"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) aparılan daxili yoxlamalar ciddi qanunsuzluqları üzə çıxarıb..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında təhsil eksperti Sakit Muradov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsi tərəfindən həyata keçirilən araşdırmalar zamanı qurumda külli miqdarda mənimsəmə halları aşkar edilib. Bu yoxlamaların ilk nəticəsi olaraq, MÜTDA direktoru Eşqi Bağırovun köməkçisi vəzifəsindən azad olunub.
Köməkçisinin işdən çıxarılması və korrupsiya faktlarının ifşası Agentlik rəhbərinin kəskin reaksiyasına səbəb olub. E. Bağırovun Regional Təhsil İdarələrinin rəhbərləri ilə keçirdiyi son iclasda səsləndirdiyi "sizi məndən başqa heç kim yoxlaya bilməz" və "mən nə desəm, o olacaq" kimi ifadələri məhz bu yoxlamalara qarşı bir növ "üsyan" xarakteri daşıyır..."










