"Elə Amerikanın “Ulduz müharibəsi” proqramlarına baxanda da bu, kifayət edir" - Sərdar Cəlaloğlu
Tarix: 16-06-2022, 09:22 | Çap et
 “Mənim qətim belədir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada uğur qazana bilməz. Bunu sadə misalla da göstərmək olar. Təsəvvür edin, ABŞ-ın hərbi büdcəsi Rusiyanın dövlət büdcəsindən çoxdur. Bu halda Rusiya necə uğur qazana bilər?” DİA.AZ xəbər verir ki, bu fikirləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
S. Cəlaloğlu diqqətə çatdırıb ki, Rusiya rəhbərliyinin ayrı-ayrı nümayəndələri dünyanı atom bombası ilə qorxutsa da, bu, populizmdən başqa bir şey deyil: “Son 20 ildə dünyada sürətli inkişaf baş verib, indi nüvə başlığı daşıyan sistemləri yerindəcə məhv etmək imkanları mövcuddur. Elə Amerikanın “Ulduz müharibəsi” proqramlarına baxanda da bu, kifayət edir”.
ADP sədrinin fikrincə, Ukrayna müharibəsi fonunda Kreml rəhbərliyinin dünyanı nüvə silahı ilə qorxutması boş söhbətdir.
Onun sözlərinə görə, texnika, texnologiya və ordusunun imkanları baxımından Rusiya təsəvvür edildiyi qədər qüdrətli dövlət, dünyanın ikinci ən güclü ordusuna sahib deyil: “Dünya görür ki, Rusiya özündən kiçik, ordusu az qala 60-cı yerdə olan Ukrayna ilə bacarmır. Bu, əslində Rusiya siyasətinin yanlış olduğundan xəbər verir. Rusiya təzyiq və təhdidlər üzərindən siyasət qurur və nələrəsə nail olmağa çalışır. Reallıqda onun biz düşündüyümüz həddə potensialı yoxdur”.
S. Cəlaloğlu deyib ki, Putinin Ukraynaya hücumu, intervensiyasının əsas məqsədi Rusiyanı dağılmaqdan xilas etməkdir:
“Siyasət elmi sübut edir ki, diqqəti daxili problemlərdən yayındırmaq üçün hər zaman xarici düşmən obrazı yaratmaq keçərlidir. Xarici münaqişəyə cəlb olunmaq isə diqqəti daxildən yayındırmağın ən effektiv yoludur. Bir vaxtlar SSRİ mümkün dağılmasının qarşısını almaq məqsədilə Əfqanıstana müdaxilə etdi. İndi də Rusiya bunu təkrarlayır, dağılmaqdan xilas olmağın yolunu Ukraynaya müdaxilədə görür”.
ADP sədri bildirib ki, indi Rusiya tərəfdən Ukrayna ilə müharibədə iştirak edənlərin az qala mütləq əksəriyyəti milliyyətcə rus deyil. Onun ehtimalına görə, bu da təsadüfi sayılmamalıdır: “Nəzərə alınmalıdır ki, Ukraynada savaşa göndərilənlərin mütləq əksəriyyəti sabah Rusiyada mərkəzdənqaçma proseslərində aktiv rol ala bilərlər. İndi Kremli bir yandan əhalisinin diqqətini xarici müdaxiləyə cəlb etməklə əslində daxildən diqqəti yayındırır, digər yandan da mərkəzdənqaçma meyllərinin daşıyıcılarını bu müharibədə məhv edir”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Dünən, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09 |
|
|
|
|