Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                 

"Bizim partiya həmişə milli barışıq tərəfdarı olub" - Araz Əlizadə
Tarix: 1-07-2022, 09:17 | Çap et
"Bizim partiya həmişə milli barışıq tərəfdarı olub"
“Həftə içi”nə müsahibə verən Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə maraqlı fikirlər söyləyib. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Araz müəlllim, bu günlərdə siyasi partiya sədrlərinin Zəngilana 4-cü səfəri baş tutdu...

- Bu, Prezident Admnistrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi 4 cü səfərdir. Çox dəyərli təşəbbüsdür.

Bizim partiya həmişə milli barışıq tərəfdarı olub. İstəmişik ki, Azərbaycan xalqı bir-birinə dost, normal münasibət bəsləsin. Əfsuslar olsun, o zaman başqa müxalif qüvvə olan Xalq Cəbhəsi bunu qəbul etmirdi. Onlar deyirdilər ki, kommunistlərlə millli barışıq ola bilməz. Zərdüşt Əlizadə 1991-ci ildə prezidentliyə namizəd olanda təklif etmişdi koalisiya hökuməti qurulsun. Xalq Cəbhəsində o zaman danışıqlarda iştirak edən şəxs Pənah Hüseyn idi və o “Yox!” demişdi. Səbəbini soruşanda, bildirmişdi ki, əgər kommunistlərlə koalision hökumətin quruluşuna getsək, özəlləşmə başlayanda kənarda qalacağıq. Pənah Hüseyn deyirdi ki, özəlləşmə başlayanda “şir payı” götürməliyik. Düzdür, hakimiyyəti birillik götürdülər, sonra əllərindən bir iş gəlmədi deyə, təhvil verdilər. O zaman milli barışıq baş tutmadı.

İndi Prezident Admnistrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi həmin bu millli barışığı bir növ həyata keçirir. Partiyalar var idi ki, illərlə qeydiyyatdan keçmirdilər, onların hamısı qeydiyyatdan keçirildi. Partiyalara qərargah veriblər və iş üçün şərait yaradıblar. Bu gün də azad olunmuş torpaqlara səfərlərin təşkili partiya sədrlərini bir-birinə yaxınaşdırır. Məsələn, partiya sədrləri var ki, bir-birlərini illərlə görmürdülər. İndi bir avtobusda gedirik, “salamməleyk” edirik, danışırıq, gülürük və sair. Yəni bunun özü milli barışıq yolunda böyük bir addmdır.

Bu səfər zamanı Cəbrayıl rayonu ərazisində bizə ANAMA-nın fəaliyyətindən məlumat verdilər. Orada minaların partlayışını həyata keçirdilər. Həkəri çayının Zəngilandan keçən hissəsində çaya balıq buraxdıq. Sonra Ağalı kəndinə getdik. Orada aparılan işlərlə tanış olduq. belə qeydlər edildi ki, gələcəkdə hər yerdə belə kəndlər tikiləcək və Qarabağın keçmiş köçkünləri, əhali o yerlərə köçürüləcək. Sonra Bəsitçay qoruğuna getdik, o yerlərdə bir daha erməni vandalizminin şahidi olduq. Ona görə də hesab edirəm, bu çox səmərəli, lazımlı bir səfər idi.

- Qeyd etdiniz ki, o zamanlar bəzi müxalif qüvvələr bir araya gəlmək istəmirdilər və müqayisə aparmaqla bu gün hökumətin milli birliyin yaradılması ilə bağlı atdığı addımları önə çəkdiniz. Bəs, o zaman bir araya gəlməyən AXCP, heç olmasa, bu gün sizinlə bir araya gəlirmi, bu səfərdə sizinlə birlikdə oldularmı?

– AXCP və Müsavat belə səfərlərə gəlmir. Onlar “buğda yeyib cənnətdən çıxıblar”. Onlar heç Qarabağ müharibəsini dəstəkləmək üçün 50 partiyanın imzaladığı sənədə də imza atmadılar. Düzdür, qələbədən sonra Prezidenti ayrıca təbrik elədilər. Onlar Mütəllibovun vaxtında olduğu kimi, “nə qədər pis olsa, bir o qədər yaxşıdır” fikri ilə yaşayırlar.

– Müsavat-AXCP səfərə dəvət olunmuşdumu?

– Hamı səfərə dəvət olunmuşdu. Amma bu prosesə qoşulmurlar və hətta o səfərə gedən müxalifəti öz aləmlərində guya alçaltmaq üçün “avtobus müxalifəti” adlandırırlar. “Avtobus müxalifəti” xarici ölkələrdən dəstək alan bu müxalifətdən daha yüksəkdir.

– Hesab edirsiniz ki, həmin müxalifət xarici ölkələrdən dəstək alır?

– Bəli, onlar o dəstəyi itirməmək üçün milli barışıq hərəkatına qoşulmurlar.

– Araz müəllim, Zəngilan səfərini, həm də iqtidar-müxalifət dialoqunda bir mühüm mərhələ hesab etmək olar. Bu səfər iqtidarla münasibətləri nə dərəcədə istiləşdirdi?

– İqtidar müxalifətə normal münasibətlər bəsləyir. Prezident Admnistrasiyasının məlum şöbəsinin işçiləri ilə çox isti münasibət var. Ona gərə də hesab edirəm ki, bu, gələcək əməkdaşlığın təzahürləridir.

– Siz özünüz Sosial-Demokrat Partiyası olaraq hansı partiyalarla əməkdaşlıq edirsiniz, ümumən partiyaların bir-birinə münasibəti necədir?

– Partiya sədrləri qarşılaşanda bir-biri ilə salamlaşırlar, söhbətləşirlər. Əməkdaşlıq əsasən bu səviyyədədir. Başqa heç nə...

– Adlarını çəkdiyiniz həmin partiyalar qeyd edirlər ki, iqtidar elə bir siyasət aparıb ki, müxalifət əl-qol tərpədə bilmir...

– Müxalifətə heç kəs mane olmur, əksinə, işləməyə şərait yaradırlar. İş ondadır ki, bir çox müxalifətin dediklərini iqtidar həyata keçirdir. Müxalifət deyirdi ki, “Qarabağ. İş. Çörək!” Artıq iqtidar Qarabağ problemini həll etdi, iş yerləri açılır və maaşlar artır. Məsələn, mən deputat olanda iki dəfə məsələ qaldırmışdım ki, əlillərə 52 manat müavinət azdır. Cənab Prezident müavinətləri artırdı. Yəni iqtidar müxalifətin əlindən “kozırları” vurub-çıxarır. Müxalifətin iqtidarı tənqid etməyi ilə bir məsələ qalmır. Ona görə də müxalifət özü yol axtarsın ki, nə ilə insanları özünə cəlb eləsin.

– Siyasi partiyalar təkcə problemləri həl etmək üçün deyil, həm də hakimiyyətə gəlmək üçün də mübarizə apardıqlarını deyirlər...

– Biz xalqın sosial-iqtisadi problemlərinin həllinə çalışırıq, hakimiyyətə gəlməyə yox. Biz 1991-ci ildə prezident seçkilərində iştirak edəndə deyirdik ki, əgər prezident sosial-demokrat olarsa, bu o demək deyil ki, təkcə sosial-demokratlar hakimiyyətə gələcək. Bütün peşəkarlar hakimiyyətə gələcəklər.

– Siyasi partiyaların ictimai şuralarda iştirakına necə baxırsınız? Eyni zamanda qeyd olunur ki, müxalifətin nümayəndələri yüksək vəzifələrdə olsunlar...

– İnsanlar qabiliyyətlərinə görə vəzifələrə təyin olunmalıdır, siyasi mənsubiyyətlərinə görə yox. Müxalifət elə kadr hazırlasın ki, iqtidar bunu görsün və onu dəvət eləsin.

İctimai şuralara gəlincə, onların mənim üçün heç bir əhəmiyyəti yoxdur. İctimai şuralara girənlər də müəyyən məqsədlər güdürlər və o məqsədlər naminə də orda işlər gedir. Onlar da hakimiyyətə yaxın olmaq istəyirlər, hakimiyyətdən pay umurlar və sair. İndi təsəvvür edin ki, partiya sədrləri də gəlib orda iştirak edərsə nəyə nail olacaqlar...

– Zəngilandan şimalda yerləşən Laçın dəhlizi, Zəngəzur dəhlizinin açılması, qapadılması məsələsi mübahisə yaradır. Ermənistan tərəfindən belə narahatlıq ifadə olunur ki, Azərbaycan yeni müharibəyə hazırlaşır və sair.

- Azərbaycan müharibəyə hazırlaşmır, Azərbaycan müharibəyə hazırdır. Biz 30 illik işğal dövründə güclü ordu yaratdıq. Sağ olsun Prezident, Ali Baş Komandan. Bu onun misilsiz xidmətdir. Ona görə də Azərbaycan müharibəyə həmişə hazırdır. Paşinyanın oyunu var. Hər dəfə ona sülh müqaviləsi bağlamaq üçün təzyiq edəndə, o öz müxalifətini özünə qarşı aktivləşdirir. Ondan sonra deyir ki, görürsünüz, müxalifət məni qoymur. Buna İranda deyirlər “zərgər davası”: iki zərgər dost xam müştəri görəndə dava salır. O müştəri də mal alanda deyir, gedim yoxlayım. Paşinyan “zərgər davası” salır. Ermənistanın müxalifəti də, iqtidarı da eynidir. Eyni yerdən də maliyyələşir: Rusiyadan və Qərbdən. Ona görə də ermənilər arasında konfliktin olcağına inanmaq düzgün deyil. Onların hamısı “böyük ermənistan” xülyası ilə doğulublar. Anaları onlara süd vedəndə bunu onların qulağına oxuyub və onunla da yaşayırlar. Bu, xəstə millətdir. Onların abrını bir az SSRİ örtmüşdü, o da dağıldı getdi.

– Rusiyanın rolu nə ola bilər? Ermənistan Rusiyanın forpostudur və öhdəlikləri yerinə yetirməsi üçün Rusiyanın təsiri ola bilərmi, yaxud niyə yoxdur?

- Rusiyanın Ermənistana təsiri mümkündür, çünki bu ölkənin iqtisadiyyatı Rusiyanın əlindədir. Ona görə də Rusiya Qərb ölkələrinin işləməsindən narahat deyil. Qərb ölkələri işləyib Paşinyanı hakimiyyətə gətirdilər. Paşinyan da baxdı ki, Rusiya Qərbdən yaxındır, ona görə də rusların ətəyindən əl çəkmir.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi Rusiyaya da lazımdır. Ona görə də bu sülh müqaviləsini bağladacaq. Bu sülh heç şübhəsiz ki, Azərbaycana da lazımdır, Türkiyəyə də, Qərbə də... Şarl Mişel Paşinyanı sülh müqaviləsini bağlamağa dəvət etdi. Odur ki, Ermənistan əlacsız qalıb bağlayacaq.

– O zaman Ermənistan tərəfdən verilən radikal bəyanatlar, etdiyi hiylələr nəyə yönəlib, nəyin vaxtını uzadırlar? Ermənistan Rusiya-Ukrayna müharibəsinin bitməsindən nəsə gözləyə bilərmi?

– Vaxt uzadır ki, birdən Qərbin mövqeyi dəyişdi, ya da Rusiyanın mövqeyi dəyişdi.

Rusiya-Ukrayna müharibəsinin nəticəsi artıq məlumdur; Rusiya qalib gəlib. Odur ki, onun nəticəsini gözləməyin mənası yoxdur.

– Müharibə bitməyibsə, Rusiya nədə qalib gəlib?

– Ukrayna məğlub olub. Rusiya müharibəni intensivləşdirmir. Rusiya müharibədə cəmi 18 faiz qüvvəsindən istifadə edib. Qərb Ukraynaya silah versə də, heç nə edə bilməyəcək. Ukrayna rus ordusunun qarşısında tab gətirə bilməyəcək. Rusiya qarşısına qoyduğu məqsədlərə nail olacaq.

– Ekspertlər, siyasilər təhlillərində bildirirlər ki, Ukrayna bu müharibədə qalibdir...

– Həmin ekspertlər Rusiyanın əleyhinə yönəlik çıxışlar edirlər. Ümumiyyətlə, 20 Yanvar hadisəsindən sonra Azərbaycanda ruslara münasibət mənfidir və bu da təbii qarşılanmalıdır. Amma ekspert obyektiv olmalıdır. Məsələ budur ki, bütün dünya da kömək etsə, Ukraynanın Rusiyanın qarşısında durmağa təpəri yoxdur. Sizə bir misal çəkim: 1941-ci ildə Hitler SSRİ-yə hücum edəndə bütün Avropa Hitlerin tərəfində idi. Amma qalib gələ bilmədi.

– O zaman SSRİ -də olan bütün respublikalar, xalq Rusiyanın yanında idi. İndi belə qeydlər var ki, situasiya fərqlidir...

– Rusiyanı buna məcbur etdilər. Xalq Putini necə dəstəkləmir ki, hazırda reytinqi 90 faizə qalxıb?! Bir-iki pop müğənnisinin Putinin əleyhinə çıxması hələ rus xalqı deyil. Rus xalqı dəzgah arxasında duranlardır, kənd zəmilərində işləyənlərdir. Ruslarda qəribə bir xarakter var: müharibə olanda tez birləşir.

– Biz bu müharibənin əleyhinəyik...

– Putin də bunun əleyhinədir. Fevralın 24-də müharibəni başlamazdan qabaq Zelenskiyyə dedi ki, ordunu geri çək. Zelenski intina etdi. Sonra məlum oldu ki, Zelenskinin təkcə Donbası, Donetski yox, Krıma da hücum etmək fikri var idi. Ona görə də 170 minlik ordunu bir yerə toplamışdı. Bu onu göstərir ki, Zelenski uzaqgörən deyil, başa düşmədi ki, 170 min ordu ilə ruslara qalib gəlmək mümkün deyil. Zelenskini də müharibəyə məcbur etdilər. Hər bir ölkə başçısı birinci növbədə öz ölkəsini düşünməlidir, qonşu ölkəni yox. Putin də bilir ki, ukraynalılar da ruslardır, onlar da qardaş millətdir. Gördü ki, qardaş millətin rəhbərləri faşizim yolunu tutublar və gələcəkdə Rusiya dövlətinə qarşı zərbə üçün plasdarm olacaqlar. 2021-ci ildə Rusiya xəbərdarlıq etdi ki, ya Gürcüstanla Ukraynanın NATO-ya qəbulunu ləğv edirsiniz, ya da biz hərbi-texniki tədbirlər görəcəyik. Qərb elə fikirləşdi ki, Putindir də, danışıb, susacaq. Ona məlum idi ki, Amerika Avropa dövlətlərində öz nüvə silahlarını yerləşdirir. Əgər ABŞ Xarkovda NATO adı ilə raketlərini qoysaydı, hansı ki, onların Moskvaya qədər uçuşu 4 dəqiqədir, o zaman Moskva bu 4 dəqiqəyə özünü müdafiə edə bilməzdi. Ona görə də zərbə altında qalacağını düşünən Putin məcburən Ukraynanı vurdu.

– Bu mühribədə kimin məğlub olacağını silahlar dayanandan sonra ortaya qoyulan şərtlər, nəticələr göstərəcək. Bizim üçün bu müharibənin həm də regiona hansı təsirlərinin olacağı maraqlandırır...

– Müharibənin nəticələrinin bizim regiona heç bir təsiri olmayacaq. Kimsə deyirsə ki, Putin SSRİ-ni bərpa etmək istəyir, boş sözlərdir. Putinun öz sözü var: “SSRİ-nin dağılmasından təəssüflənməyənin ürəyi yoxdur, bərpa eləmək istəyənin başı...”. O, bu sözləri yəqin ki, özü üçün demir.

– Rusiya başqa bir formatda keçmiş sovet sosialist respublikaları ilə əməkdaşlıq edib, onlara nəzarət etmək istəyini də əldən vermək istəməyəcək...

– Hər bir dövlət çalışır ki, onun ətrafında dostları çox olsun. Mən dəfələrlə demişəm ki, bu gün Azərbaycan özünə “böyük qardaş” axtarmır. Azərbaycan bərabərhüquqlu dost axtarır. Rusiya da çalışır, keçmiş sovet respublikaları onun dostu olsun. Başqa niyyətlər varsa, siyasi səhnədə məğlub olcaq.

– Bu gün Azərbaycan sərhədləri daxilində Rusiyanın sülhməramlıları xidmət edir. Rusiyanın imza atdığı üçtərəfli sənədə görə erməni silahlıları Qarabağdan çıxarılmalı idi, sərhədlər müəyyənləşməli, kommunikasiyalar açılmalı, Zəngəzur dəhlizi açılmalı idi. Bu istiqamətdə Rusiyanın sərgilədiyi mövqe nə dərəcədə qanedicidir?

– Rusiyan sülhməramlıları hələ ki, öz vəzifələrini normal icra etmirlər. Bu da sülhməramlılara rəhbərlik edən şəxslərin fəaliyyətindən asılıdır. İş ondadır ki, rus sülhməramlılarında dinpərəstlik var. Düşünürlər ki, ermənilər də xristiandırlar və onlara qarşı daha loyal olmalıdırlar. Əslində, Azərbaycan tələb etməlidir ki, ruslar separatçı Arutunyanı həbs edib bizə təhvil versin. Azərbaycan bunu tələb etmir. Rusiya rəhbərliyi ilə görüşdə bu tələb qoyulmalıdır. Dəfələrlə sülhməramlıların fəaliyyəti ilə bağlı iradlar bildirilib, tələblər irəli sürülüb. Bunun rəsmi səviyyədə Putinə deyilməsi barədə xəbərlərdə heç nə görməmişəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru