Parıltı İçində Cazibə .....                     Milli Depozit Mərkəzindəki hesabların 40 faizə yaxını fəaliyyətsizdir .....                     İran Ermənistana xəbərdarlıq etdi .....                     Azərbaycanda 7 ayda inflyasiya göstəriciləri açıqlanıb .....                     Kreml və Tehran şokdan “ayıldı”: .....                     Növbəti humanitar yardıma görə Azərbaycana minnətdarıq .....                     390 minlik "Danone" şirkəti ləğv olunur .....                     Kremldə Türkiyə və Azərbaycana qarşı təxribat hazırlanır .....                     Azərbaycana qarşı hiyləgərlik etməli olacağıq .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Sabah Ermənistan XİN rəhbərinin müavini İrana səfər edəcək .....                     Qəbələdə “Köşəm” restoranında turistləri necə aldadırlar? .....                     Üçdən az şirkət müraciət etdi, 84 min manatlıq .....                     5 milyonluq tender və bərbad yollar .....                     Naxçıvanda FHN sahibkarlara DİVAN TUTUR... .....                     "Onlardan heç nə almayın, fırıldaqçıdırlar" .....                     Bakıda ŞOK: qadına tualetdə basqın etdilər .....                     “Məşğulluğun İşğalı” və Şapka Habil"in əməlləri .....                     Erməni arxiyepiskopun işi üzrə birinci məhkəmə iclasının vaxtı bəlli olub .....                     Qusarda DƏHŞƏT .....                     907-ci düzəlişin ləğv olunması tarixi hadisədir .....                     6 ildən sonra yenidən ÜZ-ÜZƏ .....                     Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb .....                     Pezeşkiandan sensassiyalı bəyanat: .....                     ABŞ-nin Ermənistana girməsi Tehran üçün qəbuledilməzdir .....                     Putin Trampa ultimatum verəcək: .....                     Neftçilər rəsmən BLOKADA ŞƏRAİTİNDƏ... .....                     Müştərinin qəpik-quruşuna da TAMAH SALIRLAR... .....                     Ermənistanla sərhədin açılması üçün Ərdoğanın şərti məlum oldu .....                     Bu şirkət yol təmir edəcək .....                     Azərbaycan: İsrail və Suriya arasında sülh körpüsü... .....                     Mənhus 907-ci düzəliş dayandırıldı: bu, Bakıya nə verəcək? .....                     Tanışını kafedə bakalla vuran şəxslə bağlı hökm ləğv edildi .....                     “Kəpəz” BOKT-un yarımillikdə mənfəəti 2 dəfə azalıb .....                     Rusiyadan Zəngəzur mesajı: İran müdaxilə edə bilməyəcək, Moskva isə... .....                     “BakuBus” avtobuslarında XİDMƏT SIFIR... .....                     Əsgər Bəkiyevin intiharının detalları .....                     “Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır .....                     İranın Azərbaycana qeyri-neft məhsulları ixracı azalıb .....                     İRAN NƏ İSTƏYİR... .....                 

"Borçalıda İranın din adı altında siyasi-məzhəbçi təbliğatı artıq son həddə çatıb" - Diqqət, TƏHLÜKƏ!!!
Tarix: 23-06-2022, 08:22 | Çap et
"Borçalıda İranın din adı altında siyasi-məzhəbçi təbliğatı artıq son həddə çatıb"
Pediatr Vaqif Qarayev feysbuk statusunda Gürcüstanda soydaşlarımızın yaşadıqları bölgələrlə bağlı öz narahatlığını ifadə edib. Borçalı türklərinin İran mollalarının dini təbliğatına məruz qaldığını, insanların beyinlərinin yuyulduğunu deyən əslən Borçalıdan olan pediatr sözügedən məsələlərlə bağlı həyəcan təbili çalıb:

“Gürcüstanın Avropa İttifaqına qəbulu ilə bağlı məsələ bir qədər qəlizləşib, yəqin tezliklə həllini tapar. Deməli, iki gün qabaq az qala bütün Gürcüstan meydana çıxaraq "Biz Avropa istəyirik" deyə hayqırdı. Həmişə haqsızlıqdan, hüquqsuzluqdan gileylənən soydaşlarımız neylədi? - Bir qrup gənc "Biz İran-fars rejimi istəyirik" plakatları ilə küçəyə çıxıb. Heç kim inciməsin, bu beyinləri kim yuyub, necə yuyub?

Sosial şəbəkə vasitəsilə qaldırdığı problemlərlə bağlı ətraflı şərh almaq üçün V.Qarayevlə əlaqə saxlayıb, dini fanatizmin Gürcüstan azərbaycanlıları arasında necə yayıldığının səbəblərindən danışdıq. Doktorun sözlərinə görə, dini fanatizmin Borçalıya ayaq açması onu ən çox narahat edən məsələlərdən biridir: "Bilirsiz ki, bizim zonanın (Qazax-Borçalı) adamları içkiyə meyilli xalqdır. Uşaqlıq və cavanlığım illərim orda keçib və çox yaxşı yadımdadır ki, insanlar az qala çaxır çəlləyinin içinə girirdilər. Ona görə də belə bir toplumun məskunlaşdığı ərazidə mövhumatın bu qədər yayılması mənə qəribə gəlir. Mən burada insanların dini inancını müzakirə etmirəm. Bir müsəlman olaraq dinin, gənclərimizin ibadətə meyl etməsinin əleyhinə deyiləm. Hər kəsin də dini etiqadına hörmətlə yanaşıram.

Amma Borçalı cəmiyyətinin birdən-birə dindarlaşması, fars rejiminə meyl etməsi təbii proses deyil. Burada hansısa maraqlı qüvvələrin "əli" var. Onlar din pərdəsi altında Gürcüstan azərbaycanlılarının beyinlərini yuyub onlardan "fanat ordusu" yaradırlar. Az savadlı, əsasən də orta təhsili belə olmayan gənc azərbaycanlılar dini fanatizmə meyillidirlər. Dini fanatizmin isə nə qədər təhlükəli bir hal olduğunu hamımız yaxşı bilirik.

Bütün Gürcüstan vətəndaşlarının istəyi Avropalaşmaqdır. 3-4 gün əvvəl də bu məsələ ilə bağlı möhtəşəm bir mitinq keçirilib. Gürcülərlə yanaşı orada məskunlaşan əksər soydaşlarımız da “Biz Avropa istəyirik” deyə meydanı inlədiblər. Bunun fonunda bir qrup azərbaycanlı gəncin “biz İran istəyirik” deyə qışqırması artıq şübhə doğurmaya bilməz.

Onu da deyim ki, Gürcüstanda həm milli, həm də dini ideologiya kifayət qədər oturuşub. Hər bir gürcü vətəndaşının kilsəyə xüsusi münasibət bəsləyir. Eyni zamanda katalikos da insanları öz doğması kimi müdafiə edir”.

V.Qarayevin sözlərinə görə, daha çox Qumdan gedən gəncləri pulla şirnikləndirib öz tərəflərinə çəkirlər. Təsadüfi deyil ki, Gürcüstanda aşkar olunan ilk "Covid" xəstəsi də Qumdan qayıdan azərbaycanlı idi. Yaxşı ki, gürcülər bunu çox qabartmadılar: “Nə var axı bu Qumda? Gənclərimizin qumar oynayıb, narkotik maddə aludəçisinə çevrilməyindənsə, dini ibadətlə məşğul olub, məsciddə ibadət etməsinə müsbət yanaşıram. Bir şərtlə ki, bu ibadət cahilliyə sürüklənməsin. Avropaya inteqrasiya edən Gürcüstan dini tolerantlığa əməl etmək məcburiyyətindədir. Amma bu, orada yaşayan millətlərin dövlətin verdiyi imkanlardan istifadə edib dini fanatizmə qoşulmasına rəvac vermir. Fanatikin psixologiyası başqa olur. Fanatizm virusuna qarşı yeganə vaksin isə təhsil və elmi təfəkkürdür”.

Gürcüstanda soydaşlarımız yaşayan ərazilərin təbliğat yuvasına çevrilməsi ilə bağlı “Şərq”ə danışan ilahiyyatçı, siyasi şərhçi Tural İrfan deyib ki, Borçalıda İranın din adı altında siyasi-məzhəbçi təbliğatı artıq son həddə çatıb. Ekspert bildirib ki, harada şiə əqidəsinə etiqad edən müsəlman varsa, İran hökmən ora barmaq edir: “Həmin müsəlmanları təsir altına salır, din adı altında öz siyasi maraqlarının alətinə çevirir. İran Yəməndən İraqa, Suriyaya kimi məzhəbçilik təəssübü ilə qanlar tökür. Azərbaycanda da güclü təsir rıçaqları var. Qafqaz Müsəlmanları İdarəsi demək olar ki, tamamilə İranın, Qumun filialına çevrilib. Borçalıda baş verənlər isə sərin-sərin, heç kəsin sezməyəcəyi şəkildə din pərdəsi altında edilir. Məqsəd Azərbaycan xalqının birliyini pozmaqdır”.

T.İrfan vurğulayıb ki, İmam Hüseynin yolu ilə İranın yaydığı “din” arasında ağla qara qədər fərq var:

“İmamın yolu birlik, sülh, ədalət, dürüstlük yoludur. Lakin bunlar nifaq, ayrıseçkilik, kin, radikalizm yayırlar. Hesab edirəm ki, Türkiyə və Azərbaycan Borçalıda yaşayan soydaşlarımızın vəziyyəti ilə, əsasən də dini zəmində baş verən olaylarla bağlı hərəkətə keçməlidir. Gürcüstan hökuməti ilə bu mövzuda müzakirələr aparılmalıdır. Əks halda qısa müddətdə Borçalıda yaşayan soydaşlarımız arasında birliyin pozulması qaçılmazdır. Türkiyə ilə birliyimizin onurğa sütununa İran məzhəbçilik xəncəri soxaraq nifaq salır. İslam dininə görə, bütün müsəlmanlar qardaşdır və ayrıseçkilik qadağandır. İran isə öz siyasi maraqları naminə islam dinini istənilən coğrafiyada alət kimi, qalxan kimi istifadə edir. Buna aldanmamaq lazımdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Parıltı İçində Cazibə - FOTO
Bu gün, 14:16
Milli Depozit Mərkəzindəki hesabların 40 faizə yaxını fəaliyyətsizdir
Bu gün, 13:01
İran Ermənistana xəbərdarlıq etdi
Bu gün, 12:58
Azərbaycanda 7 ayda inflyasiya göstəriciləri açıqlanıb
Bu gün, 12:56
Kreml və Tehran şokdan “ayıldı”: - Zəhgəzura qarşı “zəhər” yağışı...
Bu gün, 12:54
Növbəti humanitar yardıma görə Azərbaycana minnətdarıq - Ukrayna Ali Radası
Bu gün, 12:50
390 minlik "Danone" şirkəti ləğv olunur
Bu gün, 12:45
Kremldə Türkiyə və Azərbaycana qarşı təxribat hazırlanır – İsrailli ekspertdən kritik XƏBƏRDARLIQ
Bu gün, 12:30
Azərbaycana qarşı hiyləgərlik etməli olacağıq - Qoryuşina
Bu gün, 12:27
“Bakı Metropoliteni”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:23
Sabah Ermənistan XİN rəhbərinin müavini İrana səfər edəcək
Bu gün, 12:21
Qəbələdə “Köşəm” restoranında turistləri necə aldadırlar? -Fotofakt
Bu gün, 12:19
Üçdən az şirkət müraciət etdi, 84 min manatlıq - TENDER DAYANDIRILDI
Bu gün, 12:14
5 milyonluq tender və bərbad yollar - İLGİNC FAKTLAR...
Bu gün, 12:08
Naxçıvanda FHN sahibkarlara DİVAN TUTUR... - NARAZILIQ VAR...
Bu gün, 12:06
"Onlardan heç nə almayın, fırıldaqçıdırlar" - ÇAĞIRIŞ
Bu gün, 12:01
Bakıda ŞOK: qadına tualetdə basqın etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:57
“Məşğulluğun İşğalı” və Şapka Habil"in əməlləri - İTTİHAM VAR...
Bu gün, 11:55
Erməni arxiyepiskopun işi üzrə birinci məhkəmə iclasının vaxtı bəlli olub - KİV
Bu gün, 11:50
Qusarda DƏHŞƏT – 67 yaşlı şəxs iki nəfəri BALTALADI
Bu gün, 11:42
907-ci düzəlişin ləğv olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:38
6 ildən sonra yenidən ÜZ-ÜZƏ – Alyaska görüşündən NƏTİCƏ OLACAQ?
Bu gün, 11:36
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb - SƏRƏNCAM
Bu gün, 11:29
Pezeşkiandan sensassiyalı bəyanat: - Zəngəzur İran hakimiyyətini iki yerə BÖLDÜ
Bu gün, 11:27
ABŞ-nin Ermənistana girməsi Tehran üçün qəbuledilməzdir - İran rəsmisi
Bu gün, 11:24
Putin Trampa ultimatum verəcək: - “İsgəndər”lə zərbə...
Bu gün, 11:22
Neftçilər rəsmən BLOKADA ŞƏRAİTİNDƏ... - NARAZILIQ VAR...
Bu gün, 11:09
Müştərinin qəpik-quruşuna da TAMAH SALIRLAR... - GİLEY
Bu gün, 11:05
Ermənistanla sərhədin açılması üçün Ərdoğanın şərti məlum oldu - "...konkret müddət yoxdur"
Bu gün, 10:57
Bu şirkət yol təmir edəcək - müqabilində 674 MİN QAZANACAQ
Bu gün, 10:49
Azərbaycan: İsrail və Suriya arasında sülh körpüsü... - "The Jerusalem Post"
Bu gün, 10:43
Mənhus 907-ci düzəliş dayandırıldı: bu, Bakıya nə verəcək? - İNCƏLƏMƏ
Bu gün, 10:39
Tanışını kafedə bakalla vuran şəxslə bağlı hökm ləğv edildi – Prokurorun tələbi
Bu gün, 10:33
“Kəpəz” BOKT-un yarımillikdə mənfəəti 2 dəfə azalıb - HESABAT
Bu gün, 10:25
Rusiyadan Zəngəzur mesajı: İran müdaxilə edə bilməyəcək, Moskva isə... - GƏLİŞMƏ
Bu gün, 10:17
“BakuBus” avtobuslarında XİDMƏT SIFIR... - AXI NİYƏ?
Bu gün, 10:13
Əsgər Bəkiyevin intiharının detalları - Cibindən məktub çıxıb...
Bu gün, 10:09
“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır - FOTO
Bu gün, 10:02
İranın Azərbaycana qeyri-neft məhsulları ixracı azalıb - DETALLAR
Bu gün, 10:00
İRAN NƏ İSTƏYİR... - ƏSLİNDƏ...
Bu gün, 09:58
9 saylı türmədən Prezidentə məktub var: Komissiya rəhbəri hüquqlarımızı pozur - BU NƏDİ BELƏ?
Bu gün, 09:38
Keçmiş əri tərəfindən döyülən qadın məhkəmədə onu bağışladı - TƏFƏRRÜAT
Bu gün, 09:34
Ermənistan-Türkiyə sərhədinin açılması: Ankara Bakını gözləyir - “RİA Novosti”
Bu gün, 09:32
Dövlət Agentliyinin 3 milyon manatlıq tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 09:25
Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi – Sürpriz qərar
Bu gün, 09:24
Rusiya və ABŞ ərazi mübadiləsini müzakirə edir - KİV
Bu gün, 09:18
Dövlət qurumu sosioloji sorğu aparmaq üçün 300 minlik müqavilə bağladı - DETALLAR
Bu gün, 09:16
SEPAH generalı Azərbaycan və Ermənistanı hədələdi - “Zelenski kimi səhvə yol verdilər”
Bu gün, 09:08
"Bir az rəqiblərinizi ÖRNƏK ALIN..." - ÇAĞIRIŞ
Bu gün, 09:00
"Ömrümdə gördüyüm ən iyrənc xidmət idi..." - GİLEY
Bu gün, 08:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru