Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                 

"Cəzaların sərtləşdirilməsi bəzi insanları çəkindirə bilər" - deputat
Tarix: 21-12-2021, 08:15 | Çap et
"Cəzaların sərtləşdirilməsi bəzi insanları çəkindirə bilər"
Gürcüstanda azyaşlılara qarşı cinsi və digər zorakılıq hallarına qarşı cinayətlərə görə cəzalar sərtləşdirilir. DİA.AZ "Şərq"-ə istinadən xəbər verir ki, bununla əlaqədar ölkənin Daxili İşlər Nazirliyi yeni qanun layihəsi hazırlayıb. Nazirliyin məlumatında bildirilir ki, son 9 ayda Gürcüstanda 152 nəfər seksual zorakılığa məruz qalıb. Onlardan da 114-ü azyaşlı uşaqlar olub. Nazirlik bunun qarşısını almaq üçün qanunvericiliyə dəyişikliklə bağlı yeni qanun layihəsi hazırlayıb. Yeni layihədə cinsi zorakılığa görə cəzalar daha da sərtləşdirilir.

Bu cinayəti törədən şəxslər həbs cəzasına məhkum edilməklə yanaşı, onların bir çox hüquqları məhdudlaşdırılacaq. Azyaşlılara qarşı bu cinayətləri törətmiş şəxslər isə ömürlük həbs cəzasına məhkum ediləcəklər. Nazirlikdən bildirilib ki, artıq parlament qanun layihəsini birinci oxunuşda qəbul edib.

Millət vəkili, fəlsəfə doktoru Fazil Mustafa cinsi zorakılığa qarşı cəzaların sərtləşdirilməsinin tərəfdarı olduğunu dedi:

- Azyaşlılara, yetkinlik yaşına çatmayanlara, qadınlara, həmçinin hamilə qadınlara qarşı zorakılıq, cinsi istismar halları Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ağır cinayətlərə aid edilir və bu halları törədənlərə qarşı da ağır cəzalar nəzərdə tutulur. Lakin hesab edirəm ki, bizdə də bu kimi hallarla bağlı cəzalar daha da sərtləşdirilməlidir. Uşaqlara qarşı cinayət törədənlər ömürlük həbs cəzasına məhkum edilməlidir. Son illərdə müşahidə edirik ki, qadınlara qarşı zorakılıq əməlləri artır. Azyaşlılara, yetkinlik yaşına çatmayanlara qarşı da zorakılıq, cinsi istismar halları artıb. Uşaqlar istismar edilir, həm əməyin istismarı baş verir, həm cinsi istismar. Yetkinlik yaşına çatmayanların hamilə qalması dəhşətlidir. Burda ağır cinayət əməli öz yerində, bu həm də cəmiyyət üçün mənəvi, əxlaqi problemdir. Bu baxımdan mən cəzaların sərtləşdirilməsinin tərəfdarıyam. Bunun mexanizmi işlənib hazırlanmalıdır. Cəzaların sərtləşdirilməsi bəzi insanları çəkindirə bilər. Uşaqlara, azyaşlılara qarşı cinayət işlədikdə, ömürlük həbs olunacaqlarını bilsələr, qorxub, çəkinəcəklər. Bəzən belə fikir irəli sürülür ki, cəzalar cinayətləri azaltmır. Belə deyil, hesab edirəm ki, cəmiyyətin təhlükəsizliyi, dəyərlərin müdafiəsi üçün cəzaları sərtləşdirmək lazımdır.

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı da hesab edir ki, qadınlara, azyaşlılara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq cinayətləri ən sərt şəkildə cəzalandırılmalıdır:

- Biz bu dəyişikliyi gərək Gürcüstan Parlamentindən əvvəl qəbul edəydik. Qanunvericiliyə mütləq dəyişiklik edilməlidir və qadınlara, azyaşlılara və yetkinlik yaşına çatmayanlara qarşı bütün növ zorakılıq cinayətləri ən sərt şəkildə cəzalandırılmalıdır. Və bu cinayəti törədənlər ömürlük həbs cəzasına məhkum edilməlidir. Gürcüstan da Avropa Şurasının üzvüdür, amma qanun layihəsinə belə bir dəyişiklik edir. Bu, qadın, uşaq və ümumiyyətlə, insan hüquqlarına hörmətdir. Cəzaların sərtləşdirilməsi qadınların, uşaqların, yeniyetmə qızlarımızın sağlamlığının, psixikalarının müdafiəsi deməkdir. Nə qədər gənc qadınlar var, işə düzəlmək istəyəndə işəgötürən tərəfindən çirkin təkliflərlə üzləşir. Nə qədər azyaşlı balalar əməyin istismarına cəlb edilir. Yetkinlik yaşına çatmamış körpə qızlarımız çirkin cinayətlərin qurbanı olur. Dəhşətlisi budur ki, çox zaman belə cinayətlər yaxın qohumlar tərəfindən törədilir. Hələ də məhkəmə istintaqı aparılan cinayət hadisələri var. Dağıstandan bura işləməyə gəlmiş bir qadını 2 uşağı ilə tövlədə saxlayıblar, qul kimi davranıblar onunla. Xarab olmuş toyuq əti veriblər yeməyə. Bu günlərdə bu iş üzrə məhkəmə keçirildi və qadına zülm edən şəxsə 7 il azadlıqdan məhrumetmə cəzası verildi. 7 ilin 3-4 ilini çəkəcək, sonra da azadlığa çıxacaq. Belə hallar təkrarlanmasın, azyaşlıların hüquqları qorunsun deyə biz də cəzaları sərtləşdirməliyik. Milli Məclis bunu çoxdan etməliydi. Gecikirik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru