İkinci Qarabağ veteranı Müşfiq Eminov “Manato.az” və ya “SF Azerbaijan” MMC BOKT-dan 490 manat kredit əldə edib. Yekunda ödəmə sıxıntısı çəkən veteranımızın BOKT-a olan borcu 1005 manatadək artıb.
Veteran M.Eminov Kommersant.az-a şikayətində bildirib ki, "təşkilata yaranan borcuma görə ASAN xidmət notriusunun icra qərarı ilə veteran pulumun 51.25 faizi tutularaq sözügedən şirkətə ödənilir".
"Mənim şikayət, məktub və s. kimi xəbərdarlıq olunmayıb. Buna baxmayaraq ASAN xidmət notariusunun qərarı ilə veteranlığa görə aldığım 80 manatın 41 manatı (51.25 faizi) birbaşa plastik kartımdan tutularaq BOKT-a köçürülür. İlk tutulmada bundan xəbər tutdum və dərhal məhkəməyə müraciət etdim. Məhkəmədən mənə bildirildi ki, sizin borc qərarınızı notirus verib"-deyə veteran M.Eminov bildirib.
M.Eminov eyni zamanda qeyd edib ki, hazırda borcunu ödəyə bilmək üçün veteranlıq medalını satışa çıxarıb.











