Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                 

“İlk növbədə Avropa Birliyinin Azərbaycana qarşı daha səmimi addım atmasını gözləməliyik” - deputat
Tarix: 8-12-2021, 09:27 | Çap et
“İlk növbədə Avropa Birliyinin Azərbaycana qarşı daha səmimi addım atmasını gözləməliyik”
Dekabrın 15-i və 16-sında Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti keçiriləcək. Xatırlatmaq üçün qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramına Avropa İttifaqı (Aİ) 2009-cu ilin may ayından start verib və bu proqram Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişafını nəzərdə tutur.

Qeyd edək ki, bu il iyulun 18-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşündə bir sıra məsələlər müzakirə olunmuşdu və mühüm bəyanatlar verilmişdi. Elə bir müddət öncə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkil edilməsi ideyası da cənab Mişeldən gəlmişdi. Azərbaycan görüşlərdən heç zaman yayınmayıb, ancaq Ermənistanın davranışları görüşün baş tutacağına da şübhə yaradıb. Eyni zamanda görüş olacaqsa belə, nəticənin əldə olunacağına inam çox azdır. Bununla belə, Azərbaycan dövləti ikitərəfli əməkdaşlığa üstünlük verir, o cümlədən AB ilə münasibətlərdə. Bir neçə gün öncə Bakıya səfər edən Aİ rəsmisi ilə keçirilən görüşlə bağlı məlumatlar da Bakı-Brüssel əlaqələrinin normal məcrada davam etdirilməsinə şübhə yeri qoymur. Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü, həmçinin hazırda quruma sədrlik etməsi ölkəmizi bloklara üzv etmək istəyən cinahlar üçün keçilməz səddə çevrilib.

2009-cu ildə “Şərq Tərəfdaşlığı” proqramı irəli sürülərkən Aİ-nin sərhədləri yaxınlığında olan dövlətlərdə sabitliyin, islahatlar və modernləşmənin aparılması, təhlükəsizliyin təmin edilməsi, azad ticarət zonalarının yaradılması, viza rejiminin sadələşdirilməsi (və sonra ləğvi) kimi məqsədlər qarşıya qoyulurdu. 2013-cü il Vilnüs sammitində Ukrayna və Ermənistan assosiativ üzvlük haqqında müqaviləni imzalamadılar. Hətta Ermənistan Rusiyanın dominantlığı altında olan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə (KTMT) yaxınlaşma, sıx tərəfdaşlıq xəttinin davam etdirilməsini zəruri sayırdı. Azərbaycan isə tam müstəqil mövqe tutaraq, ümumiyyətlə, assosiativ üzvlüyə mənfi münasibətini ifadə etdi. Assosiativ üzvlük haqqında sənədə ancaq Gürcüstan və Moldova imza atdılar. Beləliklə, 2013-cü ildə “Şərq Tərəfdaşlığı” proqramı ciddi siyasi zərbə aldı. Məlum oldu ki, proqrama daxil olan dövlətləri eyni qəlibə salmaq praktiki olaraq səmərəli deyil. Onda Aİ həmin proqramda tərəfdaş olan ölkələrə qarşı fərdi yanaşmaya üstünlük verməyə başladı. 2017-ci ildə isə Aİ ilə Ermənistan arasında assosiativ saziş imzalandı. Cənubi Qafqaz ölkələrinin “Şərq Tərəfdaşlığı” proqramında iştirakının özəllikləri və gəlinən nəticələrin təhlili maraq doğurur.

Bir sıra ekspertlər hesab edirlər ki, bu proqram çərçivəsində ən çox uğur qazanan ölkə Gürcüstan olub. Əslində Brüssel də bu qənaətdədir. Ermənistanla bağlı konkret bir fikir ifadə etmək çətindir. Bu ölkə rəhbərliyinin yürütdüyü qeyri-konstruktiv siyasət nəticəsində onun “Şərq Tərəfdaşlığı” proqramında yeri və rolu da aydın deyil. Azərbaycanla bağlı isə tamamilə fərqli situasiya yaranıb. Rəsmi Bakının müstəqil siyasəti “Şərq Tərəfdaşlığı” proqramı daxilində onun məxsusi və ardıcıl mövqeyinin olduğunu təsdiqləyir. Azərbaycan assosiativ sazişi imzalamamaqla düzgün siyasi kurs seçdimi? Brüssel sammitində bu məsələ yenidən gündəliyə gələ bilərmi, yoxsa Aİ artıq Azərbaycana münasibətdə çoxtərəfli əməkdaşlıq formatı ilə barışıb?

Deputat, BQB başqanı Fazil Mustafa hesab edir ki, Azərbaycanın Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” proqramı istiqamətində əməkdaşlığı bir çox müddətli geniş müzakirələr fonunda əslində əlaqələrimizin inkişafı baxımından faydalı bir istiqamət olub: “Amma mütləq mənada Avropa Birliyinin bir sıra istiqamətlərdə regional problemlərə baxışı ilə Azərbaycanın maraqları üst-üstə düşmədiyinə görə bəlli bir ziddiyyətlər də ortada qalıb. Burada həm də Avropa Birliyinin müəyyən məsələlərə prinsipial mövqe sərgiləməməsi də öz rolunu oynayıb. Çünki Azərbaycan əraziləri işğal olunmuşdu və işğal edən dövlətlə 2017-ci ildə belə bir sazişin imzalanması onu göstərdi ki, ərazi bütövlüyü prinsipini nə qədər bəyan eləsələr də, amma real praktik tətbiqində işğalçı ölkəyə qarşı sərt mövqe sərgiləmir. Eyni zamanda 44 günlük savaş dövründə, ondan sonrakı müddətdə də Ermənistana edilən dəstək, böyük miqdarda, 2,6 milyard avro maliyyə yardımının ayrılması, ardınca da müxtəlif layihələr üzrə yardımın verilməsi, Azərbaycan üçünsə cəmi 160 milyon yardım edilməsi, onun da hələ verilməməsi onu göstərir ki, bu standartlar fərqlidir. Fərqli olduğuna görə də Azərbaycanın Avropa Birliyi ilə münasibətlərində inam amili çox ciddi rol oynayır. Yəni birinci növbədə səmimiyyətə, əməkdaşlığın perspektivinə inanmalısan və əməkdaşlıqda müəyyən prinsipləri qorumağa çalışmalısan. Ona görə də Azərbaycan bütün bu kimi məsələlərdə Avropa Birliyinin Cənubi Qafqaz siyasətinə müəyyən qədər ehtiyatla yanaşır, burada da haqlıdır. Digər tərəfdən, Azərbaycan həm də müstəqil siyasət yeritdiyinə görə ayrı-ayrı dövlətlərlə, Avropa Birliyinə daxil olan ayrı-ayrı subyektlərlə ayrıca münasibətlər saxlama xəttini diqqətdən kənarda tutmur. Bu mənada AB-yə daxil olan xeyli ölkələrlə də əməkdaşlıq əlaqələri geniş şəkildə inkişaf edib”. F.Mustafa məhz bu mənada Ermənistanın avantajlı vəziyyət əldə etdiyini düşünmür: “Çünki bölgədəki proseslərdə Ermənistan Avropa Birliyinə ona görə daha çox arxalanır, yaxud dəstəyini almaq istəyir ki, ATƏT-in Minsk Qrupunun yenidən canlanması mümkün olsun. Burada əsasən iki dövlət Ermənistanın mövqeyini müdafiə edir: ABŞ və Fransa. Fransa Avropa Birliyinə daxil olduğuna görə bu birliyin siyasi kursunun da Ermənistana dəstək verdiyini düşünürlər. Amma hesab edirəm ki, Azərbaycan hər hansı şəkildə asossiativ sazişi indiki mərhələdə imzalamamalıdır. Rəsmi Bakı yenə də Avropa Birliyinə daxil olan ölkələrlə ikili əlaqələrə üstünlük verməlidir. Digər məsələlərdə də birlikdə bu prosesi irəli aparmağın yollarını tapmalıdır. Çünki əks halda, bu məsələ Azərbaycan üçün indiki şərtlərdə o qədər də əlverişli deyil. Çünki Avropa Birliyinin buradakı prosesləri tənzimləməsi mümkün deyil. Qurumun bu prosesə hansısa bir dəstək verməsi də, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində qorunan hüquqlarını müdafiə etməsi də inandırıcı görünmür. Ona görə də biz yenə də ehtiyatlı mövqeyimizi davam etdirməliyik, daha çox bölgədə söz sahibi olan ölkələrlə əməkdaşlıq modelini inkişaf etdirməliyik, çünki sahədə tamam başqa proseslər gedir. Təbii ki, Avropa Birliyi ilə də bəlli bir standartların qorunması istiqamətində münasibətlərimizi saxlamalıyıq. Burada ilk növbədə Avropa Birliyinin Azərbaycana qarşı daha səmimi addım atmasını gözləməliyik. Əgər belə bir addım olarsa, Azərbaycan onlarla bağlı da istənilən səviyyədə əməkdaşlığı önə çəkə bilər”.

Politoloq Elçin Mirzəbəyli də “Yeni Müsavat”a bu mövzu ilə bağlı maraqlı fikirlərini açıqladı: “2013-cü ildən bu yana cərəyan edən proseslər Azərbaycanın Avropa İttifaqı ilə assosiativ saziş imzalamamaqda və heç bir manipulyativ davranışlara yol vermədən Aİ ilə münasibətlərinin perspektivi ilə bağlı mövqeyini öncədən, həm də açıq şəkildə sərgiləməkdə doğru addım atdığını sübuta yetirir. Hazırda Aİ ilə assosiativ saziş imzalayan ”Şərf Tərəfdaşlığı" proqramına üzv olan ölkələrdən hansısa birinin uğur qazandığını söyləmək çox çətindir. Əslində ortalıqda “uğur” sözünün doğurduğu assosiasiyaya uyğun gələn nəticə yoxdur. Ukrayna, Gürcüstan və Moldova ərazi bütövlüklərini bərpa etməyiblər, işğalçı Ermənistan isə müharibədə məğlub edilib". İqtisadi amillərə gəldikdə isə, E.Mirzəbəyli qeyd etdi ki, Aİ ilə assosiativ saziş imzalayan ölkələrdən yalnız Gürcüstan nisbətən sabit durumdadır: “Bu isə Avropa İttifaqı ilə birbaşa bağlı olan məsələ deyil. Əgər Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri olmasaydı, Gürcüstan hazırda Moldova və Ukraynadan, bəlkə Ermənistandan da ağır durumda olacaqdı. İqtisadi sabitlik bir yana qalsın, Aİ heç assosiativ saziş imzaladığı ölkələrin enerji təhlükəsizliyi ilə bağlı problemləri həll edə bilməyib. Məsələn, bu ilin oktyabrında təbii qazın qiymətlərinin fantastik həddə çatması nəticəsində Moldovanın Aİ üzvü olan Rumıniya, Polşa və Almaniyaya müraciətləri nəticəsiz qalmışdı və rəsmi Kişinyov Azərbaycanın ”qapısını döyməyə" məcbur olmuşdu. Ukrayna isə iyun ayından Azərbaycandan təbii qaz almağın yollarını axtarır. Bu ölkədə artıq bir neçə aydır ki, ciddi enerji böhranı yaşanır və hətta bir sıra bölgələrdə elektrik enerjisinin fasilələrlə verildiyi bildirilir. Hazırda Ukraynada təbii qazın qiyməti hər min kub metr üçün 730 dollar təşkil edir ki, mövcud iqtisadi imkanlar çərçivəsində rəsmi Kiyevin ölkəni təbii qazla təmin edə biləcəyi inandırıcı görünmür".

Politoloq olduqca mühüm olan bir məqamı qeyd etdi: “Aİ-nin ”Şərq Tərəfdaşlığı"na üzv olan ölkələrin əraz bütövlükləri ilə bağlı nümayiş etdirdiyi qorxaq mövqe, bəzən “Şimal axını-2" layihəsində olduğu kimi, öz iqtisadi maraqlarını assosiativ müttəfiqlərindən dəfələrlə üstün tutması ittifaqa olan etimada ciddi zərbə vurub. Azərbaycan ərazilərinin 30 ilə yaxın Ermənistanın işğalı altında qalmasına münasibətdə nümayiş etdirilən ikili standartlar, Gürcüstan ərazilərinin ilhaqı prosesində Aİ-nin təmsilçisi kimi vasitəçi missiyasını yerinə yetirən Fransanın qorxaq davranışları, Ukrayna ilə bağlı məsələdə dəstəyin sözçülükdən o yana keçməməsi Avropa İttifaqına güvənməklə yürüdülən siyasətin perspektivinin olmadığını göstərir". E.Mirzəbəyli hesab edir ki, artıq ümumi mənzərə çoxlarına aydındır: “Məsələ burasındadır ki, postsovet məkanında artıq heç kim ”demokratiya" haqqında nağıllara inanmır və bu müddət ərzində bu coğrafiyada yaşayan xalqlar və onların liderləri Qərb siyasətçilərini “dişlərinə vuraraq” nəyə qadir olduqlarını müəyyənləşdiriblər. Rusiyanın ötkəm siyasətinin təməlində də bu amil dayanır. Putin Qərbin hara qədər gedə biləcəyini yaxşı bilir və onu da yaxşı bilir ki, Aİ öz maraqlarını təmin etmək üçün bütün yüksək dəyərləri ayaqlar altına atmağa və assosiativ müttəfiqlərini iqtisadi-siyasi alver predmetinə çevirməyə hazırdır. Bu baxımdan, Azərbaycan başqalarının indi əmin olmağa başladığı məsələlərlə bağlı qənaətini çoxdan müəyyənləşdirib və ötən hər gün Prezident İlham Əliyevin haqlı olduğunu təsdiqləyir".

Bir həftə sonra Brüsseldə nə baş verəcək, bunu indidən demək çətindir. Amma əminik ki, dövlət maraqlarımız həmişə olduğu kimi, bu dəfə də yüksək səviyyədə qorunacaq. Necə ki, Azərbaycan illər öncə assosiativ sənədi imzalamamaqda haqlı olduğunu isbatladı...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru