxtariyyət verilməsi nəzərdə tutulur, meşələrdə gizlənən qaçaq-quldur terrorçu dəstələrin, separatçı qrupların isə ömrünə az qalıb. Hərçənd bəzi siyasətçilər bu yanaşma ilə barışmır və onların zənnincə, erməni separatizmi olmasaydı belə, əvvəl-axır DQMV ləğv ediləcəkdi.
Əslində imkanlar necəydi? Müharibə və işğal olmasaydı, DQMV müstəqil Azərbaycanın tərkibində saxlana bilərdimi?
Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli bu mövzuda fikirlərini bölüşərkən “Yeni Müsavat”a qeyd etdi ki, DQMV o dövrdə şəraitdən asılı olaraq müəyyənləşmişdi. Partiya sədrinin sözlərinə görə, keçmiş sovet respublikaları arasında ən geniş muxtariyyət hüquqları verən elə Azərbaycan idi və Dağlıq Qarabağda ermənilərə bu haqlar verilmişdi.
“Separatizmin başlanması əvvəlcə Dağlıq Qarabağ Muxtar Vilayəti statusunun dəyişməsinə, sonra ləğvinə gətirib çıxardı. O zaman güman etmək olmazdı ki, muxtar vilayət statusu saxlanacaqdı. Amma mənə belə gəlir ki, əgər erməni separatizm hərəkatı olmasaydı, prinsipcə, Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti saxlana bilərdi. Sadəcə, separatizm oldu, bu işi pozdu, sonra hadisələr işğalla nəticələndi”, - deyə Q.Əlibəyli vurğuladı.
Partiya sədri hesab edir ki, bu gün ermənilər Azərbaycan vətəndaşlığını, onun suverenliyini qəbul edirlərsə, yaşaya bilərlər: “Ancaq onlara hər hansı xüsusi status verilə bilməz. Sadəcə, etnik azlıq kimi müəyyən hüquqlardan istifadə edə bilərlər. Məsələn, erməni dilində məktəblərin açılması, teatrların, mədəniyyət mərkəzlərinin fəaliyyəti, bayramlarının qeyd olunması kimi mədəni statusdan istifadə edə bilərlər. Bunun üçün ilk növbədə Azərbaycan qanunlarına əməl etməlidirlər”.
Xatırladaq ki, Qarabağ münaqişəsinin görünən tərəfi 1988-ci il fevralın 20-də başlamışdı. Həmin gün Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Soveti muxtar vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə qərar qəbul etmişdi.
1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclasında DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edildi. Azərbaycan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi vahidi kimi ləğv olunması haqda qərarı bundan 2 il sonra - 26 noyabr 1991-ci ildə çıxardı. “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13 |
|
|
|
| • Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08 |
|
|
|
| • Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01 |
|
|
|
| • İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48 |
|
|
|
| • Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42 |
|
|
|
| • “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40 |
|
|
|
| • "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37 |
|
|
|
| • 7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33 |
|
|
|
| • AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29 |
|
|
|
| • Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17 |
|
|
|
| • Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15 |
|
|
|
| • Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04 |
|
|
|
| • “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53 |
|
|
|
| • "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44 |
|
|
|
| • Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42 |
|
|
|
| • Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39 |
|
|
|
| • ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35 |
|
|
|
| • "450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30 |
|
|
|
| • Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02 |
|
|
|
| • Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00 |
|
|
|
| • Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34 |
|
|
|
| • SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32 |
|
|
|
| • AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19 |
|
|
|
| • "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15 |
|
|
|
| • Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10 |
|
|
|
| • Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07 |
|
|
|
| • Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04 |
|
|
|
| • Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02 |
|
|
|
| • İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00 |
|
|
|
| • Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58 |
|
|
|
| • "Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51 |
|
|
|
| • Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49 |
|
|
|
| • "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33 |
|
|
|
| • Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27 |
|
|
|
| • Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17 |
|
|
|
| • Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13 |
|
|
|
| • Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58 |
|
|
|
| • Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52 |
|
|
|
| • Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47 |
|
|
|
| • Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40 |
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
|