"Təxribatların törədilməsində başlıca məqsəd budur" - Partiya sədri
Tarix: 17-11-2021, 08:43 | Çap et
 Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıblar:
“Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sında qəfil hərbi əməliyyata başlayıb. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum ediblər”. Ermənilər ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurublar. Nəticədə iki hərbçimiz yaralanıb. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə düşmənin hərəkəti məhdudlaşdırılıb, qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib. Bununla da genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin planları tam iflasa uğrayıb. Xatırladaq ki, Ermənistan tərəfi son 4 gündə 4 təxribata əl atıb. Ekspertlərin fikrincə, Ermənistanın məqsədi strateji yüksəklikləri tutub, danışıqlarda mövqeyini gücləndirməkdir. Lakin dövlət sərhədində Azərbaycan mövqelərinə hücum cəhdi birbaşa hərbi təcavüzdür. Ona görə də yaxşı olar ki, erməni hərbçilər tərksilah edilmək əvəzinə, yerindəcə məhv edilsin.
Təxribatlarla bağlı “Şərq”ə danışan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib ki, məqsəd tərəflər arasında birbaşa danışıqların baş tutmasına, sülh anlaşmasının imzalanmasına, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, üçtərəfli bəyanatın yerdə qalan bəndlərinin icrasına mane olmaqdır:
“Təxribatların törədilməsində başlıca məqsəd budur. Burada əsas faktor Rusiyadır. Eyni zamanda Fransa və İranı da unutmaq olmaz. Məsələ ondadır ki, üçtərəfli sazişin icrası, ölkələrarası münasibətlərin normallaşması və regionda sabitliyin formalaşması fonunda Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanda qalmasına ehtiyac qalmır. Eyni zamanda təxribatların meydana gəlməsində Ermənistan daxilində, xüsusən hakimiyyət strukturlarında və silahlı qüvvələrdə gedən proseslər də gözardı edilməməlidir”.
AĞ Partiya sədri Tural Abbaslı da “Şərq”ə bildirib ki, regionda Rusiyanın ciddi maraqları var. Partiya rəhbərinin sözlərinə görə, Moskvanın maraqları tələb edir ki, bölgədə sabitlik bərpa olunmasın. Çünki əmin-amanlığın yaranması Kremlin regiondan çıxması prosesinin önünü açacaq:
“Ən müxtəlif formada bölgədə gərginliyin qalması, Azərbaycan-Ermənistan sərhədində qarşıdurmanın davam etməsi Rusiya üçün çox önəmlidir.
Digər səbəb isə odur ki, sərhədlərin müəyyən olunmasından öncə “mövqe savaşı” gedir. Güman edilir ki, bir ölkənin silahlı qüvvələri son olaraq hansı mövqedə dayansa, sərhədlərin demarkasiyası həmin xətt üzrə gedəcək. Ermənilər yüksəklikləri ələ keçirərək sərhəd xətlərinə nəzarəti ələ almaq istəyirlər. Azərbaycan Ordusu düşmənin cavabını artıqlaması ilə verməlidir. Sadəcə müdafiə olunmalı deyilik, əks-hücumlarla daha uyğun mövqeləri nəzarətimizə almalıyıq. Hələ proses davam edir və heç nə bitməyib. Son günlər Rusiya Azərbaycana qarşı psixoloji təzyiq metodlarından istifadə edir. Xankəndində park açır, heykəl qoyur, terrorçunu əlimizdən alaraq Ermənistana təhvil verir və s. Məqsəd Azərbaycanı demoralizə etmək, qalib dövlət modunu azaltmaqdır.
Hazırda Rusiya-Ermənistan cütlüyünün təxribatları ilə qarşı-qarşıyayıq. Cavabımız çox sərt olmalı və Türkiyə ilə birlikdə hərəkət etməliyik”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44 |
|
|
|
| • Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39 |
|
|
|
| • Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32 |
|
|
|
| • Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23 |
|
|
|
| • MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22 |
|
|
|
| • Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13 |
|
|
|
| • Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12 |
|
|
|
| • Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11 |
|
|
|
| • “PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
| • Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04 |
|
|
|
| • Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02 |
|
|
|
| • Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01 |
|
|
|
| • “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56 |
|
|
|
| • Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48 |
|
|
|
| • "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47 |
|
|
|
| • Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42 |
|
|
|
| • Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30 |
|
|
|
| • Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23 |
|
|
|
| • Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14 |
|
|
|
| • Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10 |
|
|
|
| • Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05 |
|
|
|
| • Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03 |
|
|
|
| • İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54 |
|
|
|
| • TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53 |
|
|
|
| • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42 |
|
|
|
| • “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35 |
|
|
|
| • İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20 |
|
|
|
| • ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15 |
|
|
|
| • Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11 |
|
|
|
| • İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09 |
|
|
|
| • Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05 |
|
|
|
| • Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03 |
|
|
|
| • Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01 |
|
|
|
| • "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50 |
|
|
|
| • Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40 |
|
|
|
| • Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20 |
|
|
|
| • Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17 |
|
|
|
| • Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00 |
|
|
|
| • 2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58 |
|
|
|
| • Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56 |
|
|
|
| • “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40 |
|
|
|
| • “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35 |
|
|
|
| • Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26 |
|
|
|
| • İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23 |
|
|
|
| • "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19 |
|
|
|
| • Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12 |
|
|
|
| • "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10 |
|
|
|
| • "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07 |
|
|
|
| • Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04 |
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
|