Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                 

"Məhbuslar siyasi kateqoriya baxımından bölünürsə, bu, hüquqi meyar deyil" - deputat
Tarix: 4-11-2021, 10:57 | Çap et
"Məhbuslar siyasi kateqoriya baxımından bölünürsə, bu, hüquqi meyar deyil"
Milli Məclisdə Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb. Layihə Milli Məclisin 5 noyabrda keçirilən iclasında müzakirəyə çıxarılacaq. Akt böyük ölçüdə qəbul olunacaq.

Amnistiya Aktı ölkədə nələri dəyişdirəcək? Hazırda əsas sual budur.

Əslində aktın kimlərə şamil olunacağı sənəddən bəllidir: daha çox müharibə iştirakçıları və onların yaxın qohumları, yaşı 60-dan çox olan şəxslərə şamil olunacaq.

Bəs məşhur dustaqlardan kimlər bunun təsiri altına düşəcək? Sabiq MTN-çilər, dindarlar, OMON-çular, müxalifətçilər - bunlardan hansı göstərilən amnistiya kriteriyalarına cavab verir?

Qeyd edək ki, bəzi müxalifətçilər, aktivistlər bu layihəni gözdən salmağa çalışırlar. Amnistiyanın “qızıl” olmadığını deyirlər. Azərbaycanda siyasi quruluşu dəyişdirməyə çağıran, İranın agentura şəbəkəsinin üzvü olan şəxsləri müdafiə etməklə və onlara siyasi məhbus emblemi yapışdırmaqla məşğuldurlar.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Əfv Komissiyasının üzvü Zahid Oruc Amnistiya Aktı barədə müzakirələri “Yeni Müsavat”da bu cür şərh etdi: “Komitədə bu məsələ müzakirə olunarkən hamı tərəfindən vurğulanan ən mühüm tezis haqlı olaraq ondan ibarət idi ki, bu, Azərbaycanın müstəqillik tarixində bənzəri olmayan böyük Zəfər aktıdır. İndiyə qədərki dövrdə 11 dəfə həyata keçirilmiş amnistiya aktından bu akt tamam fərqlənir. Öncəliklə çox önəmli bir tarixçəyə malikdir. Doğrudur, hər bir amnistiya aktı çox mühüm olub, bu qərarlar nəticəsində çoxlu sayda insanlar azadlığına qovuşub. Bir sözlə, on minlərlə insan bu aktlardan faydalanıb. Eyni zamanda dövlətlə vətəndaş arasındakı münasibətlərə bu çox müsbət təsir edib, humanizm duyğularını gücləndirib. Hazırkı dövrdə isə ən mühüm məsələ bunun qalib bir dövlət, lider tərəfindən həyata keçirilməsidir. İki ay idi ki, müvafiq qurumların nümayəndələri bu akt üzərində işləyirdilər. Bu səbəbdən zəfərimizin nəticəsi olaraq, azadlıqdan məhrum edilmiş müəyyən kateqoriyanın insanları barədə belə bir akt cənab Prezidentin təşəbbüsü ilə irəli sürülüb. Bunu doğuran səbəblər çoxdur. Bu ilin fevral ayında başlayan müzakirələr nəhayət martın 18-də əfv qərarı ilə müşayiət olunmuşdu. Bir il tamam olmamış indi də belə bir addımın atılması ayrıca vurğulanmalı cəhətdir. Mətbuatda yayılan sənəddə bu aktın kimlərə şamil olunacağı vurğulanıb. İctimai təhlükəli olmayan əməllər üzrə cinayət törətmiş şəxslərə şamil ediləcək. Cəzaların qalma müddətinə də diqqət ayrılır. Müharibəyə birbaşa bağlı olan şəxslər də, onların yaxınları da burada nəzərdə tutulur. Bərdə, Gəncə və Tərtərə atılan raket nəticəsində ya şəhid olmuş, ya da sağlamlığından məhrum olmuş insanlar da burada diqqətdən kənarda qalmayıb. Burada da bəllidir ki, hansı kateqoriyadan olanlar nəzərdə tutulur. Ağır cinayətlər, dövlət əleyhinə aid olan cinayətlər burada nəzərdə tutula bilməz. Ağır cinayət törədən şəxslər əfv və amnistiya yolu ilə qısa zamanda azadlığa çıxarsa, bu siyasi, ictimai, kriminal mühitə müsbət təsir edə bilməz. Amnistiyanın bir hissəsi də onun icrası ilə bağlıdır. Onun icrası 4 aya yaxın zaman çəkəcək. Bu da başadüşüləndir. Çünki həmin insanların dairəsini müəyyən etmək bir müddət zaman alacaq. Amma müəyyən olunub ki, bu akt 16 min məhbusu əhatə edəcək. Əhalinin sayına görə məhbusların olduğu ölkələr sırasında 56-cı yerdəyik. Əslində bu, yaxşı göstərici sayılır. Bu fikirlərimi də deməyi borc bilirəm. Bilirsiniz ki, bir neçə ay bundan öncə qəhrəman döyüşçülərimizdən birinin 2020-ci ilin əvvəllərində həyatında etdiyi müəyyən bir əməl, cinayət məsuliyyəti yaradan bir səhv nəticəsində Vətən müharibəsindən sonra onun haqqında proseslər yaşanmağa başladı. Hüququ izahat zamanı bu məsələ media məkanına çıxdı. Məsələ cinayət törətmiş şəxsə qarşı deyil, o hadisəni xatırlatmaq istəmirəm, çünki döyüşçülərimizlə bağlı ancaq müsbət danışmalıyıq-qaziyə, döyüşçümüzə qarşı məhkəmə müstəvisi kimi forma aldı. Sosial şəbəkələrdən, media məkanından heç də ictimaiyyətə müsbət siqnallar getmədi. Bu, özü-özlüyündə ordu əleyhinə də təşviqata çevrildi. Məkrli dairələr bundan yararlanmağa çalışdılar. Dövlətin qalibiyyətimizin bir illiyində belə bir addım atması hər kəs tərəfindən müsbət qəbul edilir. Ümidvarıq ki, noyabrın 5-də ”Amnistiya aktı" qəbul ediləcək. Bundan sonra Zəfər bayramımızdan öncədən onun icrasına başlanılacaq".

Deputat bəzi aktivistlərin, müxalif fəalların, bir sıra partiya funksionerlərinin bu aktın “qızıl” olmadığı barədə dediklərinə də cavab verdi: “Məhbuslar siyasi kateqoriya baxımından bölünürsə, bu, hüquqi meyar deyil. Yaxşı bilirik ki, hər hansı bir cinayət törətmiş şəxs partiya vəsiqəsi daşıyırsa, o, daha çox himayə olunur, xarici dairələrin bu məsələ daimi gündəmini təşkil edir. Əksər hallarda bu, dövlət əleyhinə bir təzyiq alətinə çevrilir. Belə məsələlərdən istifadə etməyə çalışan məlum qüvvələrdən hökmən soruşmaq lazımdır ki, azadlığa çıxan minlərlə insanın doğrudan da haqları, həyatı, vətəndaş azadlığı, konstitusion hüquqları onlar üçün heçdir? Məhbusları fərqləndirəndə doğrudan da anlamırlar ki, insanların üzərinə bu formada getmək olmaz? Şükürlər olsun ki, müxalif qüvvələrin əfv vermək, yaxud amnistiya aktı qəbul etmək səlahiyyətləri yoxdur. Onlar kimdirlər ki, kimin günahsız, yaxud günahkar olduğunu müəyyən etsinlər? Ədalət birtərəfli tələb oluna bilməz. Amnistiya kateqoriyalarına düşənlər arasında müxalifətçilər olacaqsa, onlar da azad ediləcəklər. Zatən kimləri əhatə edəcəyi məlumdur. Amnistiya hüquqi maddələrə söykənir. Məgər bu maddələr iqtidar və müxalifət arasında bölünüb? Kim uyğun gələcəksə, azadlığını gözləsin, hökmən azad olunacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru