Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                 

"Bəzi müsəlman dövlətləri üçün qardaşlıq, dini inanc yalnız sözdə qalıb" - ETİRAZ
Tarix: 29-10-2021, 08:20 | Çap et
"Bəzi müsəlman dövlətləri üçün qardaşlıq, dini inanc yalnız sözdə qalıb"
“Bir neçə gün öncə Ermənistan Prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfər etdi. Onu hava limanında krallığın Xarici işlər naziri Adel əl-Cubeyr qarşılayıb. Ermənistan prezidentinin Səudiyyə səfəri bir neçə məqamı ilə yadda qaldı. Hər kəsə məlumdur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalına etiraz əlaməti olaraq Səudiyyə Ərəbistanı və Ermənistan arasında diplomatik əlaqələr mövcud deyildir. Ancaq indi baş verənlər vəziyyətin heç də belə olmadığını göstərmiş oldu”.

Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, əldə edilən məlumatlara əsasən rəsmi də olmasa Səudiyyə krallığı ilə Ermənistan arasında artıq bir neçə ildir ki, yaxınlaşma hiss edilməkdədir:

“Xüsusilə də, 2010-cu ildə Səudiyyə Ərəbistanında Məhəmməd ibn Salmanın hakimiyyətə gəlişi ilə Səudiyyə və Ermənistan arasında isti münasibətlərin təməli qoyulmağa başladı. Tərəflər arasında münasibətlərin daha da intensivləşdiyi dövrün məhz 2018-ci ildən bəriyə təsadüf etdiyini demək mümkündür. Üzdə müsəlman təəssübkeşliyindən və din qardaşlığından danışan Səudiyyə krallığının vəliəhdi Məhəmməd ibn Salman və kral Salman bin Əbdüləziz 2018-ci ilin sentyabr ayında yarandığı gündən əli müsəlman qanına batmış Ermənistana müstəqillik günü münasibətilə təbrik mesajı ünvanlayıb. 2019-cu ilin aprel ayında qondarma erməni soyqırımı ərəfəsində Səudiyyə şəhzadəsi Rima bin Bəndər əl-Səud “erməni genosidini” qəbul etmədiyi üçün Türkiyəyə qarşı sərt ittihamlar səsləndirməsi və II Qarabağ savaşı dövründə Birləşmiş Ərəb Əmirliyinin Əl-Ərəbiyyə telekanalında Ermənistan Prezidenti Armen Sarkisyanın çıxışlarının yayımlanması isə onu göstərir ki, bəzi müsəlman dövlətlərində dini təəssübkeşlik və din qardaşlığı yalnız sözdə qalıb. Məsələ burasındadır ki, bu addım yalnız Səudiyyə Ərəbistanı tərəfindən atılmayıb. Bu gün Ermənistanla istər siyasi və diplomatik səviyyədə, istərsə də digər səviyyələrdə əlaqələr quran müsəlman dövlətlərinin sayı daha çoxdur. Bu dövlətlər arasında Birləşmiş Ərəb Əmirliyi, İordaniya və digər müsəlman dövlətləri də var”.

Politoloq əlavə edib ki, ərəb ölkələrinin atdıqları bu addımlar, əlbəttə ki, həm Azərbaycan, həm də Türkiyə tərəfindən təəssüf hissi və narahatlıqla qarşılanmaqdadır:

“2019-cu ilin aprel ayında Türkiyə və Azərbaycana qarşı din qardaşlığına sığmayan addım ataraq Birləşmiş Ərəb Əmirlikləri Qondarma Erməni Soyqırımını tədricən tanımağa başlayacağını rəsmi şəkildə bildirdi və Abu Dabi Əmirliyi 2019-cu ilin aprel ayında qondarma soyqırımı tanıdı. Bir müddət sonra isə Birləşmiş Ərəb Əmirliklərinin liderləri Şeyx Xəlifə bin Zayed Əl Nahyan əli azərbaycanlı və eyni zamanda müsəlman qanına batmış Ermənistanı 21 sentyabr 2020-ci ildə Müstəqillik Günü münasibətilə təbrik etdi. Bu isə Azərbaycan-Birləşmiş Ərəb Əmirliyi əlaqələrinə mənfi təsir göstərmiş oldu. Birləşmiş Ərəb Əmirliyinin Ermənistan sevdası bununla da kifayətlənmədi və yayılan məlumatlara əsasən II Qarabağ savaşı dövründə Ermənistana Birləşmiş Ərəb Əmirliyi tərəfindən hərbi texnika ilə də yardım göstərildiyi deyilir. Onu da qeyd etmək lazımdır ki, II Qarabağ savaşı dövründə Ermənistan Prezidenti Armen Sarkisyan iki dəfə Birləşmiş Ərəb Əmirliyinə səfər edib. Bu səfərin məqsədinin tərəflər arasında siyasi, iqtisadi və hərbi sahədə əlaqələrin gücləndirilməsi olduğu bildirilir”.
Siyasi analitik bildirib ki, Ermənistanla əlaqələri inkişaf etdirən digər müsəlman dövlətlərindən biri də İordaniyadır: “Tərəflər arasında uzunmüddətli əlaqələrə toxunmadan onu qeyd etmək olar ki, son iki ildə Ermənistan Prezidenti Armen Sarkisyan İordaniyaya iki dəfə səfər edib. Sarkisyanın İordaniyalı həmkarı II Abdullah ilə bir görüşü 2019-cu il aprel ayında Ermənistan prezidentinin İordaniyaya səfəri zamanı baş tutub, ikinci görüş isə II Qarabağ savaşından sonra, yəni 2020-ci ilin noyabr ayında Ermənistan prezidentinin İordaniyaya səfəri ilə gerçəkləşdi. İordaniyanın isə Ermənistana belə qucaq açması artıq bəzi müsəlman dövlətləri üçün dini inancın o dərəcədə əhəmiyyətli olmadığını və öz xarici siyasətlərinin prioritet olduğunu deməyə əsas verir. İran-Ermənistan əlaqələrinə gəlincə isə burada vəziyyət hər kəsə gün kimi aydındır. Yəni İran və Ermənistan arasında siyasi, iqtisadi, mədəni və hərbi sahədə mövcud olan əlaqələr nə İran-Azərbaycan, nə də İran-Türkiyə arasında mövcud deyil. II Qarabağ savaşından sonra İran və Ermənistan, eyni zamanda İran və Azərbaycan arasında baş verən hadisələrə nəzər saldıqda vəziyyətin nədən ibarət olduğunu aydın şəkildə görmək mümkündür. Nəhayət, bütün bu baş verənləri nəzərə alaraq onu qeyd etmək mümkündür ki, Qarabağda əli müsəlman qanına batmış, 60-dan artıq məscidi dağıtmış, islami dəyərləri tapdalamış Ermənistanla özlərini müsəlman dövlətləri adlandıranların belə isti münasibətlər qurması onu göstərir ki, müasir dövrdə həmin dövlətlər üçün vacib olan dövlət maraqlarıdır.
Məhz bunları nəzərə alaraq dəfələrlə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həmin müsəlman dövlətlərinə çağırışlar edilib, hətta müəyyən mənada Ermənistanla münasibətlərdən çəkinməsi məqsədi ilə etirazlar da edilib”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru