Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                 

"Siyasi partiyalar haqqında" Qanun dəyişir - zəruri edən səbəblər, gözlənilən yeniliklər
Tarix: 28-07-2022, 09:31 | Çap et
"Siyasi partiyalar haqqında" Qanun dəyişir
Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ediblər.

Müraciətdə “ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi” qeyd edilib.

Sənədin hazırlanması üzrə işə başlanılıb.

Bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan Respublikası Milli Məclisinə təqdim etmələri xahiş olunub.

Yeni qanunda nələr olacaq? Hansı dəyişikliklər gözlənilir? Məhdudlaşdırıcı normalar, yoxsa açılımlar gözlənilir?

AĞ Partiya başqanı Tural Abbaslı məsələyə bu cür şərh verdi: “Partiyalar haqqında yeni qanunun qəbul olunması ilə bağlı söhbətlər çoxdan siyasi dəhlizlərdə gedir. Amma hələ ki bununla bağlı konkret bir addım atılmayıb. Dönəm-dönəm biz də istər media, istərsə də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri və əməkdaşları ilə görüşlərdə bununla bağlı fikirlərimizi bildirmişik. Düşünürəm ki, bu zərurət var. Siyasi partiyalarla bağlı qanun dəyişməlidir. Dünyada və regiondakı yeni siyasi reallıqları nəzərə alaraq, yeni qanun layihəsi qəbul olunmalıdır. Qanun layihəsi qəbul olunarkən əsasən burada hakimiyyət nəzərə alınmamalıdır. Yəni iqtidarın mövqeyinin gücləndirilməsi nəzərə alınaraq, qanun layihəsi nəzərdə tutulmamalıdır. Çünki hakimiyyətlər dəyişir, amma dövlətlər qalır. Sistemin ayaqda durması, demokratik quruluşun, dövlətin hərbi, siyasi, iqtisadi inkişafı üçün dəyişikliklər olunmalıdır. Bir dönəmin, bir siyasi partiya iqtidarının maraqları nəzərdə tutulmamalıdır. Çünki bu günün iqtidarı sabahın müxalifəti, yaxud müxalifəti də iqtidarı ola bilər. Əsas diqqət siyasi partiyaların təsir mexanizmlərinin artırılmasına yönəlməlidir.

Partiyalar siyasi səhnənin aktyorlarıdır, dövlətin taleyinə qərar verəcək siyasi quruluşlardır. Əgər maddi-texniki baxımdan partiyalar üçüncü qüvvələrdən, yəni dövlətdən və özündən deyil, başqa qüvvədən asılı olsa, bu o deməkdir ki, dövlətin gələcək maraqları təhlükə altına düşür. Sərbəst rəqabətə öncəliklə şərait yaradılmalıdır. Bunun üçün olan maneələr aradan qaldırılmalıdır. Partiyaların sayının çox və ya az olması qanunda öz əksini elə tapmalıdır ki, sağlam rəqabətlə, sosial sifarişlə öz yerlərini tuta bilsinlər. Təbii ki, bunların hamısı ədalətli seçkiyə söykənir. Amma hər halda, seçkiyə qədər elə kriteriyalar müəyyən oluna bilər ki, bu kriteriyalar hansı partiyaların həqiqətən də partiya statusunda qalmasına layiq olduğunu göstərər. Yaxşı olardı ki, bir qanun layihəsi partiyalara təqdim olunardı. Biz onun üzərində fikir mübadiləsi aparsaq, daha uyğun olardı. Tezliklə çoxpartiyalı sistemin inkişafına xidmət edəcək qanunun qəbul olunacağına inanırıq. Amma parlamentdə qanun layihəsi müzakirəyə çıxarılmamışdan öncə ictimai müzakirəsini daha uyğun hesab edirəm”.

ALDP rəhbəri Fuad Əliyev bu qanunun qəbulunun gecikdiyini söylədi: “Hesab edirəm ki, yeni qanun layihəsinə edilən dəyişikliklər siyasi partiyaların fəaliyyətini daha da tənzimləyəcək, stimullaşdıracaq, onlara yeni qüvvə, yeni can verəcək. Burada xüsusilə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi və 1992-ci ildə qəbul olunan qanuna 30 ildən sonra yeni baxış, yeni maddələrin əlavə olunması, yeni variantların qanuniləşdirilməsi məsələləri əks olunmalıdır. Bu, partiyaların fəaliyyətini daha da stimullaşdıracaq, aktivləşdirəcək, qanuna və hüquqa hörmət çərçivəsində fəaliyyətini genişləndirəcək. Bütun hallarda bu qanun çoxdan lazım idi. ”Siyasi partiyalar haqqında" qanun layihəsinə olunan əlavə və dəyişiklikləri təqdirəlayiq hesab edirəm. Yeni qanun layihəsi qəbul olunacaqsa, sənəd müasir dövrdə digər dövlətlərdə olduğu kimi iqtidar-müxalifət münasibətlərində tənzimləmə rolu oynamalıdır ki, bir-birinə qarşı hörmət formasında siyasi mübarizənin yolunu müəyyən etsin. Fikrimcə, sənəd partiyaların dövlətdən maliyyələşməsinin hüququnu müəyyən etməli və eyni zamanda partiyaların fəaliyyətinə bürokratik əngəllərin aradan götürülməsi ilə qanunauyğun formada fəaliyyəti tənzimləməlidir. Partiyaların qeydiyyatı, maliyyələşməsi, seçki qərargahlarının yaradılması məsələsi yeni qanunda yəqin ki əksini tapacaq. Digər tərəfdən, partiyalara ianələrin köçürülməsi onlayn qaydada həyata keçirilməlidir. ALDP-nın təkliflərinə gəlincə, deyə bilərəm ki, təkliflərimizi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşdə, ona təqdim etmişdim. Bu barədə o özü də qeyd etmişdir ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair siyasi partiyalar tərəfindən təqdim olunmuş təkliflər müzakirə edilir. Hər halda, Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanunun qəbuluna ehtiyac var".

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə qeyd edib ki, sözügedən qanuna dəyişikliklər məsələsi çoxdandır ki, gündəmdədir: “Qanun 1992-ci ildə qəbul olunub və indiyə qədər 27 dəfə qanuna düzəlişlər edilib. Bizim də dəyişikliklə bağlı təkliflərimiz var. Xüsusilə də siyasi partiyaların maliyyələşməsi və bir sıra digər məsələlərlə bağlı təkliflərimizi təqdim edəcəyik. Təbii ki, partiyaların gələcək inkişafına yönələcək dəyişikliklər olacaqsa, bunu alqışlayacağıq. Çünki həqiqətən də bir sıra düzəlişlərə ehtiyac var. Partiyaların ölkənin siyasi gündəminə təsirini artıracaq, onların normal fəaliyyətini təmin edəcək, insanlarla münasibətləri gücləndirəcək düzəlişlər edilməsinə ehtiyac var”.

Parlament partiyalarından olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Bizim.mediaaz.space-a açıqlamasında bu addımı yüksək qiymətləndirib: “Nəzərə almalıyıq ki, bu qanun 1992-ci ildə, Azərbaycanın müstəqilliyini yeni əldə etdiyi dönəmdə qəbul olunub. Bu dövr ərzində siyasi proseslərdə böyük dəyişikliklər baş verib. BAXCP hər zaman ”Siyasi partiyalar haqqında" Qanuna dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış etmişik. Partiyamızın lideri Qüdrət Həsənquliyev də partiya daxilində zaman-zaman bu məsələni qaldırıb.

Biz partiya olaraq bu işdə aktiv formada iştirak edib, təkliflərlə çıxış edəcəyik. Xüsusən də siyasi partiyaların qeydiyyatı məsələsində dəyişikliklər var. Azərbaycan Qafqazda yeganə ölkədir ki, parlamentdə müxalifət fraksiyası yoxdur və proporsional sistem tətbiq olunmur. Bu da partiyaların fəaliyyətinə ciddi təsir göstərir. Zənnimcə, yeni qanun layihəsinin qəbulunda proporsional seçki sistemində təmsilçilik də öz yerini alacaq".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru