“Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığını tərk etsə, nə olacaq ki...” - deputat
Tarix: 27-08-2022, 09:40 | Çap et
 “Biz Azərbaycanda konstitusion hüquqlarından istifadə edən vətəndaşlara qarşı zorakılıq, o cümlədən hücumlar və digər təzyiq formalarından dərin narahatıq”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü “Turan”ın ictimai-siyasi fəal Bəxtiyar Hacıyevə qarşı son hücumla bağlı sorğusuna cavab olaraq bildirib.
Dövlət Departamentinin sözçüsü əlavə edib: “Biz hakimiyyəti bütün bu kimi hadisələri, o cümlədən Bəxtiyar Hacıyevin bu yaxınlarda bildirdiyi hadisələri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq. Və biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən fikirlərini dinc ifadə etmək hüququna hörmət etməyə çağırırıq”.
Xatırladaq ki, Bəxtiyar Hacıyev bildirib ki, bazar ertəsi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu Bakıda küçədə tutub, 6 saat saxlayıb və Facebook sosial şəbəkəsində daxili işlər nazirini tənqid edən yazılarını sildikdən sonra sərbəst buraxıblar. 2022-ci ilin aprelində isə o, döyüldüyünü və onlayn yazılara görə sorğu-sual edildiyini söyləmişdi. Hacıyev Azərbaycan vətəndaşlığından çıxmaq üçün ərizə verib.
Bəs Bəxtiyar Hacıyevin başına gələnlər araşdırılırmı? Onun vətəndaşlıqdan çıxmaq barədə müraciəti təmin ediləcəkmi? Ümumiyyətlə, bu prosedur qanunla necə aparılır? Müraciətinə müsbət cavab verilərsə, Bəxtiyar Hacıyev hansı ölkəyə köçəcək?
“Yeni Müsavat” olaraq ilk öncə məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, qurumdan bu məsələyə münasibət bildirmək istəmədiklərini bildirdilər.
Bəxtiyar Hacıyev isə sualımıza cavab olaraq dedi: “Mən bir vətəndaş olaraq öz hüquqlarımdan istifadə edib, Azərbaycan vətəndaşlığından çıxmaq üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət etmişəm. Həm siyasi sferaya müraciətim olub, həm də hüquqi prosedur olaraq Dövlət Miqrasiya Xidmətinə lazım olan sənədləri toplayıb təqdim etmişəm, digər sənədlər də işlənəcək. Prezident müraciətimə cavab verdikdən sonra həmin qərar uyğun addımlar atacam və bu barədə ictimaiyyətə məlumat verəcəm. Dünyada gediləcək xeyli başqa ölkələr var. Şimali Koreyadan tutmuş ABŞ-a qədər. Əsas məsələ Prezidentin mənim müraciətimə verəcəyi qərardan asılıdır”. diaaz.space-ın məlumatına görə, millət vəkili Fəzail Ağamalı mövzuya şərh olaraq “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Görünəni budur ki, Bəxtiyar Hacıyev ABŞ-ın müəyyən qurumları tərəfindən ortaya atılan, idarə edilən şəxsdir. B.Hacıyev vaxtilə ABŞ-da təhsil alıb və görünür ki, orada təhsil alan zaman xüsusi orqanlar tərəfindən ələ alınıb və indiyə qədər də ABŞ-ın strateji, geopolitik maraqlarına uyğun olaraq hərəkət və davranışlarını ortaya qoyur, onların məqsədlərinə xidmət edir və indiki halda onun vətəndaşlıqdan imtina etməsi də bir anti-Azərbaycan mövqeyini ifadə edən növbəti addımlarından biridir.
Bunun ətrafında səs-küy qaldırmaq, ABŞ Departamentinin sözçüsü səviyyəsində buna reaksiya verilməsi, buna əsaslanaraq Azərbaycanda insan haqları ilə bağlı problemin olduğunu önə çəkmək bir daha onu göstərir ki, Bəxtiyar Hacıyev mahiyyətcə Azərbaycanın deyil, ABŞ-ın müəyyən dairələrinə xidmət edən agent şəbəkəsinin içərisindədir. Bu artıq açıldı, bəlli oldu. Beləliklə, Bəxtiyar Hacıyev bu gün bütün çılpaqlığı ilə anti-Azərbaycan qüvvələrinin içərisində yer aldığını nümayiş etdirmiş oldu. Qaldı ki, ABŞ Departamentinin sözçüsünün bəyanatına, düşünürəm ki, bu, Azərbaycanın insan haqları ilə bağlı fəaliyyətinə atılmış böhtandır və bunun Azərbaycan siyasi ictimai həyatına hər hansı bir şəkildə təsiri olmayacaq. Çünki Bəxtiyar Hacıyevin Azərbaycanda fəaliyyəti heç vaxt ciddi rezonans doğurmayıb, ciddi təsir dairəsi yaratmayıb. Bu bəyanat da bir neçə gündən sonra tarixin arxivində qalacaq.
Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığını tərk etsə nə olacaq ki? Əgər bir Azərbaycan vətəndaşı formal olaraq bu ölkənin vətəndaşı adını daşıyır, öz dövlətinə xidmət etmir, elə vətəndaşlıqdan çıxsa daha doğru, məntiqli olar. Başqa ölkənin maraqlarına xidmət edib, Azərbaycan dövlətçiliyinə, milli maraqlarına xəyanət edən ona qarşı çıxan, problem yaratmağa çalışan şəxsin Azərbaycan vətəndaşı olmağa hansı mənəvi haqqı çatır? Beləliklə, Bəxtiyar Hacıyevin Azərbaycan vətəndaşlığından çıxması antihadisə kimi qarşılanmalıdır. Azərbaycan içərisində başqa ölkənin maraqların xidmət edənin onun vətəndaşlığından çıxıb getməsi infeksiya verən yaranın qoparıb atılmasına bənzər bir şeydir".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Dünən, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15 |
|
|
|
| • Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06 |
|
|
|
| • ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03 |
|
|
|
| • Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56 |
|
|
|
| • Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44 |
|
|
|
| • Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42 |
|
|
|
| • Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40 |
|
|
|
| • İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26 |
|
|
|
| • Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25 |
|
|
|
| • “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20 |
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33 |
|
|
|
| • TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28 |
|
|
|
| • Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16 |
|
|
|
| • Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10 |
|
|
|
| • Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51 |
|
|
|
| • Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38 |
|
|
|
| • Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30 |
|
|
|
|