MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                 

“Şuşanın kəndləri və bəzi yüksəkliklər Azərbaycanın nəzarətinə keçəcək” - deputat
Tarix: 26-10-2021, 12:31 | Çap et
“Şuşanın kəndləri və bəzi yüksəkliklər Azərbaycanın nəzarətinə keçəcək”
Noyabrın 9-10-u tarixlərində Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin növbəti görüşünün planlaşdırıldığına dair məlumatlar yayılmaqdadır. Həmin görüşdə sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də kommunikasiyaların açılmasıyla bağlı rəsmi sənədin imzalanacağı iddia olunur. Ancaq hələlik belə bir görüşün keçiriləcəyinə dair hər hansı rəsmi məlumat verilməyib.

Həmçinin, Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunda çıxışı zamanı Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi və Zəngəzur dəhlizinin açılmasına dair konstruktiv yanaşmalar ortaya qoyub. Bütün bunlar regionda dayanıqlı sülhün yaradılması və münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətində həm rəsmi, həm də müəyyən qapalı proseslərin getdiyinə dair qənaət yaradır.

“AzPolitika.info” bu mövzuda Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli ilə söhbətləşib:

- Tahir bəy, Rusiya və Ermənistan mətbuatı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin noyabrın birinci ongünlüyündə görüşəcəyinə dair məlumat yayıb. Həmin görüşdə sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılmasına dair hansısa sənədin imzalanacağı bildirilir. Hələ ki, rəsmi təsdiqini tapmayan bu məlumat və ümumilikdə hazırda regionda mövcud olan durum barədə fikirləriniz nədən ibarətdir?

- Əvvəla, onu deyim ki, müəyyən proseslərin getdiyi heç kimə sirr deyil. Mənim aldığım məlumatlara əsasən deyə bilərəm ki, proseslər Azərbaycanın xeyrinə gedir. Yəqin ki, Rusiya Prezidenti Vladimir Putinin son açıqlamaları ilə oxucularınız tanışdır. Onun Zəngəzur dəhlizi və Rusiya Müdafiə Nazirliyinin arxivlərindəki xəritələrə dair fikirlərini nəzərdə tuturam. Əlbəttə, söhbət köhnə SSRİ xəritələrindən gedir. Bu, Rusiyanın istəyinə uyğundur və hesab edirəm ki, Azərbaycanın da maraqlarına münasibdir. Ümumiyyətlə, proses bu şəkildə gedəcəksə, ermənilər indi olduqları müəyyən mövqelərdən geri çəkilməli və həmin mövqeləri Azərbaycana verməli olacaqlar.

Sözsüz ki, sərhədlərin müəyyən olunması vacibdir və bütün bunlar göstərir ki, Rusiya bu məsələdə təşəbbüsü əldən vermək istəmir və prosesi irəli aparmaq niyyətindədir.

- Prezident Putin açıq bildirdi ki, bu prosesdə Azərbaycan, Rusiya və Ermənistandan savayı heç kimin iştirakına ehtiyac yoxdur. O, iki dövlətin sərhədlərinə dair mötəbər xəritələrin də məhz Rusiyada olduğunu qeyd etdi. Sizcə, Putin bununla hansı mesajları verir?

- Bəli, açıq şəkildə qeyd edildi ki, başqalarının prosesə daxil olmasına ehtiyac yoxdur. Mənim qənaətimcə, burada açıq formada ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinə, başqa ölkələrə də mesajlar var. Rusiya istəyir ki, bu məsələni öz əlində cəmləsin, təşəbbüsü əlindən verməməklə yanaşı prosesə başqa ölkələri və qüvvələri buraxmasın. Göstərsin ki, bu məsələni yalnız onun özü həll edə bilər.

- Türkiyəni də?

- Bəzilərinin ehtimalına görə, Türkiyə bundan narazı qala bilər. Amma unutmayaq ki, Türkiyə Azərbaycanın xeyrinə olan proseslərə etiraz etmir, hətta Rusiyanın təşəbbüsü ilə olsa belə. Bu mənada hesab edirəm ki, üçtərəfli görüşün olması realdır və buna ehtiyac da var. Burada yeganə məqam Ermənistan tərəfinin buna hazır olub-olmaması ilə bağlıdır. Çünki İrəvan bir gün Qərbə, bir gün erməni diasporunun ağzına, bir gün də Moskvaya baxır. Ancaq istənilən halda Ermənistan Rusiyanın sözündən çıxa bilməz, uzağı prosesi bir qədər gecikdirə bilər.

- Vladimir Putin deyir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının arxivində dəqiq xəritələt var və onun əsasında tərəflər sərhədin delimitasiyasını həyata keçirə bilər. Bunu Rusiyanın regionda dominant statusuna dair xatırlatma, işarə kimi qəbul etmək olarmı?

- Mən hesab edirəm ki, indiki proseslər Azərbaycanın xeyrinədir. Bununla Azərbaycanın Ermənistanla SSRİ zamanı mövcud olan inzibati sərhədləri müəyyən olunur. Bu da beynəlxalq hüquqa tam uyğundur.

Mali Respublikası ilə əlaqədar beynəlxalq məhkəmənin bütün dövlətlər üçün presedent olacaq qərarı var. Bu qərara əsasən əgər federasiya və ya müstəmləkə sistemi dağılırsa, keçmiş inzibati ərazilər siyasi ərazilərə çevrilir. Başqa sözlə, inzibati sərhədlər siyasi sərhədlər hesab olunur. Yəni beynəlxalq hüquq da bu baxımdan keçmiş SSRİ xəritələrinin tətbiq olunmasını müəyyən edir. Ən vacibi odur ki, bu proses bizim xeyrimizədir. İndiki halda bundan narazı qalan yalnız Ermənistan tərəfidir. İndi onlar məhkumdurlar ki, əvvəlki sərhədlərə qayıtsınlar. Bu çərçivədə düşünürəm ki, bir sıra yüksəkliklər Azərbaycana qaytarılacaq.

- Oktyabrın 15-də İrəvanda millətçilər mitinq keçirərək Rusiya Prezidenti Vladimir Putin haqqında təhqiramiz şüarlar səsləndiriblər. Düzdür, Ermənistanda epizodik olaraq belə aksiyalara rast gəlinir. Amma son aksiyanın həm də tərəflər arasında kontaktların sıxlaşdığı bir atmosferdə baş verməsi xüsusi diqqət çəkiir...

- Bu, erməni həyasızlığının növbəti təzahürüdür. İndi Ermənistandakı revanşistlərin həlledici səs və qərar vermək imkanları yoxdur. Onlar sadəcə olaraq vəziyyətdən narazıdırlar, bilirlər ki, baş verən proseslər Rusiyanın moderatorluğu altında keçir. Bu səbəbdən də məhz Rusiyanı təqsirli bilirlər. Elə müharibədə məğlub olmalarında, müharibə zamanı Rusiyanın onlara kömək etməməsinə görə də şimalı günahkar bilirlər. İndi də sərhədlərin müəyyən olunması, rusların buna meyl etməsi məsələsi var.

Rusiyanın Ermənistana elan olunmayan bir xəbərdarlığı da olub. Ermənistana qeyri-rəsmi bildirilib ki, əgər sən Zəngəzur dəhlizi vasitəsilə Azərbaycana Naxçıvanla birləşməyə imkan yaratmırsansa, bu halda hansı haqla Laçın dəhlizinə iddia nümayiş etdirirsən? Ermənilərin nəzərinə çatdırılıb ki, bu durumda Laçın dəhlizində də Azərbaycanla birgə fəaliyyət imkanları yaranır. Məncə, bu səpkili xəbərdarlıq edilib.

Hesab edirəm ki, MDB dövlətlərinin sammitində Paşinyanın etiraf etdiyi kimi, Zəngəzur dəhlizi açılacaq. Bu da Rusiyanın diqqəti altındadır və onun diqtəsi ilə baş verir. Əlbəttə, bu hallar Ermənistanda revanşist qüvvələri narahat edir. Onlar anlayırlar ki, gələcəkdə Laçın dəhlizi istiqamətində paralel yolun çəkilişi, Şuşa ətrafı kəndlərin Azərbaycana qaytarılması, habelə Qazax və Naxçıvandakı kəndlərimizin delimitasiya nəticəsində geri qaytarılması baş verəcək. Bu, sadəcə zaman məsələsidir. Erməni revanşistlər bu məsələlərə görə, günahı Rusiyada görür. Məşhur məsəl var, mərd özündən, namərd özgədən görər. Ermənilərdə də namərdlik elə genişdir ki, öz əvəzinə Rusiyanı təqsirkar sayır. Baxmayaraq ki, zamanında ozlərini ruslara təslim edərək, onların ağalığını qəbul etmişdilər.

- Siz düşünürsünüz ki, Qazaxın işğal olunan altı kəndi və Naxçıvanın Kərki kəndi delimitasiya prosesi çərçivəsində Azərbaycana qaytarılacaq? O cümlədən Şuşa ətrafı kəndlər?

- Şübhəsiz ki, bu baş verəcək, sadəcə zaman məsələsi var. Mənim bildiyimə görə, 10 noyabr rəsmi razılaşması ilə yanaşı şifahi razılaşma da var və bu razılaşmaya görə, Ermənistan tərəfi qeyd etdiklərimi həyata keçirəcəyini öz üzərinə götürüb.

- İran-Azərbaycan münasibətlərində gərginlik nisbətən aradan qalxmış kimi görünür. Bu istiqamətdə durumu necə xarakterizə edirsiniz?

- Birincisi, İran Azərbaycanın belə möhtəşəm qələbəsini gözləmirdi. İkincisi, Xankəndinə daşınan yüklərlə bağlı məsələnin Azərbaycan tərəfindən ciddiləşdirilməsi aqressiv qarşılansa da, İran bu mövqeyinin səhv yanaşma olduğunu gördü. İran hərbi təlimlər keçirməsinə, müəyyən aqressiv açıqlamalara yol verməsinə baxmayaraq, məncə, sonradan anladı ki, bunlar onun özü üçün riskli hərəkətlərdir. Bu nöqteyi-nəzərdən İranın geri çəkilməsini alqışlamaq lazımdır. Artıq rəsmi qərarla İran tacirlərinin Xankəndinə yük daşımaları qadağan olunub, ora Azərbaycanın suveren ərazisi kimi tanınıb. Əlbəttə, bu, müsbət haldır.

Hazırda İran və Azərbaycan arasında aşağı səviyyədə məsləhətləşmələr davam edir və bu, yüksək səviyyəyə də qalxa bilər. Onsuz da Azərbaycan dövlətinin marağı yoxdur ki, tarixən yaxın qonşusu olan İranla münasibətlər korlansın. Ümumiyyətlə, Azərbaycanın dövlət siyasətində qonşularla yüksək səviyyədə əməkdaşlıq xətti götürülür. Gələcəkdə Ermənistanla münasibətlər düzələcəksə, Azərbaycan yenə də bu siyasətinə əməl edəcək. Azərbaycan heç vaxt qonşuları ilə pis münasibətlər qurmaq istəyində olmayıb. Azərbaycan heç kimin daxili işlərinə qarışmayıb və heç kimin də onun daxili işlərinə qarışmasını arzulamır. Bu mənada İranla yaşanan gərginlik çərçivəsində Azərbaycan cəmiyyətinin və siyasilərinin təpkisi haqlı idi. Hesab edirəm ki, indi dövlət siyasətinə uyğun yol tutulmalıdır.

- Demək olarmı ki, Ermənistanın İranı Azərbaycana qarşı qoymaq istəkləri baş tutmadı?

- Tamamilə haqlı yanaşmadır. Ermənistana bir yol Gürcüstan üzərindən idi. Gürcüstan müharibə zamanı haqlı mövqe nümayiş etdirdi. İndi də prinsipial mövqeyi var. Bu da anlaşılandır, çünki Gürcüstanın Türkiyə və Azərbaycanla münasibətləri daha əsaslı və dərindir. Ermənistanın indiki halda yeganə ümidi İran idi. İran isə indi Azərbaycanla münasibətlərin nə qədər əhəmiyyətli olduğunu ortaya qoyur. Bunu da müsbət qiymətləndirib faydalanmaq lazımdır. Ermənistan mümkün qədər təkləndiyini hiss etməlidir. Məncə, ölkələr arasında islam hümmətçiliyi, etnik tarixi birliyin üstünlüyündən istifadə olunmalıdır. Sözsüz ki, müəyyən tarixi proseslər gələcəyin işidir, bunu da zamanın öhdəsinə buraxmaq lazımdır. Mən İrandakı azərbaycanlılarla bağlı məsələləri nəzərdə tuturam...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Bu gün, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Bu gün, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Bu gün, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Bu gün, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Bu gün, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Bu gün, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru