"AZZA şirniyyat mağazası da müştəriyə "get kimə istəyirsən de" virusuna yoluxdu? Bu virusun antivirusu yoxdu ki?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə ehsabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı qeyd edib.
O daha sonra başına gələnləri belə nəql edir: "Q.Qarayev küçəsində yerləşən AZZA-dan 10 ədəd kətə sifariş etmək istədim. Dedilər 100 ədəddən aşağı sifariş qəbul etmirik.(???) Dedim onda varsa indi verin. Dedilər yox,alınmır.Ona görə ki,hər gün hər mağazaya 2 ədəd kətə veririlir. Soruşdum : bu halda mən Bakıda beş mağaza gəzib hərəsindən iki kətə almalıyam? cavabi özünüz bilərsiniz oldu. Dedim saytınıza şikayət yazacam. Cavab: Get hara istəyirsən şikayət elə!
Deyəsən heç kim "heç kimdən, heç nədən, heç haradan "-dan qorxmur!"












